QIZILCA DAHA BİR KÖRPƏ CANI ALDI... .....                     Qazaxda ermənilərlə vacib görüş: Kəndlərin məsələsi həll edilir .....                     "Zəngəzur oyununun bədəli ağır olacaq" .....                     Naxçıvan Sənaye İnvestisiya Qrupu .....                     “Erməni lobbisinin uydurduğu mifləri dağıdacağıq” .....                     “Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” .....                     Oliqarx oğlunun “Sea Breeze”də xuliqanlıq edən 6 nəfər dostu hara “yoxa çıxıblar”? .....                     Bu dövlət qurumu yeni binaya köçürülür .....                     Aparıcı Lamiyə Ələkbərovaya yeni vəzifə verilib .....                     BU NƏ SƏADƏT... BU NƏ İMKAN? .....                     Məhkəmə FHN-in rüşvət alan sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı .....                     "Mən inanıram ki, Ermənistan öz konstitusiyasında da dəyişiklik edərək ərazi iddialarından birdəfəlik əl çəkəcək" .....                     Cəlilabadda çay kənarından silah-sursat aşkarlanıb .....                     Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər .....                     Göygöl Rayon Mərkəzi Xəstəxanasında TENDER OYUNBAZLIĞI... .....                     Ordu quruculuğumuza TƏHLÜKƏLİ MÜDAXİLƏ... .....                     “Paşinyan İttifaq dövlətinə qoşulacaq...” .....                     Rusiya Ermənistanı cəzalandırır: külli miqdarda ziyan var .....                     Tibbi qurum 644 minlik istilik sistemi üçün avadanlıqlar aldı .....                     “Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər .....                     Əgər `etibar etdiyimiz ünvan` budursa... .....                     ‘Beyləqan işgəncələri’ndə ittiham edilən polkovnik məcburi gətirilə bilər .....                     Göyçay sakinini EŞİDƏN YOXDUR... .....                     Gəncədə qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib .....                     ABB müştərisinə belə problem yaradır... .....                     Emin Əmrullayev DÜZMÜ BUYURDU? .....                     Təhlükəsizlik Şurası iflic vəziyyətdə: BMT Qəzza sınağından yenə üzüqara çıxır .....                     Kreml Paşinyanı Qərb yolundan döndərmək üçün real addımlara start verdi .....                     Dövlət Agentliyinin 242 minlik tenderinin qalibi .....                     Dövlət qurumundan “V Dizayn” MMC-ə 527 minlik .....                     Qərb yenə iş başında .....                     Avropa Parlamentinin qərarlarından erməni diasporunun qoxusu gəlir .....                     Bizi öldürən .....                     Ermənistanın Qafqazda monoetnik bölgə yaratması süni fəaliyyətdir .....                     Azərbaycanda şəhidin xanımına qarşı iyrənc cinayət .....                     Rusiyadakı ‘Memorial’ təşkilatı AzadlıqRadiosunun müxbirini siyasi məhbus elan etdi .....                     “Mədəniyyət Nazirliyinə halaldır, adam yüz il yatsa, yuxusuna girməz ki…” .....                     İsmayıllıda narkomaniyanın fəsadları ilə bağlı tədbir keçirilib .....                     FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb .....                     4700 manat cərimələnən Əli Mirəliyev: .....                 

Qarabağda separatizmin kökü kəsilir: - “İki yüz illik problemə son qoyulur”
Tarix: 21-09-2023, 19:02 | Çap et
Qarabağda separatizmin kökü kəsilir:
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Ölkə başçısı müraciətində Qarabağda sentyabrın 19-da başlayan lokal antiterror tədbirləri haqqında danışıb və bildirib ki, cəmi bir sutka ərzində qəhrəman Azərbaycan Ordusu qarşıya qoyulan tələbləri yüksək peşəkarlıqla yerinə yetirib. Ölkə başçısı xatırladıb ki, antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

“Əməliyyatın uğurlu gedişatı təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Əməliyyatdan bir qədər sonra bizə vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başlamışdır və bizim Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Bu gün səhər beynəlxalq tərəfdaşlardan bizə verilən məlumat ondan ibarət idi ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Bizim şərtlərimizi isə mən dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir”, - deyə Prezident vurğulayıb.

Ölkə başçısı deyib ki, dünən səhər saatlarında artıq Azərbaycana bildirilib ki, Bakının şərtləri qəbul edilib: “Üstəgəl, bir neçə ay ərzində bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bizimlə dediyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar”.

“İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər. Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”, - Prezident əlavə edib.

Ölkə başçısı qeyd edib ki, Yevlax şəhərində onun nümayəndəsi ilə Qarabağ icmasının nümayəndələrinin görüşü əsnasında Bakının öz baxışları, gələcək birgə yaşayış baxışlar onlara çatdırılacaq”.

“Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq və Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir”, - ölkə başçısı vurğulayıb.

Bu gün isə Yevlaxda erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan rəsmiləri arasında reinteqrasiya məsələləri müzakirə olunub. Görüşlə bağlı hələlik rəsmi açıqlama olmasa da, bir neçə saat davam edən görüşdə Azərbaycan tərəfinin tələblərinin çatdırıldığı ehtimal edilir.

DİA.AZ-ın məlumatına görə, Prezidentin mesajları və Yevlaxdakı görüşlə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Prezident məsələnin bitdiyini elan etdi və qarşıda görülməli olan, görüləcək işləri sadaladı:

- Qısaca onu demək olar ki, ölkə başçısı bir çox dairələrə mesajını çatdırdı – həm Ermənistana, həm separatçıları müdafiə edən qüvvələrə, həm də Qarabağın erməni sakinlərinə. Mesaj əsasən Qarabağda yaşayan, yaşamaq istəyən ermənilərə idi. Onlara birgəyaşayış, inkişaf vəd edildi. Azərbaycan vətəndaşlığını qəbul edənlərin ləyaqətli, təhlükəsiz və hüquqlarının qorunduğu şəkildə yaşayacaqları bildirildi. Prezident əslində Azərbaycanın Qarabağla bağlı, Qarabağ erməniləri ilə bağlı dövlət siyasətini bir daha xatırlatmış oldu. İndi ermənilər ağıllarını başlarına yığmalıdırlar, bu mesajlardan, çağırışlardan nəticə çıxarmalıdırlar. Prezident qeyd etdi ki, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb və o şansı əldən verməsinlər. Ümid edək ki, onlar bu şansı əldən verməyəcəklər.

- Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan rəsmiləri arasında görüş keçirildi, reinteqrasiya məsələləri müzakirə olundu. Bunu necə qiymətləndirirsiniz?

- Onların antiterror əməliyyatlarından əvvəl ağılları olsa, Yevlaxa görüşə gəlsəydilər, müəyyən istəklərini ortaya qoya bilərdilər. Amma indi hansısa şərt irəli sürə bilməzlər. Özləri dünən yalvarıblar ki, atəşi dayandırın, təslim oluruq, silahları təhvil veririk və nə deyirsinizsə, onu da qəbul edirik.

Amma biz bilməliyik ki, onlar hiyləgər separatçılardır və onlara dəstək verən müxtəlif mərkəzlər var. Baxın, bu saatlarda dezinformasiya yayıblar ki, guya Azərbaycan atəşkəsi pozub, Xankəndini atəşə tutub. Bum məlumatı təkcə erməni saytları yox, Rusiya saytları da yayıblar. Düzdür, təslim olduqlarını, Bakının şərtlərini qəbul etdiklərini deyirlər. Lakin nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlı kontingenti orada qalacaq. Biz bu problemi də həll etməliyik. Çünki bizim onlara da etibarımız yoxdur.

Yəqin ki, bundan sonra da bir neçə görüş keçiriləcək, müzakirələr olacaq. Ümumilikdə, görüşməyi, müzakirələri yüksək qiymətləndirmək lazımdır. Sadəcə onlar səmimi olmalıdırlar, şərtləri qəbul etməlidirlər.

Hesab edirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları, Daxili Qoşunlar Xankəndidə və ermənilər yaşayan digər ərazilərdə xidmətə başlamalıdırlar. Orada Azərbaycan güc strukturu əməkdaşlarının sayı orada o qədər çox olmalıdır ki, iki minə yaxın rus hərbçisi onların arasında gözə görünməməlidirlər.

- Ümumilikdə vəziyyəti qənaətbəxş saymaq olarmı?

- Əlbəttə, qənaətbəxşdir. Demək olar ki, Qarabağda separatizmin bel sütunu qırıldı. İki yüz illik problemə son qoymağa çox yaxınıq. İndi Qarabağın dağlıq hissəsində bütün detallar – Azərbaycan pul vahidinin işləməsindən tutmuş, kommunal xidmətlərədək, bütün məsələlər artıq həll edilir. Bunu özləri də etiraf edirlər.

Bir məsələ açıq qalır ki, bu da erməni sakinlərin Azərbaycanın qanunları altında yaşamasıdır. İnanmıram ki, böyük çoxluq Azərbaycan vətəndaşlığını qəbul edib, bayrağımız altında yaşamaq istəyəcəklər. Təbii ki, onlara da seçim verilir. Kim Azərbaycan qanunları ilə yaşamaq istəmirsə, ərazimizi tərk edə bilər. Hesab edirəm ki, ermənilərin bir hissəsi Qarabağı tərk edəcəklər.

Məsələ bitir, amma biz rahatlana bilmərik. Bizi irəlidə daha çox iş düşür. Ordumuz üzərinə düşəni etdi, indi reinteqrasiya məsələlərini sürətlə həll etməliyik. Xankəndidə Azərbaycan bayrağı dalğalananda, suverenliyimiz bərpa olunanda, bizim güc strukturları orada xidmətə başlayanda deyə biləcəyik ki, tamamilə Qarabağ problemi bitdi.

- Qarabağ ermənilərinə amnistiya məsələsi erməni mediaslnda qabardılır. Sizcə, erməni nümayəndələrin Yevlaxda bu istikləri olubmu?

- Mümkündür ki, bu barədə istəklərini bildiriblər. Bu, mümkündür. Bir müddət əvvəl Prezident İlham Əliyev də bunun mümkünlüyü barədə bildirmişdi. Amma Araik Arutunyan və onun kimilər, o cümlədən qətliamlarda iştirak edənlər amnistiya oluna bilməz, cinayət işlərinə xitam verilə bilməz, qalanlarının məsələsinə baxıla bilər. Bir il əvvəl Moskvadan Xankəndinə göndərilən Ruben Vardanyan da Qarabağı nə qədər tez tərk etsə özü üçün yaxşıdır.

- Dünən Rusiya sülhməramlılarının avtomobilinin atəşə tutulması, rus hərbçilərinin ölümünə görə, Moskva İrəvanı cəzalandıracaqmı? Çünki ehtimallar çoxdur ki, onlara atəş erməni silahlıları tərəfindən açılıb. Onlar bu hadisəni Azərbaycanın üzərinə atmaqla Rusiya-Azərbaycan gərginliyi yaratmaq niyyəti güdüblər...

