Ərdoğanın Naxçıvan səfəri: Yeni əsrin müqaviləsi, Zəngəzur həmləsi - İNCƏLƏMƏ...
Tarix: 26-09-2023, 16:14 | Çap et
 Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfər etdi. Səfər kifayət qədər diqqətçəkən məqamlarla və mesajlarla yadda qaldı. Səfərin Naxçıvana baş tutması ilk diqqətçəkən məqamdır. Qeyd etmək lazımdır ki, bu, Ərdoğanın Naxçıvana sayca ikinci səfəridir. Ümumiyyətlə Naxçıvan Azərbaycan ərazisi olsa da iki ölkənin ortaq dəyərini, tarixini özündə ehtiva edir. Türkiyə üçün də bu ərazi hər zaman vacib və strateji olub. Bu mənada Naxçıvandan verilən mesajlar həm də Bakı-Ankara ortaq strateji maraqları və hədəfləri baxımından ipucları verir. Ərdoğanın səfəri bir çox baxımdan diqqət çəksə də hesab edirəm ən diqqətçəkən məqam İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasiminin keçirilməsi oldu. İlk öncə onu qeyd edim ki, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Bu baxımdan kəmərin əhəmiyyəti isə birdən çoxdur: Birincisi, İğdır-Naxçıvan qaz kəməri ilk növbədə Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verəcək. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Bundan başqa bu o baxımdan vacibdir ki, Naxçıvan artıq bir mənbədən asılı olmayacaq. Daha dəqiq desək Naxçıvanın İrandan asılılığına son qoyacaq. Görünür mövcud İran-Azərbaycan münasibətləri, habelə bundan öncə iki ölkə arasında gərginliyin artması Bakını belə bir qabaqlayıcı adım atmağa vadar edir. Mümkündür ki, İran Azərbaycanla gərginliyin pik həddində Bakını Naxçıvana qaz təsisatı üzərindən hədələyib. İkincisi, İğdır-Naxçıvan qaz kəməri Azərbaycanın Avropa bazarına qaz nəqli baxımından mühüm dividentləri özündə ehtiva edir. Təsadüfi deyil ki, 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb. Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Lakin bundan başqa boru kəmərinin Azərbaycan hissəsi daha da uzadıla bilər. Belə ki, Ermənistanla sülh sazişi imzalanarsa gələcəkdə nəqliyyat-kommunikasiya xətti ilə yanaşı həm də İğdır-Naxçıvan qaz kəməri Azərbaycanın əsas qaz şəbəkəsinə qoşula bilər. Yəni layihə gələcəkdə həm də Azərbaycan-Ermənistan-Türkiyə ortaq layihəsi ola bilər. Bu reallaşarsa Azərbaycan həm Ermənistana qaz nəql edərək bu ölkənin enerji təminatında söz sahibi ola, həm də Avropa bazarına qaz nəqlinin həcmini artıra bilər. Mövcud boru kəmərlərin otürücülük qabiliyyəti Avropanın istədiyi həcmdən azdır. Buna görə də yeni layihələrə ehtiyac var. İğdır-Naxçıvan qaz kəməri bu baxımdan bu problemi müəyyən mənada aradan qaldıra bilər. Üçüncüsü, İğdır-Naxçıvan qaz kəməri Ankara-Bakı-Ərbil stratejik, iqtisadi əməkdaşlığı baxımından da olduqca mühümdür. Məsələ ondadır ki, həm Azərbaycan, həm də Türkiyənin İraq Kürdüstanı ilə münasibətləri müsbətdir. Bakı Avropanın qaz təsisatında önəmli aktor olmaq üçün həm də regional faktorlardan istifadə etmək, əməkdaşlıq trayektoriyasını genişləndirmək istəyir. İraq Kürdüstanı mövcud qaz resurslarını Türkiyəyə, ordan isə Avropa bazarına çıxara bilər. İğdır-Naxçıvan qaz kəməri vasitəsilə isə Ərbil qazı Naxçıvana verilə bilər. Nəticə etibarilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərodğanın Azərbaycana səfəri növbəti tarixi bir layihənin icrasını rəsmiləşdirdi. Mahiyyət etibarilə İğdır-Naxçıvan qaz kəməri bu gün elə də ciddi bir layihə kimi görünməsə də əslində gələcək perspektiv baxımından “yeni əsrin müqaviləsidir”. Müəllif: Politoloq Turan Rzayev DİA.AZ

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 83 yaşlı erməni Putindən onu övladlığa götürməsini tələb etdi... - Belə də olur...
Bu gün, 17:35 |
|
|
|
• Düşmən yeni himayədar axtarışında: - Paşinyan Saakaşvilinin yolunu gedir?
Bu gün, 17:28 |
|
|
|
• "Qala Sığorta" Səhiyyənin Təminat Mərkəzindən 177 min manatlıq sığorta haqqı alacaq
Bu gün, 17:17 |
|
|
|
• "Növbədənkar seçkilər düşünülmüş qərardır" - deputat
Bu gün, 17:13 |
|
|
|
• Putindən real inqilabın mümkünlüyü barədə XƏBƏRDARLIQ
Bu gün, 17:12 |
|
|
|
• "Biz 2 saat meyxana deyib pul alırıqsa..."
Bu gün, 17:10 |
|
|
|
• Kitab bazarında yazıçıların haqqı yeyilir? – TƏRƏFLƏRİN MÖVQEYİ
Bu gün, 17:02 |
|
|
|
• Vaşinqtonda TƏHDİD, Bakıda ƏMƏKDAŞLIQ... – Ceyms O’Braynın 180 dərəcəlik DÖNÜŞÜ
Bu gün, 17:00 |
|
|
|
• “Ermənistana səviyyəsiz şəxslərin rəhbərlik etməsi bizim günahımız deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:56 |
|
|
|
• İranın Ermənistanla yeni layihəsi: - “Nə səmərəsi var, nə də real iştirakçıları..."
Bu gün, 16:53 |
|
|
|
• “Prezident seçkilərində iştirak edəcəyəm” - Hafiz Hacıyev
Bu gün, 16:52 |
|
|
|
• Gündəlik 15-20 manat qazanan qaynaqçının 6 milyon manat vergi borcu necə yaranıb? - NARAZILIQ VAR...
Bu gün, 16:45 |
|
|
|
• Gəncədə TENDER MÜƏMMASI... - BU NƏDİ BELƏ?!
Bu gün, 16:40 |
|
|
|
• Dövlət qurumunun 369 minlik tenderinin qalibi – BƏLLİ OLDU
Bu gün, 16:37 |
|
|
|
• Növbədənkənar prezident seçkilərini zəruri edən digər amillər var - "İkinci Qarabağ müharibəsində əldə olunan..."
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycanlı qadın terrorçuluğa görə axtarılır
Bu gün, 16:23 |
|
|
|
• "AzerTelecom" şirkətinin rəhbərliyinə yeni təyinat olub - FOTO
Bu gün, 16:20 |
|
|
|
• "Qiymət artımı həm müştəri davranışına, həm də əmlak bazarına ciddi təsir göstərir" - Ekspert danışır...
Bu gün, 16:19 |
|
|
|
• “Qranada qətnaməsinə imza atanlar beynəlxalq hüququ saxtalaşdırıblar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:13 |
|
|
|
• “Ermənistana səviyyəsiz şəxslərin rəhbərlik etməsi bizim günahımız deyil”
Bu gün, 16:11 |
|
|
|
• “Azərbaycanlılar Ermənistanda yaşayacaqlar” - Erməni spiker
Bu gün, 16:01 |
|
|
|
• Kremldən mesaj: - Sərhədləri Rusiya təyin edəcək?
Bu gün, 15:57 |
|
|
|
• “ATF” MMC daha bir tenderin qalibi oldu – MƏBLƏĞ
Bu gün, 15:55 |
|
|
|
• İndi Baboş Babəkdən daha məşhurdur... - replika
Bu gün, 15:51 |
|
|
|
• “Limak Holding” ləğv olunur
Bu gün, 15:47 |
|
|
|
• “Paşinyan iqtidarı 44 günlük savaşın günahkarlarını tapıb” - Suren Surenyants
Bu gün, 15:45 |
|
|
|
• BÖYÜKLƏRİN UŞAQ PROBLEMİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:33 |
|
|
|
• 45 milyonluq tenderin qalibi açıqlandı – Su anbarı tikəcək
Bu gün, 15:21 |
|
|
|
• "Qızıl" kimi təhsilə indi də qızılca kimi "düşmən"... - "Yoluxma artarsa, distant təhsilin "qayıdış"ı gözlənilir"
Bu gün, 15:18 |
|
|
|
• Əvvəl priton idi, indi ''Vətən'' olub... - Məşhur restoranda soyğunçuluq
Bu gün, 15:15 |
|
|
|
• Növbədənkənar prezident seçkisi niyə keçirilir? - Bahəddin Həzi yazır...
Bu gün, 15:12 |
|
|
|
• Növbədənkənar seçki niyə elan edildi? - Görünəni odur ki...
Bu gün, 15:09 |
|
|
|
• O'Braynın Bakıya gətirdiyi iki təklif: - ABŞ rəsmisinin çantasında nələr vardı?..
Bu gün, 14:02 |
|
|
|
• Qarabağ ermənilərindən İSTİFADƏ CƏHDİ... - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Mərkəzi Bank daha bir tenderin nəticələrini elan etdi - QALİB, MƏBLƏĞ
Bu gün, 13:56 |
|
|
|
• Səhiyyə sektoru "laqeyd" nazirlikdən əziyyət çəkir... - Vətəndaş qızılcadan yox, peyvənddən qorxur
Bu gün, 13:09 |
|
|
|
• “Tamaşaçının zövqünü niyə korlayırıq?!” – Əməkdar artist
Bu gün, 13:05 |
|
|
|
• Qəfil seçki qərarı... - ŞƏRH
Bu gün, 13:01 |
|
|
|
• Bu ölkədə nazirlər yoxa çıxırlar - NƏ BAŞ VERİR?
Bu gün, 12:59 |
|
|
|
• “Moskva ilə İrəvan arasında silah məsələsi həll oluna bilər” - Alen Simonyan
Bu gün, 12:56 |
|
|
|
• Günün ikinci ən güclü "zəlzələsi" baş verdi: siyasi silkələnmə - GƏLİŞMƏ
Bu gün, 12:52 |
|
|
|
• Növbədənkənar Prezident seçkiləriylə əlaqədar MSK-nın iclası keçiriləcək, qərar rəsmi dərc olunduqdan sonra namizədlər irəli sürüləcək
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq - QANUN BUNU TƏLƏB EDİR
Bu gün, 12:46 |
|
|
|
• “Azərbaycan gizli silahımızı sabun köpüyü kimi partlatdı” - Qalstyan
Bu gün, 12:43 |
|
|
|
• Qarabağ savaşı İrəvanın siyasətini dəyişdi - Kipiani
Bu gün, 12:42 |
|
|
|
• Dövlət qurumu avtomobillərə - 242 MİN AYIRDI
Bu gün, 12:39 |
|
|
|
• Seysmoloqdan qorxulu xəbərdarlıq: - “Şəhəri tərk etmək mümkün olmayacaq”
Bu gün, 12:37 |
|
|
|
• İrəvana gedən azərbaycanlı ekspert: - "Məni hələ çox təhlükələr gözləyir"
Bu gün, 12:33 |
|
|
|
• Tikinti şirkəti sahibinin məhkəməsi başlayıb - 9 mln. manat ziyan vurulub, 280-dən çox şəxs zərərçəkmiş var
Bu gün, 12:30 |
|
|
|
• Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin SƏBƏBİ - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
|