
İran... Əvvəllər dost hesab etdiyimiz, baxışlarını hörmətlə qarşıladığımız, “40 milyonumuz orada yaşayır” deyə, məhz o 40 milyonumuzun xətri üçün haqsızlıqlarına susduğumuz İran bu gün artıq bütün həddləri aşmaqda, bütün sərhədləri çeynəməkdədir. Torpaqlarımızın 30 illik işğalına göz yumub, üzdə dost, içdə düşmənçilik siyasəti yürüdən İran görünən odur ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonrakı qələbəsini həzm edə bilmədi. 30 il işğal altında olan torpaqlarımızın yağmalanmasında, talanmasında bilavasitə iştirak edən, sonra da xaincəsinə üzümüzə gülən İranda bu gün vəziyyət heç də mövcud rejimin arzuladığı istiqamətdə davam etmir. Uzun illər haqqlarının pozulmasına məruz qalan, öz ana dilində danışmaqdan, təhsil almaqdan məhrum edilən, az qala kölə vəziyyətinə düşməmək üçün mübarizə aparan Güney Azərbaycanlılar öz milli dövlətini qurmaq uğrunda meydanlardadır. “Azadlıq, Ədalət, Milli Hökümət”, “Millətlərə istiqlal, qadınlara azadlıq” şüarları ilə öz haqqları uğrunda savaşdadırlar.
Artıq Azərbaycanlılar bilir ki, “40 il əsarətdə yaşamaqdansa, bir gün azadlıq” daha önəmlidir. “Cənubi Azərbaycan Cumhuriyyəti”…. Biz bu cümhuriyyətin qurulmasını çox arzulayırıq. Bəlkə də o zaman İran adlı ölkə başa düşər ki, onu bütöv edən biz azərbaycanlılarıq…
Bu dəfə Bizimyol.info xəbər portalının müsahibi siyasi şərhçi Çingiz Göytürk saytımızın oxucularına Güneydə azərbaycanlıların illər boyu qarşılaşdığı məhdudiyyətlərdən danışıb. DİA.AZ həmin müsahibəni təqdim edir:
- Bilirsiniz ki, Azərbaycan xalqı Azərbaycanın güneyində yüz ildən artıqdır ki, əməldə və 1925-ci ildən rəsmən öz dövlətçiliyini itirmiş durumdadır. Türk və fars düşmənçiliyi əsasında formalaşmış paniranizm İran dövlətini hakimiyyətə gətirərək, İran adı altında bir dövləti hakimiyyətə gətirərək öz hədəflərini gerçəkləşdirməyə çalışdı.
Nədir bu paniranizmin hədəfləri, paniranizm düşüncəsinin hədəfləri, nədən ibarətdir? Bu paniranist əsasən fars milliyyətini mərkəzə çıxararaq, mərkəzə qoyaraq digər millətlərin, qeyri-fars millətlərin milli kimliklərini yox edib, fars kimliyi təməlində bir dövlət yaratmaq, bir İran dövləti yaratmaq, fars kimliyi təməlində, fars-İran dövlətini yaratmaq paniranizmin ana hədəfi idi. Millətlərin milli kimliklərin yox etmə siyasəti, artıq dövlətin rəsmi siyasətinə çevrilmişdi, rəsmi ideologiyasına çevrilmişdi və bu istiqamətdə millətlərin öz ana dilində təhsil almasını qadağan etdilər və sadəcə fars dilində təhsil almağa imkan verdilər. Millətlərin tarixini təhrif edib, saxta fars tarixi əsasında saxta fars tarixini onlara təhlil elədilər. Bu müdət ərzində millətlərin mədəni irsini, şeirini, musiqisini, adət-ənənəsini, yaşam tərzini və sairə bütün millətləri millət edən, bütün varlıqları aşağılayaraq, xor görərək, onları təhqir etdilər və hamını fars mədəniyyətinə, fars kimliyinə məhkum etmək üçün dəridən, qabıqdan çıxdılar. Öz ana dilində ad qoymağı bilə qadağan elədilər. Qeydiyyata almadılar, öz ana dilində, məsələn Türk dilində və Azərbaycan Türkcəsində adları qeydiyyata almadılar.
Kitab yandırma şənliyi adı altında ana dilimizdə olan kitablarımızı yandırdılar. Hər il bunu qeyd etdilər. Bir millət təsəvvür edin ki, bir anlayış təsəvvür edin ki, bir dövlət təsəvvür edin ki, millətin öz dilində olan kitablarını yandırır və kitab yandırmanı hər il şənlik olaraq qeyd edir. “Cəşni kitab suzan”- yəni kitab yandırma şənliyi…
Yer adlarını dəyişdilər və bunları farslaşdırmağa çalışdılar. Bu sıralamanı daha da genişləndirmək olar bu sıralamanı daha da genişləndirmək olar. Bütün bunlarla milli kimlikləri, o cümlədən Azərbaycan kimliyini yox etməyə çalışdılar və bunun əsasında bir İran formalaşdırmağa çalışdılar.
- Çingiz bəy, tarixin müxtəlif dövrlərində azərbaycanlıların haqq mübarizəsinə şahidik…
- Bəli…Azərbaycan xalqı dəfələrlə bunun qarşısında, bu zülmlərin, bu cinayətlərin, bu anti-bəşəri davranışların, anti-milli davranışların qarşısında ayağa qalxdı. Öz milli hərəkatını yaratdı və bunu son illər içərisində ən azından 5 dəfə təkrarladı.
“Məşrutə hərəkat”ında biz bunu görürük, “Şeyx Məhəmməd xiyabanı hərəkatı”nda, 1920-ci ildə bunu görürük, 1945-46-cı ildə Seyid Cəfəri Pişəvəri öndərliyindəki hərakatımızda bunu görürük. Daha sonra “Xəlq müsəlman hərəkatı”nda yəni İran İnqilabı qələbə çaldıqdan dərhal sonra “Xəlq müsəlman hərəkatı”nda biz bunu görürük.
Daha sonraki mərhələlərdə biz bunun hər zaman, bu qiyamların hərəkətin, zirvə nöqtələrinə biz şahid olmuşuq və hətta bu hərəkatlar dönəmində iki dəfə də öz milli dövlətimizi yaratma imkanımız olmuşdu. 1920-ci ildə və 1945-46-cı ildə… Bu dövlətlərin yaşama müddəti, ayaqda qalma müddəti qısa olmuş olsa da, Azərbaycan xalqı öz milli dövlətini yaratmaq iradəsini hər zaman ortaya qoyaraq bunun əsasında öz milli hərəkatlarını formalaşdırıbdır.
“Çağdaş Azərbaycan Milli hərəkatı” məhz bu hədəflə ortadadır. 30 ildən artıqdır ki, “Çağdaş Azərbaycan milli hərəkatı” deyilən bir hərəkat Azərbaycanın güneyində ortadadır. Hər məqamda, hər fürsətdə özünün varlığını hərkəsə göstərir və bugünlərdə də “Azərbaycan milli hərəkatı” öz varlığı ilə hərkəsi ümidləndirmişdir. İran adlanan məkanda bütün millətlərə də eyni zamanda örnək olmuşdur.
- “Çağdaş Azərbaycan milli hərəkatı”nın əsas şüarı nədən ibarətdir?
- “Azadlıq, Ədalət, Milli hökümət”. Bu anlayış əsasında “Azərbaycan Milli Hərəkatı” öz yolunu davam etdirir. Bunu artıq İran adlanan məkandakı ərəblər də qəbul edir, bunu İran adlanan dövlətin içərisində yaşayan bəluclar da qəbul edir. Bunun üçün böyük xəzinələr də verirlər. Amma artıq bu millətlər İranın gələcəyində fars şovinizm anlayışı əsasında formalaşmış, İranın gələcəyində özlərinə bir yer görmür və dolayısıyla öz milli dövlətlərini formalaşdırma, öz milli dövlətlərini yaratma arzusunda, istəyində və bunun uğrunda böyük bir mücadiləni başlatmış durumdadır.
