Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub .....                     Rusiya Asiyadan niyə narahatdır? .....                     Mustafayevlə Qriqoryanın görüşü haqda yeni DETALLAR .....                     Vəzifədə təzə olsa da... .....                     Xəstəxanalarda “donan” SİSTEM .....                     Rusiya sülhməramlıları bu saat Qarabağda heç kimi qorumur... .....                     Bakı sakinindən hədə-qorxu ilə 9 000 manat pul alan şəxs saxlanılıb .....                     Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir? .....                     Məhkəmə dələduzluq sxemi ilə külli miqdarda pul ələ keçirənlərlə bağlı qərar çıxardı .....                     İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edib .....                     "Bunu körpə uşaq yesəydi, kim cavab verəcəkdi?" .....                     QIZILCA DAHA BİR KÖRPƏ CANI ALDI... .....                     Qazaxda ermənilərlə vacib görüş: Kəndlərin məsələsi həll edilir .....                     "Zəngəzur oyununun bədəli ağır olacaq" .....                     Naxçıvan Sənaye İnvestisiya Qrupu .....                     “Erməni lobbisinin uydurduğu mifləri dağıdacağıq” .....                     “Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” .....                     Oliqarx oğlunun “Sea Breeze”də xuliqanlıq edən 6 nəfər dostu hara “yoxa çıxıblar”? .....                     Bu dövlət qurumu yeni binaya köçürülür .....                     Aparıcı Lamiyə Ələkbərovaya yeni vəzifə verilib .....                     BU NƏ SƏADƏT... BU NƏ İMKAN? .....                     Məhkəmə FHN-in rüşvət alan sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı .....                     "Mən inanıram ki, Ermənistan öz konstitusiyasında da dəyişiklik edərək ərazi iddialarından birdəfəlik əl çəkəcək" .....                     Cəlilabadda çay kənarından silah-sursat aşkarlanıb .....                     Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər .....                     Göygöl Rayon Mərkəzi Xəstəxanasında TENDER OYUNBAZLIĞI... .....                     Ordu quruculuğumuza TƏHLÜKƏLİ MÜDAXİLƏ... .....                     “Paşinyan İttifaq dövlətinə qoşulacaq...” .....                     Rusiya Ermənistanı cəzalandırır: külli miqdarda ziyan var .....                     Tibbi qurum 644 minlik istilik sistemi üçün avadanlıqlar aldı .....                     “Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər .....                     Əgər `etibar etdiyimiz ünvan` budursa... .....                     ‘Beyləqan işgəncələri’ndə ittiham edilən polkovnik məcburi gətirilə bilər .....                     Göyçay sakinini EŞİDƏN YOXDUR... .....                     Gəncədə qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib .....                     ABB müştərisinə belə problem yaradır... .....                     Emin Əmrullayev DÜZMÜ BUYURDU? .....                     Təhlükəsizlik Şurası iflic vəziyyətdə: BMT Qəzza sınağından yenə üzüqara çıxır .....                     Kreml Paşinyanı Qərb yolundan döndərmək üçün real addımlara start verdi .....                     Dövlət Agentliyinin 242 minlik tenderinin qalibi .....                 

Hədəfləri bəlli oldu: Qarabağa girmək istəyirlər - NƏ BAŞ VERİR?
Tarix: 30-09-2023, 10:20 | Çap et
Hədəfləri bəlli oldu: Qarabağa girmək istəyirlər
Politoloq Yeganə Hacıyeva Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Qarabağ erməniləri ilə bağlı “Amerikanın humanitar səyləri”ni əlaqələndirəcək “Fəlakətlərə Yardım Cavab Qrupu”nun (DART) Cənubi Qafqazda yerləşdiriləcəyini açıqladı. Dövlət Departamentinin sözçüsü Metyu Miller isə deyir ki, Qarabağa “beynəlıxalq missiya” göndəriləcək, Azərbaycan da razıdır. Sizcə, nə etmək istəyirlər: regionda özlərinə yer etməyə, ya düzənə düşən bölgəni qarışdırmağa çalışırlar?

- Hazırda istər Qarabağda, istərsə də Ermənistanın Azərbaycanla sərhədində “humanitar məqsəd”lə kənar qüvvələrin yerləşmə cəhdləri izlənilir. Ancaq bunun Azərbaycan üçün əsas, vacib tərəfi odur ki, müzakirələrin heç biri beynəlxalq hüquqa zidd deyil, ərazilərin suverenliyi və sair kimi hüquqi aspektlərdən kənara çıxmır. Ümumi olaraq, məsələlər danışıqlar mərhələsindədir və Ermənistan müzakirələrdə yalan və dezinformasiya kampaniyalarından çıxış etsə də, Azərbaycan reallıq və beynəlxalq hüquq çərçivəsində öz suveren ərazilərində legitim addımlar prinsipini rəhbər tutur.

