
DİA.AZ: - Qondarma "Artsax pespublikası"nın özü kimi qondarma "rus icması" rəhbəri olaraq bir neçə gün əvvəl Azərbaycanı hədələyən Aleksandr Bordovun həbsi xəbəri yayılıb. DİA.AZ bildirir ki, bu barədə Ermənisttan KİV-lərində məlumat yer alıb.
Əsas xəbər qaynağı kimi çıxış edən erməni bloggerlərin yadığı məlumata görə, Bordovla iki gündür əlaqə saxlamaq mümkün deyil. DİA.AZ bildirir ki, onun Həkəri körpüsünün üzərindən keçərkən tutulduğu barədə şayiələr yayılıb.
Aleksandr Bordov Qarabağda ilk rus pravoslav kilsəsinin tikintisində fəal iştirak etdiyi, buna görə də "sülhməramlı" işğal ordusunun keçmiş komandiri Rüstəm Muradov tərəfindən "Təşəkkür" ordeni ilə təltif edildiyi bildirilir.