Dövlət qurumu iaşə xidmətinin təşkilini bu şirkətə həvalə etdi .....                     Güneyli milli fəal aclıq aksiyasına başladı .....                     İç-içə yaşamaq imkanını itirmiş iki xalq .....                     Təhsil müdirindən Qazimizə qarşı təhqiredici ADDIM... .....                     Bu gün Nəbi Xəzrinin ANIM GÜNÜDÜR .....                     "Ömrünü ədəbiyyata həsr etmiş, atasız iki övlad böyüdən yazıçı ev ala bilmədi, .....                     Monopolistlər yenə iş başında: hökumətlə gömrük “bazarlığı” .....                     Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi .....                     7 fevrala GEDƏN YOL... .....                     13-cü BÜRC VARMI? .....                     Qarabağ problemini bizə bunun üçün yaratmışdılar .....                     Sabah yenə səhv edəcəksə, biz ona həyatı başa salacağıq... .....                     Biz fürsət düşən kimi körpünü dağıtmalıyıq... .....                     Ayselin keçmiş həyat yoldaşı həbs olundu .....                     Müsavat Partiyası seçkidə iştirak edəcəkmi? .....                     Şəkidə təmir və abadlıq tenderinin qalibi .....                     Dünya düzənindəki YERİMİZ... .....                     Pensiyalar nə qədər artacaq və minimum əmək haqqından nə gözləmək olar? .....                     Qərbi Azərbaycana qayıdış hüququmuz... .....                     ABŞ səfiri üçün MENYU... .....                     Bu, Paşinyanın işinə yarayır... .....                     Bakı küçələrində “asan” oğurluq: .....                     “Başqa işlərlə məşğul olur, sonra əlinə mikrofon götürüb oxuyur... .....                     Bakı Avrasiya Universiteti dövlət qurumunua 630 min manata ofis .....                     "Şəhid xanımı nə etməlidir?" .....                     İranlı məmur "bəsici" tələbənin ittihamı ilə üzləşib .....                     Səhiyyənin Təminat Mərkəzindən milyonluq .....                     Zəlzələ bir yandan... icra başçısı da bir yandan... .....                     Günün fotosu: .....                     “Müşfiq parodiya yox, təlxəklik edir” .....                     Ermənilərlə yekun SÜLH SAZİŞİ... .....                     Ermənistan piyadadır, əsas problem İrandır: .....                     İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi 7,7 milyon dəyərində 2 tenderə yekun vurdu .....                     Ülvi Baxşəliyev Moldovaya səfir təyin edilib .....                     Qüdsi Osmanovla bağlı .....                     Azərbaycanın Rumıniyadakı səfiri .....                     Məhərrəm Əliyev Belarusa səfir təyin edildi .....                     Ülvi Baxşəliyev .....                     Məhərrəm Əliyev həqiqi hərbi xidmətdən istefaya buraxılıb .....                     “Caspian İnternational Hospital”la bağlı məhkəmə başladı .....                 

Bundan sonra İranla SÖZÜ BİR YERƏ QOYA BİLƏCƏYİKMİ? - Moskva çalışır... AMMA...
Tarix: 1-02-2023, 09:01 | Çap et
Bundan sonra İranla SÖZÜ BİR YERƏ QOYA BİLƏCƏYİKMİ?
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son brifinqdə bildirib ki, Moskva 3+3 formatını davam etdirməyi hədəfləyir. O, Ermənistan-Türkiyə münaqişəsinə də toxunub. “Biz 2021-ci ilin dekabrında fəaliyyətə başlayan 3+3 məşvərətçi regional platformanın (Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin Rusiya, İran və Türkiyə) işini təşviq etməyi hədəfləyirik.

Biz regional oyunçuların maraqlarına uyğun olaraq əməkdaşlığın gücləndirilməsinin praktiki məsələlərinə diqqət yetirilməsi planlaşdırılan bu platformanı faydalı və vaxtında hesab edirik. Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına gəlincə, Rusiyanın himayəsi altında bu öhdəliyə 2022-ci ilin yanvarında Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk dəfə Moskvada görüşdüyü vaxt başlayıb. Bu günə kimi onların hər ikisi ilə sıx əlaqə saxlayırıq. Biz regional vəziyyətin daha da yaxşılaşmasına töhfə verəcək Ermənistan-Türkiyə əlaqələrinin bərpası üçün perspektivlər açan son hadisələri alqışlayırıq”, - deyə Zaxarova bildirib.

Zaxarova bu açıqlamanı verəndə Tehrandakı Azərbaycan səfirliyində məlum terror aktı baş vermişdi və Rusiya XİN-in nümayəndəsi bunu pisləmişdi. Amma buna baxmayaraq, Moskva hələ də Tehran və Bakının bu əməkdaşlığı davam etdirəcəyə ümid edir.

Xatırladaq ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb. Formata ilk dəstək verən ölkə Rusiya idi. İran əvvəlcə səssiz qalsa da, sonda razılaşdı. Gürcüstan isə heç cür Moskva ilə birgə bu platformada iştiraka razılıq vermək istəmir. Gürcü tərəfi yaxşı başa düşür ki, regional platformalardan kənarda qalmamalıdır, ancaq istəyir ki, bütün iştirakçı dövlətlər başqa ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşsınlar. Gürcüstan bəyan edib ki, “hazırkı mərhələdə Gürcüstanın Rusiya ilə birgə yeni regional formatlarda iştirakı mümkünsüzdür”. İndiyədək Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2" formatında regional platformanın ilk toplantısı keçirilib. İclasa beş ölkənin xarici işlər nazirlərinin müavinləri qatılıb.

Qeyd edək ki, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin bir ay əvvəlki Moskva görüşündə “3+3" əməkdaşlıq formatı müzakirə olunub.

Bəs İranla-Azərbaycan arasındakı bu gərginlikdən sonra bu əməkdaşlıq formatını irəli aparmaq asan və mümkün olacaq?

DİA.AZ-ın məlumatına görə, siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, İranla Azərbaycan arasındakı gərginlik əbədi davam edən deyil. Yəqin bir müddət sonra münasibətlər tədricən düzələcək: “Azərbaycan dövləti bütün qonşu dövlətlərlə dinc, normal qonşuluq münasibətlərində maraqlı olduğunu daim bəyan edir. İndiki şəraitdə İranla münasibətlərdə gərginliyin yaranması 3+3 əməkdaşlıq formatının ən azından yaxın müddətdə reallaşmasının mümkünlüyünü arxa plana keçirir. Üstəlik, o da məlumdur ki, İranın özü hələ bu format yeni elan olunanda müsbət reaksiya verməmişdi. Rusiyanın təkidindən sonra könülsüz şəkildə ümumən razılığa bənzər fikir ifadə olunmuşdu. Gürcüstan isə birmənalı şəkildə bəyan etmişdi ki, Rusiya onun torpaqlarını işğal edib və buna görə də əməkdaşlıq formatında iştirak edə bilməz. Bu amillərə görə sözügedən format üstündən uzun müddət keçməsinə baxmayaraq reallaşmayıb. Amma yəqin ki, bir gün Gürcüstanın da ərazi bütövlüyü problemi həllini tapacaq, İranla Azərbaycanın münasibətləri normallaşacaq və 3+3 əməkdaşlıq formatının reallaşması istiqamətində hər kəs masaya oturacaq və danışıqlar başlayacaq. Hələlik isə bu görünmür. İranı idarə edənlər Azərbaycana qarşı addımlarından əl çəksələr, gərginliyin bitməsi üçün hərəkətə keçsələr, Azərbaycanla münasibətləri normal qonşuluq münasibətləri çərçivəsində qurmağa çalışsalar, yəqin ki, vəziyyət yaxşıya dəyişəcək. Regionda əməkdaşlıq formatları o zaman reallaşa biləcək ki, regiondakı dövlətlərin heç birinin arasında gərgin münasibətlər mövcud olmayacaq. Bu baxımdan bilmək lazımdır ki, İranla Azərbaycan arasında gərginlik bitsə belə, 3+3 formatı reallaşmaz. Çünki yuxarıda dediyimiz kimi, Rusiya ilə Gürcüstan arasında ərazi məsələsinə görə münasibətlər pozulub. Eləcə də Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı iddiaları hələ də qalır. Bu məsələlər də həllini tapmalıdır ki, əməkdaşlıq formatının mümkünlüyündən danışmaq mümkün olsun”.

