83 yaşlı erməni Putindən onu övladlığa götürməsini tələb etdi... .....                     Düşmən yeni himayədar axtarışında: .....                     "Qala Sığorta" Səhiyyənin Təminat Mərkəzindən 177 min manatlıq sığorta haqqı alacaq .....                     "Növbədənkar seçkilər düşünülmüş qərardır" .....                     Putindən real inqilabın mümkünlüyü barədə .....                     "Biz 2 saat meyxana deyib pul alırıqsa..." .....                     Kitab bazarında yazıçıların haqqı yeyilir? .....                     Vaşinqtonda TƏHDİD, Bakıda ƏMƏKDAŞLIQ... .....                     “Ermənistana səviyyəsiz şəxslərin rəhbərlik etməsi bizim günahımız deyil” .....                     İranın Ermənistanla yeni layihəsi: .....                     “Prezident seçkilərində iştirak edəcəyəm” .....                     Gündəlik 15-20 manat qazanan qaynaqçının 6 milyon manat vergi borcu necə yaranıb? .....                     Gəncədə TENDER MÜƏMMASI... .....                     Dövlət qurumunun 369 minlik tenderinin qalibi .....                     Növbədənkənar prezident seçkilərini zəruri edən digər amillər var .....                     Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır .....                     "AzerTelecom" şirkətinin rəhbərliyinə yeni təyinat olub .....                     "Qiymət artımı həm müştəri davranışına, həm də əmlak bazarına ciddi təsir göstərir" .....                     “Qranada qətnaməsinə imza atanlar beynəlxalq hüququ saxtalaşdırıblar” .....                     “Ermənistana səviyyəsiz şəxslərin rəhbərlik etməsi bizim günahımız deyil” .....                     “Azərbaycanlılar Ermənistanda yaşayacaqlar” .....                     Kremldən mesaj: .....                     “ATF” MMC daha bir tenderin qalibi oldu .....                     İndi Baboş Babəkdən daha məşhurdur... .....                     “Limak Holding” ləğv olunur .....                     “Paşinyan iqtidarı 44 günlük savaşın günahkarlarını tapıb” .....                     BÖYÜKLƏRİN UŞAQ PROBLEMİ... .....                     45 milyonluq tenderin qalibi açıqlandı .....                     "Qızıl" kimi təhsilə indi də qızılca kimi "düşmən"... .....                     Əvvəl priton idi, indi ''Vətən'' olub... .....                     Növbədənkənar prezident seçkisi niyə keçirilir? .....                     Növbədənkənar seçki niyə elan edildi? .....                     O'Braynın Bakıya gətirdiyi iki təklif: .....                     Qarabağ ermənilərindən İSTİFADƏ CƏHDİ... .....                     Mərkəzi Bank daha bir tenderin nəticələrini elan etdi .....                     Səhiyyə sektoru "laqeyd" nazirlikdən əziyyət çəkir... .....                     “Tamaşaçının zövqünü niyə korlayırıq?!” .....                     Qəfil seçki qərarı... .....                     Bu ölkədə nazirlər yoxa çıxırlar .....                     “Moskva ilə İrəvan arasında silah məsələsi həll oluna bilər” .....                 

Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası: iki əsas əngəl aradan qalxdı - NƏ BAŞ VERİR?
Tarix: 26-09-2023, 16:55 | Çap et
Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası: iki əsas əngəl aradan qalxdı
Ötən həftə - sentyabrın 21-də Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi. Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil etdilər. Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirdilər.

Görüşdən sonra nəticələrlə bağlı verilən məlumatda qeyd olundu ki, danışıq zamanı Qarabağın erməni əsilli sakinlərinin reinteqrasiyası müzakirə olunub. Erməni nümayəndələr Azərbaycan tərəfindən yanacaq və əhalinin ərzaqla təminini xahiş ediblər. Görüşdən dərhal sonra Azərbaycan Qarabağ əhalisinə lazım olan ərzaq məhsullarının və yanacaq məsələlərinin həllinə başladı. Bununla da bölgənin erməni sakinlərinin ehtiyaclarının təmin edilməsinə başlanıldığını, reinteqrasiya istiqamətində ilk addım atıldığını söyləmək olar.

Dünən isə növbəti görüş Xocalı şəhərində baş tutub. Qeyd edək ki, bu görüşlərin davamlı olacağı, erməni nümayəndələrin xahişlərinin dinləniləcəyi və müvafiq addım atılacağı Azərbaycan tərəfindən bəyan edilib.

