
Oktyabrın 5-nə planlaşdırılan Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının vaxtı hələki müəyyənləşməyib.
DİA.AZ xəbər verir ki, bu barədə Bizim.Media-ya AYB-nin mətbuat katibi Xəyal Rza bildirib.
Onun özlərinə görə qurultayın keçirilmə vaxtı oktyabrın 15-i bəlli olacaq. Qeyd edək ki, Xəyal Rza ötən açıqlamalarında qurultayın vaxtının müəyyənləşməməsi səbəbini məkan problemi ilə əlaqələndirmişdi.
Qurum rəsmisi qurultayın oktyabr ayının sonlarında keçiriləcəyini və hazırlıq prosesinin yüksək səviyyədə getdiyini qeyd etmişdi.
Xatırladaq ki, AYB-nin sədr postuna yeni seçkidə iştirak üçün Anar Rzayevdən başqa namizədliyini irəli sürənlər yoxdur.
Qurultay Bakıda keçiriləcək.