- Bu hadisə mənə 44 günlük müharibənin bitməsindən bir neçə saat öncəni xatırlatdı. Azərbaycan Ordusu Şuşanı işğaldan azad edib Xankəndi istiqamətində hərəkətə keçən zaman qəfldən Naxçıvan istiqamətində Rusiya helikopteri vuruldu. Bundan sonra Rusiyanın Azərbaycana təzyiqləri artdı. Bununla bizə imkan vermədilər ki, həmin vaxt məsələni kökündən həll edək. Görünən odur ki, yenə də bizim məsələni bitirməmizi əngəlləmək istəyənlər var. Rus hərbçilərinə atəş açan separatçı silahlı ünsürlərdir. Çünki atəş onların olduğu istiqamətdən açılıb. Çox maraqlıdır ki, helikopterin vurulması zamanı Azərbaycanı ittiham edən Rusiyadakı mərkəzlərdən bu dəfə səs çıxmadı. Erməni separatçıları ilə bağlı tənqidi fikir də söylənmədi. Ədalət naminə onu da deyək ki, bu dəfə Rusiya bizim əməliyyata mane olmadı. Lakin bu o demək deyil ki, gələcək günlərdə də bu maneələr yaradılmayacaq. Biz Rusiyanın bizə qarşı siyasətini yaxşı bilirik. Ona görə də son dərəcə diqqətli olmalıyıq, diqqətli addımlar atmalıyıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
QIZILCA DAHA BİR KÖRPƏ CANI ALDI... - Sabirabadda 1 yaşlı uşaq...
Bu gün, 09:46
Qazaxda ermənilərlə vacib görüş: Kəndlərin məsələsi həll edilir - Detallar açıqlandı
Bu gün, 09:44
"Zəngəzur oyununun bədəli ağır olacaq" - Ermənistan anlaşmanı pozdu
Bu gün, 09:42
Naxçıvan Sənaye İnvestisiya Qrupu - LƏĞV OLUNUR
Bu gün, 09:40
“Erməni lobbisinin uydurduğu mifləri dağıdacağıq” - Arzum Məhərrəmov
Bu gün, 09:38
“Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...
Bu gün, 09:22
Oliqarx oğlunun “Sea Breeze”də xuliqanlıq edən 6 nəfər dostu hara “yoxa çıxıblar”? - İLGİNC
Bu gün, 09:16
Bu dövlət qurumu yeni binaya köçürülür
Bu gün, 09:15
Aparıcı Lamiyə Ələkbərovaya yeni vəzifə verilib
Bu gün, 09:14
BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...
Bu gün, 09:10
Məhkəmə FHN-in rüşvət alan sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:06
"Mən inanıram ki, Ermənistan öz konstitusiyasında da dəyişiklik edərək ərazi iddialarından birdəfəlik əl çəkəcək" - deputat
Bu gün, 09:01
Cəlilabadda çay kənarından silah-sursat aşkarlanıb
Bu gün, 08:59
Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər - BU NƏDİ BELƏ?!
Bu gün, 08:58
Göygöl Rayon Mərkəzi Xəstəxanasında TENDER OYUNBAZLIĞI... - BİR ARAŞDIRAN OLSA...
Bu gün, 08:51
Ordu quruculuğumuza TƏHLÜKƏLİ MÜDAXİLƏ... - AXI NİYƏ?
Bu gün, 08:43
“Paşinyan İttifaq dövlətinə qoşulacaq...” -Karapetyantsdan gözlənilməz ehtimal...
Bu gün, 08:38
Rusiya Ermənistanı cəzalandırır: külli miqdarda ziyan var - GƏLİŞMƏ
Bu gün, 08:33
Tibbi qurum 644 minlik istilik sistemi üçün avadanlıqlar aldı – TENDER NƏTİCƏSİ
Bu gün, 08:30
“Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ
Bu gün, 08:26
Əgər `etibar etdiyimiz ünvan` budursa... - "Sadəcə biabrçılıq..."
Bu gün, 08:21
‘Beyləqan işgəncələri’ndə ittiham edilən polkovnik məcburi gətirilə bilər - TƏFƏRRÜAT
Bu gün, 08:13
Göyçay sakinini EŞİDƏN YOXDUR... - "Tədbir görülməlidir ki..."
Bu gün, 08:10
Gəncədə qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib
Bu gün, 08:02
ABB müştərisinə belə problem yaradır... - GİLEY
Bu gün, 06:58
Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."
Bu gün, 06:49
Təhlükəsizlik Şurası iflic vəziyyətdə: BMT Qəzza sınağından yenə üzüqara çıxır - İNCƏLƏMƏ
Bu gün, 06:42
Kreml Paşinyanı Qərb yolundan döndərmək üçün real addımlara start verdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:40
Dövlət Agentliyinin 242 minlik tenderinin qalibi – MƏLUM OLDU
Bu gün, 00:05
Dövlət qurumundan “V Dizayn” MMC-ə 527 minlik – SİFARİŞ
Bu gün, 00:02
Qərb yenə iş başında – Təkbətək görüş baş tutacaq?
Dünən, 19:02
Avropa Parlamentinin qərarlarından erməni diasporunun qoxusu gəlir - deputat
Dünən, 19:00
Bizi öldürən ÜRƏK AĞRISI...
Dünən, 18:18
Ermənistanın Qafqazda monoetnik bölgə yaratması süni fəaliyyətdir - Fuad Abbasov
Dünən, 18:09
Azərbaycanda şəhidin xanımına qarşı iyrənc cinayət - TƏFƏRRÜAT
Dünən, 18:00
Rusiyadakı ‘Memorial’ təşkilatı AzadlıqRadiosunun müxbirini siyasi məhbus elan etdi - DETALLAR
Dünən, 17:57
“Mədəniyyət Nazirliyinə halaldır, adam yüz il yatsa, yuxusuna girməz ki…” - ETİRAZ
Dünən, 17:53
İsmayıllıda narkomaniyanın fəsadları ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 17:51
FHN məmurunun xidməti maşını ilə yarım milyon oğurlanıb - TƏFƏRRÜAT
Dünən, 17:46
4700 manat cərimələnən Əli Mirəliyev: - ““QAİ” məni görəndə qucaqlayıb öpür...”
Dünən, 17:36
AYNA bu şirkətdən mətbəə və çap məhsulları aldı – TENDER NƏTİCƏSİ
Dünən, 17:34
Paşinyana sui-qəsd hazırlamaqda təqsirləndirilən İrəvanın keçmiş merinin həbs müddəti uzadılıb
Dünən, 17:32
Zərdabda maarifləndirmə tədbiri keçirilib - FOTO
Dünən, 17:21
"Qadın hüquqlarını tam qoruyan qanun yoxdur" - AKTUAL
Dünən, 17:17
Lavrov erməni həmkarına irad tutub - “Sizin səfiriniz sərbəstdir, göstərişsiz işləyir?”
Dünən, 17:15
Arayiki gözləyən CƏZA – “Ömürlük həbs olunacağını bildiyi üçün istəyir ki...”
Dünən, 17:13
İnstitutda professorlar arasında DAVA - Elmlər doktoru Elmi Şuradan qovuldu
Dünən, 17:08
Bütün təhsil müəssisələri bağlanmalı, qızılcaya yoluxma sayı tam sıfıra enənə qədər açılmamalıdır - Deputatdan TƏCİLİ ÇAĞIRIŞ
Dünən, 17:05
Jurnalist Nərgiz Absalamova saxlanılıb - "Abzas Media" işi
Dünən, 17:01
"8-ci km Ticarət Mərkəzi" və “Elm və Texnologiya Parkı” LƏĞV OLUNDU
Dünən, 16:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru