Müəllimlər pensiyaya çıxmaq istəmirlər: - Narazı müəllim nələr danışdı?
Tarix: 5-06-2023, 17:11 | Çap et
 Son günlər müəllimlərin pensiya yaşı ilə bağlı məsələ daha da aktuallaşıb.
Bu istiqamətdə aparılan müzakirələrdə hətta bəzi millət vəkilləri müəllimlərin çalışma yaş həddinin artırılmasını təklif etsələr də, digər tərəf onların pensiya yaşı çatdıqda məktəblə vidalaşmalı olduqlarını deyir. Hətta bəzi ekspertlər belə fikirlər irəli sürürlər ki, gənc kadrların çalışması üçün şərait yaradılmalıdır.
Ancaq bu gün müəllimlərin bir çoxu pensiya yaşı çatmasına baxmayaraq, hələ də əmək fəaliyyətini davam etdirmək istəyir. Bugünlərdə “Facebook” səhifəsində pensiya yaşı ilə bağlı təqaüdə çıxan müəllim, Firəddin Əlioğlu belə bir məlumat paylaşıb:
“45 il müəllim işləyib aldığım pensiyaya görə bu pensiyanın həcmini müəyyən edən dövlət məmurlarına ar olsun deyirəm!”
Qeyd edək ki, həmin müəllimin fikilərinə qoşulan bir çox müəllim də çalışdığı müddətin müqabilində aldığı pensiyanın azlığı ilə bağlı öz etirazlarını bildiriblər. Ancaq müəllimlərin pensiya yaşı çatsa da, yenə peşəsini davam etdirmək istəyinə müsbət yanaşmayanlar da var.
Müəllimlər niyə pensiyaya çıxmaq istəmir?
DİA.AZ bildirir ki, məsələ ilə bağlı elə bu mövzuda status paylaşan müəllim, Firəddin Əlioğlu fikirlərini Cebhe.info ilə bölüşüb:
“Mən Füzuli rayonunda yaşamışam. Rayon işğal edildikdən sonra məcburi köçkün kimi Bakı şəhərində yaşayıram. Füzuli rayon 50 saylı orta məktəbdə 1993-1996-cı illərdə fəaliyyətimi davam etdirmişəm. Hazırda Bakı şəhər Yasamal rayonu 225 saylı orta ümumtəhsil məktəbində işləyirəm.
Mən orta ümumtəhsil məktəbində 45 ildir tarix müəllimi işləmişəm. Ötən ildən təqaüdə çıxmışam və dövlətin ayırdığı pensiya məni qane etmir. Yəni 45 il müəllim işləyən bir şəxsə o həcmdə pensiya verməsi utancdır, dövlətin adına yaraşmır. Ona görə də mən “Facebook”da həmin statusu paylaşdım.
Yazdım ki, pensiyanı müəyyənləşdirən məmurlara ar olsun. Çox sayda müəllim ordusu bu fikirlərə qoşulub. Bu vəziyyətin özü bir daha sübut edir ki, Azərbaycanda müəllimlərin təqaüdə göndərilməsi zamanı onlara qarşı çox böyük ədalətsizlik olur”.
Həmsöhbətimiz bildirib ki, təqaüdə çıxmamaq məcburiyyətində qalıb:
“Ona görə də məktəb rəhbərliyindən xahiş edib, öz müqavilə müddətimi uzatmışam. Alacağım vəsait məni və dolanışığımı heç cür təmin etmir. Yalnız müəllimlər deyil, ümumiyyətlə, Azərbaycanda pensiya sistemi olduqca gülünc vəziyyətdədir. Məsələn, 45 il müəllim işləyəsən, dolanışığını təmin etməyən pensiyanın təyin edilməsi ölkənin vətəndaşı üçün həqarətdir. Mən tələbə yoldaşlarımla əlaqə saxlayıram.
Onların dediyinə görə, hələ mən yüksək məbləğdə pensiya alıram. Vaxtilə dərs saatlarım çox olub və hazırda 485 manat pensiya alıram. Tələbə yoldaşlarım 300-380 manat məbləğində pensiya alırlar və onlar da 45 il müəllim işləyiblər. Ümumilikdə götürdükdə, bu gün 45 il müəllim işləyən 320-360 manat təqaüd alır”.
Müəllim deyir ki, hazırda 65 yaşı tamam olub, ancaq aldığı təqaüd onu qane etmədiyinə görə yenidən öz fəaliyyətini bir il də davam etdirməyə məcbur olub:
“Çox pis vəziyyətdir və bu məsələyə bütün KİV, təbliğat vasitələri geniş yer ayırmalıdırlar. Yalnız müəllimin təqaüdü deyil, ümumiyyətlə, Azərbaycanın bugünkü bazar qiymətləri ilə pensiyanı müqayisə etdikdə insanın 5-10 günlük dolanışığına çatmır. Bu pensiyanı təyin edənlər hara baxırlar, nə fikirləşirlər?
Doğrudandamı onların vətəndaşların yaşayışından xəbərləri yoxdur? Müəllimlər dərs saatlarını deməklə əlavə qazanc əldə edir, onun hesabına yaşayırlar. Necə olur ki, gömrük orqanlarında çalışanlara 10 min manata qədər, başqa vəzifə sahiblərinə yüksək məbləğdə təqaüd verə bilirlər, ancaq müəllimi belə aşağılayırsan? Ona görə məhz bu gün müəllimə olan münasibət təhsilin bərbad olmasına gətirib çıxarır.
Keçmiş təhsil naziri Misir Mərdanov bildirmişdi ki, müəllimə ən azı 2 min manat əmək haqqı vermək lazımdır. Hazırda bu yoxdur, ona görə məktəbdən təhsil ummaq hələ uzun müddət çox çətin olacaq”.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bonus Market" MMC - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 17:44 |
|
|
|
• Telekommunikasiya şirkətinin baş icraçı direktoru dəyişdi – TƏYİNAT
Bu gün, 17:42 |
|
|
|
• “Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
Bu gün, 17:34 |
|
|
|
• Ermənistan MTN-dən Telman Qasımovun İrəvan çəkilişinə cəfəng reaksiya - DETALLAR
Bu gün, 17:30 |
|
|
|
• "Sədərək"də Şakir Ağayevin 30 mini oğurlayan şəxs iş adamının qohumu imiş - TƏFƏRRÜAT
Bu gün, 17:28 |
|
|
|
• "Prezident İlham Əliyevlə konstruktiv söhbət apardıq" - O’Brayn
Bu gün, 17:23 |
|
|
|
• Gürcüstan "3+3" regional formatından niyə yayınır? - deputat
Bu gün, 17:18 |
|
|
|
• “Çox istərdim ki, Prezidentimiz Eldar Həsənovu azad etsin” - Xalq şairi
Bu gün, 17:12 |
|
|
|
• "Azpetrol" Vətən müharibəsi qazisinin maaşını vermir? - Məhkəmə çəkişməsi
Bu gün, 17:09 |
|
|
|
• Separatçı guruhun yenidən AYAQLANDIRILMASI - NƏ ETMƏLİ?
Bu gün, 17:08 |
|
|
|
• “Qapaz, sillə, təpik.. Uşaqlar efirdən nə öyrənir?” – bəstəkar Məryəm Əlibəyli
Bu gün, 17:06 |
|
|
|
• ABŞ Azərbaycanla münasibətlərdə geri addım atır? – ŞƏRH
Bu gün, 17:05 |
|
|
|
• Müəllimlərin maaşını kim kəsir? - AKTUAL
Bu gün, 16:48 |
|
|
|
• Erməni hərbçilərdə narkotik aşkarlanıb - Ermənistan KİV
Bu gün, 16:46 |
|
|
|
• Erməni təxribatı: Hədəf Bakı-Moskva əlaqələridir! - "Orada Ukrayna bayrağı ilə çəkilən..."
Bu gün, 16:45 |
|
|
|
• “Aqro Kompleks Qəbələ” - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 16:42 |
|
|
|
• Camaata xaricdən malı bu gətirir..: BUNUN ÖZÜNƏ QADAĞA QOYURLAR... - BU NƏDİ BELƏ?!
Bu gün, 16:41 |
|
|
|
• Ermənistan öz konyakını Allahın Fransasına belə sata bilmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:33 |
|
|
|
• London Bakını ÇOXDAN SEÇİB... - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Mandat üçün yox, millət üçün "vəkil" seçmək lazımdır - "Acından ölməmə" limiti müəyyənləşdirildi...
Bu gün, 16:26 |
|
|
|
• “Sea Breeze” işinə görə axtarışda olan 6 nəfər haradadır? - TƏFƏRRÜAT
Bu gün, 16:24 |
|
|
|
• "Efirdə deyim ki, ayrılmışıq, sən də hədiyyə göndər barışaq" - Nazilədən atmaca
Bu gün, 16:07 |
|
|
|
• Məşhur supermarketlər şəbəkəsinin milyonlarla vergi borcu var - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Keçmiş kəşfiyyatçıdan xəbərdarlıq: - "Odessa ələ keçən kimi, münaqişə bitəcək"
Bu gün, 16:01 |
|
|
|
• Biznesmenlər "Paşa Bank"a üz çevirib - SƏBƏB
Bu gün, 15:59 |
|
|
|
• İrəvan müharibəyə hazırlanır, Bakı təhrik edilir - Ayvazyan
Bu gün, 15:58 |
|
|
|
• Dövlət qurumu Qarabağda informasiya sistemi, proqram təminatı və xüsusi qaynar xətt yaradır – QALİB, MƏBLƏĞ
Bu gün, 15:51 |
|
|
|
• Yardımlıda dövlət əmlakını "talan" edən müdir kimdir? - İTTİHAM VAR...
Bu gün, 15:49 |
|
|
|
• "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da vəzifə verilib - FOTO
Bu gün, 15:45 |
|
|
|
• Azad edilmiş ərazilərdə aparılan işlərin keyfiyyətindən çox təsirləndim - Metyu Brayza
Bu gün, 15:42 |
|
|
|
• Tutaq ki, ulu babam ermənidir: Mənə nə aidiyyəti? - Sərdar Cəlaloğlu
Bu gün, 15:41 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoruna müşavir təyin edilib - ƏMR
Bu gün, 15:39 |
|
|
|
• Azərbaycan Moskvada görüşə razılığını təsdiqləyib, Ermənistan yox - Rusiya XİN
Bu gün, 15:38 |
|
|
|
• Rusiya daha 3 ölkəyə hücuma hazırlaşır? – SSRİ iddiaları güclənir
Bu gün, 15:36 |
|
|
|
• İş adamı vəzifəli şəxslərlə görüşə gizli kamera ilə gedibmiş - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• “Fransa demokratiyası”nın görünməyən siması - GƏLİŞMƏ
Bu gün, 15:32 |
|
|
|
• Armen Qriqoryan ABŞ-dan sonra Britaniyaya gedir
Bu gün, 15:27 |
|
|
|
• Nazirlikdən qızılca peyvəndi ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Bu gün, 15:26 |
|
|
|
• “Deputatlar buna da bir əlac tapsın...” - ÇAĞIRIŞ
Bu gün, 14:10 |
|
|
|
• “Qarabağdan nə qədər erməninin köçməsi Azərbaycan üçün o qədər də önəmli deyil…”
Bu gün, 14:02 |
|
|
|
• Qızılcaya görə karantin elan oluna bilər? - İnfeksionistdən açıqlama
Bu gün, 14:00 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"nın 4,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 13:56 |
|
|
|
• Gəncədə uşaqların gözü önündə itləri kütləvi şəkildə güllələyirlər
Bu gün, 13:08 |
|
|
|
• “Nazir olduğum dövrlərdə bütün məktəblərdə şagirdlərə peyvənd vurulurdu...” - Misir Mərdanov
Bu gün, 13:01 |
|
|
|
• Nikol, qaç, arxaya baxmadan qaç! - Saakaşvili Paşinyana müraciət etdi
Bu gün, 12:57 |
|
|
|
• Kremlə qarşı yeni addım: İrəvana “hərbi missiya” gəlir - NƏ BAŞ VERİR?
Bu gün, 12:54 |
|
|
|
• “Mən bu məsələni şərh edə bilməyəcəm…” - Ramil Səfərov
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycanda bu şirkətə yeni - SƏDR SEÇİLƏCƏK
Bu gün, 12:48 |
|
|
|
• Əjdər Ol kassasiya şikayətini geri götürüb - DETALLAR
Bu gün, 12:44 |
|
|
|
• Yevlaxın həbsdə olmuş sabiq icra başçısı vəfat edib
Bu gün, 12:43 |
|
|
|
|