Reinteqrasiya istiqamətində atılan addımlarla bağlı AYNA-ya danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Azərbaycan hər zaman verdiyi sözün üzərində dayandığını nümayiş etdirib. DİA.AZ onunla söhbəti təqdim edir:

- Bakının məsələyə yanaşması daim humanist, beynəlxalq hüquqa, mehriban qonşuluq münasibətlərinə uyğun olub. Azərbaycan heç zaman beynəlxalq hüquqa zidd addım atmayıb. Sadəcə Azərbaycan əraziləri işğalda olub, beynəlxalq təzyiqlər olduğu üçün dövlət bu istiqamətdə siyasət həyata keçirə bilməyib. Qarabağda yaşayan erməni sakinlər hər zaman Bakı üçün eyni statusda olublar – bu gün dövlət onlara necə yanaşırsa, dünən də elə yanaşıb, sabah da elə olacaq. Ermənistan kənar dövlətlərin dəstəyi ilə Azərbaycan ərazilərini işğal etmişdi, sonradan orada qondarma qurum yaratdılar.

Nəzərə almaq lazımdır ki, Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı da, sonra keçirilən əməliyyatlar zamanı da humanizm prinsipini əsas götürdü, mülki əhaliyə zərər dəyməməsi üçün əlindən gələni etdi. Bu gün ortaya qoyulan yanaşma da həmin siyasətin davamıdır. 24 saat davam edən antiterror tədbirlərindən dərhal sonra humanitar yardım siyasətini ortaya qoydu. Bu siyasət onu göstərir ki, Azərbaycan sülhdən yanadır, münaqişədə, müharibədə maraqlı deyil.

Artıq Xankəndi şəhəri Azərbaycanın enerjisi ilə təmin olundu. Üç gündür isə Xankəndiyə ərzaq aparılır, erməni sakinlərə qayğı göstərilir. Bu, Yevlaxdakı ilk görüşdə erməni nümayəndələrinin xahişi idi. Bununla da Azərbaycan oradakı sadə ermənilərə humanist yanaşdığını bir daha ortaya qoymuş oldu.

- Proseslər göstərir ki, erməni nümayəndələrinin Yevlaxda Azərbaycan rəsmiləri ilə görüşünün nəticələri var. Bununla demək olarmı ki, reinteqrasiya başladı?

- Əvvəlcə onu deyim ki, Yevlağın görüş yeri kimi seçilməsi və dövlət adından iştirak edən şəxsin seçimi çox uğurlu idi. Təmsil səviyyəsi çox düzgün idi. Yevlax görüşündə təxminən gözlənilən reallaşdı. Antiterror əməliyyatından sonra belə bir görüşün keçirilməsi vacib idi. Çünki görüşün qısa zamanda keçirilməsi təslim olan qondarma rejimin sonradan fərqli fikrə düşməsi ehtimalını da zəiflətdi. Görüşün keçirilməsi yubansaydı, Qarabağın erməni sakinləri təmasları istəsəydilər də, hansısa xarici qüvvə onlara mane ola bilərdi.

Biz bilirik ki, Ermənistan dövlətinin özü belə, indi öz iradəsinə sahib deyil, o ki qala Qarabağdakı terrorçu rejim ola. Əsas məsələ o idi ki, bizim istədiyimiz yerdə, istədiyimiz şərtlərlə, bizim müəyyənləşdirdiyimiz nümayəndələrlə görüş baş tutdu. Yevlax görüşü bizim məqsədimizə tam uyğun oldu. Mən deyə bilmərəm ki, növbəti görüş harada keçiriləcək. Güman ki, yenə də görüş Yevlaxda keçiriləcək.

Təbii ki, istərdik, daha çox nəticə əldə edilsin, amma bəzən istəklərlə reallıq tam üst-üstə düşmür. Növbəti görüşlərdə bütün məsələlər həllini tapacaq. Demək olar ki, reinteqrasiya üçün münbit şərait yaranıb. Nəzərə almaq lazımdır ki, reinteqrasiyaya mane ola biləcək bir neçə məqam var idi ki, onlardan iki əsas komponenti Azərbaycan aradan qaldırdı.

- Onlar hansı əngəllər idi?

- Birincisi, Ermənistanla şərti sərhəddə Ermənistanın nəzarətdə saxladığı yüksəkliklər idi ki, Azərbaycan o yüksəkliklərə bir neçə mərhələdə nəzarəti təmin etdi. Məqsəd də o idi ki, Qarabağda antiterror tədbirlərinə başlayanda Ermənistanın coğrafi mövqe üstünlüyü olmasın. Azərbaycan bu əngəli lokal antiterror əməliyyatlarınadək bir neçə mərhələdə təmin etdi.

İkincisi, Qarabağın dağlıq hissəsindəki qrupların təxribat törətmək potensialını minumuma endirdi. Eyni zamanda, xunta rejiminin yerli erməni əhalisi üzərindəki təzyiq vasitələri çox zəiflədildi. Bu amillər reinteqrasiyaya əngəl yaradan amillər idilər. Məsələn, Azərbaycan sadə erməni əhalinin nümayəndələrini görüşə çağırırdı, terrorçu qruplar buna mane olurdular. Hansısa erməninin Azərbaycan rəsmiləri ilə görüşünə ya fiziki olaraq maneə yaradırdılar, bu baş verməyəndə isə silahlı təxribata əl atılırdı. Lakin Azərbaycan bu maneələri 24 saatlıq əməliyyat tədbirləri ilə sıradan çıxardı.

- Azərbaycan Qarabağın tamamında demək olar ki, nəzarəti ələ alıb. Lakin qondarma rejimin bəzi silahlı qrupları var ki, onlar təslim olmayacaqları mesajını verirlər. Bunun təhlükəlilik dərəcəsi nə qədərdir?

- İndi qanunsuz yaraqlılar silahlarını təhvil verməkdədirlər. Amma təəssüf ki, bunun tam şəkildə baş tutacağı gözlənilən deyil. Digər təcrübələrdən bilirik ki, insanlar haradasa silah gizlədirlər. Bu, dünyanın hər yerində belədir. Qanunsuz silah daşıma dünyanın hər yerində var. Bizim əlimizdə dəqiq rəqəm yoxdur ki, xunta rejiminin nə qədər silahları olub, hansı silah növləri olub. Qanunsuz silahları saxlayaraq, tam təhvil verməyərək sonradan nələrsə etməyə çalışanlar olacaq. Risk o zaman minumuma enəcək ki, Azərbaycan artıq Xankəndidə polislə, Daxili Qoşunlarla nəzarəti tam təmin edəcək.

Bilirsiniz, şüuraltı məqamların dəyişməsi bir qədər zaman alacaq. Ümumiyyətlə, ermənilərin reallığı qavrama anlayışında bir qədər problem var. Amma gec-tez reallığı anlayırlar. Məsələn, Ermənistan dövlətində və cəmiyyətində 44 günlük müharibədən sonra qavrayış dəyişməyə başladı. Yəni əvvəl reallıqlara yanaşmaları fərqli idi, xəyal dünyasında yaşayırdılar. Amma Ermənistan rəsmilərinin önəmli hissəsi reallığı qavramağa başlayıb. Eləcə də, erməni cəmiyyətində reallığı qavrama hissi artıb. Əks halda, çoxdan Baş nazir Nikol Paşinyanı devirmişdilər.

