Dövlət qurumu iaşə xidmətinin təşkilini bu şirkətə həvalə etdi .....                     Güneyli milli fəal aclıq aksiyasına başladı .....                     İç-içə yaşamaq imkanını itirmiş iki xalq .....                     Təhsil müdirindən Qazimizə qarşı təhqiredici ADDIM... .....                     Bu gün Nəbi Xəzrinin ANIM GÜNÜDÜR .....                     "Ömrünü ədəbiyyata həsr etmiş, atasız iki övlad böyüdən yazıçı ev ala bilmədi, .....                     Monopolistlər yenə iş başında: hökumətlə gömrük “bazarlığı” .....                     Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi .....                     7 fevrala GEDƏN YOL... .....                     13-cü BÜRC VARMI? .....                     Qarabağ problemini bizə bunun üçün yaratmışdılar .....                     Sabah yenə səhv edəcəksə, biz ona həyatı başa salacağıq... .....                     Biz fürsət düşən kimi körpünü dağıtmalıyıq... .....                     Ayselin keçmiş həyat yoldaşı həbs olundu .....                     Müsavat Partiyası seçkidə iştirak edəcəkmi? .....                     Şəkidə təmir və abadlıq tenderinin qalibi .....                     Dünya düzənindəki YERİMİZ... .....                     Pensiyalar nə qədər artacaq və minimum əmək haqqından nə gözləmək olar? .....                     Qərbi Azərbaycana qayıdış hüququmuz... .....                     ABŞ səfiri üçün MENYU... .....                     Bu, Paşinyanın işinə yarayır... .....                     Bakı küçələrində “asan” oğurluq: .....                     “Başqa işlərlə məşğul olur, sonra əlinə mikrofon götürüb oxuyur... .....                     Bakı Avrasiya Universiteti dövlət qurumunua 630 min manata ofis .....                     "Şəhid xanımı nə etməlidir?" .....                     İranlı məmur "bəsici" tələbənin ittihamı ilə üzləşib .....                     Səhiyyənin Təminat Mərkəzindən milyonluq .....                     Zəlzələ bir yandan... icra başçısı da bir yandan... .....                     Günün fotosu: .....                     “Müşfiq parodiya yox, təlxəklik edir” .....                     Ermənilərlə yekun SÜLH SAZİŞİ... .....                     Ermənistan piyadadır, əsas problem İrandır: .....                     İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi 7,7 milyon dəyərində 2 tenderə yekun vurdu .....                     Ülvi Baxşəliyev Moldovaya səfir təyin edilib .....                     Qüdsi Osmanovla bağlı .....                     Azərbaycanın Rumıniyadakı səfiri .....                     Məhərrəm Əliyev Belarusa səfir təyin edildi .....                     Ülvi Baxşəliyev .....                     Məhərrəm Əliyev həqiqi hərbi xidmətdən istefaya buraxılıb .....                     “Caspian İnternational Hospital”la bağlı məhkəmə başladı .....                 

Seymur QASIMBƏYLİ
Tarix: 6-03-2021, 11:24 | Çap et
Seymur QASIMBƏYLİ
Azərbaycanın açıq xarici siyasəti: - Etibarlı tərəfdaşlıq və milli maraqlar...

Dünyanın siyasi arenasına, dövlətlərin beynəlxalq müstəvidə yürütdüyü siyasətlərə nəzər yetirdikdə hansı ölkələrin etibarlı tərəfdaş olduğunu açıq-aşkar görmək mümkündür. Sözdə, əməldə bir olan, üzərinə düşdüyü öhdəlikləri icra edən dövlət heç şübhəsiz ki, layiqli və etbibarlı tərəfdaş imici qazanır. Sözsüz ki, bütün bunları etmək üçün konkret müstəqil siyasətə, siyasi iradəyə, hərbi və iqtisadi gücə malik olmalısan. Davamlı və məqsədli siyasətin ardıcıllığı, beynəlxalq aləmdə insani ideyaları müdafiə etmək, haqqın yanında durmaq tərəfdaşlıqda, dostluqda Azərbaycanın yerini və sözünü möhkəmləndirib. Bu baxımdan ölkəmiz müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib. Azərbaycanın etibarlılığı onunla birgə layihələr icra etmək niyyətinə düşən ölkələrin sayını artırıb. Çünki rəsmi Bakının sadiqliyi, dürüstlüyü və başladığı işi başa çatdırmaq əzmi, təzyiqlərə və təhdidlərə baxmadan üzərinə götürdüyü öhdəliyi icra etməsi heç bir halda diqqətdən kənar qala bilməzdi. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Azərbaycan öz etibarlılığını təkcə sosial-iqtisadi sahələrdə göstərmir. Eyni zmanda tərəfdaşlığını siyasi və hərbi-təhlükəsizlik sahələrində də sübut etmiş ölkələrdəndir. Hər kəsə bəllidir ki, hərbi sahədə davamlı və etibarlı tərəfdaş olmaq çox çətindir. Çünki dünyanın güc mərkəzlərinin davamlı olaraq təzyiqlərinə qarşılıq verməli olursan. Ölkəmizin əldə etdiyi hərbi gücü və iqtisadi uğurları bütün təzyiqlərin öhdəsindən asanlıqla gəlməsinə səbəb olmuşdur. Biz bunun bariz nümunələrini 44 günlük Vətən Müharibəsi zamanı gördük. Dünyanın bir çox ölkələrinin açıq-aşkar təhdidlərinə baxmayaraq Rəsmi Bakı qətiyyətindən dönmədi. Prezident İlham Əliyevin xarici mətbu orqanlarına verdiyi çoxsaylı müsahibələrindən də bəlli oldu ki, Azərbaycan özünün haqlı bildiyi işini, dğru bildiyi mövqeyini heç kimim hərbi və digər maraqlarıına qurban verməyəcək.

Ölkəmiz bu günə qədər üzərinə götürdüyü bütün öhdəliklərini qətiyyətlə yerinə yetirən azsaylı etibarlı tərəfdaşlardandır. Rəsmi Bakının “imzasına” sadiqliyi əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib. Ona görə də tərəfdaşlarımız müxtəlif layihələri bizimlə birgə icra etməkdə maraqlıdırlar. Çünki bu illər ərzində müşahidə etdikləri onlarda belə bir əminlik yaradıb ki, Azərbaycan faydalı və sadiq əməkdaşdır. Çünki rəsmi Bakı hər zaman müttəfiqləri ilə səmimi olub. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunub, onları izah edib. Bu, çox açıq və prinsipial siyasətdir. Ona görə də deyə bilərik ki, Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur və bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur. Sözsüz ki, bu siyasət kursunu həm qonşularımız, həm də bizə coğrafi baxımdan qonşu olmayan ölkələr də müşahidə edirlər. Onu da qeyd etmək yerinə düşər ki, rəsmi Bakı beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. Beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir. Bu illər ərzində BMT və digər beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalıb və müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli qərar verib. Xüsusi ilə vurğulanmalıdır ki, rəsmi Bakı qarşılaşa biləcəyi bütün çətinlikləri gözardına alaraq beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.

Ona görə də deyə bilərik ki, bu günə qədər formalaşmış imicimizi bundan sonra da nəyin bahasına olur-olsun davam etdiriləcək və bütün zəhmətlərə, əziyyətlərə, təhdidlərə və təhlükələrə baxmayaraq həyata keçirdiyimiz siyasəti davam etdirtəcəyik. Çünki Azərbaycanın daimi inkişafı, uğurları bu yoldadır. Bizim bu mövqeyimiz zamanın və tərəfdaşların sınağından çıxmış mövqedir.

44 günlük Vətən Müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın həm siyasi arenada, həm də regional iqtisadi layihələrdə mövqeyi möhkəmlənib. Açıq şəkildə deyə bilərik ki, ölkəmiz Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli lider dövlətə çevrilib. Bu da rəsmi Bakıya müxtəlif layihələri icra etməyə əlavə üstünlüklər verir. Eyni zamanda rəsmi Bakının 1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısını uğurla başa çatdırması tərəfdaşlara yeni layihələrə, yeni idayelayarı reallaşdırmağa sövq edir. Ölkəmizin dünya, Avropa və qonşu dövlətlər üçün qaz təchizində göstərdiyi etibarlılıq, üstəlik təkcə özümüzü deyil, eyni zamanda xaricə ixrac etmək üçün böyük miqdarda elektrik enerjisi istehsal etməyimiz Azərbaycanın cəlbediciliyini bir qədər də artırıb. O da qeyd olunmalıdır ki, nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən etmək olar və Azərbaycan bu istiqamətdə işlər görür.

Vətən Müharibəsinin sonucunda əldə edilən razılaşmalarla yeni regional dəhlizlər yaranır. Bu dəhlizlərin “şah damarın”ı, əsas aparıcı qüvvəsini isə Azərbaycan təşkil edir. Deməli, Azərbaycan özünün coğrafi mövqeyindən, hərbi və iqtisadi gücündən istifadə edərək regionda yeni-yeni və çox böyük iqtisadi layihələrin reallaşmasına səbəb olacaq və bundan da böyük faydalar, mənfəətlər əldə edəcəkdir. Süzsüz ki, son nəticədə, yəni bütün bunların nəticəsində Azərbaycan insanının, vətəndaşının sosial rufahı daha da yaxşılaşacaq, yaşayış səviyyəsi daha da yüksələcəkdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu iaşə xidmətinin təşkilini bu şirkətə həvalə etdi - QALİB, MƏBLƏĞ
Bu gün, 13:42
Güneyli milli fəal aclıq aksiyasına başladı
Bu gün, 13:39
İç-içə yaşamaq imkanını itirmiş iki xalq - Onların uzun illər ayrı olması şərtdir
Bu gün, 12:58
Təhsil müdirindən Qazimizə qarşı təhqiredici ADDIM... - deputatdan QƏZƏBLİ REAKSİYA
Bu gün, 12:51
Bu gün Nəbi Xəzrinin ANIM GÜNÜDÜR
Bu gün, 12:45
"Ömrünü ədəbiyyata həsr etmiş, atasız iki övlad böyüdən yazıçı ev ala bilmədi, amma Baboşkimilər..."
Bu gün, 12:20
Monopolistlər yenə iş başında: hökumətlə gömrük “bazarlığı” - NƏ ETMƏLİ?
Bu gün, 12:17
Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi - FOTO
Bu gün, 12:12
7 fevrala GEDƏN YOL... - NƏ BAŞ VERİR?
Bu gün, 12:10
13-cü BÜRC VARMI? - BU DA CAVABI...
Bu gün, 12:08
Qarabağ problemini bizə bunun üçün yaratmışdılar - Paşinyandan ETİRAF
Bu gün, 10:08
Sabah yenə səhv edəcəksə, biz ona həyatı başa salacağıq... - ETİRAZ
Bu gün, 09:45
Biz fürsət düşən kimi körpünü dağıtmalıyıq... - Roman Svitan
Bu gün, 08:58
Ayselin keçmiş həyat yoldaşı həbs olundu - AÇIQLAMA
Bu gün, 08:50
Müsavat Partiyası seçkidə iştirak edəcəkmi? - Partiya başqanından açıqlama
Bu gün, 08:46
Şəkidə təmir və abadlıq tenderinin qalibi – BU ŞİRKƏT OLDU
Bu gün, 08:42
Dünya düzənindəki YERİMİZ... - ekspert danışır
Bu gün, 08:38
Pensiyalar nə qədər artacaq və minimum əmək haqqından nə gözləmək olar? - ARAŞDIRMA
Bu gün, 08:32
Qərbi Azərbaycana qayıdış hüququmuz... - AKTUAL
Bu gün, 02:12
ABŞ səfiri üçün MENYU... - Nə yesin ki...