Humanitar məsələlərə gəlincə, Ermənistanın dezinformasiya və təhriklərlə əhalinin (ermənilərin) Qarabağdan çıxmasına çağırışlar edir ki, bunda da əsas məqsədi daha sonra bu “faktlar”ı öz maraqları üçün istifadə etsin. Çıxan insanların üzərindən siyasi dividentlər qazanmaq üçün necə istifadə etməyə çalışdığı göz önündədir. Amma proseslərin bu mərhələsində neytral və müstəqil arbitr qismində çıxış edəcək qısamüddətli müşahidəçi missiyası faydalı ola bilərdi.

Ermənistan ərazisi bizə maraqlı deyil, eyni zamanda, USAID və ya ABŞ-dan Cənubi Qafqaza gələcək mümkün missiyanın müzakirəsi getmir. Ancaq USAID-in öz Cənubi Qafqaz ofisi çərçivəsində hər hansı bir layihəsi nəzərdə tutula bilər ki, bu da QHT tipli bir qurumun gördüyü iş ola bilər. Bu, sadəcə təklifdir və müzakirə mərhələsindədir. Bölgəyə mülki missiyanın göndərilməsi məsələsi hələ 44 günlük müharibədən sonra müzakirə olunmağa başlayıb. O dönəmdə Avropa Birliyi bu prosesdə öncül idi. Yəni bu, yeni xəbər deyil. Ermənistanın qondarma soyqırımı və blokada təbliğatının əsasında da bu məsələlərin təşviqi dururdu.

Məsələ humanitar çərçivədədirsə, Beynəlxalq Qızıl Xaç Komitəsi onsuz da Qarabağdadır. İndi hansısa missiya ora gəlsə belə, onun da fəaliyyətinin bundan fərqli olması mümkün deyil.

Qarabağdan çıxanların sayına gəlincə, BMT-nin qaçqınlar məsələsi ilə bağlı Cənubi Qafqaz nümayəndəliyi təqdim etdiyi rəqəmlərlə Ermənistan hökumətinin elan etdiyi rəqəmlər arasında ciddi fərqlər var.

İndi kənar qüvvələrin nə etmək istədikləri və ya nə planlaşdırdıqlarının konkret cavabı ancaq vəziyyətdən istifadə edib regionda yerləşmə cəhdləri çərçivəsindədir. Qarabağda nə olacaqsa, Azərbaycan Konstitusiyası əsasında olacaq. Humanitar məsələləri biz özümüz də həll edə bilərik, necə ki, edirik.

Kənar qüvvələrin məqsədlərinə gəlincə, bu kampaniyanı başladanlar Cənubi Qafqazda yerləşməyə cəhd göstərirlər. Bunu da ona görə edirlər ki, Rusiyanın Ukraynadakı müharibəyə görə mövqeləri kifayət qədər zəifləyib. Bu durumdan da istifadə etməyə çalışırlar.

- Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də İspaniyada (Qranada şəhəri) keçiriləcək görüşündən gözləntiniz necədir: sülh müqaviləsi ilə bağlı irəliləyiş olacaqmı?

- Qranada görüşünün gündəliyi qismən hazırdır. Bu da Azərbaycan prezidentinin köməkçisinin bu yaxınlarda keçirdiyi görüşdə (Brüssel) müzakirə olunmuşdu. Hələlik ortada “sülh sazişi imzalanacaq” kimi bir yanaşma yoxdur, amma cidi razılaşmalar var. Bu razılaşmalar da Ermənistanı öz maraqları yox, beynəlxalq hüquq çərçivəsində məsuliyyətli olmağa sövq edir. Bu da bizim maraqlarımıza uyğundur. Hazırkı mərhələdə gedən proseslərdə bizim əleyhimizə olan heç nə yoxdur.

- Rusiya və Ermənistan arasındakı gərginlik pik həddinə yaxınlaşır. İrəvan Moskvada etirazlara səbəb olan Roma Statutunu ratifikasiya etməyə hazırlaşır. Sizcə, Rusiyanın Ermənistanın bu və digər addımlarına cavabı necə ola bilər?

