
DİA.AZ: - Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı
Surxay Məmmədli bu gün Cümə xütbəsində Azərbaycanın
İrandakı səfirliyinə qanlı hücumla bağlı münasibət bildirib.
DİA.AZ-ın məlumatına görə, o, söyləyib ki, bu gün səhər saatlarında
Tehrandakı səfirliyimizdə baş verən terror hadisəsi məni bir azərbaycanlı kimi
dərindən sarsıtdı: “Baş verən terror hadisəsində şəhid olan
soydaşımıza Uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Baş verən hadisə açıq-aşkar bir müsəlman ölkəsinin səfirliyinə
qarşı terrordur və mütləq İran dövləti həmin terrorçuları
cəzalandırmalıdır”.