Əsas Səhifə > Güney Press > Əyləcə çevrilən inanclar...
Əyləcə çevrilən inanclar...6-06-2023, 08:00 |
![]() Şərq fəlsəfəsi yalnız ruhun aydınlanmasından yanadır. İntellektual aydınlama ilə maraqlanmır, hətta zehni aydınlanmanı təhlukə kimi görür. Ruhun aydınlanması Şərq insanında onun tanrı adlı bir yuxuya dalması ilə başa çatır. İntellektual aydınlanmanı da ona görə rədd edir ki, onu bu yuxudan oyada bilər. Tanrıdan oyanmaq! Bu, oyanış şərqlini dəhşətə gətirir. Şərqli tanrıdan oyanınca nələrini itirəcəyini və hansı gerçəkliklə qarşılaşacağını bilmədiyi üçün daha dərin yatmağa can atır. Şərq fəlsəfəsinə görə, insan öz daxili aləmini seyr etməklə katarsis yaşaya, təmizlənə, aydınlana bilər. Qərb fəlsəfəsini qidalandıran Aristotel isə əksini düşünürdü: insana gördüyü, bildiyi gerçəklik katasis yaşada bilər. Biz səhnədə seyr etdiyimiz qəhrəmanın canlandırığı duyğuları özümüzdən keçirərək, saf-çürük edərək təmizlənə, aydınlana bilərik. Aristotel bu mənada əxlaqın köklərini xarici aləmə, gerçəkliyə, bu seyretmənin insanda yaratdığı təsirə bağlayırdı. Yəni Aristotelin aydınlanması intellektual aydınlanma idi. Təsadüfi deyil ki, qədim yunanlar haqqında belə bir söz vardı: yunanlar anadangəlmə realist olurlar. Kissincer Şərqin geridəqalmışlığının səbəbini Şərqin öz Nyutonunu yarada bilməməsi ilə izah edirdi. Halbuki Nyutonu Qərbə Aristotel doğmuşdu. Aristotellə yatmayan Nyuton doğa bilməzdi. Nyuton kainatı seyr etməyi gerçəkliyi seyr etməyi sevən Aristoteldən öyrənmişdi. Qoca Şərqin çoxallahlılıqdan təkallahlığa keçidi metafizik kəmiyyət dəyişikliyi idi. Yunanlarda isə bu keçid keyfiyyət dəyişikliyi ilə baş vermişdi; yunanlar çoxallahlılıqdan Aristotelə "keçmişdilər". Aqşin YENİSEY - DİA.AZ Geri qayıt |