Bu gün, 02:05
Bu, Paşinyanın işinə yarayır... - AKTUAL
Dünən, 14:10
Bakı küçələrində “asan” oğurluq: - müşahidə kameraları “gözünü yumub”
Dünən, 14:00
“Başqa işlərlə məşğul olur, sonra əlinə mikrofon götürüb oxuyur... - onu yaxşı tanıyıram”
Dünən, 13:59
Bakı Avrasiya Universiteti dövlət qurumunua 630 min manata ofis - İCARƏYƏ VERƏCƏK
Dünən, 13:56
"Şəhid xanımı nə etməlidir?" - ETİRAZ
Dünən, 13:02
İranlı məmur "bəsici" tələbənin ittihamı ilə üzləşib
Dünən, 12:52
Səhiyyənin Təminat Mərkəzindən milyonluq – SİFARİŞ, QALİB ŞİRKƏT
Dünən, 12:50
Zəlzələ bir yandan... icra başçısı da bir yandan... - GÖRÜN. YIXA BİLİRSİNİZ...
Dünən, 12:47
Günün fotosu: - Bu dəfə avtomobillərə yox, piyadalara yol..
Dünən, 12:39
“Müşfiq parodiya yox, təlxəklik edir”
Dünən, 12:34
Ermənilərlə yekun SÜLH SAZİŞİ... nə zaman və harda İMZALANACAQ?
Dünən, 12:24
Ermənistan piyadadır, əsas problem İrandır: - Türklər döyüşdən qaçmır, sadəcə...
Dünən, 12:15
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi 7,7 milyon dəyərində 2 tenderə yekun vurdu – QALİBLƏR
Dünən, 12:08
Ülvi Baxşəliyev Moldovaya səfir təyin edilib - SƏRƏNCAM
Dünən, 12:06
Qüdsi Osmanovla bağlı SƏRƏNCAM
Dünən, 12:02
Azərbaycanın Rumıniyadakı səfiri GERİ ÇAĞRILDI
Dünən, 12:01
Məhərrəm Əliyev Belarusa səfir təyin edildi - SƏRƏNCAM
Dünən, 12:00
Ülvi Baxşəliyev GÖRƏVDƏN ALINDI
Dünən, 11:59
Məhərrəm Əliyev həqiqi hərbi xidmətdən istefaya buraxılıb - SƏRƏNCAM
Dünən, 11:57
“Caspian İnternational Hospital”la bağlı məhkəmə başladı
Dünən, 11:54
Zəlzələdən sonra... EV BAZARI...
Dünən, 11:46
“Ramma” QSC 4,9 milyonluq tenderin – QALİBİ SEÇİLDİ
Dünən, 11:37
Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər - VİDEO
Dünən, 11:35
“27 yaşıma qədər kənddə müəllim işlədim... daha sonra məni Filarmoniyaya dəvət etdilər”
Dünən, 11:22
Dövlət agentliyindən 4 şirkətə 8,2 milyon manatlıq sifariş
Dünən, 11:13
Yeni ildə 7 gün iş olmayacaq
Dünən, 11:06
Növbədənkənar Prezident seçkilərində Qalib Azərbaycan xalqı... - İsrafil Kərimovun yazısı
Dünən, 10:58
7 fevral tədarükü: PARDON, YAMAN PİS YERDƏ AXŞAMLADIQ... - Və yaxud siyasət oyunbazlarına bir-iki xatırlatma...
Dünən, 10:56
Hakimiyyət seçki elan edib... müxalifət isə QIŞ YUXUSUNDADIR... - Siyasətdə QƏFİL QƏRAR OLMUR...
Dünən, 10:34
Dəmir yolunda relsi sökərək oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb
Dünən, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru