Dövlət qurumunun 173 minlik tenderi .....                     Dövlət qurumundan .....                     O qədər unikal toplumdular ki... .....                     Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb .....                     Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub .....                     "100 min erməninin Qarabağı tərk etməsi fantaziyadır" .....                     Qasımovlar ailəsi Balasanyanın həbsini gözləyir .....                     Bakıda məşhur göz həkimi Cahid Şahbazovun QUDURĞANLIĞI... .....                     Separtizm bitib, birgəyaşayışın ilk addımları atılır .....                     Azərbaycanlıların tezliklə Ermənistanda yaşamasına hazırlaşın .....                     “Evimə bitişik sahədə inşa olunan ev qanunsuzdur” .....                     “Xocalı barədə yalan xəbəri yaymaqdan imtina etdiyim üçün .....                     Ermənilərin yaydığı məlumat yalan çıxdı .....                     Zəngilanın Alıbəyli kəndində 2568 sakin üçün .....                     Balababanın SON HAVASI... .....                     Dövlət Agentliyi daha on yeddi tenderə .....                     Qarabağda tutulan və saxlanılması təsdiq olunmayan ermənilər .....                     Davit Babayana qarşı bu maddələrlə .....                     Vardanyanın həbsi KİMİ İLGİLƏNDİRƏ BİLƏR? .....                     Dövlət qurumu xüsüsi geyim və aksesuarlar alır .....                     İrəvan kapitulyasiya sənədinin ləğvini istəyir .....                     Ermənistanın dələduz himayədarı .....                     İşə yaramırlar: Fermerlər NƏ ETSİN Kİ? .....                     Sentyabr ayında Nəsimi rayonunda səyyar qəbullar, sakinlərlə yerlərdə görüşlər davam edib .....                     Azay Quliyevin `SAKURA` FƏNDİ... .....                     İgidəlinin işçi canı hesabına İGİDLİYİ... .....                     Ermənistan Qarabağdan guya 100 minə yaxın hayk köçdüyünü deyir... .....                     Şuşaya axund təyin olunub .....                     Qarabağdakı qondarma `RUS İCMASI`nın lideri də HƏBS OLUNUB .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Dövlət Sərhəd xidmətindən 749 min manatlıq sifariş .....                     Əsir hərbçinin anası: .....                     İri ticarət şəbəkələrinin ƏDV OĞURLUĞU DAVAM EDİR... .....                     Bakıda növbəti daxili iməclik keçirildi .....                     Depozit və ya daşınmaz əmlak: bank əmanətçilərinin sıraları niyə seyrəlir? .....                     “Ruslar da erməniləri Kubandan, Soçidən, Rostovdan da qovub çıxaracaq...” .....                     Ermənilər gedirsə... MANE OLA BİLMƏRİK! .....                     Kəskin leykozdan əziyyət çəkən Şakirin anası: .....                     “Təəssüf ki, o çox gənc yaşında şəhidlik zirvəsinə ucaldı, hazırda da əsgər olan tələbələrim var” .....                     Əməyin təhlükəsizliyi məsələsi... .....                 

Fikrət FƏRAMƏZOĞLU
Tarix: 1-05-2023, 10:05 | Çap et
Fikrət FƏRAMƏZOĞLU
İran Azərbaycanla niyə və nəyin anlaşmasına gedir?

Artıq bir neçə gündür uzun zamandır Azərbaycan əleyhinə təbliğat aparan, “Kərimə dövlət” adlı bir qondarma “dövlət” qurmaq üçün çalışdıqlarını bəyan edən, habelə Gəncə hadisələrində adları keçən və bununla bağlı Bakı tərəfindən beynəlxalq axtarışa verilən Tohid İbrahimbəyli və Orxan Məmmədovun İran hüquq mühafizə orqanları tərəfindən həbs olunduğuna dair məlumat yayılıb.

Qeyd edim ki, hər iki şəxs vaxtıyla general Qasim Süleymaninin təşəbbüsü ilə yaradılmış, Yaxın Şərq və bölgə dövlətləri üçün nəzərdə tutulan “Hüseyniyun” təşkilatının aparıcı liderləri hesab olunurlar. Lakin İran tərəfi rəsmi olaraq bu şəxslərin həbs olunduğunu hələ də təsdiqləməyib. Yalnız bir neçə sayda bu barədə məlumat gedib ki, onun da mötəbərliyinə tam əmin olmaq mümkün deyil.