İndi Qarabağın erməni sakinləri də reallığı qavrayacaqlar. İndi xunta rejimindən qalan bəzi şəxslər var ki, reallıqla barışmaq istəmirlər. Müəyyən şəxslər var ki, onlara xaricdən tövsiyələr verilir, “narahat olmayın, davam edin” deyilir. Lakin bu, effekt verməyəcək. Bir qədər zaman keçdikdən sonra həmin avantüristlər də anlayacaqlar ki, Azərbaycanla oynamaq olmaz. Düşünürəm ki, müqavimət göstərən olacaqsa, Azərbaycanın aidiyyəti orqanları onların yerini müəyyənləşdirəcək və zərərsizləşdirəcək. Bu məsələni Azərbaycan güc strukturlarının həll etmək potensialı mövcuddur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
83 yaşlı erməni Putindən onu övladlığa götürməsini tələb etdi... - Belə də olur...
Bu gün, 17:35
Düşmən yeni himayədar axtarışında: - Paşinyan Saakaşvilinin yolunu gedir?
Bu gün, 17:28
"Qala Sığorta" Səhiyyənin Təminat Mərkəzindən 177 min manatlıq sığorta haqqı alacaq
Bu gün, 17:17
"Növbədənkar seçkilər düşünülmüş qərardır" - deputat
Bu gün, 17:13
Putindən real inqilabın mümkünlüyü barədə XƏBƏRDARLIQ
Bu gün, 17:12
"Biz 2 saat meyxana deyib pul alırıqsa..."
Bu gün, 17:10
Kitab bazarında yazıçıların haqqı yeyilir? – TƏRƏFLƏRİN MÖVQEYİ
Bu gün, 17:02
Vaşinqtonda TƏHDİD, Bakıda ƏMƏKDAŞLIQ... – Ceyms O’Braynın 180 dərəcəlik DÖNÜŞÜ
Bu gün, 17:00
“Ermənistana səviyyəsiz şəxslərin rəhbərlik etməsi bizim günahımız deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:56
İranın Ermənistanla yeni layihəsi: - “Nə səmərəsi var, nə də real iştirakçıları..."
Bu gün, 16:53
“Prezident seçkilərində iştirak edəcəyəm” - Hafiz Hacıyev
Bu gün, 16:52
Gündəlik 15-20 manat qazanan qaynaqçının 6 milyon manat vergi borcu necə yaranıb? - NARAZILIQ VAR...
Bu gün, 16:45
Gəncədə TENDER MÜƏMMASI... - BU NƏDİ BELƏ?!
Bu gün, 16:40
Dövlət qurumunun 369 minlik tenderinin qalibi – BƏLLİ OLDU
Bu gün, 16:37
Növbədənkənar prezident seçkilərini zəruri edən digər amillər var - "İkinci Qarabağ müharibəsində əldə olunan..."
Bu gün, 16:32
Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır
Bu gün, 16:23
"AzerTelecom" şirkətinin rəhbərliyinə yeni təyinat olub - FOTO
Bu gün, 16:20
"Qiymət artımı həm müştəri davranışına, həm də əmlak bazarına ciddi təsir göstərir" - Ekspert danışır...
Bu gün, 16:19
“Qranada qətnaməsinə imza atanlar beynəlxalq hüququ saxtalaşdırıblar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:13
“Ermənistana səviyyəsiz şəxslərin rəhbərlik etməsi bizim günahımız deyil”
Bu gün, 16:11
“Azərbaycanlılar Ermənistanda yaşayacaqlar” - Erməni spiker
Bu gün, 16:01
Kremldən mesaj: - Sərhədləri Rusiya təyin edəcək?
Bu gün, 15:57
“ATF” MMC daha bir tenderin qalibi oldu – MƏBLƏĞ
Bu gün, 15:55
İndi Baboş Babəkdən daha məşhurdur... - replika
Bu gün, 15:51
“Limak Holding” ləğv olunur
Bu gün, 15:47
“Paşinyan iqtidarı 44 günlük savaşın günahkarlarını tapıb” - Suren Surenyants
Bu gün, 15:45
BÖYÜKLƏRİN UŞAQ PROBLEMİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:33
45 milyonluq tenderin qalibi açıqlandı – Su anbarı tikəcək
Bu gün, 15:21
"Qızıl" kimi təhsilə indi də qızılca kimi "düşmən"... - "Yoluxma artarsa, distant təhsilin "qayıdış"ı gözlənilir"
Bu gün, 15:18
Əvvəl priton idi, indi ''Vətən'' olub... - Məşhur restoranda soyğunçuluq
Bu gün, 15:15
Növbədənkənar prezident seçkisi niyə keçirilir? - Bahəddin Həzi yazır...
Bu gün, 15:12
Növbədənkənar seçki niyə elan edildi? - Görünəni odur ki...
Bu gün, 15:09
O'Braynın Bakıya gətirdiyi iki təklif: - ABŞ rəsmisinin çantasında nələr vardı?..
Bu gün, 14:02
Qarabağ ermənilərindən İSTİFADƏ CƏHDİ... - ŞƏRH
Bu gün, 14:00
Mərkəzi Bank daha bir tenderin nəticələrini elan etdi - QALİB, MƏBLƏĞ
Bu gün, 13:56
Səhiyyə sektoru "laqeyd" nazirlikdən əziyyət çəkir... - Vətəndaş qızılcadan yox, peyvənddən qorxur
Bu gün, 13:09
“Tamaşaçının zövqünü niyə korlayırıq?!” – Əməkdar artist
Bu gün, 13:05
Qəfil seçki qərarı... - ŞƏRH
Bu gün, 13:01
Bu ölkədə nazirlər yoxa çıxırlar - NƏ BAŞ VERİR?
Bu gün, 12:59
“Moskva ilə İrəvan arasında silah məsələsi həll oluna bilər” - Alen Simonyan
Bu gün, 12:56
Günün ikinci ən güclü "zəlzələsi" baş verdi: siyasi silkələnmə - GƏLİŞMƏ
Bu gün, 12:52
Növbədənkənar Prezident seçkiləriylə əlaqədar MSK-nın iclası keçiriləcək, qərar rəsmi dərc olunduqdan sonra namizədlər irəli sürüləcək
Bu gün, 12:50
Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq - QANUN BUNU TƏLƏB EDİR
Bu gün, 12:46
“Azərbaycan gizli silahımızı sabun köpüyü kimi partlatdı” - Qalstyan
Bu gün, 12:43
Qarabağ savaşı İrəvanın siyasətini dəyişdi - Kipiani
Bu gün, 12:42
Dövlət qurumu avtomobillərə - 242 MİN AYIRDI
Bu gün, 12:39
Seysmoloqdan qorxulu xəbərdarlıq: - “Şəhəri tərk etmək mümkün olmayacaq”
Bu gün, 12:37
İrəvana gedən azərbaycanlı ekspert: - "Məni hələ çox təhlükələr gözləyir"
Bu gün, 12:33
Tikinti şirkəti sahibinin məhkəməsi başlayıb - 9 mln. manat ziyan vurulub, 280-dən çox şəxs zərərçəkmiş var
Bu gün, 12:30
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin SƏBƏBİ - AKTUAL
Bu gün, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru