“Ruslar da erməniləri Kubandan, Soçidən, Rostovdan da qovub çıxaracaq...” - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 30-09-2023, 11:32 | Çap et
 “Bu gün ordumuzun Qarabağın dağlıq hissəsindəki separatçı-terrorçu silahlı birləşmələrə qarşı son təmizləmə əməliyyatından sonra da sosial şəbəkələr, telefon vasitəsilə əlaqə saxladığım Rusiya general və polkovnikləri Azərbaycan Silahlı Qüvvələri haqda çox yüksək fikirlər söyləyirlər. Doğrudan da hər şey göz qabağındadır. Hesab edirəm ki, Azərbaycan ordusu keçmiş sovet məkanında canlı qüvvə, texnika, silah-sursat və s. sayına görə Rusiya və Ukraynadan geri qalsa da, döyüşkənlik və müasir texnologiyaya yiyələnmək baxımından birinci üçlükdədir...” DİA.AZ bildirir ki, bu fikri Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib. “Son dövrlərdə Rusiyada əlaqə saxladığım yüksək vəzifədə olan dost və tanış generallar, polkovniklər var ki, onların çoxu rus olsa da, Bakıda doğulmuş və burada təhsil alıblar, Ali Hərbi Komandanlıq məktəbini burada bitiriblər. Onların Azərbaycan ordusu haqda fikirləri çox yüksəkdir. 2020-ci ilin 44 günlük savaşından əvvəl həmin tanış generallar ordumuz haqqında heç danışmaq istəmirdilər. Danışanda da yalnız tənqid edirdilər. Ermənilər də əvvəlki 20-25 ildə xaricdə Azərbaycan əleyhinə o qədər aşağılayıcı təqbliğat aparmışdılar, azərbaycanlıların yalnız göy-göyərti, kartof, pomidor, badımcan alveri bacardığını, hərbdən, döyüşdən uzaq olduğunu təbliğ etmişdilər ki, bu da öz təsirini göstərmişdi. Ancaq, Allaha şükür ki, rəşadətli Silahlı Qüvvələrimiz 2016-cı ilin Aprel döyüşlərindən sonra qismən, 2020-ci ildəki İkinci Qarabağ savaşından sonra isə artıq tam şəkildə özünün əsil gücünü göstərdi. Və bundan sonra artıq Rusiyadakı erməni təbliğatçılarının da dili batdı” -deyə davamında general-mayor bildirib. “Bu gün ordumuzun Qarabağın dağlıq hissəsində ki, separatçı-terrorçu silahlı birləşmələrə qarşı son təmizləmə əməliyyatından sonra da sosial şəbəkələr, telefon vasitəsilə əlaqə saxladığım Rusiya general və polkovnikləri Azərbaycan Silahlı Qüvvələri haqda çox yüksək fikirlər söyləyirlər. Doğrudan da hər şey göz qabağındadır. Hesab edirəm ki, Azərbaycan ordusu keçmiş sovet məkanında canlı qüvvə, texnika, silah-sursat və s. sayına görə Rusiya və Ukraynadan geri qalsa da, döyüşkənlik və müasir texnologiyaya yiyələnmək baxımından birinci üçlükdədir”,- Tacəddin Mehdiyev vurğulayıb. “Rusiyadakı tanış generallar ordumuzun son əməliyyatları günü, bir də bilirsiz, nə deyirdilər? Deyirdilər ki, o ermənilərə biz dövlət qurmuşuq, Qarabağda biz yerləşdirmişik, indi bizə təpik atırlar, qovun getsin, bu xainləri... Bunlar da rusların ermənilər haqqındakı öz gerçəyidir... Rusiya hərbçilərindən belə sözləri eşitdikdən sonra mən də bu qərara gəlirəm ki, erməni toplumu başlarına gələn son dərslərdən də nəticə çıxarmasalar, bu “artsax” “kuban”,”böyük ermənistan” xəstəliklərini tərgitməsələr, yaxın gələcəkdə Rusiya dövləti salamat qalacağı halda ruslar onları həmin Kubandan da, Soçidən də, Minvoddan da, Rostovdan da və s. qovub çıxaracaqlar”,- deyə sabiq nazir müavini diqqətə çatdırıb.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda tibb müəssisəsinin eyvanı QƏZALI VƏZİYYƏTDƏ - VİDEO
Bu gün, 11:09 |
|
|
|
• Ermənistan hökumətində Qriqoryanın səlahiyyətlərinin artmasından narazılıq var - “Joxovurd”
Bu gün, 11:08 |
|
|
|
• Bakı Mühəndislik Universitetində yeni kadr təyinatı olub - ƏMR
Bu gün, 11:06 |
|
|
|
• NƏ BAŞ VERİR: Bir “şillə” Paşinyanı silkələdi? - Minskə “yox”, Peterburqa “hə”
Bu gün, 10:57 |
|
|
|
• Erməni əsgərlər Rusiyaya qarşı vuruşacaq - Ayvazyan
Bu gün, 10:54 |
|
|
|
• Naxçıvanda sakinlər DONUR: `Şikayətimizə baxan yoxdur...` - "Sabah gəlib pul tələb edəcəklər ki..."
Bu gün, 10:46 |
|
|
|
• Qazax görüşünün nəticəsi nə olacaq? - Görünəni odur ki...
Bu gün, 10:39 |
|
|
|
• “Nə vaxta kimi övladlarımın boğazından kəsib kirayələrə verəcəm” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Bu gün, 10:37 |
|
|
|
• Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub - FOTO
Bu gün, 10:30 |
|
|
|
• Rusiya Asiyadan niyə narahatdır? - İNCƏLƏMƏ
Bu gün, 10:28 |
|
|
|
• Mustafayevlə Qriqoryanın görüşü haqda yeni DETALLAR - Sərhəddə müəmmalı ağ bina
Bu gün, 10:23 |
|
|
|
• Vəzifədə təzə olsa da... - Köhnələrə MEYDAN OXUYUR...
Bu gün, 10:19 |
|
|
|
• Xəstəxanalarda “donan” SİSTEM - AKTUAL
Bu gün, 10:12 |
|
|
|
• Rusiya sülhməramlıları bu saat Qarabağda heç kimi qorumur... - FAKT BUDUR!
Bu gün, 10:07 |
|
|
|
• Bakı sakinindən hədə-qorxu ilə 9 000 manat pul alan şəxs saxlanılıb
Bu gün, 10:05 |
|
|
|
• Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir? - Direktor meşə ərazisində ağac deyil, taxıl əkir
Bu gün, 10:03 |
|
|
|
• Məhkəmə dələduzluq sxemi ilə külli miqdarda pul ələ keçirənlərlə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edib - KİV
Bu gün, 09:58 |
|
|
|
• "Bunu körpə uşaq yesəydi, kim cavab verəcəkdi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:57 |
|
|
|
• QIZILCA DAHA BİR KÖRPƏ CANI ALDI... - Sabirabadda 1 yaşlı uşaq...
Bu gün, 09:46 |
|
|
|
• Qazaxda ermənilərlə vacib görüş: Kəndlərin məsələsi həll edilir - Detallar açıqlandı
Bu gün, 09:44 |
|
|
|
• "Zəngəzur oyununun bədəli ağır olacaq" - Ermənistan anlaşmanı pozdu
Bu gün, 09:42 |
|
|
|
• Naxçıvan Sənaye İnvestisiya Qrupu - LƏĞV OLUNUR
Bu gün, 09:40 |
|
|
|
• “Erməni lobbisinin uydurduğu mifləri dağıdacağıq” - Arzum Məhərrəmov
Bu gün, 09:38 |
|
|
|
• “Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...
Bu gün, 09:22 |
|
|
|
• Oliqarx oğlunun “Sea Breeze”də xuliqanlıq edən 6 nəfər dostu hara “yoxa çıxıblar”? - İLGİNC
Bu gün, 09:16 |
|
|
|
• Bu dövlət qurumu yeni binaya köçürülür
Bu gün, 09:15 |
|
|
|
• Aparıcı Lamiyə Ələkbərovaya yeni vəzifə verilib
Bu gün, 09:14 |
|
|
|
• BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...
Bu gün, 09:10 |
|
|
|
• Məhkəmə FHN-in rüşvət alan sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:06 |
|
|
|
• "Mən inanıram ki, Ermənistan öz konstitusiyasında da dəyişiklik edərək ərazi iddialarından birdəfəlik əl çəkəcək" - deputat
Bu gün, 09:01 |
|
|
|
• Cəlilabadda çay kənarından silah-sursat aşkarlanıb
Bu gün, 08:59 |
|
|
|
• Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər - BU NƏDİ BELƏ?!
Bu gün, 08:58 |
|
|
|
• Göygöl Rayon Mərkəzi Xəstəxanasında TENDER OYUNBAZLIĞI... - BİR ARAŞDIRAN OLSA...
Bu gün, 08:51 |
|
|
|
• Ordu quruculuğumuza TƏHLÜKƏLİ MÜDAXİLƏ... - AXI NİYƏ?
Bu gün, 08:43 |
|
|
|
• “Paşinyan İttifaq dövlətinə qoşulacaq...” -Karapetyantsdan gözlənilməz ehtimal...
Bu gün, 08:38 |
|
|
|
• Rusiya Ermənistanı cəzalandırır: külli miqdarda ziyan var - GƏLİŞMƏ
Bu gün, 08:33 |
|
|
|
• Tibbi qurum 644 minlik istilik sistemi üçün avadanlıqlar aldı – TENDER NƏTİCƏSİ
Bu gün, 08:30 |
|
|
|
• “Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ
Bu gün, 08:26 |
|
|
|
• Əgər `etibar etdiyimiz ünvan` budursa... - "Sadəcə biabrçılıq..."
Bu gün, 08:21 |
|
|
|
• ‘Beyləqan işgəncələri’ndə ittiham edilən polkovnik məcburi gətirilə bilər - TƏFƏRRÜAT
Bu gün, 08:13 |
|
|
|
• Göyçay sakinini EŞİDƏN YOXDUR... - "Tədbir görülməlidir ki..."
Bu gün, 08:10 |
|
|
|
• Gəncədə qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib
Bu gün, 08:02 |
|
|
|
• ABB müştərisinə belə problem yaradır... - GİLEY
Bu gün, 06:58 |
|
|
|
• Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."
Bu gün, 06:49 |
|
|
|
• Təhlükəsizlik Şurası iflic vəziyyətdə: BMT Qəzza sınağından yenə üzüqara çıxır - İNCƏLƏMƏ
Bu gün, 06:42 |
|
|
|
• Kreml Paşinyanı Qərb yolundan döndərmək üçün real addımlara start verdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:40 |
|
|
|
• Dövlət Agentliyinin 242 minlik tenderinin qalibi – MƏLUM OLDU
Bu gün, 00:05 |
|
|
|
• Dövlət qurumundan “V Dizayn” MMC-ə 527 minlik – SİFARİŞ
Bu gün, 00:02 |
|
|
|
• Qərb yenə iş başında – Təkbətək görüş baş tutacaq?
Dünən, 19:02 |
|
|
|
|