Əsas Səhifə > Güney Press > Paşinyanın oğlu guya ata-anasının türk olmasını söylədiyini təkzib etdi...
Paşinyanın oğlu guya ata-anasının türk olmasını söylədiyini təkzib etdi...6-06-2023, 06:58 |
![]() Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyan 44 günlük müharibədə ölən erməni hərbçilərin valideynlərindən guya öz ata-anasının, yəni Nikol Paşinyanla Anna Akopyanın hərəkətlərinə görə “onlar türkdür” deyərək üzr istəməsi barədə bəyanatını təkzib edib. DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda "Aysor" nəşri məlumat yayıb. “Əlbəttə, yox. Bu, tamamilə yalandır, heç vaxt belə bir şey olmayıb və ola da bilməz”, - deyə Aşot Paşinyan jurnalistlərə müsahibəsində bildirib. Xatırladaq ki, valideynlərdən biri jurnalistlərə müsahibəsində demişdi: “Aşot valideynlərinin etdiklərinə görə üzr istədi və "Onların əvəzinə heç nə deyə bilmərəm, bütün bunlara görə utanıram" -dedi. Bu, onun sözləridir. Hətta ata-anasının türk olduğunu da bildirdi”. Qeyd edək ki, dünən - iyunun 5-də İrəvanın Ümumi Yurisdiksiya məhkəməsi baş nazir Nikol Paşinyanın oğlu Aşotun oğurlanması işi üzrə təqsirləndirilən şəxsə qarşı ev dustaqlığını ləğv edib və 44 günlük müharibədə ölən əsgərin anası Qayane Martirosyanın 1 ay 15 günlük həbsinə qərar verib. Geri qayıt |