Əsas Səhifə > Güney Press > Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıb

Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıb


6-06-2023, 09:13
Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıb
Abşeronda kişi almaq istədiyi evə baxış zamanı özünü 4-cü mərtəbədən atıb.

DİA.AZ APA-ya istinadla xəbər verir ki, 1960-cı il təvəllüdlü Rəhman Quliyev Mehdiabad qəsəbəsində yerləşən 1 saylı binanın dördüncü mərtəbəsində yerləşən mənzildən özünü ataraq öldürüb.

Bildirilib ki, Rəhman Quliyev həmin mənzili almaq istəyib. Bu səbəbdən o ev sahibi Mirabbas Sadıqovla görüşərək mənzilə gəlib. Ev sahibi ilə bir qədər söhbət etdikdən sonra pəncərədən özünü ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt