Əsas Səhifə > Güney Press > “İran Azərbaycanın qələbəsinin bədəlini güneylilərə ödətmək istəyir”

“İran Azərbaycanın qələbəsinin bədəlini güneylilərə ödətmək istəyir”


22-09-2022, 15:37
“İran Azərbaycanın qələbəsinin bədəlini güneylilərə ödətmək istəyir”
İranın əxlaq polisi tərəfindən öldürülən 22 yaşlı Məhsa Əmininin ölümü etirazlara səbəb olub.

Qadınlar geyim qaydalarına və onu tətbiq edənlərə qarşı müqavimət əlaməti kimi hicablarını yandırırlar. Etiraza dəstək verənlər arasında qadınların çoxluğu və mübarizə meydanlaraındakı fəallığı aydın görünür. İranda 22 yaşlı gənc qadının ölümü ilə kükrəyən mübarizə dalğasının episentrində bunu törədən təməl səbəblər var.

DİA.AZ-ın məlumatına görə, cebhe.info-ya açıqlamasında güneyli siyasi fəal Məhsa Mehdili bildirib ki, Güney azərbaycanlıların verdiyi mübarizə meyvələrini verir:

"İranın öz içərisində yaşayan xalqların, dini qrupların, dini kəsimlərin toplumsal və siyasi problemləri görməzdən gəlməsi nəticəsində böyük bir narazılıq zatən illərdir davam edirdi. İndi bu, daha da yüksəlib. Çünki İran dövləti orada yaşayan qadınların, dini qrupların, millətlərin, hətta farsların özünün belə həyatını cəhənnəmə çevirib. Ümumi olaraq İran son dönəmdə ciddi iqtisadi böhranla üz-üzədir. Sanksiyalar davam edir. İran bütün qonşuları ilə üstüaçıq və ya örtülü, dilə gətirilən və gətirilməyən problemlər yaşayır. Emənistanı isə "əlində tutmağa" çalışır. İçəridə xarici siyasətdən gələn zərərlərin bədəlini orada yaşayan xalqlar birmənalı olaraq ödəyirlər. İqtisadi və sosial olaraq ciddi problemlər, işsizlik var. Görürük ki, sadalanan problemlər heç elə bil İran dövlətininin məsələləri deyil. Sanki belə bir vəzifəsi, öhdəlikləri yoxdur. Misal üçün deyim ki, son günlər ən həssas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və Ermənistanla İranın sərhədlərinin dəyişməsi, Azərbaycanın bölgədə güclənməsidir. İran ağıllı davransa, azərbaycanlılarla danışıq aparsa, özü üçün gücə də çevirə bilər. Amma onlar "dövlət ağıllarını" itiriblər. 22 yaşındakı xanımı geyimə nəzarət edən əxlaq polis öldürdü. Bu "keyfi kontroldur". Nə üçündür, kimə xidmət edir, bilinmir. Bu, ilk deyildi. Bəzi nöqtələrdə belə hadisələr var idi.

Bardağın daşdığı nöqtədə bir olay olur və bu olay bəhanə olur ki, insanlar çıxıb öfkələrini göstərsinlər. Demokratik ortamlar, azad mətbuat, qeyri- hökumət təşkilatları, partiya sistemi olmadığı üçün insanlar məcbur küçələrdə etrazlarını göstərirlər. Başqa meydan yoxdur. İran ayrıca bir meydan açmır ki, insanlar gəlib orada etirazların göstərsinlər".

Müsahibimiz qeyd edib ki, Güney Azərbaycana gəlincə, o torpaqlar həm Azərbaycan bölgəsi olduğu üçün, həm də oradakı xalqın əksəriyyəti türk olduğuna görə anti- Azərbaycan, antitürk siyasəti hər zaman İranda əsas olub:

“Özəlliklə Qarabağda çox önəmli qələbə əldə edəndən, Şimalı Azərbaycanın bölgədə təsiri çoxaldıqdan, Türkiyə ilə birliyi gücləndikdən sonra İran bunun bədəlini Güney azərbaycanlılara ödədir. Biz görürük ki, məsələ ilə bağlı açıq olmasa da İran ayrı- seçkilik siyasətini göstərir. Bu, indi daha da sərtləşib. Məhsa Əmininin öldürülməsi də əslində bəhanə oldu. İllərdir ki, Təbrizdə qadınların geyiminin kontrol edilməsi aşırı dərəcədə radikallaşdırılıb. Bu səfər partlama nöqtəsi oldu. İranın fərqli yerlərində etirazlar oldu. Etirazlar əsasən şəhərlərin mərkəzindəki meydanlarda baş tutur. Qadınların başlarını açıb meydanlara çıxması çox önəmlidir. Güney Azərbaycan Milli Hərəkatının duyarlılığı, həssaslığının qadınlar tərəfindən dilə gətirməsi çox önəmlidir. Mən baş verənləri mili mübarizə tariximizin meyvəsi olaraq görürəm. Güney azərbaycanlıların verdiyi mübarizə meyvələrini verməyə başlayıb".

Məhsa Mehdili bildirib ki, azadlıq, ədalət, mili hökumət şüarı dəyərlidir:

“Dillərdən düşməyən "Azərbaycan var olsun, istəməyən kor olsun" şüarı var. Baş örtüklərini açıb bu şüarı səsləndirənlərin qadın olması çox gözəl işarətdir".

Geri qayıt