Dövlət qurumu iaşə xidmətinin təşkilini bu şirkətə həvalə etdi .....                     Güneyli milli fəal aclıq aksiyasına başladı .....                     İç-içə yaşamaq imkanını itirmiş iki xalq .....                     Təhsil müdirindən Qazimizə qarşı təhqiredici ADDIM... .....                     Bu gün Nəbi Xəzrinin ANIM GÜNÜDÜR .....                     "Ömrünü ədəbiyyata həsr etmiş, atasız iki övlad böyüdən yazıçı ev ala bilmədi, .....                     Monopolistlər yenə iş başında: hökumətlə gömrük “bazarlığı” .....                     Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi .....                     7 fevrala GEDƏN YOL... .....                     13-cü BÜRC VARMI? .....                     Qarabağ problemini bizə bunun üçün yaratmışdılar .....                     Sabah yenə səhv edəcəksə, biz ona həyatı başa salacağıq... .....                     Biz fürsət düşən kimi körpünü dağıtmalıyıq... .....                     Ayselin keçmiş həyat yoldaşı həbs olundu .....                     Müsavat Partiyası seçkidə iştirak edəcəkmi? .....                     Şəkidə təmir və abadlıq tenderinin qalibi .....                     Dünya düzənindəki YERİMİZ... .....                     Pensiyalar nə qədər artacaq və minimum əmək haqqından nə gözləmək olar? .....                     Qərbi Azərbaycana qayıdış hüququmuz... .....                     ABŞ səfiri üçün MENYU... .....                     Bu, Paşinyanın işinə yarayır... .....                     Bakı küçələrində “asan” oğurluq: .....                     “Başqa işlərlə məşğul olur, sonra əlinə mikrofon götürüb oxuyur... .....                     Bakı Avrasiya Universiteti dövlət qurumunua 630 min manata ofis .....                     "Şəhid xanımı nə etməlidir?" .....                     İranlı məmur "bəsici" tələbənin ittihamı ilə üzləşib .....                     Səhiyyənin Təminat Mərkəzindən milyonluq .....                     Zəlzələ bir yandan... icra başçısı da bir yandan... .....                     Günün fotosu: .....                     “Müşfiq parodiya yox, təlxəklik edir” .....                     Ermənilərlə yekun SÜLH SAZİŞİ... .....                     Ermənistan piyadadır, əsas problem İrandır: .....                     İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi 7,7 milyon dəyərində 2 tenderə yekun vurdu .....                     Ülvi Baxşəliyev Moldovaya səfir təyin edilib .....                     Qüdsi Osmanovla bağlı .....                     Azərbaycanın Rumıniyadakı səfiri .....                     Məhərrəm Əliyev Belarusa səfir təyin edildi .....                     Ülvi Baxşəliyev .....                     Məhərrəm Əliyev həqiqi hərbi xidmətdən istefaya buraxılıb .....                     “Caspian İnternational Hospital”la bağlı məhkəmə başladı .....                 

İranda iki güclü klan arasında mübarizə gedir – Ərəstun Oruclu
Tarix: 24-11-2022, 19:00 | Çap et
İranda iki güclü klan arasında mübarizə gedir
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə hafta.az üçün budəfəki söhbətimizdə son dövrdə Azərbaycan xalqının emosiyalarını coşduran olay və proseslər, onların gerçək mahiyyəti və perspektivləri, İrandakı qanlı iğtişaşların gözlənilən nəticələri, habelə Rusiyanın Qarabağdakı “sülhməramlı”larının separatçı liderləri və qanunsuz silahlı erməni birləşmələrini himayə etməsinin hansı planlara xidmət etməsindən bəhs etdik. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Son aylar Azərbaycan cəmiyyətinin diqqəti və emosiyaları əsasən 3 istiqamətə yönəldilib. Birincisi, İranda, o cümlədən Güney Azərbaycanda baş verən iğtişaşlar fonunda artıq tezliklə Təbrizin, Ərdəbilin və s. azad olacağı, quzeyli-güneyli bütöv Azərbaycan yaranacağı xəyalıdır. İkinci məsələ türk ölkələrinin yaxın dövrdə Turan birliyi quracağı illüziyasıdır. Üçüncü mövzu isə tezliklə nəinki, Zəngəzur, Göyçə, hətta İrəvanda da Azərbaycan bayrağının dalğalanacağı xülyasıdır. Bu 3 məsələ, 3 arzu gerçək geo-siyasi proseslər prizmasından necə görünür?

