Əsas Səhifə > Güney Press > Paşinyanın siyasi bicliyi
Paşinyanın siyasi bicliyi6-06-2023, 10:22 |
![]() “Nikol Paşinyan Ermənistanda demokratiya pərdəsi yaratmaq üçün müntəzəm olaraq parlamentdənkənar qüvvələrlə görüşür”. DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır. Nəşrin məlumatına görə, görüşdə iştirak edən parlamentdənkənar qüvvələr həmin formatdan narazıdırlar. Çünki görüşlər formal xarakter daşıyır. Qəzet həmin tədbirləri belə şərh edir: “Paşinyan görüşür, onları dinləyir, fotolar çəkdirir, amma reallıqda görüşlər heç nəyi dəyişmir, təkliflər havada qalır. Əslində Paşinyan onların dediklərini nəzərə almır, istədiyini edir. Bu səbəbdən də parlamentə daxil olmayan qüvvələrin əksəriyyəti bu görüşlərin sırf formal xarakter daşıdığını dərk etdikləri üçün artıq belə tədbirlərdə iştirak etmək istəmirlər. Yalnız Paşinyan bununla demokratiya fonu yaradır. Belə mütamadi ünsiyyət platforması digər iştirakçılara heç nə vermir”. Geri qayıt |