Əsas Səhifə > Güney Press, Manşet > ŞOK: AZƏRBAYCANDA ERMƏNİLƏR ŞƏBƏKƏ YARADIB

ŞOK: AZƏRBAYCANDA ERMƏNİLƏR ŞƏBƏKƏ YARADIB


10-09-2012, 17:36
ŞOK: AZƏRBAYCANDA ERMƏNİLƏR ŞƏBƏKƏ YARADIB

ERMƏNİ ƏSİLLİLİLƏR BİR-BİRİLƏRİNİ NECƏ HİMAYƏ EDİR?

DİA.AZ: - Əgər xatırlayırsınızsa, keçən günlərdə Bakı məktəblərinin birinə erməni qarışığı olan məktəb direktorunun rəhbərlik etməsi haqda məlumat vermişdik. Yazıda Bakının Binəqədi rayonundakı yenicə təmirdən çıxmış 246 saylı məktəb-liseyin açılış mərasimində ölkə prezidentinin iştirak edəcəyi bildirilmişdi. İlk baxışda respublika prezidentinin yenicə təmirdən çıxmış məktəbə gəlişində qəribə heç nə yoxdur. Yeni dərs ilinin başlanmasına az qalıb və yenicə təmirdən çıxan və tikilən məktəblərin açılış mərasimlərinə də prezident İlham Əliyev həmişə qatılıb. Azərbaycan müharibə şəraitindədir, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən zəbt olunub. Adı çəkilən 246 saylı məktəb-liseydə isə yetərincə erməni əsillilər var.

Elə götürək bir vaxtilə adı çəkilən məktəbdə müdir müavini olan xanımı. O, indi həmin məktəbdə rus dili dərsini də tədris edir. Bu xanımın anası xalis ermənidir və vaxtilə Daşnaksütun partiyasını da maliyyələşdirib. Azərbaycanın ən qatı düşməni olan bu müəllimənin anası və qardaşı sözsüz ki, Azərbaycandan kənarda da Azərbaycan əleyhinə işləyirlər.

Ermənilərin Azərbaycandan getdikləri vaxt bu müəllimə ana-qardaşından fərqli olaraq Azərbaycanda qalıb. Buna səbəb isə onun azərbaycanlı ilə ailə qurub,övlad sahibi olmasıdır. Ötən yazımızda da qeyd etdiyimiz kimi, adı çəkilən məktəbdə erməni əsillilərdən ikisi Azərbaycan dili və ədəbiyyatını, iki nəfər də xarici dil fənlərini tədris edir. Məktəbin direktorunun da erməni əsilli olması artıq sənədlərlə sübut olunub və onun erməni olması ilə bağlı istər internet saytlarında, istərsə də qəzetlərdə maraqlı məqalələr belə nəşr olunmuşdur.

“Prezident gələcək,mənə söz veriblər”

DİA.AZ-a daxil olan məlumata görə, yazımız işıq üzü görəndən sonra 246 saylı məktəb-liseyin direktoru Elza Tağıyeva sinəsinə döyərək: “ Mənə yuxarılardan söz veriblər, hamının acığına prezident bu məktəbə mütləq gələcək”. Aldığımız məlumata görə 246 saylı məktəb-liseydəki erməni əsillilər barədə Binəqədi rayon İcra Hakimiyyətinə məlumat belə bildirilib və deyilib ki, ölkə prezidentini həmin məktəbə gətirmək xəyanətdən başqa bir şey deyil. Çünki sənədlər nə qədər dəyişsə də, kötük sənədi heç kim dəyişə bilməz, arxanda dağ dayansa belə.

Araşdırmalarımızı aparan zaman məlum oldu ki, mətbuatda Binəqədi rayon İcra başçısının Humanintar məsələlər üzrə müavini Fəxrəddin Məlikovla da bağlı məqalılər dərc olunub. Yazılanların nə qədər doğru olub-olmamasını deyə bilmərik. Bizlər yalnız məktəbdə erməni əsillilərin olduğunu qətiyyətlə deyə bilirik.

Lakin mətbuatda Fəxrəddin Məlikovla bağlı yazılanlardan sizləri də hali etmək istəyirik. Əvvəla qeyd edək ki, Fəxrəddin Məlikov “Azərqaz”ın sabiq rəhbəri Əlixan Məlikovun doğmaca qardaşıdır. O,vaxtilə Kürdəmirin icra başçısı olub. Lakin nədənsə vəzifəcə aşağı salınaraq Binəqədi rayonuna başçının müavini vəzifəsinə gətirilib. Dövrü mətbuatda Fəxrəddin Məlikovun ermənilərlə qohumluğu bildirilib və yazılıb ki, o, Ermənistanda yaşayan qohumunun ad gününə də sovqatlarla gedib.

Hətta bu qohumlar Rusiya və Gürcüstanda da vaxtaşırı görüşürlər. Deyilənə görə, onun tutduğu vəzifəsindən uzaqlaşdırılması yönümündə onu istəməyən qüvvələr artıq dosye belə hazırlayaraq lazımi orqanlara təqdim etməyə hazırlaşırlar. Qeyd edək ki, Elza Tağıyeva onu qoruyan qövvələr arasında Fəxrəddin Məlikovun da adını hallandırır.

Erməni qaynananın qudası icra başçısıdır

Qeyd edək ki, Elza Tağıyevanın güvəndiyi şəxslərdən biri də onun qudasıdır. Son aldığımız məlumata görə Xaçmaz rayonunun icra başçısı Şəxsəddin Xanbabayev erməni əsilli məktəb direktorunun qudasıdır. Yəni o, oğlu Samirə Elza Tağıyevanın qızını alıb. Samir Xanbabayev isə pasportstolun rəisidir. O, erməni qudasına krişalıq edir. Hətta Binəqədi rayonu İcra Başçısına da qudasını o tapşırır. Son aldığımız digər məlumata görə isə Elza Tağıyevanın erməni əsilli olması tam təsdiq olunandan sonra onu dairə seçki komitəsi sədrliyindən azad edilib.

Son söz əvəzi

Dərs ilinin başlanılmasına sayılı günlər qalıb. Müharibə şəraitində olan ölkənin prezidentinin iş qrafikinə isə içində erməni əsillilərin olduğu yenicə təmirdən çıxan məktəbin açılış mərasimi salınıb. Qeyd edək ki, adı çəkilən məktəbdə şəhid övladları da təhsil alır, ermənilərin vəhşilikləriin şahidi olanların da balaları. Zənnimcə, artıq şərhə ehtiyac yoxdur.

Geri qayıt