Əsas Səhifə > Güney Press > “TÜRKVİZYON” MAHNI MÜSABİQƏSİNİN İMZA MƏRASİMİ KEÇİRİLİB

“TÜRKVİZYON” MAHNI MÜSABİQƏSİNİN İMZA MƏRASİMİ KEÇİRİLİB


27-09-2013, 12:05
“TÜRKVİZYON” MAHNI MÜSABİQƏSİNİN İMZA MƏRASİMİ KEÇİRİLİB
DİA.AZ: - Türk Dünyasının paytaxtı Əskişəhər şəhərində TMB telekanalının təşkilatçılığı ilə keçiriləcək Türkvizyon Beynəlxalq Musiqi müsabiqəsinin təqdimat mərasimi olmuşdur. Tədbirdə Türkiyənin Təhsil naziri Nəbi Avcı, millət vəkilləri Əskişəhər valisi və 20-yə yaxın ölkələrin televiziya kanallarının nümayəndələri və sənət adamları iştirak etmişlər.

DİA.AZ-ın məlumatına görə, çıxışlarda qeyd olunub ki, Türkvizyon musiqi yarışmasının əsas məqsədi Türk Dünyasının müasir musiqisinin dünyada tanınmasının və Türkdilli xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmlənməsində mühüm bir addımdır.

Çıxışlardan sonra yarışmanın yerli seçim turlarının təşkil edən telekanallarla TMB tv arasında müqavilə imzalanmışdır. Qeyd edək ki, TMB tv Əskişəhər 2013 Türk Dünyasının mədənyyət paytaxtı, Türksoy təşkilatı və Əskişəhər Anadolu universitetinin təşkilatçılığı ilə keçirilən musiqi yarışmasında 20 ölkənin nümayəndələri iştirak edəcəklər. Türkvizyonun ilkin seçim mərhələləri Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Rusiya Federasiyası (o cümlədən Tatarıstan, Başqırdıstan, Altay Respublikası) Belarus, Gürcustan, Bosniya və Hersoqovina, Moldova (Qaquziya) və Makedoniyada keçiriləcək. Final mərhələsi 17-23 dekabr tarixlərində Türkiyənin Əskişəhər şəhərində təşkil olunacaq.

Geri qayıt