Politoloq Azad Məsiyev isə bildirdi ki, 3+3 əməkdaşlıq formatı regionda sülhə, sabitliyə, inkişafa hesablanmış və burada olan ölkələrin hər birinin faydasını nəzərdə tutan əməkdaşlıq formatıdır. Lakin təəssüf ki, bu cür faydalı təklifin reallaşması bəlli səbəblərdən mümkün olmayıb: “İndi isə bu formatı əngəlləyən amillər sırasına İranın Azərbaycana qarşı atdığı addımlar da əlavə olunub. Rusiya Türkiyə Prezidenti cənab Ərdoğanın irəli sürdüyü 3+3 formatını ilk vaxtdan dəstəkləyir və Zaxarovanın son açıqlamasından məlum olur ki, bu gün də dəstəkləyir və reallaşmasında maraqlıdır. Region dövlətlərinin əməkdaşlıq platformasının qurulması regionun bütün dövlətlərinin təhlükəsizliyinə xidmət edir. Ona görə də yaxşı olar ki, 6 dövlətin hər biri bunu nəzərə alaraq konkret addımlar ataydılar. Zəngəzur dəhlizinin açılması 3+3 əməkdaşlılq formatının reallaşmasına müsbət təsir göstərə bilər. Hazırda isə İranın Azərbaycana qarşı dost olmayan münasibəti üzündən yaranan gərginliklər bu formatda danışıqları mümkünsüz edən faktorlardan birinə əlavə olunub. İranla Azərbaycan arasında münasibətlərin daha da korlanmasını Qərb və Ermənistan arzu edir. İran hakimiyyəti vəziyyəti dəqiq təhlil edib nəticə çıxarmalıdır. İranın Azərbaycanla münasibətlərinin normal olması ilk növbədə İranın xeyrinədir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu iaşə xidmətinin təşkilini bu şirkətə həvalə etdi - QALİB, MƏBLƏĞ
Bu gün, 13:42
Güneyli milli fəal aclıq aksiyasına başladı
Bu gün, 13:39
İç-içə yaşamaq imkanını itirmiş iki xalq - Onların uzun illər ayrı olması şərtdir
Bu gün, 12:58
Təhsil müdirindən Qazimizə qarşı təhqiredici ADDIM... - deputatdan QƏZƏBLİ REAKSİYA
Bu gün, 12:51
Bu gün Nəbi Xəzrinin ANIM GÜNÜDÜR
Bu gün, 12:45
"Ömrünü ədəbiyyata həsr etmiş, atasız iki övlad böyüdən yazıçı ev ala bilmədi, amma Baboşkimilər..."
Bu gün, 12:20
Monopolistlər yenə iş başında: hökumətlə gömrük “bazarlığı” - NƏ ETMƏLİ?
Bu gün, 12:17
Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi - FOTO
Bu gün, 12:12
7 fevrala GEDƏN YOL... - NƏ BAŞ VERİR?
Bu gün, 12:10
13-cü BÜRC VARMI? - BU DA CAVABI...
Bu gün, 12:08
Qarabağ problemini bizə bunun üçün yaratmışdılar - Paşinyandan ETİRAF
Bu gün, 10:08
Sabah yenə səhv edəcəksə, biz ona həyatı başa salacağıq... - ETİRAZ
Bu gün, 09:45
Biz fürsət düşən kimi körpünü dağıtmalıyıq... - Roman Svitan
Bu gün, 08:58
Ayselin keçmiş həyat yoldaşı həbs olundu - AÇIQLAMA
Bu gün, 08:50
Müsavat Partiyası seçkidə iştirak edəcəkmi? - Partiya başqanından açıqlama
Bu gün, 08:46
Şəkidə təmir və abadlıq tenderinin qalibi – BU ŞİRKƏT OLDU
Bu gün, 08:42
Dünya düzənindəki YERİMİZ... - ekspert danışır