- Rusiyanın Ukraynada üzləşdiyi vəziyyət göstərdi ki, Ermənistan da daxil onun hər hansı strateji tərəfdaşı onunla hesablaşmır. Rusiyanın bu yerə gəlib çıxmasının səbəbi onun uzaqgörməyən siyasəti ilə bağlıdır.

Ermənistana gəlincə, o, Avropa Birliyi və ABŞ-ın Ukraynadakı müharibəyə görə tətbiq etdiyi sanksiyalardan yayınmasında Rusiya üçün faydalı olan bir nömrəli ölkədir. İkincisi, Nikol Paşinyanın ətrafındakı biznes dairələri bu müharibədən Ermənistan üçün milyardlar qazanır. Bu biznes dairələri Paşinyana və onun həyat yoldaşına bağlıdır.

Mənim müşahidəmə görə, ortada oynanılan gərginlikdən fərqli bir şey görünmür. Əlbəttə, Ermənistan daxilində Rusiyanı özlərindən asılı etmək istəyən qüvvələr var. Ermənistan əvvəllər də Rusiyaya qarşı istifadə etmək üçün təsir nöqtələri axtarışında olduğuna görə, bu məqamda göydəndüşmə imkanlardan biri elə Roma Statutu oldu. İndi Ermənistan bunu qəbul etməklə Rusiyaya qarşı bir təsir nöqtəsi yaratmağa çalışır. Bu statutun qəbulu ilk növbədə Ermənistanın öz əleyhinə işləyəcək. Baxmayaraq ki, biz qəbul etməmişik, amma Ermənistan bunu təsdiqləyirsə, onda Birinci Qarabağ Müharibəsində ciddi hərbi cinayətlər törətmiş şəxslər var ki, onları ya həbs etməlidir, ya da beynəlxalq məhkəmələrə verilməsi öhdəliyi formalaşacaq.

- Bəs Ermənistandakı gərginlik necə olacaq?

- Bu gərginliyi Rusiya və Ermənistan aparmır. Regiona girmək istəyən qüvvələrlə bağlı Rusiya və Ermənistan tərəfindən oynanılan oyunlar var. Ukraynada davam edən müharibə fonunda isə “artıq güclü Rusiya dövləti yoxdur” təsəvvürü var və Rusiya daxilində kənar maraqlara işləyən şəbəkələr aktiv fəaliyyətdədir.

Rusiya biznesinin 70 faizdən çoxunun başında ABŞ-ın biznes elitası dayanır. Hazırda orada qrup maraqları vuruşur.

