Əsas Səhifə > Güney Press > Qazaxda çətənə kolları məhv edilib

Qazaxda çətənə kolları məhv edilib


6-06-2023, 08:07
Qazaxda çətənə kolları məhv edilib
DİA.AZ: - Qazaxda çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 5 tondan çox olan 12 500 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Geri qayıt