Əsas Səhifə > Güney Press > Siyəzəndə məmurun dəniz kənarında meyiti TAPILDI

Siyəzəndə məmurun dəniz kənarında meyiti TAPILDI


5-06-2023, 17:19
Siyəzəndə məmurun dəniz kənarında meyiti TAPILDI
Siyəzəndə icra nümayəndəsinin müavini dəniz sahilində keçinib.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə bu gün Xəzər dənizinin Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində, dəniz kənarında qeydə alınıb.

Belə ki, Siyəzən İcra Hakimiyyəti başçısının Beşdam kənd icra nümayəndəsinin müavini, 46 yaşlı Cabbar Camal oğlu Cabbarovun dəniz kənarında uzanmış halda meyiti tapılıb.

Onun ürəktutmadan vəfat etdiyi ehtimal edilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Siyəzən Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Siyəzəndə məmurun dəniz kənarında meyiti TAPILDI

Geri qayıt