Əsas Səhifə > Güney Press > “Brand Credit” BOKT-un gəlirləri və mənfəəti azalıb

“Brand Credit” BOKT-un gəlirləri və mənfəəti azalıb


6-06-2023, 00:05
“Brand Credit” BOKT-un gəlirləri və mənfəəti azalıb
“Brand Credit” BOKT 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

DİA.AZ xəbər verir ki, şirkətin 2022-ci ildəki faiz gəlirləri 478 min manat (22,3%) azalma ilə 1 milyon 670 min manat, faiz xərcləri isə təqribən 41 min manat (11,1%) azalma ilə 328 min manata yaxın olub.
Nəticədə şirkətin xalis faiz gəlirləri 437 min 24,6% manat azalıb və 1 milyon 342 min manat olub.

Bu məbləğin 272 min manatı gözlənilən kredit zərərləri üzrə ehtiyata ayrılıb, nəticədə xalis faiz gəliri 1 milyon 70 min manata bərabər olub.

2022-ci ildə “Brand Credit”in ümumi və inzibati xərcləri 596 min manat olub, bu göstərici də son bir ildə 70 min manat, yəni 10% azalıb.

Vergidən əvvəlki mənfəət də öz növbəsində 232 min manat, yaxud 33,4% aşağı düşüb və təqribən 462 min manata bərabər olub.

78 min manat mənfəət vergisindən sonra 2022-ci ildə “Brand Credit” BOKT-un illik xalis mənfəəti 384 min manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 191 min manat, yəni 33% azdır.

2022-ci ildə “Brand Credit” BOKT şirkətinin aktivləri 616 min manatdan çox yaxud 12% azalaraq 4 milyon 682 min manata düşüb.

Aktivlərin 3 milyon 954 min manatını müştərilərə verilmiş kreditlər təşkil edir. Kredit portfeli də əvvəlki illə müqayisədə 214 min manata yaxın yaxud 5% azalıb. Pul vəsaitləri və onların ekvivalentləri isə 10 dəfə azalaraq 56 min manata düşüb.

2022-ci ildə “Brand Credit” BOKT-un öhdəlikləri 290 min manat «yüngülləşərək» 2 milyon 593 min manata enib.

Bunun 889 min manatını şirkətin istiqrazları təşkil edir. Bu rəqəm 2021-ci illə müqayisədə 574 min manata yaxın, yəni təqribən 40% azalıb.

2022-ci ildə “Brand Credit” BOKT-un kapitalı 326 min manata yaxın və ya 13,5% azalaraq təxminən 2 milyon 090 min manata enib.

Şirkətin nizamnamə kapitalı dəyişməyərək 1 milyon 900 min manat olaraq qalıb.

Bölüşdürülməmiş mənfəətin həcmi 2022-ci ildə 190 min manata yaxın olub ki, bu da keçən ilkindən təxminən 326 min manat 2,7 dəfə azdır.

“Brand Credit” BOKT-un gəlirləri və mənfəəti azalıb
“Brand Credit” BOKT-un gəlirləri və mənfəəti azalıb

Geri qayıt