Amma bu halın baş verməsi mümkün görünə bilər. Buna səbəb də son zamanlar İran və Azərbaycan arasında ciddi problemlər baş qaldırıb. Hər iki tərəf “cəsus axtarışları”na start verib. Azərbaycan hüquq mühafizə orqanlarının son bir ayda keçiridikləri əməliyyatlar zamanı 400-dən çox İranla bağlı olan şəxsi saxlayıb. Elə İran da boş oturmayıb. Sadəcə, Tehran Bakıdan fərqli olaraq, bu ölkəyə ticarət məqsədi ilə səfər etmiş şəxsləri saxlamağa başlayıb. Yəni, heç bir əsas və hüquqi zəmin olmadan, ağına-bozuna baxmadan Azərbaycan vətəndaşlarını saxlamaqla məşğuldur.

Son günlər Tehranın təşəbbüsü ilə Bakı ilə bəzi təmasların bərpa olunması münasibətlərin düzələ biləcəyinə müəyyən ümidlər yaradıb. Belə ki, İran XİN başçısı Hüseyn Abdullahian və Azərbaycanın XİN başçısı Ceyhun Bayramov arasında bir neçə telefon danışıqları olub. Həmin danışıqlarda münasibətlərin yenidən qurulması məsələsi müzakirə edilib. Ardından isə İranın Ali Təhlükəsizlik Şurasının sədri Əli Şəmxaninin Bakıya səfər etməsinin mümkünlüyü bildirilir.

Bütün bunlar, parçalar birləşdirlərsə, vəziyyətin kritik dönəmdən yeni mərhələyə çıxış üçün zəmin olduğunu deməyə imkan verir. Bu fonda Tohid və Orxanın saxlanılması belə deməyə əsas verə bilər ki, İran uzun zamandır Azərbaycanın israrla ekstradasiyasını tələb etdiyi hər iki şəxsi qurban verməyə hazırdır. Təki, münasibətlər normallaşsın. Ancaq məsələyə bu qədər bəsit baxmaq da olmaz.

Əvvəla nəzərə alaq ki, Tohid və Orxan uzun zamandır İranda yaşayır, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən hazırlanmış şəxslərdirlər. Onların İran vətəndaşı olmaları də qəti şübhə doğurmur. Çünki İran kəşfiyyatı öz yetişdirdiyi adamları belə bir pasportla təmin etməmiş, bu cür oyunların içinə daxil etməz. Belə olan halda, İranın onları həbs etdikdən sonra Azərbaycana təhvil verməsi də indnaıdırcı deyil. Ona görə ki, Tohid və Orxanın İran vətəndaşı olmasını əsas gətirib, onlarla bağlı tədbiri özləri görəcəyini bildirəcəklər.

Təsəvvür edin ki, İran uzun illərdən bəri özünə agent yetişdirib. Onlar üçün xeyli xərc çəkib. Təlimlər, təlimatlar, hazırlıqlar və bir sıra əməliyyatlara salıblar. Paralel olaraq, Tohid və Orxan həm də sirr daşıyıcılarıdır. Onlar ETTELAT və ya SEPAH-ın kəşfiyyat qolunun “mətbəxindən” müyyən qədər xəbərdardırlar. Əllərində kifayət qədər qiymətli məlumatların olması da şübhəsizdir. Üstəlik, onlar Azərbaycandakı şəbəkənin hansı miqyasda və kimlərdən təşkil olunduğunu da bilirlər. Belə olan halda, İran həmin sirr daşıyıcılarını Azərbaycana verərmi? Nəinki İran, heç bir ölkə belə bir addım atmaz. Belə bir addım atmaq, həmin ölkənin başqa bir ölkələrdəki bütün agent şəbəkəsində etimadsızlıq yaratmaqla yanaşı, həm də cəsusluqdan və ya İrana işləməkdən imtinalara gətirib çıxara bilər. Ona görə də, İran heç vaxt bu riski gözünə almayacaq və Tohidlə Orxanı Azərbaycana ekstradasiya etməyəcək.

Amma hər iki adamın həbsindən manipuliyativ vasitə kimi istifadə edəcək. Azərbaycana “sizə qarşı təbliğat aparan, təxribatçılıqla məşğul olan adamları həbs etdik, onları özümüz cəzalandıracağıq” deyəcəklər. Ekstradasiya isə olmayacaq.

Tohid və Orxanın həbsi təkcə, İran-Azərbaycan münasibətlərini normallaşdırmaq üçündürmü? Nəzərimcə, İranın başqa bir problemi daha var. Bu problem barədə indiyə qədər müəyyən qədər danışılıb. Lakin qalmaqal səviyyəsinə çatmayıb. Amma Laçın-Xankəndi yolu üzərində Sərhəd Nəzarət Məntəqəsi və Gömrük xidmətinin təşkil olunmasından sonra durum daha ağır şəkil ala bilər. Söhbət İranın Qarabağa göndərdiyi hərbi instruktorlarından gedir.

