"Yevlaxda keçirilən görüşün mövzusu Helsinki, Lissabon, Moskva görüşlərindən fərqlidir" - ŞƏRH
Tarix: 21-09-2023, 15:55 | Çap et
 “Helsinki, Lissabon, Moskva görüşləri-samitləri, düzdür, heç bir nəticə vermədi. Amma o vaxt mövzu başqa idi. O zaman mövzu Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, Azərbaycan rayonlarlarının boşaldılması ilə bağlı idi. Yəni onlar fərqli istiqamətdə görüşlər idi. Bu dəfə isə danışıqların mövzusu Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin, Azərbaycanın erməni əhalisinin Azərbaycana reinteqrasiyası, Azərbaycan qanunlarını qəbul etməsi, konstitusiyasını qəbul etməsi və orada yenidən bələdiyyə seçkilərinin keçirilməsi, əhalinin sosial təminatının yaxşılaşdırılması, onların hüquqlarının təmin olunması məsələləridir”. DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Onun sözlərinə görə, Yevlax görüşü digər görüşlərdən fərqlənir.
Politoloqun fikrincə, Yevlax görüşü yeni bir reallıqda baş verən görüşdür.
“Yadınızdadırsa, ilk görüş Xocavənd rayonu ərazisində olmuşdu. O görüşdə Rusiya sülhməramlıları iştirak edirdi. Bu günkü görüş isə, birbaşa üçüncü tərəfin olmadığı bir şəraitdə baş verir. Yəni Qarabağ ermənilərinin icmasının nümayəndələri ilə Azərbaycan prezidentinin nümayəndələrinin iştirakı ilə görüş keçirilir”-deyən politoloq vurğulayıb ki, 19 sentyabrda Azərbaycan ordusu bir günlük anti-terror əməliyyatı keçirəndən sonra orada olan xunta rejimi təslim olaraq, Azərbaycanın tələblərini qəbul edib. Ermənistan ordusundan "qopan" silahlı və qeyri-silahlı birləşmələrin çox hissəsi məhv edilib. Qalanı isə, öz postlarını qoyub qaçdılar. Buna görə də xunta rejimi tələsik bəyanat yayaraq, atəşin dayandırılmasını xahiş etdi. Daha sonra Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməyə razı olduqlarını bildirdilər.
“Orada olan silahlı birləşmələri silahları qoyur, təhvil verir və Azərbaycan ərazisindən çıxıb gedir. Eyni zamanda icma nümayəndələri Azərbaycana, bizim dediyimiz yerə - Yevlax şəhərinə gəlir və burda biz danışıqlar, müzakirələr aparırıq. Təbii ki, bunların da hamısı Azərbaycan tərəfinin diqtəsi ilə, olacaq. Yəni Ermənistanın erməni icmasının nümayəndələrinin yox, konstitutsiya çərçivəsində, qanunlar çərçivəsində Azərbaycanda yaşayan digər azlıqların istifadə etdiyi hüquq və vəzifələri onların qarşısına qoyacaq. Ermənilərə fövqəladə nəsə veriləsi deyil. Bu, mümkün olan bir şey deyil. Çünki Azərbaycan ərazisində digər xalqlar ruslar, ukraynalılar, ləzgilər, talışlar, tatlar və digər xalqlar yaşayırlar. Onlar hamısı Azərbaycana reinteqrasiya olub və birlikdə sülh içərisində yaşayırlar”-deyə politoloq əlavə edib ki, həmin xalqların nümayəndələri 44 günlük müharibə zamanı qəhrəmanlıqla döyüşərək, torpaqlarımızı düşmən tapdağından azad etdilər.
Elşad Həsənov bildirib ki, bu günkü görüş, Qarabağda olan o xunta rejiminin sonu olduğunu göstərən əyani sübutdur.
“Orada yeni yaradılacaq icmanın gələcəkdə hansı işlər görməsi məsələləri müzakirə olunacaq. Təbii ki, burada müəyyən problemlər olacaq. Bu problemlərin hamısı bu görüşdə həll olmayacaq. Bundan sonra da, yəqin ki, görüşlər keçiriləcək, məsələlər qoyulacaq və onlar da müzakirə olunacaq. Əsas odur ki, bugün bu görüş bizim dediyimiz kimi təslim olandan sonra həyata keçirilir. Onlar dünən təslim oldular, saat 13:00-da atəşin dayandırılması elan olundu. Və aradan neçə saat keçəndən sonra artıq Yevlaxda görüş keçirilib. Bu, bizim çox çevik apardığımız mübarizəmizin nəticəsidir. Əsas da ötən gün başladılan lokal anti-terror tədbirlərinin nəticəsidir ki, biz onları danışığa məcbur etdik”-deyə politoloq vurğulayıb.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naxçıvanda sakinlər DONUR: `Şikayətimizə baxan yoxdur...` - "Sabah gəlib pul tələb edəcəklər ki..."
Bu gün, 10:46 |
|
|
|
• Qazax görüşünün nəticəsi nə olacaq? - Görünəni odur ki...
Bu gün, 10:39 |
|
|
|
• “Nə vaxta kimi övladlarımın boğazından kəsib kirayələrə verəcəm” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Bu gün, 10:37 |
|
|
|
• Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub - FOTO
Bu gün, 10:30 |
|
|
|
• Rusiya Asiyadan niyə narahatdır? - İNCƏLƏMƏ
Bu gün, 10:28 |
|
|
|
• Mustafayevlə Qriqoryanın görüşü haqda yeni DETALLAR - Sərhəddə müəmmalı ağ bina
Bu gün, 10:23 |
|
|
|
• Vəzifədə təzə olsa da... - Köhnələrə MEYDAN OXUYUR...
Bu gün, 10:19 |
|
|
|
• Xəstəxanalarda “donan” SİSTEM - AKTUAL
Bu gün, 10:12 |
|
|
|
• Rusiya sülhməramlıları bu saat Qarabağda heç kimi qorumur... - FAKT BUDUR!
Bu gün, 10:07 |
|
|
|
• Bakı sakinindən hədə-qorxu ilə 9 000 manat pul alan şəxs saxlanılıb
Bu gün, 10:05 |
|
|
|
• Nəsimi Nəsibov Əmək Məcəlləsinə niyə əməl eləmir? - Direktor meşə ərazisində ağac deyil, taxıl əkir
Bu gün, 10:03 |
|
|
|
• Məhkəmə dələduzluq sxemi ilə külli miqdarda pul ələ keçirənlərlə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edib - KİV
Bu gün, 09:58 |
|
|
|
• "Bunu körpə uşaq yesəydi, kim cavab verəcəkdi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:57 |
|
|
|
• QIZILCA DAHA BİR KÖRPƏ CANI ALDI... - Sabirabadda 1 yaşlı uşaq...
Bu gün, 09:46 |
|
|
|
• Qazaxda ermənilərlə vacib görüş: Kəndlərin məsələsi həll edilir - Detallar açıqlandı
Bu gün, 09:44 |
|
|
|
• "Zəngəzur oyununun bədəli ağır olacaq" - Ermənistan anlaşmanı pozdu
Bu gün, 09:42 |
|
|
|
• Naxçıvan Sənaye İnvestisiya Qrupu - LƏĞV OLUNUR
Bu gün, 09:40 |
|
|
|
• “Erməni lobbisinin uydurduğu mifləri dağıdacağıq” - Arzum Məhərrəmov
Bu gün, 09:38 |
|
|
|
• “Vaxtilə adı gələndə bəzilərinin əl-ayağı əsirdi, bu ğun isə oğlu ölkədən çıxa bilmir...” - Çovdarovla bağlı YENİ GƏLİŞMƏ...
Bu gün, 09:22 |
|
|
|
• Oliqarx oğlunun “Sea Breeze”də xuliqanlıq edən 6 nəfər dostu hara “yoxa çıxıblar”? - İLGİNC
Bu gün, 09:16 |
|
|
|
• Bu dövlət qurumu yeni binaya köçürülür
Bu gün, 09:15 |
|
|
|
• Aparıcı Lamiyə Ələkbərovaya yeni vəzifə verilib
Bu gün, 09:14 |
|
|
|
• BU NƏ SƏADƏT... BU NƏ İMKAN? - İLGİNC İDDİALAR...
Bu gün, 09:10 |
|
|
|
• Məhkəmə FHN-in rüşvət alan sabiq vəzifəli şəxsləri ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:06 |
|
|
|
• "Mən inanıram ki, Ermənistan öz konstitusiyasında da dəyişiklik edərək ərazi iddialarından birdəfəlik əl çəkəcək" - deputat
Bu gün, 09:01 |
|
|
|
• Cəlilabadda çay kənarından silah-sursat aşkarlanıb
Bu gün, 08:59 |
|
|
|
• Ekologiya işçiləri “Qırmızı kitab”a salınmış ağac cinslərini məhv ediblər - BU NƏDİ BELƏ?!
Bu gün, 08:58 |
|
|
|
• Göygöl Rayon Mərkəzi Xəstəxanasında TENDER OYUNBAZLIĞI... - BİR ARAŞDIRAN OLSA...
Bu gün, 08:51 |
|
|
|
• Ordu quruculuğumuza TƏHLÜKƏLİ MÜDAXİLƏ... - AXI NİYƏ?
Bu gün, 08:43 |
|
|
|
• “Paşinyan İttifaq dövlətinə qoşulacaq...” -Karapetyantsdan gözlənilməz ehtimal...
Bu gün, 08:38 |
|
|
|
• Rusiya Ermənistanı cəzalandırır: külli miqdarda ziyan var - GƏLİŞMƏ
Bu gün, 08:33 |
|
|
|
• Tibbi qurum 644 minlik istilik sistemi üçün avadanlıqlar aldı – TENDER NƏTİCƏSİ
Bu gün, 08:30 |
|
|
|
• “Sea Breeze”dəki davada adları keçən gənclər ifadə verdilər – MƏHKƏMƏ İŞİ
Bu gün, 08:26 |
|
|
|
• Əgər `etibar etdiyimiz ünvan` budursa... - "Sadəcə biabrçılıq..."
Bu gün, 08:21 |
|
|
|
• ‘Beyləqan işgəncələri’ndə ittiham edilən polkovnik məcburi gətirilə bilər - TƏFƏRRÜAT
Bu gün, 08:13 |
|
|
|
• Göyçay sakinini EŞİDƏN YOXDUR... - "Tədbir görülməlidir ki..."
Bu gün, 08:10 |
|
|
|
• Gəncədə qanunsuz saxlanılan silahlar polisə könüllü təhvil verilib
Bu gün, 08:02 |
|
|
|
• ABB müştərisinə belə problem yaradır... - GİLEY
Bu gün, 06:58 |
|
|
|
• Emin Əmrullayev DÜZMÜ BUYURDU? - "Vətən övladlarının haqqını yeyən..."
Bu gün, 06:49 |
|
|
|
• Təhlükəsizlik Şurası iflic vəziyyətdə: BMT Qəzza sınağından yenə üzüqara çıxır - İNCƏLƏMƏ
Bu gün, 06:42 |
|
|
|
• Kreml Paşinyanı Qərb yolundan döndərmək üçün real addımlara start verdi - NƏ BAŞ VERİR?
Bu gün, 06:40 |
|
|
|
• Dövlət Agentliyinin 242 minlik tenderinin qalibi – MƏLUM OLDU
Bu gün, 00:05 |
|
|
|
• Dövlət qurumundan “V Dizayn” MMC-ə 527 minlik – SİFARİŞ
Bu gün, 00:02 |
|
|
|
• Qərb yenə iş başında – Təkbətək görüş baş tutacaq?
Dünən, 19:02 |
|
|
|
• Avropa Parlamentinin qərarlarından erməni diasporunun qoxusu gəlir - deputat
Dünən, 19:00 |
|
|
|
• Bizi öldürən ÜRƏK AĞRISI...
Dünən, 18:18 |
|
|
|
• Ermənistanın Qafqazda monoetnik bölgə yaratması süni fəaliyyətdir - Fuad Abbasov
Dünən, 18:09 |
|
|
|
• Azərbaycanda şəhidin xanımına qarşı iyrənc cinayət - TƏFƏRRÜAT
Dünən, 18:00 |
|
|
|
• Rusiyadakı ‘Memorial’ təşkilatı AzadlıqRadiosunun müxbirini siyasi məhbus elan etdi - DETALLAR
Dünən, 17:57 |
|
|
|
|