Əsas Səhifə > Güney Press, Ana xəbərlər > İylənmiş pendir satdıqlarını danmaq üçün həmin pendiri yedilər...
İylənmiş pendir satdıqlarını danmaq üçün həmin pendiri yedilər...6-06-2023, 08:48 |
![]() DİA.AZ: - "Şikayətim Yeni Günəşlidə olan "Ballı" marketdəndir. Deməli, may ayının 30-u axşam ordan qiyməti 1.95 manat olan saçaqlı pendir almışam. Yararlılıq müddətinin tarixinə baxdım, "30.05.2023-20.06.2023" qeyd olunmuşdu..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ruslan Sabitov adlı istifadəçi giley edir. ![]() Daha sonra narazı vətəndaş bildirir: "Axşam bu pendiri açmışam, yemək olmur iylənmiş və çürümüş dad verir, adamın qusmağı gəlir. Səhəri gün apardım bu pendiri "gözlərinə soxdum". İndi özlərini müdafiə etmək üçün məndən çek tələb etməyə başladılar, mən də bunlara sübut edə bilmədim... "Ay insan mən köhnə iylənmiş pendiri qaytarıram və çeki özümlə gəzdirməli deyiləm ki. Və pendirin üstündə sizin qiymət birkanız var. Lap belə inanmırsız dəqiq vaxt sizə deyirəm... hər kassanızın üstündə kamera var... yoxlayın" deyə etiraz etsəm də, faydası olmadı. Dirənib ki çek olmalıdır. Axırda oranın administratoru pendiri yeməyə başlayır və utanmaz-utanmaz mənə deyir: "Nə olub ki... pis pendir deyil" Mən doğrudan da bilmədim gülüm, yoxsa ağlayım... İnsan nə qədər özünə hörmət etməyə bilər ki... Qoydum o pendiri və bir kəlmə söz dedim: "Pulu kişi kimi qazanmaq lazımdır"... və çıxdım ordan". İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |