
Naxçıvan şəhəri, Şərur rayonu, Yenigicə kənd sakini Bağırov Ramiz Məmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Qarabağ veteranı, II qrup əlil olduğunu bildirən şikayətçi yazır ki, 2021-ci ildən pensiyası qanunsuz olaraq dayandırılıb:
“Mən, Bağırov Ramiz Məmməd oğlu, yazaraq sizə bildirirəm ki, mən II qrup əlil, müharibə veteranı olduğum halda pensiyamı kəsiblər.
Könüllü döyüşçu olmuşam. Dövlət tərəfindən evlə təmin olunmuşam. 5 ildən bir komissiyadan keçirdik. Bu il yoxlanışdan keçirmədilər ki, sağalmısınız.
Həkimlərin rəyində göstərilir ki, sağalmışam, iş qalibillətim var. Amma cəmi 2 ay qabaq ciyərimdən qəlpə çıxardılar. Sağalan adam belə olur?
Bu şikayətimlə bağlı yazmadığım, getmədiyim orqan qalmayıb. Bu yaxınlarda Milli Məclisdə olmuşam. Adil müəllimin qəbuluna getsəm də, iclasda olduğu deyildi.
İmkanım yaxşı deyil, xəstəxanalarda yaşayıram. Səhhətim icazə vermir ki, hansısa bir işlə məşğul olum. Hal-hazırda da “Madera Hospital”da müalicə alıram.
Sizdən xahiş edirəm ki, mənim müraciətimi işıqlandırasınız”.
Şikayətlə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. İdarədən məsələni araşdırıb, redaksiyamızla əlaqə saxlanılacağını bildirdilər.

