"Hazırda Azərbaycanla İran arasında münasibətlərdə renessans baş verir" .....                     Seymur Qaraşov və Zaur Zeynalov general rütbəsi ala bilər .....                     Ermənistan Axundovla alver etmək istəyir .....                     “Bonus Market" MMC .....                     Telekommunikasiya şirkətinin baş icraçı direktoru dəyişdi .....                     “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər .....                     Ermənistan MTN-dən Telman Qasımovun İrəvan çəkilişinə cəfəng reaksiya .....                     "Sədərək"də Şakir Ağayevin 30 mini oğurlayan şəxs iş adamının qohumu imiş .....                     "Prezident İlham Əliyevlə konstruktiv söhbət apardıq" .....                     Gürcüstan "3+3" regional formatından niyə yayınır? .....                     “Çox istərdim ki, Prezidentimiz Eldar Həsənovu azad etsin” .....                     "Azpetrol" Vətən müharibəsi qazisinin maaşını vermir? .....                     Separatçı guruhun yenidən AYAQLANDIRILMASI .....                     “Qapaz, sillə, təpik.. Uşaqlar efirdən nə öyrənir?” .....                     ABŞ Azərbaycanla münasibətlərdə geri addım atır? .....                     Müəllimlərin maaşını kim kəsir? .....                     Erməni hərbçilərdə narkotik aşkarlanıb .....                     Erməni təxribatı: Hədəf Bakı-Moskva əlaqələridir! .....                     “Aqro Kompleks Qəbələ” .....                     Camaata xaricdən malı bu gətirir..: BUNUN ÖZÜNƏ QADAĞA QOYURLAR... .....                     Ermənistan öz konyakını Allahın Fransasına belə sata bilmirsə... .....                     London Bakını ÇOXDAN SEÇİB... .....                     Mandat üçün yox, millət üçün "vəkil" seçmək lazımdır .....                     “Sea Breeze” işinə görə axtarışda olan 6 nəfər haradadır? .....                     "Efirdə deyim ki, ayrılmışıq, sən də hədiyyə göndər barışaq" .....                     Məşhur supermarketlər şəbəkəsinin milyonlarla vergi borcu var .....                     Keçmiş kəşfiyyatçıdan xəbərdarlıq: .....                     Biznesmenlər "Paşa Bank"a üz çevirib .....                     İrəvan müharibəyə hazırlanır, Bakı təhrik edilir .....                     Dövlət qurumu Qarabağda informasiya sistemi, proqram təminatı və xüsusi qaynar xətt yaradır .....                     Yardımlıda dövlət əmlakını "talan" edən müdir kimdir? .....                     "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da vəzifə verilib .....                     Azad edilmiş ərazilərdə aparılan işlərin keyfiyyətindən çox təsirləndim .....                     Tutaq ki, ulu babam ermənidir: Mənə nə aidiyyəti? .....                     Sumqayıt Dövlət Universitetinin rektoruna müşavir təyin edilib .....                     Azərbaycan Moskvada görüşə razılığını təsdiqləyib, Ermənistan yox .....                     Rusiya daha 3 ölkəyə hücuma hazırlaşır? .....                     İş adamı vəzifəli şəxslərlə görüşə gizli kamera ilə gedibmiş .....                     “Fransa demokratiyası”nın görünməyən siması .....                     Armen Qriqoryan ABŞ-dan sonra Britaniyaya gedir .....                 

Ərdoğanın “sirr küpü”: O həm də varisdir – Böyük projedə ilginc Azərbaycan detalı
Tarix: 6-06-2023, 09:49 | Çap et
Ərdoğanın “sirr küpü”: O həm də varisdir
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabinetini təsdiqlədi. Hakim siyasi komandada ciddi dəyişikliklər var. Gözləntiniz necədir?

- Kabinetin ən azı 90-95 faizi yenilənib. Bu, Türkiyə cəmiyyətinin gözləntilərini yerinə yetirmək üçün lazım olan addımlardan biri idi. Üstəgəl, zaman dəyişir, yeni simalar üzə çıxır. Türkiyənin qarşısındakı daha böyük hədəflərə çatmaq üçün kabinetdə belə dəyişiklik edilməliydi.

Yeni kabinet həm baxışı, həm də tərkibi ilə diqqət çəkir, əhalinin ümidlərini doğrulda, qarşıdakı beş ildə hədəfləri reallaşdıra bilər. Başqa cür ola bilməz. Çünki Ərdoğan seçilsə də, Kılıçdaroğluna da az səs gəlməmişdi, bu, narazı elektoral kütlə deməkdir. Onların gözləntiləri ilə hesablaşmamaq mümkün deyil.

Buna görə də yeni hökumət fədakar işləməli, inflyasiyanı qısa müddətdə önləməli, iqtisadi göstəricilərin yaxşılaşdırılması, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində ciddi və prinsipial qərarlar qəbul edilməlidir. Artıq ilk addımlar atılıb, digərləri də atılacaq.

- Bizim üçün maraqlı məqamlardan biri Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın xarici işlər naziri təyin edilməsidir. MİT rəhbəri bu postda ölkəmizin yaxın dostu Mövlud Çavuşoğlunu əvəzlədi. Hakan Fidan dönəmində Türkiyə-Azərbaycan əlaqələrini nə gözləyir?

- Əvvəla, onu deyim ki, bütün prosesin başında duran hörmətli Ərdoğan Azərbaycanın yaxın dostudur. Bu prosesə də o istiqamət və yön verəcək. Hakan Fidana gəlincə, o da Azərbaycanı sevən və ölkəmizə məhəbbəti olan şəxslərdən biridir. Uzun illər MİT-in rəhbəri olub və zəngin təcrübəyə malikdir.

Zənnimcə, Qarabağla əlaqəli qalan məsələlərin tam həllinə nail olmaq, Zəngəzur dəhlizini işə salmaq və türk dünyasını birləşdirmək Ərdoğanın qarşısındakı əsas hədəflərdəndir. Ərdoğanın da dediyi kimi, Azərbaycanın iştirakı olmadan bu məsələləri həll etmək olmaz.

Azərbaycan və Türkiyə Avropanın neft və qazla təmin edilməsi istiqamətində də bundan sonra birgə addımlar atacaqlar. Bu da iki qardaş xalqın maraqlarına uyğundur. Hakan Fidan da bu reallıqları diqqətlə nəzərə alacaq. O da Türkiyə-Azərbaycan qardaşlığı və yaxın müttəfiqliyi kontekstində qarşıdakı hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcək. Hakan Fidanın iki ölkə arasındakı bağların daha da gücləndirilməsi üçün səy göstərəcəyini düşünürəm.

- Sizcə, Hakan Fidanın, yəni bir kəşfiyyat şefinin bu posta gətirilməsi nə ilə əlaqəli ola bilər?

- Bu təəccüblü deyil. Xarici işlər nazirləri çox vaxt kəşfiyyat xidmətlərinin əldə etdikləri və ya yönəltdikləri məlumatlar əsasında öz fəaliyyətlərini qururlar. Bu səbəbdəndir ki, ölkələrin xaricdəki diplomatik korpuslarında kəşfiyyat orqanlarının, yaxud dərin dövlətin təmsilçiləri də yer alırlar. Bu, Türkiyə üçün də belədir.

Hakan Fidan MİT rəhbəri olarkən Mövlud Çavuşoğlu ilə sıx işləyib. Hakan Fidan, yaxud MİT-in əldə etdiyi məlumatlar Türkiyənin xarici siyasətinin qurulmasında önəmli rol oynayıb. Bir sözlə, bu şəxs xarici siyasət məsələlərində bişmiş adamdır.

Çox vaxt Hakan Fidanı Ərdoğanın “sirr küpü” adlandırırlar. Üstəgəl, Türkiyə isteblişmentində parlaq simalardan biridir. Belə bir fikir də dolaşır ki, hətta Ərdoğan onu gələcək prezident seçkiləri üçün namizəd kimi hazırlayır. Gəncdir, cavandır, çox təcrübəlidir, kifayət qədər məlumatlıdır. Bu baxımdan Hakan Fidanın komandadakı perspektivləri möhkəmdir. İndiyədək ümidləri doğruldan bu adam bundan sonra belə olacaq.

- Yəni siz Hakan Fidanın Ərdoğanın varisi olması fikri ilə razısınız?

- Ehtimal edirəm. Siyasətdə proqnozlar özünü doğrultmaya da bilir. Hər halda AKP-nin kadr potensialına diqqət yetirdikdə, Hakan Fidan bir çox parametrlər üzrə ön plana çıxır. Onun Ərdoğanla uzun illər işləməsi də bu ehtimalı gücləndirə bilər.

- Bəs müdafiə naziri Hulusi Akarın yerinə gətirilən Yaşar Gülər haqda nə düşünürsünüz? Akar kimi Gülər də Azərbaycanda özünə rəğbət qazanmış simalardan biridir.

- Yaşar Gülər kifayət qədər təcrübəli hərbçidir. Zənnimcə, o, Bəxtiyar Ərsay Paşanın ölkəmizə göndərilməsində, eyni zamanda, İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusunun əks-hücum planının hazırlanmasında çox önəmli rollardan birini oynayıb. Yaşar Gülərin bizim üçün oynadığı ən mühüm rollardan biri də Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması və “bir millət, iki dövlət, vahid ordu” prinsipinin həyata keçirilməsidir.

Yaşar Gülər Azərbaycanda dağ komando birliklərinin yaradılmasında, xüsusi təyinatlıların hazırlanmasında, onların böyük qisminin Türkiyədə təlimlərdən keçməsində ciddi rol oynamış bir şəxsdir.

Ərdoğanın komandasında təsadüfi şəxs yoxdur. Onların hər biri Azərbaycanı tanıyan, ölkəmizin strateji mövqelərinin Türkiyə üçün nə qədər əhəmiyyətli olduğunu dərindən bilən şəxslərdir. Yaşar Gülər də canıyla, qanıyla, bütün varlığıyla Azərbaycana bağlı adamdır.

Şübhə etmirəm ki, Hulusi Akar kimi o da Azərbaycan ordusunun daha da gücləndirilməsində, təcrübə baxımında zənginləşməsində bundan sonra da böyük rol oynayacaq. Bundan sonra da Türkiyə-Azərbaycan hərbi birliyi yeni-yeni çalarlarla zənginləşəcək.

- Türkiyənin və dünyanın gündəmində müzakirə olunan bir Türkiyə Əsri (Türkiyə Yüzili) məsələsi var. Nədir Türkiyə Əsri, bu strategiya özündə nələri ehtiva edir?

- Türkiyə Əsri vizyonunda qarşıya qoyulan məqsədlərdən biri Türkiyəni sənayecə inkişaf etmiş on ölkədən birinə və öz texnologiyasını yaradan dövlətə çevirməkdir. Həmçinin Türkiyənin regional oyunçudan qlobal gücə çevrilməsini ehtiva edən şərtləri yerinə yetirməkdən ibarətdir. Artıq bu istiqamətdə iş aparılır, güclü hərbi sənaye kompleksinin əsasları qoyulub. Güman edirəm ki, baş verənlər Türkiyəni iqtisadi, texnoloji və hərbi güc kimi on ölkədən birinə çevirəcək. Türkiyə özünün sanbalı və siyasi çəkisi ilə dünya siyasətinin formalaşmasında önəmli aktorlardan biri olacaq.

Türkiyə Əsri projesinə türk dünyasının vahidləşməsi, türk ölkələri arasında iqtisadi, mədəni, hərbi əlaqələrin dərinləşdirilməsi, həmçinin Türk Dövlətləri Təşkilatını öz vahid bazarı və dərin əlaqələri olan Avropa Birliyi kimi bir ittifaqa çevirməkdən ibarətdir. Sanki Türkiyə Avropa Birliyi ilə vidalaşıb.

Türkiyə indi türk dövlətləri ilə birlikdə öz ətrafında bir güc mərkəzi formalaşdırmağa başlayıb. Zənnimcə, qoyulan bünövrə kifayət qədər möhkəmdir. Bunun ətrafında təkcə mövcud müstəqil türk ölkələrini yox, Rusiyadan ayrılması ehtimal edilən digər türkdilli dövlətləri də, məsələn, Tatarıstan, Başqırdıstan, Altay, Yakutiya və Çuvaşiyanı da görə bilərik. Rusiya-Ukrayna müharibəsindən sonra bu respublikaların müstəqilliklərini qazanacağı ehtimalını yüksək qiymətləndirirəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hazırda Azərbaycanla İran arasında münasibətlərdə renessans baş verir" - rusiyalı ekspert
Bu gün, 17:53
Seymur Qaraşov və Zaur Zeynalov general rütbəsi ala bilər - 8 gün qaldı
Bu gün, 17:52
Ermənistan Axundovla alver etmək istəyir - Vəkil
Bu gün, 17:48
“Bonus Market" MMC - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 17:44
Telekommunikasiya şirkətinin baş icraçı direktoru dəyişdi – TƏYİNAT
Bu gün, 17:42
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
Bu gün, 17:34
Ermənistan MTN-dən Telman Qasımovun İrəvan çəkilişinə cəfəng reaksiya - DETALLAR
Bu gün, 17:30
"Sədərək"də Şakir Ağayevin 30 mini oğurlayan şəxs iş adamının qohumu imiş - TƏFƏRRÜAT
Bu gün, 17:28
"Prezident İlham Əliyevlə konstruktiv söhbət apardıq" - O’Brayn
Bu gün, 17:23
Gürcüstan "3+3" regional formatından niyə yayınır? - deputat
Bu gün, 17:18
“Çox istərdim ki, Prezidentimiz Eldar Həsənovu azad etsin” - Xalq şairi
Bu gün, 17:12
"Azpetrol" Vətən müharibəsi qazisinin maaşını vermir? - Məhkəmə çəkişməsi
Bu gün, 17:09
Separatçı guruhun yenidən AYAQLANDIRILMASI - NƏ ETMƏLİ?
Bu gün, 17:08
“Qapaz, sillə, təpik.. Uşaqlar efirdən nə öyrənir?” – bəstəkar Məryəm Əlibəyli
Bu gün, 17:06
ABŞ Azərbaycanla münasibətlərdə geri addım atır? – ŞƏRH
Bu gün, 17:05
Müəllimlərin maaşını kim kəsir? - AKTUAL
Bu gün, 16:48
Erməni hərbçilərdə narkotik aşkarlanıb - Ermənistan KİV
Bu gün, 16:46
Erməni təxribatı: Hədəf Bakı-Moskva əlaqələridir! - "Orada Ukrayna bayrağı ilə çəkilən..."
Bu gün, 16:45
“Aqro Kompleks Qəbələ” - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 16:42
Camaata xaricdən malı bu gətirir..: BUNUN ÖZÜNƏ QADAĞA QOYURLAR... - BU NƏDİ BELƏ?!
Bu gün, 16:41
Ermənistan öz konyakını Allahın Fransasına belə sata bilmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:33
London Bakını ÇOXDAN SEÇİB... - AKTUAL
Bu gün, 16:30
Mandat üçün yox, millət üçün "vəkil" seçmək lazımdır - "Acından ölməmə" limiti müəyyənləşdirildi...
Bu gün, 16:26
“Sea Breeze” işinə görə axtarışda olan 6 nəfər haradadır? - TƏFƏRRÜAT
Bu gün, 16:24
"Efirdə deyim ki, ayrılmışıq, sən də hədiyyə göndər barışaq" - Nazilədən atmaca
Bu gün, 16:07
Məşhur supermarketlər şəbəkəsinin milyonlarla vergi borcu var - FOTO
Bu gün, 16:04
Keçmiş kəşfiyyatçıdan xəbərdarlıq: - "Odessa ələ keçən kimi, münaqişə bitəcək"
Bu gün, 16:01
Biznesmenlər "Paşa Bank"a üz çevirib - SƏBƏB
Bu gün, 15:59
İrəvan müharibəyə hazırlanır, Bakı təhrik edilir - Ayvazyan
Bu gün, 15:58
Dövlət qurumu Qarabağda informasiya sistemi, proqram təminatı və xüsusi qaynar xətt yaradır – QALİB, MƏBLƏĞ
Bu gün, 15:51
Yardımlıda dövlət əmlakını "talan" edən müdir kimdir? - İTTİHAM VAR...
Bu gün, 15:49
"Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da vəzifə verilib - FOTO
Bu gün, 15:45
Azad edilmiş ərazilərdə aparılan işlərin keyfiyyətindən çox təsirləndim - Metyu Brayza
Bu gün, 15:42
Tutaq ki, ulu babam ermənidir: Mənə nə aidiyyəti? - Sərdar Cəlaloğlu
Bu gün, 15:41
Sumqayıt Dövlət Universitetinin rektoruna müşavir təyin edilib - ƏMR
Bu gün, 15:39
Azərbaycan Moskvada görüşə razılığını təsdiqləyib, Ermənistan yox - Rusiya XİN
Bu gün, 15:38
Rusiya daha 3 ölkəyə hücuma hazırlaşır? – SSRİ iddiaları güclənir
Bu gün, 15:36
İş adamı vəzifəli şəxslərlə görüşə gizli kamera ilə gedibmiş - TƏFƏRRÜAT
Bu gün, 15:34
“Fransa demokratiyası”nın görünməyən siması - GƏLİŞMƏ
Bu gün, 15:32
Armen Qriqoryan ABŞ-dan sonra Britaniyaya gedir
Bu gün, 15:27
Nazirlikdən qızılca peyvəndi ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Bu gün, 15:26
“Deputatlar buna da bir əlac tapsın...” - ÇAĞIRIŞ
Bu gün, 14:10
“Qarabağdan nə qədər erməninin köçməsi Azərbaycan üçün o qədər də önəmli deyil…”
Bu gün, 14:02
Qızılcaya görə karantin elan oluna bilər? - İnfeksionistdən açıqlama
Bu gün, 14:00
“Azərbaycan Dəmir Yolları"nın 4,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 13:56
Gəncədə uşaqların gözü önündə itləri kütləvi şəkildə güllələyirlər
Bu gün, 13:08
“Nazir olduğum dövrlərdə bütün məktəblərdə şagirdlərə peyvənd vurulurdu...” - Misir Mərdanov
Bu gün, 13:01
Nikol, qaç, arxaya baxmadan qaç! - Saakaşvili Paşinyana müraciət etdi
Bu gün, 12:57
Kremlə qarşı yeni addım: İrəvana “hərbi missiya” gəlir - NƏ BAŞ VERİR?
Bu gün, 12:54
“Mən bu məsələni şərh edə bilməyəcəm…” - Ramil Səfərov
Bu gün, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru