Əsas Səhifə > Güney Press > Əlisa Nicata Prezident təqaüdü verilir

Əlisa Nicata Prezident təqaüdü verilir


5-06-2023, 17:08
Əlisa Nicata Prezident təqaüdü verilir
Maddi imkanının aşağı olması ilə gündəmə gələn çox sayda əsər müəllifi yazıçı-filosof Əlisa Nicata artıq Prezident təqaüdü verilir.

DİA.AZ bildirir ki, bunu Cebhe.info-nun sorğusuna cavab olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

Yeni əsər üzərində işləyən Əlisa Nicat özü isə Cebhe.info-ya kart hesabının açıldığını, amma hələ vəsaitin hesaba yüklənmədiyini deyib.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinə təqaüd üçün müraciət edən yazarlar içərisindən 70 nəfər seçilərək, onlara il ərzində təqaüd verilir. Hər il 20 gənc yazara 200 manat, 50 yaşlı yazara isə 300 manat məbləğində təqaüd hesablanır.

Qeyd edək ki, qışda Əlisa Nicat tədbirlərin birində evinin soyuq olduğunu, mənzili isitmək üçün qaz pulunu çatdıra bilmədiyini demişdi. Bundan sonra yazıçının üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən təqaüd almaması qabardılıb və filosofa kömək üçün yardım kampaniyasına başlanılıb.

Yazıçının hesabına yardım çərçivəsində bir neçə min pul toplanıb. Həmin vaxt Azərbaycan Yazıçılar Birliyindən saytımıza bildirmişdilər ki, bu ilin aprel ayından yazıçıya təqaüd veriləcək.

Geri qayıt