- Bu məsələlərin hamısı; istər Güney Azərbaycan, Güneyli-Qizeyli Azərbaycanın birləşməsi, Turan və yaxud elə, nə bilim, “İrəvan respublikası”, “Zəngəzur-Göyçə respublikası” – bütün bunlar real siyasətdən, xüsusən də geo-siyasətdən olduqca uzaq duran məsələlərdir. Və əgər biz onların hər üçünə geo-siyasi proseslər prizmasından baxsaq, deyərdim ki, hətta bizim - Azərbaycan üçün təhlükəli məsələlərdir...

Nəzərə almalıyıq ki, İrandakı təbii səbəblərdən doğan iğtişaşlardan yararlanmağa çalışan məkrli qüvvələrin əsas hədəfi “Böyük Orta Doğu” adlanan projedə iştirak etməkdir. Amma onların bu bölgəyə çıxışı olmadığından həmin çıxışı Azərbaycan, Ermənistan və İrandan qoparmağa çalışdıqları bir hissə, sonrakı mərhələdə isə Suriya və İraq vasitəsilə reallaşdırmağa çalışırlar. İcazənizlə bir qədər də dərinləşdirim. Söhbət Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd bir zolağını, Naxçıvanı, Ermənistanın Zəngəzur bölgəsini və bütövlükdə Azərbaycan Respublikasını, sonrada isə qeyd etdiyim kimi, şimali Suriya və şimali İraqı əhatə edən böyük bir ərazidə destablizasiya zonası, başqa sözlə, “boz” zona yaratmaqdan gedir. Onun adı müxtəlif cür ola bilər. Yüksək ehtimalla deyək ki, bu, “Kürdüstan respublikası” ola bilər, təbii ki, tanınmayan... Amma eyni zamanda bu zolağın bir kommunikasiya rolu da oynaması mümkündür. Necə ki, vaxtilə - biz bunu çox yaxşı bilirik, -Azərbaycanın işğal altında qalan bölgələri belə bir rol oynayırdı. O zaman Rusiyadan, onun Ermənistandakı 102-ci bazası vasitəsilə Qarabağa, Qarabağdan isə İrana silah-sursat, geriyə isə narkotik maddələr daşınırdı. Eyni zamanda orada qeyri-leqal yanacaq və digər malların alveri də həyata keçirilirdi. İndi isə bu daha böyük miqyasda planlaşdırılmış bir layihədir... Amma artıq, gördüyümüz kimi, bu layihənin də qarşısını almağa başlayıblar. Bu haqda hələlik bu qədər...

- Proses konkret Azərbaycan üçün hansı təhlükələri daşıyır?

- Deyilən proseslərin Azərbaycan üçün daşıdığı təhlükə isə təsəvvür etdiyimizdən daha böyükdür... Birincisi bu, Şimali Azərbaycanın, yəni Azərbaycan Respublikasının suverenliyinin itirilməsi və ya məhdudlaşdırılması deməkdir. İkincisi, bu, Cənubi Azərbaycanda, yəni İranda “Qərbi Azərbaycan ostanı” adlandırılan və Türkiyə ilə həmsərhəd olan ərazidəki soydaşlarımızın bir hissəsinə qarşı etnik təmizləmə ilə nəticələnə bilər. Üçüncüsü, düşmən qüvvələrin, nəhayət, Türkiyənin şərq və cənub sərhədlərinə gəlib çıxmasına səbəb ola bilər. Və bununla da Türkiyə-Azərbaycan əlaqələrinin tam kəsilməsi mümkündür. Çünki olay və proseslərin düşmənlərimizin istədiyi kimi getməsi halında Azərbaycan Naxçıvan üzərindəki onsuz da məhdud suverenliyini xeyli dərəcədə itirə bilər. Bu isə Azərbaycan və Türkiyə üçün, ümumiyyətlə, türk dünyası üçün böyük bir faciə baş verməsi demək olar.

Sadalananların geosiyasi perspektivinə gəldikdə, hesab edirəm ki, artıq hər şey aydındır. İran ölkədə baş verən iğtişaşları və situasiyanı tədricən nəzarətə götürəcək. Bunun əlamətləri artıq görünməkdədir. Eyni zamanda Tehran hakimiyyəti şimali İraqdakı kürd silahlı birləşmələrini tərksilah edəcək... Yaxud bu işi təzyiq edərək İraq hökumətinə gördürəcək. Türkiyə isə artıq Suriyada əməliyyatlara başlayıb. Geosiyasi kontekstdən bu, belə görünür. Dünya mediasını diqqətlıə izlədikdə biz bir şeyi aydın görürük ki, istər ABŞ, istər Avropa KİV-də, istər Qərb analitiklərinin açıqlama və təhlillərində, istərsə də siyasətçilərin bəyanatlarında İranla bağlı hər hansı bir etnik, milli məsələ və ya həmin ölkənin parçalanması məsələsi müzakirə olunmur. Söhbət yalnız İranda rejimin dəyişməsindən, onun yumşalmasından və demokratik bir quruluşun təsbit olunmasından gedir. Dediyim kimi, real geo-siyasi baxış bucağından görünən bunlardır.

- Sizcə, mövcud reallıqda Azərbaycan dövlətinin əlində Qarabağdakı baş separatçı Araik Arutyunyan, V. Balasanyan, B.Saakyan və s. ilə yanaşı, Putinin milyarder “desantı” sayılan Ruben Vardanyanın da həbsi və Xankəndindəki separatçı-terrorçu “mədə yarası”nın kəsilib atılması üçün yetərli əsaslar və hüquqi mexanizmlər varmı?

- Bu gün Azərbaycan hakimiyyətinin əlində, əlbəttə, həmin Arayik Arutyunyanı, V. Balasanyanı, B.Saakyanı və bunlarla yanaşı, Putinin “desantı” sayılan həmin Ruben Vardanyanı da mühakimə etmək üçün əsaslar var, amma eyni zamanda da yoxdur. Nə qədər paradoksal görünsə də... Birincisi, ona görə ki, hüquqi baxımdan, bəli, onlar Azərbaycanın ərazi bütövlüyünü pozmuş, ərazimizdə qanunsuz silahlı birləşmələr yaratmış, Azərbaycan dövlətinin ərazi bütövlüyünə təhdid yaratmış şəxslər kimi ölkə qanunvericiliyınə görə cinayət məsuliyyəti daşıyırlar. Amma bu separatçı liderlərin məsuliyyətə cəlb olunması üçün hüquqi mexanizmlərin özü belə, yoxdur. Çox sadə bir səbəbdən... Həmin şəxslər hal-hazırda Azərbaycan ərazisində, onun Qarabağ bölgəsinin dağlıq hissəsində qanunsuz yerləşmiş dırnaqarası Rusiya “sülhməramlı”larının nəzarəti və himayəsi altındadırlar. Azərbaycan dövlətinin isə hələlik bəhs edilən ərazilərə təsir imkanları yoxdur. Odur ki, sözügedən erməni separatçıları və digərlərinin hər hansı bir şəkildə məsuliyyətə cəlb olunması hələlik, belə deyək, arzuolunan bir haldır...

- Əgər Azərbaycan ərazisininbir hissəsini nəzarətdə saxlayan Rusiya hərbi kontingentinin Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrini silahla təchiz etməsi faktları doğrudursa, deməli, Kreml nə vaxtsa həmin separatçı “müdafiə ordusu”nun əli ilə torpaqlarımızda növbəti lokal və ya genişmiqyaslı hərbi qarşıdurmanı körükləməyi planlaşdırır. Sizcə, bu, hansı məqamda baş verə bilər?

- Bəli, Rusiya “sülhməramlıları” adlanan həmin o kontingentin qanunsuz erməni silahlı dəstələrini silahla təchiz etməsi, onlara təlim keçməsi şəksizdir. Bu haqda onlarla fakt var. Rusiya mənbələrinin yaydığı rəsmi və qeyri-rəsmi xəbər və məlumatlarda bəhs edilən Azərbaycan ərazisinin Rusiya Müdafiə Nazirliyi tərəfindən heç bir rəsmi qurum olmayan və heç kəs tərəfindən tanınmayan qondarma “dağlıq Qarabağ respublikası” kimi təqdim olunması Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımamasını, ona həqarət etməsini, onu təhdid altına qoymasını sübut edir. Moskva eyni zamanda bununla situasiyaya nəzarət edən tərəf olduğunu nümayiş etdirir. Eyni zamanda qanunsuz erməni birləşmələrinin qeyd etdiyimiz silahlandırılması məsələsi... Və eyni zamanda silahlandırmanı da kənara qoyaq, yada salaq ki, 10 noyabr üçtərəfli bəyanatına görə, Rusiyanın “sülhməramlı”larının əsas vəzifələrindən biri erməni silahlı birləşmələrinin tərksilah olunmasıydı ki, bunu etmədilər. Elə bunu etməmək erməni separatçılarını silahlandırmaq kimi bir şeydir...

Hesab edirəm ki, Kremlin Qarabağdakı silahlı dəstələri saxlamasının, onları silahlandırmasının, oradakı separatçıların başına Ruben Vardanyanı bir lider kimi gətirməsinin hədəfi isə Şimal-Cənub dəhlizinin Azərbaycan və həmçinin İran tərəfindən açılmayacağı halda həmin o silahlı dəstələrdən destablizasiya faktoru kimi istifadə etmək və bundan sonra bölgədə növbəti müharibəni qızışdırmaq planıdır. Mən bu planı belə görürəm. Və həmin planın tərkib hissəsindən biri də bu gün KTMT-nin İrəvanda keçirilən toplantısı və Putinin birbaşa özünün o sammitdə iştirakı, bu tədbirin hədəfində, məqsədində Ermənistana hərbi dəstəyin verilməsinin olmasıdır. Bunlar hamısı göstərir ki, sadalananlar vahid bir planın tərkib hissəsidir və plan da dediyim kimi, Azərbaycanı zorla həmin Şimal-Cənub dəhlizinin açılmasına razılıq verməyə məcbur etməkdir. Və şübhəsiz ki, həmin planda da Qarabağdakı qanunsuz hərbi birləşmələrin iştirakı nəzərdə tutuludbur. Bu, birmənalıdır..

- Necə hesab edirsiniz, İrandakı ilk baxışdan kortəbii görünən qanlı iğtişaşlar xarici güclərlə də bağlı olan hakimiyyətdaxili qruplaşmalar tərəfindən yönləndirilir, yoxsa, bütün bunlar, doğrudan da, Tehran rejiminin zülmündən cana doymuş xalq kütlələrinin kortəbii etirazının nəticələridir?

- İrandakı iğtişaşların birinci səbəbi, buna təkan verən birinci amil insanların artıq mövcud şəraitdən bezməsi, onların azadlığa, daha geniş hüquqlara malik olmağa can atmalarıdır. Bu, şübhəsizdir. Amma eyni zamanda bu, İranda iki güclü klan arasında gedən mübarizənin də təzahürüdür. Bunun da təsiri var. Onlardan biri Rəfsancani, digəri isə Xamneyi klanıdır. Bu iki klan arasında böyük bir savaş gedir. İranda bu savaşlar daim saray çəkişmələri səviyyəsində olub. Bu, yüzillərdən gələn bir ənənədir. Həmin çəkişmə siyasi konyuktura şəklində küçələrə yalnız o zaman çıxır ki, artıq daxildə məsələlər həll olunub, yəni bir klan digərinə qalib gəlib. Hazırda görünən budur ki, hələki güclər bərabərdir və həmin səbəbdən də bu gün müxalif olan Rəfsəncani klanı hələlik prosesləri öz nəzarəti altına almağa tələsmir. Əlbəttə ki, insanların mübarizə əzmi bir tərəfdən güclənirsə, digər tərəfdən əzilərək zəifləyir, mübarizə resursları hədərə xərclənir. Və ən təəccüblüsü odur ki, artıq iki aydan çoxdur davam edən proseslərdə hər hansı bir idarəçilik, təşkilatlanma görünmür. Bu da dediyim səbəbdəndir. Çünki əsl təşkilatlandırıcı amil pərdənin arxasındadır. Və bu, çox güman ki, Rəfsəncani klanıdır...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu iaşə xidmətinin təşkilini bu şirkətə həvalə etdi - QALİB, MƏBLƏĞ
Bu gün, 13:42
Güneyli milli fəal aclıq aksiyasına başladı
Bu gün, 13:39
İç-içə yaşamaq imkanını itirmiş iki xalq - Onların uzun illər ayrı olması şərtdir
Bu gün, 12:58
Təhsil müdirindən Qazimizə qarşı təhqiredici ADDIM... - deputatdan QƏZƏBLİ REAKSİYA
Bu gün, 12:51
Bu gün Nəbi Xəzrinin ANIM GÜNÜDÜR
Bu gün, 12:45
"Ömrünü ədəbiyyata həsr etmiş, atasız iki övlad böyüdən yazıçı ev ala bilmədi, amma Baboşkimilər..."
Bu gün, 12:20
Monopolistlər yenə iş başında: hökumətlə gömrük “bazarlığı” - NƏ ETMƏLİ?
Bu gün, 12:17
Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi - FOTO
Bu gün, 12:12
7 fevrala GEDƏN YOL... - NƏ BAŞ VERİR?
Bu gün, 12:10
13-cü BÜRC VARMI? - BU DA CAVABI...
Bu gün, 12:08
Qarabağ problemini bizə bunun üçün yaratmışdılar - Paşinyandan ETİRAF
Bu gün, 10:08
Sabah yenə səhv edəcəksə, biz ona həyatı başa salacağıq... - ETİRAZ
Bu gün, 09:45
Biz fürsət düşən kimi körpünü dağıtmalıyıq... - Roman Svitan
Bu gün, 08:58
Ayselin keçmiş həyat yoldaşı həbs olundu - AÇIQLAMA
Bu gün, 08:50
Müsavat Partiyası seçkidə iştirak edəcəkmi? - Partiya başqanından açıqlama
Bu gün, 08:46
Şəkidə təmir və abadlıq tenderinin qalibi – BU ŞİRKƏT OLDU
Bu gün, 08:42
Dünya düzənindəki YERİMİZ... - ekspert danışır
Bu gün, 08:38
Pensiyalar nə qədər artacaq və minimum əmək haqqından nə gözləmək olar? - ARAŞDIRMA
Bu gün, 08:32
Qərbi Azərbaycana qayıdış hüququmuz... - AKTUAL
Bu gün, 02:12
ABŞ səfiri üçün MENYU... - Nə yesin ki...
Bu gün, 02:05
Bu, Paşinyanın işinə yarayır... - AKTUAL
Dünən, 14:10
Bakı küçələrində “asan” oğurluq: - müşahidə kameraları “gözünü yumub”
Dünən, 14:00
“Başqa işlərlə məşğul olur, sonra əlinə mikrofon götürüb oxuyur... - onu yaxşı tanıyıram”
Dünən, 13:59
Bakı Avrasiya Universiteti dövlət qurumunua 630 min manata ofis - İCARƏYƏ VERƏCƏK
Dünən, 13:56
"Şəhid xanımı nə etməlidir?" - ETİRAZ
Dünən, 13:02
İranlı məmur "bəsici" tələbənin ittihamı ilə üzləşib
Dünən, 12:52
Səhiyyənin Təminat Mərkəzindən milyonluq – SİFARİŞ, QALİB ŞİRKƏT
Dünən, 12:50
Zəlzələ bir yandan... icra başçısı da bir yandan... - GÖRÜN. YIXA BİLİRSİNİZ...
Dünən, 12:47
Günün fotosu: - Bu dəfə avtomobillərə yox, piyadalara yol..
Dünən, 12:39
“Müşfiq parodiya yox, təlxəklik edir”
Dünən, 12:34
Ermənilərlə yekun SÜLH SAZİŞİ... nə zaman və harda İMZALANACAQ?
Dünən, 12:24
Ermənistan piyadadır, əsas problem İrandır: - Türklər döyüşdən qaçmır, sadəcə...
Dünən, 12:15
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi 7,7 milyon dəyərində 2 tenderə yekun vurdu – QALİBLƏR
Dünən, 12:08
Ülvi Baxşəliyev Moldovaya səfir təyin edilib - SƏRƏNCAM
Dünən, 12:06
Qüdsi Osmanovla bağlı SƏRƏNCAM
Dünən, 12:02
Azərbaycanın Rumıniyadakı səfiri GERİ ÇAĞRILDI
Dünən, 12:01
Məhərrəm Əliyev Belarusa səfir təyin edildi - SƏRƏNCAM
Dünən, 12:00
Ülvi Baxşəliyev GÖRƏVDƏN ALINDI
Dünən, 11:59
Məhərrəm Əliyev həqiqi hərbi xidmətdən istefaya buraxılıb - SƏRƏNCAM
Dünən, 11:57
“Caspian İnternational Hospital”la bağlı məhkəmə başladı
Dünən, 11:54
Zəlzələdən sonra... EV BAZARI...
Dünən, 11:46
“Ramma” QSC 4,9 milyonluq tenderin – QALİBİ SEÇİLDİ
Dünən, 11:37
Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər - VİDEO
Dünən, 11:35
“27 yaşıma qədər kənddə müəllim işlədim... daha sonra məni Filarmoniyaya dəvət etdilər”
Dünən, 11:22
Dövlət agentliyindən 4 şirkətə 8,2 milyon manatlıq sifariş
Dünən, 11:13
Yeni ildə 7 gün iş olmayacaq
Dünən, 11:06
Növbədənkənar Prezident seçkilərində Qalib Azərbaycan xalqı... - İsrafil Kərimovun yazısı
Dünən, 10:58
7 fevral tədarükü: PARDON, YAMAN PİS YERDƏ AXŞAMLADIQ... - Və yaxud siyasət oyunbazlarına bir-iki xatırlatma...
Dünən, 10:56
Hakimiyyət seçki elan edib... müxalifət isə QIŞ YUXUSUNDADIR... - Siyasətdə QƏFİL QƏRAR OLMUR...
Dünən, 10:34
Dəmir yolunda relsi sökərək oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb
Dünən, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru