Əsas Səhifə > Güney Press > QAÇQIN STATUSU LƏĞV OLUNUR? - 10 MİKRORYON TİKİLİRSƏ...

QAÇQIN STATUSU LƏĞV OLUNUR? - 10 MİKRORYON TİKİLİRSƏ...


19-04-2013, 11:50
QAÇQIN STATUSU LƏĞV OLUNUR? - 10 MİKRORYON TİKİLİRSƏ...
Qobuda məcburi köçkünlər üçün yeni tikiləcək yeni böyük yaşayış massivində 10 mikrorayon olacaq. APA-nın xəbərinə görə, bu barədə “Azərinşaatlayihə” Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə keçirilən Yeni Qobu Şəhər Yaşayış massivinin layihələndirilməsinə həsr olunmuş müşavirədə bildirib. Onun sözlərinə görə, hər bir mikrorayon 9000 nəfər əhali üçün nəzərdə tutulub. Yaşayış massivində ümumilikdə 204 ədəd yaşayış binası tikiləcək. Ərazidə 1200 yerlik 10 məktəb, 10 uşaq bağçası, uşaq-gənclər, səhiyyə, ictimai iaşə, mədəniyyət müəssisələri, bədən tərbiyəsi və idman qurğuları tikiləcək.

Y. Nağıyev deyib ki, ərazidə geoloji kəşfiyyat işləri də aparılıb: “Qobu Yaşayış Massivinin ərazisində 3250 kəşfiyyat quyusu qazılıb. Həmin ərazi yaşayış üçün yararlıdır”.

Baş nazirin müavini Əli Həsənov isə qeyd edib ki, tikiləcək yeni yaşayış massivi ən son standartlara cavab verəcək, istilik, elektrik, su təminatı ilə tam təchiz olunacaq.

Geri qayıt