“Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş” - Replika
Tarix: 5-06-2023, 16:54 | Çap et
 Atalar sözündən belə çıxır ki, nə qabağa gedəsən, nə də dala qalasan. Ən salamat yer elə ortalıq bir mövqedə qalmaq imiş... Dünən “Facebook” sosial şəbəkəsindəki şəxsi profilimdə atalar sözünə istinad edərək, bir status paylaşmışdım: “Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.” Üstündən heç beş-on dəqiqə keçməmiş “feysbuk” izləyicilərimdən mənə yaxın olan bir neçə nəfər zəng edərək, zarafatla bu məsəli çəkməkdə nəyə işarə etməyim və nə demək istədiyimlə maraqlandılar. Yəqin çoxları bilir ki, mən adətən səbəb olmadan el məsəllərinə müraciət etmirəm. Nəsə... Allahdan heç nə gizli qalmazsa, bəndəsindən niyə gizli qalsın ki… Məsələ ondadır Kİ, elə həmin gün növbəti tədbirlərdən birinə gedərkən yol yoldaşlarımdan biri Quba - Xaçmaz Regional Təhsil İdarəsinin müdiri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmasından söz salmışdı. Düzü, mənim üçün son dərəcə gözlənilməz olan bu xəbərdən xeyli məyus olsam da, məsələnin mahiyyətinə o qədər də varmadım, çünki yeri deyildi. Evə qayıdan kimi, dərhal sosial şəbəkələrdə kiçik bir axtarış apardım. Yol yoldaşımın sözünə şübhə ilə yanaşdığım xəbər bir neçə saytda tirajlanmışdı. Çox üzüldüm. Çünki, Prezidentin 20 dekabr 2021-ci il tarixli sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsinin yaradılmasını dəstəkləyən və ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyevin ictimaiyyətə təqdim edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Respublikası Təhsil nazirinin müavininin də qatıldığı Regional Təhsil İdarəsi işçilərinin iştirakı ilə keçirilən tədbirin iştirakçılarından biri də mən idim. Bir də ki, Rüfət Hacıyev haqqında hələ Qəçrəş kənd tam orta məktəbində direktor vəzifəsində çalışdığı dövrdən müəyyən məlumatım var idi. Daha sonra öyrəndim ki, Azərbaycan Dövlət Pedoqoji Univeristetini bitirdikdən sonra Quba rayonunun müxtəlif kənd məktəblərində müəllim, direktor müavini, direktor, Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi, Quba rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsilərində çalışıb, hərbi xidməti başa vurmağı da öz yerində. 2017-ci ildən Quba rayon Təhsil Şöbəsinin müdiri təyin olunmuşdu. Onun Təhsil şöbəsinin müdiri işlədiyi dövrdə Təhsil nazirliyi yanında İctimai Şuranın sədr müavini kimi digər üzvlərlə birlikdə Quba rayonunda olmuş, bir sıra tədbirlərdə iştirak edərkən R. Haçıyevin təhsil ictimaiyyəti arasında nə kimi nüfuza və hörmətə layiq olduğunun bilavasitə şahidi olmuşduq. Regional təhsil idarələri yaradılarkən məhz onun bu idarəyə rəhbər təyin ediləcəyi də çoxları üçün gözlənilən idi. Gözləntilər özünü doğrultdu və bu təyinat ən uğurlu təyinatlardan biri kimi çöxları tərəfindən alqışlandı. Çünki, sıravi müəllimlıkdən təhsili idarəetmənin bütün mərhələlərini keçən bir şəxsin bu posta təyin olunmaması ədalətsizlik olardı. Digər tərəfdən, gənc və perspektivli gənclərə yol açmaq baxımından da bu təyinat başa düşülən idi. Regional Təhsil İdarəsinin müdiri kimi də öz bacarığı və təşəbbüskarlığı ilə fərqləndi, daim gündəmdə oldu. Və birdən belə bir insident. İnsidentin yaranmasında günahkar axtarmaq və baş verənlərə qiymət vermək məqsədindən uzağam. Çünki, hadisələrin nədən qaynaqlanması və necə cərəyan etməsi barədə tam təəssürata malik deyiləm. Bircə onu deyə bilərəm ki, belə bir xoşagəlməz gedişata gərək yol verilməyəydi. Kim təminat verə bilər ki, sabah və ya o birisi gün belə bir qarşıdurma digər regionlarda baş verməyəcək və yaradılmasına böyük ümid bəslənilən Regional Təhsil İdarələrinni nüfuzunun növbəti dəfə sarsılmasına təsirsiz ötüşməyəcək. Görünür, atalar məsəlində müəyyən bir hikmət varmış: Gərək, nə qabağa gedəsən, nə də dala qalasan. Ən salamat yer elə ortalıq bir mövqedə qalmaqdır... Təəssüf, çox təəssüf...
Nadir İsrafilov - təhsil eksperti DİA.AZ

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət qurumunun 173 minlik tenderi - BU ŞİRKƏTƏ VERİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Dövlət qurumundan - “Vitam” MMC-yə 171 MİNLİK SİFARİŞ
Bu gün, 00:02 |
|
|
|
• O qədər unikal toplumdular ki... - Elçin Mirzəbəyli yazır...
Dünən, 20:21 |
|
|
|
• Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb
Dünən, 18:37 |
|
|
|
• Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub - MN
Dünən, 18:07 |
|
|
|
• "100 min erməninin Qarabağı tərk etməsi fantaziyadır" - Dəqiqəyə 14 erməni düşür...
Dünən, 18:05 |
|
|
|
• Qasımovlar ailəsi Balasanyanın həbsini gözləyir - HEÇ NƏYİ UNUDA BİLMƏDİK...
Dünən, 17:57 |
|
|
|
• Bakıda məşhur göz həkimi Cahid Şahbazovun QUDURĞANLIĞI... - BU NƏDİ BELƏ?
Dünən, 17:54 |
|
|
|
• Separtizm bitib, birgəyaşayışın ilk addımları atılır - DETALLAR
Dünən, 17:26 |
|
|
|
• Azərbaycanlıların tezliklə Ermənistanda yaşamasına hazırlaşın - Sarkisyan
Dünən, 17:25 |
|
|
|
• “Evimə bitişik sahədə inşa olunan ev qanunsuzdur” - GİLEY
Dünən, 17:22 |
|
|
|
• “Xocalı barədə yalan xəbəri yaymaqdan imtina etdiyim üçün mənə “kabineti boşalt” dedilər”
Dünən, 16:10 |
|
|
|
• Ermənilərin yaydığı məlumat yalan çıxdı - Bordov İrəvandadır
Dünən, 16:04 |
|
|
|
• Zəngilanın Alıbəyli kəndində 2568 sakin üçün - 498 HƏYƏT EVİ TİKİLƏCƏK
Dünən, 16:02 |
|
|
|
• Balababanın SON HAVASI... - İLGİNC İDDİA
Dünən, 16:00 |
|
|
|
• Dövlət Agentliyi daha on yeddi tenderə - YEKUN VURDU
Dünən, 15:49 |
|
|
|
• Qarabağda tutulan və saxlanılması təsdiq olunmayan ermənilər - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
• Davit Babayana qarşı bu maddələrlə İTTİHAM OXUNDU
Dünən, 15:31 |
|
|
|
• Vardanyanın həbsi KİMİ İLGİLƏNDİRƏ BİLƏR? - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• Dövlət qurumu xüsüsi geyim və aksesuarlar alır - TENDER
Dünən, 13:58 |
|
|
|
• İrəvan kapitulyasiya sənədinin ləğvini istəyir - Nikolun 9-cu bənd təlaşı, yoxsa sərsəmlik...
Dünən, 13:05 |
|
|
|
• Ermənistanın dələduz himayədarı - Qızıl külçələr, nağd pul, avtomobil...
Dünən, 12:59 |
|
|
|
• İşə yaramırlar: Fermerlər NƏ ETSİN Kİ? - AKTUAL
Dünən, 12:57 |
|
|
|
• Sentyabr ayında Nəsimi rayonunda səyyar qəbullar, sakinlərlə yerlərdə görüşlər davam edib - FOTO
Dünən, 12:52 |
|
|
|
• Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR
Dünən, 12:50 |
|
|
|
• İgidəlinin işçi canı hesabına İGİDLİYİ... - BU NƏDİ BELƏ?!
Dünən, 12:41 |
|
|
|
• Ermənistan Qarabağdan guya 100 minə yaxın hayk köçdüyünü deyir... - Bəs biz nə deyirik?..
Dünən, 12:32 |
|
|
|
• Şuşaya axund təyin olunub
Dünən, 12:29 |
|
|
|
• Qarabağdakı qondarma `RUS İCMASI`nın lideri də HƏBS OLUNUB - Ermənistan KİV
Dünən, 12:26 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Dünən, 12:13 |
|
|
|
• Dövlət Sərhəd xidmətindən 749 min manatlıq sifariş - TENDER NƏTİCƏSİ
Dünən, 12:11 |
|
|
|
• Əsir hərbçinin anası: - “Gözləyirik ki, bu yaxınlarda yaxşı..."
Dünən, 12:04 |
|
|
|
• İri ticarət şəbəkələrinin ƏDV OĞURLUĞU DAVAM EDİR... - GİLEY
Dünən, 11:48 |
|
|
|
• Bakıda növbəti daxili iməclik keçirildi
Dünən, 11:40 |
|
|
|
• Depozit və ya daşınmaz əmlak: bank əmanətçilərinin sıraları niyə seyrəlir? - ARAŞDIRMA
Dünən, 11:34 |
|
|
|
• “Ruslar da erməniləri Kubandan, Soçidən, Rostovdan da qovub çıxaracaq...” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:32 |
|
|
|
• Ermənilər gedirsə... MANE OLA BİLMƏRİK! - Bəlkə kimsə yalvarmağımızı gözləyir?..
Dünən, 11:26 |
|
|
|
• Kəskin leykozdan əziyyət çəkən Şakirin anası: - “Satmağa əşyam, borc almağa adamım qalmayıb”
Dünən, 11:22 |
|
|
|
• “Təəssüf ki, o çox gənc yaşında şəhidlik zirvəsinə ucaldı, hazırda da əsgər olan tələbələrim var”
Dünən, 10:51 |
|
|
|
• Əməyin təhlükəsizliyi məsələsi... - Ekspert danışır...
Dünən, 10:46 |
|
|
|
• Şərur sakini kimlərdən narazılıq edir... - MÜRACİƏT
Dünən, 10:42 |
|
|
|
• Ermənilər geri qayıdacaq, biz də Qərb qarşısında şərt qoymalıyıq ki... - GƏLİŞMƏ
Dünən, 10:37 |
|
|
|
• Qarabağ erməniləri Azərbaycanın humanizmindən danışır - VİDEO
Dünən, 10:30 |
|
|
|
• Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının videogörüntüləri - VİDEO
Dünən, 10:28 |
|
|
|
• Separatçı rejimin məhvindən sonra regionda proseslər necə cərəyan edəcək? - AKTUAL
Dünən, 10:26 |
|
|
|
• Hədəfləri bəlli oldu: Qarabağa girmək istəyirlər - NƏ BAŞ VERİR?
Dünən, 10:20 |
|
|
|
• Bakı Lyovanı ələ keçirdi: məşhur qatil nələr edib? - ŞƏRH
Dünən, 10:15 |
|
|
|
• Burda əməlli-başlı bazar açıblar.. - İTTİHAM VAR...
Dünən, 10:13 |
|
|
|
• "Lnsaz" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Dünən, 10:08 |
|
|
|
• Təslim olacağını demişdi: OLDUMU? - Hələ ki...
Dünən, 10:01 |
|
|
|
|