
Rusiya sülhməramlılarının ölümündə Azərbaycan Silahlı Qüvvələrinin korpus komandirinin təqsirləndirildiyi bildirilir.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nəşr Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib ki, sözügedən korpus komandiri vəzifəsindən kənarlaşdırılıb.
Xatırladaq ki, ötən gün – sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub və rusiyalı hərbçilər həlak olub.