
İctimai nəzarətin onlayn platformasında qeydə alınan müraciətlər çərçivəsində problemlərin həlli üzrə reytinqə Bakı Şəhər İcra Hakimiyyəti başçılıq edir.
DİA.AZ bildirir ki, bunu "MG Consulting" şirkətinin nümayəndəsi Hamlet Babayev "İctimai nəzarət" layihəsinin onlayn platforması (www.enezaret.az) çərçivəsində görülən işlərin yekunlarına həsr olunmuş dəyirmi masada deyib.