Agentlikdən 200 milyonluq tender udan şirkətləri tanıyan yoxdur... - BU NƏDİ BELƏ?
Tarix: 28-04-2022, 15:17 | Çap et
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. DİA.AZ yeniavaz.com-a istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin görülməsi məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi “Agro Best” QSC (VÖEN - 1405235391) və “Az Nest” QSC (VÖEN – 1005400781) konsorsiumu olub. Məşğulluq Agentliyi qeyd olunan mallarının alınması üçün qalib şirkətlərə 65 milyon 987 min 525 manat vəsait ödəyəcək. Məlumat üçün bildirək ki, “Az Nest” QSC 28.06.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev, ev 64, məhəllə 987” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Ramazanov Elvin Zakir oğludur. “Az Nest” QSC daha əvvəl – 2019-cu ildə Dövlət Məşğulluq Agentliyinə (Xidmət) 58 min 364 manat 23 qəpik, 2020-ci ildə isə 14 milyon 505 min 272 manat dəyərində avadanlıq satıb. Digər qalib şirkət - “Agro Best” QSC isə 20.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Ələkbərov Nahid Kamal oğludur. Məlumat üçün bildirək ki, “Agro Best” QSC ötən il “Az Nest” QSC ilə eyni gündə (28.06.2018) dövlət qeydiyyatına alınan “Aqri Kon” QSC (VÖEN - 1404267161) adlı şirktlə birgə Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin də qalibi olub. Məşğulluq Xidməti kənd təsərrüfatı mallarının alınması üçün qalib şirkətlərə 40 milyon 399 min 280 manat vəsait ödəyib. “Aqri Kon” QSC 28.06.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimil rayonu, Salatın Əsgərova, ev 121, m. 1” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Vəliyev Şirxan Nəsir oğludur. Qeyd edək ki, “Aqri Kon” MMC Dövlət Məşğulluq Xidmətinin keçirdiyi analoji tenderlərdə dəfələrlə qalib olub və böyük məbləğdə vəsaitlər alıb. “Aqri Kon” MMC 2020-ci ildə Məşğulluq Xidmətindən 39 milyon 415 min 200 manat pul alıb. Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən cəmi bir il sonra milyonlarla dəyəri olan tenderlərin qalibi olan “Aqri Kon” QSC, “Az Nest” QSC və “Agro Best” QSC-nin veb-saytları belə yoxdur. Milyonlarla manat dəyərində tender udan “Aqri Kon” QSC ilə eyni adda olan “Facebook” sosial şəbəkəsindəki hesabın cəmi 5 “bəyənisi”, “Az Nest” QSC –nin isə 0 “bəyənisi” var. Hər iki səhifədə heç bir məlumat paylaşılmayıb.

“Agro Best” QSC-nin isə ümumiyyətlə sosial şəbəkə hesabı yoxdur. Son 3 ildə Dövlət Məşğulluq Xidmətindən 200 milyon manatlıq tender udan bu şirkətlərin başqa hansı fəaliyyətinin olduğu barədə açıq internet resurlarda heç bir məlumat yoxdur.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət qurumunun 173 minlik tenderi - BU ŞİRKƏTƏ VERİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Dövlət qurumundan - “Vitam” MMC-yə 171 MİNLİK SİFARİŞ
Bu gün, 00:02 |
|
|
|
• O qədər unikal toplumdular ki... - Elçin Mirzəbəyli yazır...
Dünən, 20:21 |
|
|
|
• Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb
Dünən, 18:37 |
|
|
|
• Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub - MN
Dünən, 18:07 |
|
|
|
• "100 min erməninin Qarabağı tərk etməsi fantaziyadır" - Dəqiqəyə 14 erməni düşür...
Dünən, 18:05 |
|
|
|
• Qasımovlar ailəsi Balasanyanın həbsini gözləyir - HEÇ NƏYİ UNUDA BİLMƏDİK...
Dünən, 17:57 |
|
|
|
• Bakıda məşhur göz həkimi Cahid Şahbazovun QUDURĞANLIĞI... - BU NƏDİ BELƏ?
Dünən, 17:54 |
|
|
|
• Separtizm bitib, birgəyaşayışın ilk addımları atılır - DETALLAR
Dünən, 17:26 |
|
|
|
• Azərbaycanlıların tezliklə Ermənistanda yaşamasına hazırlaşın - Sarkisyan
Dünən, 17:25 |
|
|
|
• “Evimə bitişik sahədə inşa olunan ev qanunsuzdur” - GİLEY
Dünən, 17:22 |
|
|
|
• “Xocalı barədə yalan xəbəri yaymaqdan imtina etdiyim üçün mənə “kabineti boşalt” dedilər”
Dünən, 16:10 |
|
|
|
• Ermənilərin yaydığı məlumat yalan çıxdı - Bordov İrəvandadır
Dünən, 16:04 |
|
|
|
• Zəngilanın Alıbəyli kəndində 2568 sakin üçün - 498 HƏYƏT EVİ TİKİLƏCƏK
Dünən, 16:02 |
|
|
|
• Balababanın SON HAVASI... - İLGİNC İDDİA
Dünən, 16:00 |
|
|
|
• Dövlət Agentliyi daha on yeddi tenderə - YEKUN VURDU
Dünən, 15:49 |
|
|
|
• Qarabağda tutulan və saxlanılması təsdiq olunmayan ermənilər - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
• Davit Babayana qarşı bu maddələrlə İTTİHAM OXUNDU
Dünən, 15:31 |
|
|
|
• Vardanyanın həbsi KİMİ İLGİLƏNDİRƏ BİLƏR? - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• Dövlət qurumu xüsüsi geyim və aksesuarlar alır - TENDER
Dünən, 13:58 |
|
|
|
• İrəvan kapitulyasiya sənədinin ləğvini istəyir - Nikolun 9-cu bənd təlaşı, yoxsa sərsəmlik...
Dünən, 13:05 |
|
|
|
• Ermənistanın dələduz himayədarı - Qızıl külçələr, nağd pul, avtomobil...
Dünən, 12:59 |
|
|
|
• İşə yaramırlar: Fermerlər NƏ ETSİN Kİ? - AKTUAL
Dünən, 12:57 |
|
|
|
• Sentyabr ayında Nəsimi rayonunda səyyar qəbullar, sakinlərlə yerlərdə görüşlər davam edib - FOTO
Dünən, 12:52 |
|
|
|
• Azay Quliyevin `SAKURA` FƏNDİ... - İLGİNC FAKTLAR
Dünən, 12:50 |
|
|
|
• İgidəlinin işçi canı hesabına İGİDLİYİ... - BU NƏDİ BELƏ?!
Dünən, 12:41 |
|
|
|
• Ermənistan Qarabağdan guya 100 minə yaxın hayk köçdüyünü deyir... - Bəs biz nə deyirik?..
Dünən, 12:32 |
|
|
|
• Şuşaya axund təyin olunub
Dünən, 12:29 |
|
|
|
• Qarabağdakı qondarma `RUS İCMASI`nın lideri də HƏBS OLUNUB - Ermənistan KİV
Dünən, 12:26 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Dünən, 12:13 |
|
|
|
• Dövlət Sərhəd xidmətindən 749 min manatlıq sifariş - TENDER NƏTİCƏSİ
Dünən, 12:11 |
|
|
|
• Əsir hərbçinin anası: - “Gözləyirik ki, bu yaxınlarda yaxşı..."
Dünən, 12:04 |
|
|
|
• İri ticarət şəbəkələrinin ƏDV OĞURLUĞU DAVAM EDİR... - GİLEY
Dünən, 11:48 |
|
|
|
• Bakıda növbəti daxili iməclik keçirildi
Dünən, 11:40 |
|
|
|
• Depozit və ya daşınmaz əmlak: bank əmanətçilərinin sıraları niyə seyrəlir? - ARAŞDIRMA
Dünən, 11:34 |
|
|
|
• “Ruslar da erməniləri Kubandan, Soçidən, Rostovdan da qovub çıxaracaq...” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:32 |
|
|
|
• Ermənilər gedirsə... MANE OLA BİLMƏRİK! - Bəlkə kimsə yalvarmağımızı gözləyir?..
Dünən, 11:26 |
|
|
|
• Kəskin leykozdan əziyyət çəkən Şakirin anası: - “Satmağa əşyam, borc almağa adamım qalmayıb”
Dünən, 11:22 |
|
|
|
• “Təəssüf ki, o çox gənc yaşında şəhidlik zirvəsinə ucaldı, hazırda da əsgər olan tələbələrim var”
Dünən, 10:51 |
|
|
|
• Əməyin təhlükəsizliyi məsələsi... - Ekspert danışır...
Dünən, 10:46 |
|
|
|
• Şərur sakini kimlərdən narazılıq edir... - MÜRACİƏT
Dünən, 10:42 |
|
|
|
• Ermənilər geri qayıdacaq, biz də Qərb qarşısında şərt qoymalıyıq ki... - GƏLİŞMƏ
Dünən, 10:37 |
|
|
|
• Qarabağ erməniləri Azərbaycanın humanizmindən danışır - VİDEO
Dünən, 10:30 |
|
|
|
• Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının videogörüntüləri - VİDEO
Dünən, 10:28 |
|
|
|
• Separatçı rejimin məhvindən sonra regionda proseslər necə cərəyan edəcək? - AKTUAL
Dünən, 10:26 |
|
|
|
• Hədəfləri bəlli oldu: Qarabağa girmək istəyirlər - NƏ BAŞ VERİR?
Dünən, 10:20 |
|
|
|
• Bakı Lyovanı ələ keçirdi: məşhur qatil nələr edib? - ŞƏRH
Dünən, 10:15 |
|
|
|
• Burda əməlli-başlı bazar açıblar.. - İTTİHAM VAR...
Dünən, 10:13 |
|
|
|
• "Lnsaz" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
Dünən, 10:08 |
|
|
|
• Təslim olacağını demişdi: OLDUMU? - Hələ ki...
Dünən, 10:01 |
|
|
|
|