Bu gün, 08:38
Pensiyalar nə qədər artacaq və minimum əmək haqqından nə gözləmək olar? - ARAŞDIRMA
Bu gün, 08:32
Qərbi Azərbaycana qayıdış hüququmuz... - AKTUAL
Bu gün, 02:12
ABŞ səfiri üçün MENYU... - Nə yesin ki...
Bu gün, 02:05
Bu, Paşinyanın işinə yarayır... - AKTUAL
Dünən, 14:10
Bakı küçələrində “asan” oğurluq: - müşahidə kameraları “gözünü yumub”
Dünən, 14:00
“Başqa işlərlə məşğul olur, sonra əlinə mikrofon götürüb oxuyur... - onu yaxşı tanıyıram”
Dünən, 13:59
Bakı Avrasiya Universiteti dövlət qurumunua 630 min manata ofis - İCARƏYƏ VERƏCƏK
Dünən, 13:56
"Şəhid xanımı nə etməlidir?" - ETİRAZ
Dünən, 13:02
İranlı məmur "bəsici" tələbənin ittihamı ilə üzləşib
Dünən, 12:52
Səhiyyənin Təminat Mərkəzindən milyonluq – SİFARİŞ, QALİB ŞİRKƏT
Dünən, 12:50
Zəlzələ bir yandan... icra başçısı da bir yandan... - GÖRÜN. YIXA BİLİRSİNİZ...
Dünən, 12:47
Günün fotosu: - Bu dəfə avtomobillərə yox, piyadalara yol..
Dünən, 12:39
“Müşfiq parodiya yox, təlxəklik edir”
Dünən, 12:34
Ermənilərlə yekun SÜLH SAZİŞİ... nə zaman və harda İMZALANACAQ?
Dünən, 12:24
Ermənistan piyadadır, əsas problem İrandır: - Türklər döyüşdən qaçmır, sadəcə...
Dünən, 12:15
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi 7,7 milyon dəyərində 2 tenderə yekun vurdu – QALİBLƏR
Dünən, 12:08
Ülvi Baxşəliyev Moldovaya səfir təyin edilib - SƏRƏNCAM
Dünən, 12:06
Qüdsi Osmanovla bağlı SƏRƏNCAM
Dünən, 12:02
Azərbaycanın Rumıniyadakı səfiri GERİ ÇAĞRILDI
Dünən, 12:01
Məhərrəm Əliyev Belarusa səfir təyin edildi - SƏRƏNCAM
Dünən, 12:00
Ülvi Baxşəliyev GÖRƏVDƏN ALINDI
Dünən, 11:59
Məhərrəm Əliyev həqiqi hərbi xidmətdən istefaya buraxılıb - SƏRƏNCAM
Dünən, 11:57
“Caspian İnternational Hospital”la bağlı məhkəmə başladı
Dünən, 11:54
Zəlzələdən sonra... EV BAZARI...
Dünən, 11:46
“Ramma” QSC 4,9 milyonluq tenderin – QALİBİ SEÇİLDİ
Dünən, 11:37
Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər - VİDEO
Dünən, 11:35
“27 yaşıma qədər kənddə müəllim işlədim... daha sonra məni Filarmoniyaya dəvət etdilər”
Dünən, 11:22
Dövlət agentliyindən 4 şirkətə 8,2 milyon manatlıq sifariş
Dünən, 11:13
Yeni ildə 7 gün iş olmayacaq
Dünən, 11:06
Növbədənkənar Prezident seçkilərində Qalib Azərbaycan xalqı... - İsrafil Kərimovun yazısı
Dünən, 10:58
7 fevral tədarükü: PARDON, YAMAN PİS YERDƏ AXŞAMLADIQ... - Və yaxud siyasət oyunbazlarına bir-iki xatırlatma...
Dünən, 10:56
Hakimiyyət seçki elan edib... müxalifət isə QIŞ YUXUSUNDADIR... - Siyasətdə QƏFİL QƏRAR OLMUR...
Dünən, 10:34
Dəmir yolunda relsi sökərək oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb
Dünən, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru