Əsas Səhifə > Güney Press > Azərbaycanın təhvil verdiyi 17 hərbçi işgəncələrə məruz qalmayıb

Azərbaycanın təhvil verdiyi 17 hərbçi işgəncələrə məruz qalmayıb


5-10-2022, 18:06
 Azərbaycanın təhvil verdiyi 17 hərbçi işgəncələrə məruz qalmayıb
Hazırda müstəntiqlər Ermənistana qaytarılmış hərbçiləri dindirir, qalanları müalicə alır.

DİA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.

O qeyd edib ki, hazırda 10 hərbçi şahid kimi dindirilir, qalan 7 hərbçi isə müalicədədir və reabilitasiyaları bitdikdən sonra dindiriləcək.

Tadevosyanın sözlərinə görə, qaytarılan hərbçilər arasında ağır yaralı yoxdur, bəzilərində yüngül qəlpə yaraları aşkar olunub, onlar işgəncələrə məruz qalmayıb.

Xatırladaq ki, oktyabrın 4-də ABŞ-ın vasitəçiliyi ilə rəsmi Bakı İrəvana 17 erməni hərbçini qaytarıb.

Geri qayıt