- Bu Güney Azərbaycanda öz milli dövlətimizin yaradılması və ya qısa olaraq desək, Güney Azərbaycan dövlətinin yaradılması bir xəyalmı?
- Bu yüz ildən artıqdır ki, Azərbaycan Türkü bunun uğrunda öz mübarizəsini aparır və iki dəfə buna nail ola bilib. Azərbaycan Cümhuriyyətinin qurucusu deyir ki, “Bir kərə yüksələn bayraq, bir daha enməz”. Biz bayrağımızı tarixin müxtəlif mərhələlərində yüksəltmişik. Azərbaycan xalqı dəfələrlə bu bölgədə dövlətlər qurmuş, dövlətlər formalaşdırmış bir xalqdır. Artıq bunu hərkəs bilir ki, İran adlanan məkanda bu anlayışın, bu qeyri-demokratik, qeyri-insani və anti-bəşəri anlayışın artıq davam etməsi mümkün deyil. Bu da sadəcə millətlərin hüquqlarının, haqlarının və azadlıqlarının özünə qaytarılması ilə mümkündür.
Beynəlxalq şərait də bunun üçün tamamilə uyğundur. Eyni zamanda bizim quzeyimizdə Azərbaycan Respublikası adı altında bir dövlətimiz vardır ki, bu dövlət də Azərbaycanın güneyindəki soydaşlarımız üçün bir örnəkdir. Azərbaycan Respublikasının demokratik yöndə, iqtisadi yöndə, siyasi yöndə, hərbi yöndə inkişafı Azərbaycan xalqı üçün bir motivasiya qaynağıdır və Azərbaycanın güneyi bu keçən günlərdə səsləndirdikləri şüarlar heç də təsadüfi deyil.
- “Millətlərə istiqlal, qadınlara azadlıq”. Azərbaycan xalqının və İran adlanan məkanda yaşayan digər xalqların, qeyri-fars millətlərin arzusu, istəyi məhz bundan ibarətdir. Bunun qarşısında kim, nə şəkildə duruş gətirə bilər?
- Bunu mən təsəvvür etmirəm, belə bir qəsd, belə bir niyyətdə olan kimsənin də varlığını düşünmürəm fars milliyyətçiliyi, fars dövlət anlayışı artıq tamamən çökübdür. Bu səltənət simasında da o olsa, vilayət simasında da yəni cumhur-islami formasında olsa da, bu anlayış tamamən çökmüşdür. Artıq bunun yerinə dünya bu bölgədə səbat istəyirsə, əmniyyət istəyirsə bunun yolu millətlərin hüquqlarını tanımaq onlara hörmət etmək, millətlərin iradəsinə hörmət etmək və insan haqlarının ayrılmaz tərkib hissəsi olan milli haq və azadlıqları rəsmi şəkildə tanımaqdır. Azərbaycan xalqı buna inanır və Azərbaycan xalqı öz inançlarına uyğun yoluna dəvam edir.
P.S. Qafanda suvağı qurumamış, bəlkə də inşa edilən zaman donuz damı olaraq nəzərdə tutulmuş bir binada İran konsulluğunun açılması, İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian-ın erməni dilində tvitter paylaşımı, hələ Araz çayı sahilində, iki əsr əvvələ aid silahlarla keçirilən təlimlər, Təbrizdə Ermənistan konsulluğunun açılması ilə bağlı məlumatlar…
Məqsəd Azərbaycanın gözünü qorxutmaq isə, alınmayacaq yoldaşlar… Yanımızda, 84 milyonluq Türkiyə var. Tarixi Cənubi Azərbaycan torpaqlarımızda da 40 milyon biz varıq. Hələ Orta Asiya torpaqlarındakı kökümüz, soyumuz bir olan qardaşlarımız da var… Elə Türk demişkən “atəş olsanız, cirminiz qədər yer yandırarsınız”….