Xatırladım ki, Azərbaycan tərəfi hələ bir müddət əvvəl bildirmişdi ki, İrandan Qarabağa xeyli sayda adam göndərilib. Hətta onların bir çoxunun pasport görüntüləri belə yayılmışdı. Həmin şəxslərin Qarabağa nə üçün getdikləri barədə təfsilatı ilə bağlı heç nə deyilmirdi. Lakin Bakının narazılığından aydın olan o idi ki, İran SEPAH-ın Bəllucistandakı bazasından Qarabağa göndəridyi həmin şəxslər nə fəhlə, nə də mühəndislərdir. Onlar Qarabağdakı separatçılara dağlıq ərazidə döyüşməyi, habelə İran istehsalı olan silahlardan istifadəni öyrətməklə yanaşı, beton bunkerlərin (ermənilər bundan köhnə cəbhə xətti boyunca geniş istifadə etmişdilər) inşasını həyata keçirən mütəxəssislərdirlər.

Niyə məhz Bəllucistandakı bazadan? Bəllucistan dağlıq ərazidir, orada Bəlluc Azadlıq Ordusuna qarşı davamlı əməliyyat keçirildiyindən SEPAH-ın sözügedən məntəqədəki bazası bu istiqamətdə yaxşı təcrübəyə malikdir. İkincisi, bu bazanın hərbçiləri olduqca qəddar adamlar hesab edilirlər.

Bəs, İranın narahatlığı nədir? Özəl mənbələrdən əldə etdiyim məlumatlarda qeyd edilir ki, hal hazırda Qarabağda İran tərəfindən göndərilmiş “mütəxəsisslərin” sayı 120 nəfərdir. Onlar Qarabağdakı separatçıların qondarma “müdafiə ordusu”nun geyimində dolaşırlar. Davamlı təlimlər keçməklə bərabər, həm də Qarabağda beton istehkamlar qurulması prosesinə nəzarət edirlər.

Problem odur ki, həmin 120 nəfər Qarabağdan çıxarıla bilmir. Hazırda da Xankəndidədirlər və İran onları çıxarmaq üçün bütün imkanlarından istifadə etməyə başlayıb. Laçın dəhlizi bağlandıqdan sonra isə əlavə problem də yaranıb ki, SEPAH-ın 120 nəfərlik qrupu Ermənistana çıxmaq imkanlarından məhrum olublar.

İranı indi narahat edən əsas məqam odur ki, əgər həmin 120 terrorçu Azərbaycanın əlinə keçərsə, bu onlar üçün ciddi başağrısı olmaqla yanaşı, həm də əlavə problemlərə yol açacaq. Söhbət təkcə, Azərbaycan və İran arasındakı gərginliyin daha şiddətli şəkil almasından getmir. Həm də İranın bölgə ilə bağlı bir çox planlarının iflasa uğraması reallaşacaq, həm də beynəlxalq qalmaqala səbəb olacaq.

Görünən və bilinən, həm də odur ki, İran Tohid və Orxanı təkcə, münasibətləri düzəltmək üçün deyil, həm də 120 SEPAH terrorçusunu Qarabağdan çıxarmaq üçün həbs edib və onları qurban verməyə hazırlaşır.

Bir daha qeyd edirəm ki, İran bu prosesdə bir çox öhdəliklər üzərinə götürməyə razı olacaq, lakin Tohidlə Orxanı ekstradasiya etməyəcək.

Bir sözlə, indi bazarlıq vaxtıdır. Azərbaycan və İran nəyi alacaq, nəyi verəcəklər, bunu masa arxasında həll edəcəklər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumunun 173 minlik tenderi - BU ŞİRKƏTƏ VERİLDİ
Bu gün, 00:05
Dövlət qurumundan - “Vitam” MMC-yə 171 MİNLİK SİFARİŞ
Bu gün, 00:02
O qədər unikal toplumdular ki... - Elçin Mirzəbəyli yazır...
Dünən, 20:21
Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb
Dünən, 18:37
Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub - MN
Dünən, 18:07
"100 min erməninin Qarabağı tərk etməsi fantaziyadır" - Dəqiqəyə 14 erməni düşür...
Dünən, 18:05
Qasımovlar ailəsi Balasanyanın həbsini gözləyir - HEÇ NƏYİ UNUDA BİLMƏDİK...
Dünən, 17:57
Bakıda məşhur göz həkimi Cahid Şahbazovun QUDURĞANLIĞI... - BU NƏDİ BELƏ?
Dünən, 17:54
Separtizm bitib, birgəyaşayışın ilk addımları atılır - DETALLAR
Dünən, 17:26
Azərbaycanlıların tezliklə Ermənistanda yaşamasına hazırlaşın - Sarkisyan
Dünən, 17:25
“Evimə bitişik sahədə inşa olunan ev qanunsuzdur” - GİLEY
Dünən, 17:22
“Xocalı barədə yalan xəbəri yaymaqdan imtina etdiyim üçün mənə “kabineti boşalt” dedilər”
Dünən, 16:10
Ermənilərin yaydığı məlumat yalan çıxdı - Bordov İrəvandadır
Dünən, 16:04
Zəngilanın Alıbəyli kəndində 2568 sakin üçün - 498 HƏYƏT EVİ TİKİLƏCƏK
Dünən, 16:02
Balababanın SON HAVASI... - İLGİNC İDDİA
Dünən, 16:00
Dövlət Agentliyi daha on yeddi tenderə - YEKUN VURDU
Dünən, 15:49
Qarabağda tutulan və saxlanılması təsdiq olunmayan ermənilər - TƏFƏRRÜAT
Dünən, 15:38
Davit Babayana qarşı bu maddələrlə İTTİHAM OXUNDU
Dünən, 15:31
Vardanyanın həbsi KİMİ İLGİLƏNDİRƏ BİLƏR? - ŞƏRH
Dünən, 14:00
Dövlət qurumu xüsüsi geyim və aksesuarlar alır - TENDER
Dünən, 13:58
İrəvan kapitulyasiya sənədinin ləğvini istəyir - Nikolun 9-cu bənd təlaşı, yoxsa sərsəmlik...
Dünən, 13:05
Ermənistanın dələduz himayədarı - Qızıl külçələr, nağd pul, avtomobil...
Dünən, 12:59
İşə yaramırlar: Fermerlər NƏ ETSİN Kİ? - AKTUAL
Dünən, 12:57
Sentyabr ayında Nəsimi rayonunda səyyar qəbullar, sakinlərlə yerlərdə görüşlər davam edib - FOTO
Dünən, 12:52
Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR
Dünən, 12:50
İgidəlinin işçi canı hesabına İGİDLİYİ... - BU NƏDİ BELƏ?!
Dünən, 12:41
Ermənistan Qarabağdan guya 100 minə yaxın hayk köçdüyünü deyir... - Bəs biz nə deyirik?..
Dünən, 12:32
Şuşaya axund təyin olunub
Dünən, 12:29
Qarabağdakı qondarma `RUS İCMASI`nın lideri də HƏBS OLUNUB - Ermənistan KİV
Dünən, 12:26
Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Dünən, 12:13
Dövlət Sərhəd xidmətindən 749 min manatlıq sifariş - TENDER NƏTİCƏSİ
Dünən, 12:11
Əsir hərbçinin anası: - “Gözləyirik ki, bu yaxınlarda yaxşı..."
Dünən, 12:04
İri ticarət şəbəkələrinin ƏDV OĞURLUĞU DAVAM EDİR... - GİLEY
Dünən, 11:48
Bakıda növbəti daxili iməclik keçirildi
Dünən, 11:40
Depozit və ya daşınmaz əmlak: bank əmanətçilərinin sıraları niyə seyrəlir? - ARAŞDIRMA
Dünən, 11:34
“Ruslar da erməniləri Kubandan, Soçidən, Rostovdan da qovub çıxaracaq...” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:32
Ermənilər gedirsə... MANE OLA BİLMƏRİK! - Bəlkə kimsə yalvarmağımızı gözləyir?..
Dünən, 11:26
Kəskin leykozdan əziyyət çəkən Şakirin anası: - “Satmağa əşyam, borc almağa adamım qalmayıb”
Dünən, 11:22
“Təəssüf ki, o çox gənc yaşında şəhidlik zirvəsinə ucaldı, hazırda da əsgər olan tələbələrim var”
Dünən, 10:51
Əməyin təhlükəsizliyi məsələsi... - Ekspert danışır...
Dünən, 10:46
Şərur sakini kimlərdən narazılıq edir... - MÜRACİƏT
Dünən, 10:42
Ermənilər geri qayıdacaq, biz də Qərb qarşısında şərt qoymalıyıq ki... - GƏLİŞMƏ
Dünən, 10:37
Qarabağ erməniləri Azərbaycanın humanizmindən danışır - VİDEO
Dünən, 10:30
Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının videogörüntüləri - VİDEO
Dünən, 10:28
Separatçı rejimin məhvindən sonra regionda proseslər necə cərəyan edəcək? - AKTUAL
Dünən, 10:26
Hədəfləri bəlli oldu: Qarabağa girmək istəyirlər - NƏ BAŞ VERİR?
Dünən, 10:20
Bakı Lyovanı ələ keçirdi: məşhur qatil nələr edib? - ŞƏRH
Dünən, 10:15
Burda əməlli-başlı bazar açıblar.. - İTTİHAM VAR...
Dünən, 10:13
"Lnsaz" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Dünən, 10:08
Təslim olacağını demişdi: OLDUMU? - Hələ ki...
Dünən, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru