Əsas Səhifə > Köşələr > Mətləb SALAHOV

Mətləb SALAHOV


3-11-2022, 12:37
Mətləb SALAHOV
Əliyevdən Makrona siyasət dərsi!

Bəli, sözün əsl mənasında SİYASƏT DƏRSİ!!!. Azərbaycan dövlət başçısının son bir həftədəki gərgin diplomatik və siyasi gedişləri barədə yazıram. Heç bir şablon tərifə, bəlağətli cümlələrə ehtiyac duyulmayan usta və praqmatik gedişlər barədə, real və gerçək siyasət barədə. Özü də “Müsyö Jordan”lardan tutmuş əmmaməli mollalara qədər düşmənlərin dörd yandan ətrafımızı bürüdüyü bir vaxtda!.
Prezident İlham Əliyev uzun on illiklərdir ATƏT deyilən lazımsız və avara qurumun həmsədri olan, daima da vasitəçidən daha çox erməni təəssübkeşi rolunda çıxış edən Fransanın tarixi mənada siyasi mahiyyətini uzaq Əlcəzairdə açıb hər kəsə göstərdi. Həm də Fransnın gerçək simasının tarixi “pasportu” olan Əlcəzairdə!.
O Əlcəzairdə ki, hər bir qarış torpağında Fransanın işgəncə və rəzalət hekayəsi yaşanıb. Əslində bütün bunlar bilinən həqiqətlər idi, amma bu həqiqətləri cəsarət edib dilə gtirmək həm də siyasi əzmkarlıq istəyir, bunu da hər kəs bacarmır axı...

Prezident İlham Əliyevin ərəb dünyası və Afrika İttifaqının ən böyük ölkəsindən- uzaq Əlcəzairdən səsləndirdiyi mühüm siyasi mesajlar artıq öz hədəflərinə çatıb. Çünki uzun əsrlərdir “mədəni və müasir” Fransanın müstəmləkəçiliyi altında inləmiş, olmazın soyqırımlarına məruz qalmış, dünya tarixində Fransa və fransızlar üçün üz qarası olaraq xatırlanan Əlcəzairdən ucalan həqiqət sədası dünyada daha aydın eşidilir, hədəfə daha tez çatır.

Gələk siyasi səhnədə fransızdan daha çox erməni qiyafəsində çıxış edən E.Makron barəsində danışmağa. Hazırda Fransa prezidenti olan bu şəxsin siyasi personası barədə, onun ədalətsiz və ermənipərəst mövqeyindən qəzəblənən azərbaycanlı kimi deyil, daha çox bir jurnalist olaraq fikir bildirəcəm. Əslində mənim bu fikirlərimi E.Makronun qeyri ciddiliyindn təngə gələn ən nüfuzlu və ictimai rəyə güclü təsir imkanları olan Fransa KİV-ləri də boy-boy nüsxələyir. Bu adam siyasətçi obrazından daha çox, yolunu azaraq təsadüfən Yelisey Sarayına soxulan dərvişi xatırladır. Nə şəxsi keyfiyyətləri, nə personası, nə siyasətçi ağırlığı E. Makronun Yelisey Sarayının sahibi olmasına imkan vermir. Neçə onilliklərdir peşəkar və usta siyasətçilər tərəfindən yönəldilən Fransa dövləti, bu gün tam fərqli görüntü içərisindədir. Şarl De Qollun, Jak Şirakın əzəməti ilə Makronun hazırkı əzik və diletant siyasi obrazını müqayisə etmək, ilk növbədə elə vətənpərvər fransızlar üçün əsl xəcalət yaradır.

E.Makron kimi qeyri-peşəkarın ucbatından dünya siyasətindəki olan-qalan nüfuzunu da itirən Fransa, indi də erməni siyasətinin güdazına gedir. Əvvəlcə Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlərə başını soxan Makron, daha sonra da keçmiş Minsk qrupunu yenidən işə salmaq üçün DİLETANT səviyyəli cəhdlərə baş vurdu. Brüsseldəki danışıqlardan dərhal bir neçə saat sonra da çıxıb tam əksinə Nikol Paşinyanın ucuz vəkili kimi çıxış etdi. Bu adam tələyə düşmüş ov kimi hara gəldi çırpınıb yol axtarır. Əslində öz erməni qardaşlarını “quyunun dibindən” çıxarmaq üçün çalışır müsyö E.Makron. Onun bu diletant siyasi gedişləri açıq şəkilə anti-Azərbaycan siyasətinə hesablanıb. Həm də Türkiyə faktoruna görə belə dəlisov şəkildə çırpınır N.Paşinyanın dostu.

Bu adam Türkiyənin Azərbaycanın haqlı mövqeyini ardıcıl şəkildə dəstəkləməsindən o dərəcədə narahatdır ki, danışıqları pozmaq, erməniləri yenidən Azərbaycanla müharibəyə sürükləmək, xüsusilə Türkiyənin bölgədəki ağır çəkili nüfuzunu zədələmək üçün hər yola baş vurur.
Həttda erməni “sevgisi” və Azərbaycan-Türkiyə düşmənçiliyi o həddə çatıb ki, E. Makron Ayətullah Xomeyninin İranı ilə bizə qarşı ittifaqa girməkdən belə çəkinmir. Gərçi A.Xomeyninin Fransaya yad olmadığı barədə el-oba az danışmır. Deməli “torbada pişik var”...

Azərbaycan Prezidentinin dəqiq hədəfə hesablanmış, həm də çox usta diplomatik gedişləri və siyasi zərbələri Avropa İttifaqından tutmuş Ərəb Liqasına qədər böyük siyasi coğrafiyanı elə zərgər dəqiqiliyi ilə əhatə edir ki, həm Soçi görüşündə gözlərini Krem tavanına zilləyən qeyri-ciddi N.Paşinyan, həm də qeyri-peşəkarlıqda ondan geri qalmayan E.Makron bu siyasətin qarşısında MAT vəziyyətindədirlər. Bu gerçəkdən ustalıqla yürüdülən hazırkı siyasətin GERÇƏK TABLOSUDUR. Siyasət axı reallıq sənətidir. Hazırkı reallıq isə odur ki, Azərbaycan Prezidenti həm İrəvana, həm də onun avropadakı və cənubdakı can bir, qəlb bir “qardaşlarına” ustad dərsi keçir. DƏRSİN isə coğrafiyası olmur, əsas HƏDƏFDİR!


Geri qayıt