Dövlət qurumu iaşə xidmətinin təşkilini bu şirkətə həvalə etdi .....                     Güneyli milli fəal aclıq aksiyasına başladı .....                     İç-içə yaşamaq imkanını itirmiş iki xalq .....                     Təhsil müdirindən Qazimizə qarşı təhqiredici ADDIM... .....                     Bu gün Nəbi Xəzrinin ANIM GÜNÜDÜR .....                     "Ömrünü ədəbiyyata həsr etmiş, atasız iki övlad böyüdən yazıçı ev ala bilmədi, .....                     Monopolistlər yenə iş başında: hökumətlə gömrük “bazarlığı” .....                     Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi .....                     7 fevrala GEDƏN YOL... .....                     13-cü BÜRC VARMI? .....                     Qarabağ problemini bizə bunun üçün yaratmışdılar .....                     Sabah yenə səhv edəcəksə, biz ona həyatı başa salacağıq... .....                     Biz fürsət düşən kimi körpünü dağıtmalıyıq... .....                     Ayselin keçmiş həyat yoldaşı həbs olundu .....                     Müsavat Partiyası seçkidə iştirak edəcəkmi? .....                     Şəkidə təmir və abadlıq tenderinin qalibi .....                     Dünya düzənindəki YERİMİZ... .....                     Pensiyalar nə qədər artacaq və minimum əmək haqqından nə gözləmək olar? .....                     Qərbi Azərbaycana qayıdış hüququmuz... .....                     ABŞ səfiri üçün MENYU... .....                     Bu, Paşinyanın işinə yarayır... .....                     Bakı küçələrində “asan” oğurluq: .....                     “Başqa işlərlə məşğul olur, sonra əlinə mikrofon götürüb oxuyur... .....                     Bakı Avrasiya Universiteti dövlət qurumunua 630 min manata ofis .....                     "Şəhid xanımı nə etməlidir?" .....                     İranlı məmur "bəsici" tələbənin ittihamı ilə üzləşib .....                     Səhiyyənin Təminat Mərkəzindən milyonluq .....                     Zəlzələ bir yandan... icra başçısı da bir yandan... .....                     Günün fotosu: .....                     “Müşfiq parodiya yox, təlxəklik edir” .....                     Ermənilərlə yekun SÜLH SAZİŞİ... .....                     Ermənistan piyadadır, əsas problem İrandır: .....                     İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi 7,7 milyon dəyərində 2 tenderə yekun vurdu .....                     Ülvi Baxşəliyev Moldovaya səfir təyin edilib .....                     Qüdsi Osmanovla bağlı .....                     Azərbaycanın Rumıniyadakı səfiri .....                     Məhərrəm Əliyev Belarusa səfir təyin edildi .....                     Ülvi Baxşəliyev .....                     Məhərrəm Əliyev həqiqi hərbi xidmətdən istefaya buraxılıb .....                     “Caspian İnternational Hospital”la bağlı məhkəmə başladı .....                 

Kənd Təsərrüfatı Nazirliyinin “çevik” Aparat rəhbəri... - Azad Cəfərli bu posta hansı “xidmət”lərinə görə gətirilib?
Tarix: 28-09-2023, 09:39 | Çap et
Kənd Təsərrüfatı Nazirliyinin “çevik” Aparat rəhbəri...
Hesablama Palatasının daha bir dövlət qurumunda apardığı yoxlamalar nəticəsində ciddi pozuntulara yol verildiyi aşkarlanıb.

Yenicag.az xəbər verir ki, Hesablama Palatasının iki həftə öncə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə apardığı auditin nəticələrinə dair hesabatı müəyyən ajiotaja səbəb olub.

Hesabata görə, aparılan audit 2020-2022-ci illər üzrə dövlət büdcəsindən Xidmətə yönəldilən 22 milyon 214,1 min manat vəsaiti əhatə edib. Yoxlamaların nəticələrinə əsasən, qeyd olunan dövrdə sözügedən Xidmətin nəzarət sahəsinə aid edilən 4331 ədəd daşınmaz tarix və mədəniyyət abidələrinin 87,9 faizinin (3809 abidə) pasportlaşması təşkil edilməyib, 94,7 faizinin (4102 abidə) mühafizə zonaları təyin olunmayıb, 86,1 faizinin (3730 abidə) balans mənsubiyyəti müəyyən edilməyib, abidələrin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə 17 halda cərimə tətbiq olunmayıb, bir sıra hallarda isə tətbiq edilmiş cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb.

Bundan başqa, Xidmət tərəfindən podratçılar və digər icraçılarla bağlanılmış müqavilələrin şərtlərinə tam əməl edilməyib, müqavilənin bitmə müddətinə yaranmış debitor borcun bağlanması təmin edilməyib, satınalma müqaviləsinin müddətində işlərin başa çatdırılmaması fonunda 3 halda podratçıya artıq vəsait ödənilib, işlərin başa çatdırılması müddətinin pozulmasına (gecikməyə) görə 2 halda cərimə məbləği icraçılara tətbiq edilməyib.

Auditlə əhatə olunan obyektlər üzrə layihə-smeta sənədlərinin və yerinə yetirilmiş işlərin qəbulu aktlarının tikinti norma və qaydalarına uyğunluğu təmin edilməmiş, əsaslı təmir və yenidənqurma işləri üzrə yerinə yetirilmiş işlərin dəyərinin, həmçinin binaların sökülməsi və mədəniyyət obyektlərində ilkin təmir-bərpa işləri yerinə yetirilmiş iş həcmlərinin qəbul aktlarında əhəmiyyətli dərəcədə artıq göstərildiyi müəyyən edilib.

Xidmətin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olub, yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi halları, həmçinin bir sıra satınalma prosedurlarının pozulması halları olub.

Aparılmış inventarizasiya nəticəsində əsas vəsaitlər üzrə çatışmazlıqların müəyyən edilməsi, yaranmış debitor borc məbləğinin uçotdan yayındırılaraq maliyyə hesabatlarında əks etdirilməməsi, yaranan öhdəliyə görə kreditor borc məbləğinin uçotda artırılması və bu kimi halların xarakterik olması, ümumilikdə Xidmət üzrə nəzarət mexanizmlərinin tətbiq edilməməsi, aktivlərin uçotunun aparılması prinsiplərinin pozulması maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla, maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində əsaslı risk amillərini formalaşdırıb.

Xidmətdə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının auditi üzrə aşkar edilib hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Hesablama Palatasının məlumatından göründüyü qədər, fəaliyyəti yoxlanılan bir sıra dövlət qurumlarında olduğu kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işində də kifayət qədər ciddi sayılacaq pozuntular aşkara çıxarılıb. Ancaq yuxarıda qeyd olunanlar məsələnin bir tərəfidir. Başqa sözlə desək, fəaliyyətdə nöqsanlar varsa, bunun əsas səbəbi rəhbərlik tərəfindən işin düzgün qurulmaması və nəzarətin yetərli səviyyədə təşkil olunmamasıdır. Bu sayaq səhlənkarlığa və məsuliyyətsizliyə yol verən rəhbər işçinin isə cəzalandırılması adi hal olmalıdır.

Lakin fəaliyyətində çox sayda pozuntular aşkar olunan quruma yaxın aylara qədər rəhbərlik etmiş şəxsin başqa bir dövlət qurumuna təyinat alması heç də normal qarşılanacaq durum deyil. Haqqında danışılan Xidmətin sabiq rəhbəri Azad Cəfərli də nəzərdə tutulan həmin məmurların sırasındadır. Yəni Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri vəzifəsindən azad olunan Azad Cəfərli uzun müddət işsiz qalmadı. “Uğurlu” kadr bu ilin iyununda Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri postuna gətirilib. Bu təyinata hər hansı şərh vermək və Cəfərlinin yeni vəzifəsində özünü necə göstərəcəyini proqnozlaşdırmaq niyyətimiz yoxdur. Maraqlı olan onun əvvəlki vəzifəsində işlədiyi müddətdə aşkarlanan pozuntulara görə qanun qarşısında necə cavab verməsidir. Baş Prokurorluğun bununla bağlı təhqiqatı yəqin ki, vurğulanan məsələyə də aydınlıq gətirəcək.

www.yenicag.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu iaşə xidmətinin təşkilini bu şirkətə həvalə etdi - QALİB, MƏBLƏĞ
Bu gün, 13:42
Güneyli milli fəal aclıq aksiyasına başladı
Bu gün, 13:39
İç-içə yaşamaq imkanını itirmiş iki xalq - Onların uzun illər ayrı olması şərtdir
Bu gün, 12:58
Təhsil müdirindən Qazimizə qarşı təhqiredici ADDIM... - deputatdan QƏZƏBLİ REAKSİYA
Bu gün, 12:51
Bu gün Nəbi Xəzrinin ANIM GÜNÜDÜR
Bu gün, 12:45
"Ömrünü ədəbiyyata həsr etmiş, atasız iki övlad böyüdən yazıçı ev ala bilmədi, amma Baboşkimilər..."
Bu gün, 12:20
Monopolistlər yenə iş başında: hökumətlə gömrük “bazarlığı” - NƏ ETMƏLİ?
Bu gün, 12:17
Azərbaycan bayrağı Təbrizdə dağa həkk edildi - FOTO
Bu gün, 12:12
7 fevrala GEDƏN YOL... - NƏ BAŞ VERİR?
Bu gün, 12:10
13-cü BÜRC VARMI? - BU DA CAVABI...
Bu gün, 12:08
Qarabağ problemini bizə bunun üçün yaratmışdılar - Paşinyandan ETİRAF
Bu gün, 10:08
Sabah yenə səhv edəcəksə, biz ona həyatı başa salacağıq... - ETİRAZ
Bu gün, 09:45
Biz fürsət düşən kimi körpünü dağıtmalıyıq... - Roman Svitan
Bu gün, 08:58
Ayselin keçmiş həyat yoldaşı həbs olundu - AÇIQLAMA
Bu gün, 08:50
Müsavat Partiyası seçkidə iştirak edəcəkmi? - Partiya başqanından açıqlama
Bu gün, 08:46
Şəkidə təmir və abadlıq tenderinin qalibi – BU ŞİRKƏT OLDU
Bu gün, 08:42
Dünya düzənindəki YERİMİZ... - ekspert danışır
Bu gün, 08:38
Pensiyalar nə qədər artacaq və minimum əmək haqqından nə gözləmək olar? - ARAŞDIRMA
Bu gün, 08:32
Qərbi Azərbaycana qayıdış hüququmuz... - AKTUAL
Bu gün, 02:12
ABŞ səfiri üçün MENYU... - Nə yesin ki...
Bu gün, 02:05
Bu, Paşinyanın işinə yarayır... - AKTUAL
Dünən, 14:10
Bakı küçələrində “asan” oğurluq: - müşahidə kameraları “gözünü yumub”
Dünən, 14:00
“Başqa işlərlə məşğul olur, sonra əlinə mikrofon götürüb oxuyur... - onu yaxşı tanıyıram”
Dünən, 13:59
Bakı Avrasiya Universiteti dövlət qurumunua 630 min manata ofis - İCARƏYƏ VERƏCƏK
Dünən, 13:56
"Şəhid xanımı nə etməlidir?" - ETİRAZ
Dünən, 13:02
İranlı məmur "bəsici" tələbənin ittihamı ilə üzləşib
Dünən, 12:52
Səhiyyənin Təminat Mərkəzindən milyonluq – SİFARİŞ, QALİB ŞİRKƏT
Dünən, 12:50
Zəlzələ bir yandan... icra başçısı da bir yandan... - GÖRÜN. YIXA BİLİRSİNİZ...
Dünən, 12:47
Günün fotosu: - Bu dəfə avtomobillərə yox, piyadalara yol..
Dünən, 12:39
“Müşfiq parodiya yox, təlxəklik edir”
Dünən, 12:34
Ermənilərlə yekun SÜLH SAZİŞİ... nə zaman və harda İMZALANACAQ?
Dünən, 12:24
Ermənistan piyadadır, əsas problem İrandır: - Türklər döyüşdən qaçmır, sadəcə...
Dünən, 12:15
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi 7,7 milyon dəyərində 2 tenderə yekun vurdu – QALİBLƏR
Dünən, 12:08
Ülvi Baxşəliyev Moldovaya səfir təyin edilib - SƏRƏNCAM
Dünən, 12:06
Qüdsi Osmanovla bağlı SƏRƏNCAM
Dünən, 12:02
Azərbaycanın Rumıniyadakı səfiri GERİ ÇAĞRILDI
Dünən, 12:01
Məhərrəm Əliyev Belarusa səfir təyin edildi - SƏRƏNCAM
Dünən, 12:00
Ülvi Baxşəliyev GÖRƏVDƏN ALINDI
Dünən, 11:59
Məhərrəm Əliyev həqiqi hərbi xidmətdən istefaya buraxılıb - SƏRƏNCAM
Dünən, 11:57
“Caspian İnternational Hospital”la bağlı məhkəmə başladı
Dünən, 11:54
Zəlzələdən sonra... EV BAZARI...
Dünən, 11:46
“Ramma” QSC 4,9 milyonluq tenderin – QALİBİ SEÇİLDİ
Dünən, 11:37
Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər - VİDEO
Dünən, 11:35
“27 yaşıma qədər kənddə müəllim işlədim... daha sonra məni Filarmoniyaya dəvət etdilər”
Dünən, 11:22
Dövlət agentliyindən 4 şirkətə 8,2 milyon manatlıq sifariş
Dünən, 11:13
Yeni ildə 7 gün iş olmayacaq
Dünən, 11:06
Növbədənkənar Prezident seçkilərində Qalib Azərbaycan xalqı... - İsrafil Kərimovun yazısı
Dünən, 10:58
7 fevral tədarükü: PARDON, YAMAN PİS YERDƏ AXŞAMLADIQ... - Və yaxud siyasət oyunbazlarına bir-iki xatırlatma...
Dünən, 10:56
Hakimiyyət seçki elan edib... müxalifət isə QIŞ YUXUSUNDADIR... - Siyasətdə QƏFİL QƏRAR OLMUR...
Dünən, 10:34
Dəmir yolunda relsi sökərək oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb
Dünən, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru