Əsas Səhifə > Güney Press > Mirzoyan Toivo Klaarla Brüsseldə görüşüb

Mirzoyan Toivo Klaarla Brüsseldə görüşüb


25-01-2023, 17:48
Mirzoyan Toivo Klaarla Brüsseldə görüşüb
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla Brüsseldə görüşüb.

DİA.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Tərəflər görüş zamanı Aİ-nin Ermənistandakı yeni missiyasını müzakirə ediblər və qeyd olunub ki, bu missiya regiona sülh və sabitlik gətirməyə kömək edəcək.

Həmçinin əlavə olunub ki, görüş zamanı Laçın dəhlizindəki və Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi ətrafında fikir mübadilələri aparılıb.

Geri qayıt