Bölgəmizə gəlincə, prosesləri Azərbaycana qarşı yönəltməyə çalışırlar, amma burada vacib məqam odur ki, kimin nə oynamasından asılı olmayaraq, beynəlxalq hüquq və nizam var. Azərbaycan da öz addımlarını bu nizama görə atır. Qısamüddətli perspektivdə səs-küylər var, amma uzunmüddətli perspektivdə cəhdlər və proses yoxdur. Əgər hansısa “humanitar yardım”dan söhbət gedirsə, bu da digər məsələlər kimi bizim şərtlərimiz daxilində olacaq. İndi bunlar Samanta Pauerin öz fikri deyil, ABŞ-dakı erməni lobbisinin təsiri ilə dilə gətirilir. Onların nə deməsindən asılı olmayaraq, gedişat onların istədikləri istiqamətdə getməyəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub - FOTO
Bu gün, 10:30
Rusiya Asiyadan niyə narahatdır? - İNCƏLƏMƏ
Bu gün, 10:28
Mustafayevlə Qriqoryanın görüşü haqda yeni DETALLAR - Sərhəddə müəmmalı ağ bina
Bu gün, 10:23
Vəzifədə təzə olsa da... - Köhnələrə MEYDAN OXUYUR...
Bu gün, 10:19
Xəstəxanalarda “donan” SİSTEM - AKTUAL
Bu gün, 10:12
Rusiya sülhməramlıları bu saat Qarabağda heç kimi qorumur... - FAKT BUDUR!
Bu gün, 10:07
Bakı sakinindən hədə-qorxu ilə 9 000 manat pul alan şəxs saxlanılıb
Bu gün, 10:05
Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir? - Direktor meşə ərazisində ağac deyil, taxıl əkir
Bu gün, 10:03
Məhkəmə dələduzluq sxemi ilə külli miqdarda pul ələ keçirənlərlə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:01
İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edib - KİV
Bu gün, 09:58
"Bunu körpə uşaq yesəydi, kim cavab verəcəkdi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:57
QIZILCA DAHA BİR KÖRPƏ CANI ALDI... - Sabirabadda 1 yaşlı uşaq...
Bu gün, 09:46
Qazaxda ermənilərlə vacib görüş: Kəndlərin məsələsi həll edilir - Detallar açıqlandı
Bu gün, 09:44
"Zəngəzur oyununun bədəli ağır olacaq" - Ermənistan anlaşmanı pozdu
Bu gün, 09:42
Naxçıvan Sənaye İnvestisiya Qrupu - LƏĞV OLUNUR
Bu gün, 09:40
“Erməni lobbisinin uydurduğu mifləri dağıdacağıq” - Arzum Məhərrəmov
Bu gün, 09:38
“Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...
Bu gün, 09:22
Oliqarx oğlunun “Sea Breeze”də xuliqanlıq edən 6 nəfər dostu hara “yoxa çıxıblar”? - İLGİNC
Bu gün, 09:16
Bu dövlət qurumu yeni binaya köçürülür
Bu gün, 09:15
Aparıcı Lamiyə Ələkbərovaya yeni vəzifə verilib
Bu gün, 09:14
BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...
Bu gün, 09:10
Məhkəmə FHN-in rüşvət alan sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:06
"Mən inanıram ki, Ermənistan öz konstitusiyasında da dəyişiklik edərək ərazi iddialarından birdəfəlik əl çəkəcək" - deputat
Bu gün, 09:01
Cəlilabadda çay kənarından silah-sursat aşkarlanıb
Bu gün, 08:59
Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər - BU NƏDİ BELƏ?!
Bu gün, 08:58
Göygöl Rayon Mərkəzi Xəstəxanasında TENDER OYUNBAZLIĞI... - BİR ARAŞDIRAN OLSA...
Bu gün, 08:51
Ordu quruculuğumuza TƏHLÜKƏLİ MÜDAXİLƏ... - AXI NİYƏ?
Bu gün, 08:43
“Paşinyan İttifaq dövlətinə qoşulacaq...” -Karapetyantsdan gözlənilməz ehtimal...
Bu gün, 08:38
Rusiya Ermənistanı cəzalandırır: külli miqdarda ziyan var - GƏLİŞMƏ
Bu gün, 08:33
Tibbi qurum 644 minlik istilik sistemi üçün avadanlıqlar aldı – TENDER NƏTİCƏSİ
Bu gün, 08:30
“Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ
Bu gün, 08:26
Əgər `etibar etdiyimiz ünvan` budursa... - "Sadəcə biabrçılıq..."
Bu gün, 08:21
‘Beyləqan işgəncələri’ndə ittiham edilən polkovnik məcburi gətirilə bilər - TƏFƏRRÜAT
Bu gün, 08:13
Göyçay sakinini EŞİDƏN YOXDUR... - "Tədbir görülməlidir ki..."
Bu gün, 08:10
Gəncədə qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib
Bu gün, 08:02
ABB müştərisinə belə problem yaradır... - GİLEY
Bu gün, 06:58
Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."
Bu gün, 06:49
Təhlükəsizlik Şurası iflic vəziyyətdə: BMT Qəzza sınağından yenə üzüqara çıxır - İNCƏLƏMƏ
Bu gün, 06:42
Kreml Paşinyanı Qərb yolundan döndərmək üçün real addımlara start verdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:40
Dövlət Agentliyinin 242 minlik tenderinin qalibi – MƏLUM OLDU
Bu gün, 00:05
Dövlət qurumundan “V Dizayn” MMC-ə 527 minlik – SİFARİŞ
Bu gün, 00:02
Qərb yenə iş başında – Təkbətək görüş baş tutacaq?
Dünən, 19:02
Avropa Parlamentinin qərarlarından erməni diasporunun qoxusu gəlir - deputat
Dünən, 19:00
Bizi öldürən ÜRƏK AĞRISI...
Dünən, 18:18
Ermənistanın Qafqazda monoetnik bölgə yaratması süni fəaliyyətdir - Fuad Abbasov
Dünən, 18:09
Azərbaycanda şəhidin xanımına qarşı iyrənc cinayət - TƏFƏRRÜAT
Dünən, 18:00
Rusiyadakı ‘Memorial’ təşkilatı AzadlıqRadiosunun müxbirini siyasi məhbus elan etdi - DETALLAR
Dünən, 17:57
“Mədəniyyət Nazirliyinə halaldır, adam yüz il yatsa, yuxusuna girməz ki…” - ETİRAZ
Dünən, 17:53
İsmayıllıda narkomaniyanın fəsadları ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 17:51
FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb - TƏFƏRRÜAT
Dünən, 17:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru