Əsas Səhifə > Köşələr > Ülkər PİRİYEVA

Ülkər PİRİYEVA


18-06-2018, 07:54
Ülkər PİRİYEVA
Cənnət Meyvəsi kimi görünən Reklamlar

Reklamlar daşıdığı rabitə məqsədi ilə hədəf kütləsinə bəzi mesajlar ötürürlər. Bu istiqamətdə reklamlarla uşaqlara bir sıra mesajlar ötürülür və eyni zamanda, müəyyən bəzi davranış qəlibləri, rollar və dəyərlər çatdırılır.

Bunların sırasında: Mədəni Dəyərlər, İstehlak Qəlibləri, Cinsiyyət Rolları, Alternativ Qanun Formaları, Ailə içi əlaqələr və Rol Bölgüləri kimi..

Reklamlar nağıllar kimi, uşaqlara güvən verən, rahatlaşdıran bir təsirə malikdir. Struktur baxımından, əsasən dramatik xarakterli digər proqramların yanında, gözəlliklərə yer verən hissələr kimi, sanki cənnət meyvəsi kimi görünür. "Televiziya Çağ "ından əvvəl, daha çox babaların və nənələrin söylədikləri nağılların yerini, günümüzdə artıq televiziyanın aldığı görülür. Televiziya reklamları, xüsusilə kiçik uşaqları xarici dünya ilə məlumatlandırmaqda, əyləndirir və uşağın sosial cəhətdən inkişafına kömək edir.

Eyni zamanda uşaqlar müdafiəsiz və qorunmağa möhtac olduqlarından reklamların yoxlanması, məhdudlaşdırılması və lazım olduğu hallarda qadağan edilməsi ictimai faydaya qarşı da ola bilər. Uşaqlara yönəlik reklamlara tətbiq olunan məhdudiyyətlər həm valideynlər və siyasət qurucularının həm reklamların etik qaydalara uyğun olmadığı mövzusundakı qayğılarına, həm də reklamların uşaqlara zərər verdiyi mövzusundakı inanclara əsaslanır və ölkəmizdə lazımsa dünyada reklamlara dair müxtəlif qadağan, məhdudiyyət və aktlar qəbul edilib və gərək duyulduqca edilməlidir.

Verilən reklamlar həyatımızın bütün sahələrinə təsir edir.

Aldığımız bir məhsulun, yalnız istehlak etdiyimiz bir şey olmadığını, əslində obyektlə birlikdə çox daha hiyləgər bir şeyi, bir fikri satın aldığımızı bildirir olmasını mütləq bilməyimiz vacibdir. Məhz bu fikir, bu ideologiya, psixoloji təbirlə şüur kənar olaraq beynimizə yerləşir.

Məsələn, bir maşın aldığımızda əslində, yalnız maşını deyil, ona məxsus olan bütün məmulatları, o cümlədən, aidiyatı məhsullarının satıldığı mağazaları da satın almış oluruq.

Məsələn, Coca-Cola reklamları bizlərə yalnız isti havalarda susuzluğumuzu aradan qaldırmağı vəd etmir: Daha çox əyləncə, daha çox zövq verir.

Buna bir misal da Android telefonlar və ya gsm operatoru reklamlarında satılan məhsul vasitəsilə "həyata bağlanmaq", "həyatın içində olmaq" kimi şeylər vəd edilir. Yaxşı, onsuz da həyatın içindəyik. Bunun üçün bir vasitəyə, alətə ehtiyacımız varmı, məgər?!

Amma sanki belə deyilmiş kimi, güya həyata daxil olmaq üçün bu məhsullardan almaq vacibdir hissi yaradılır. Ki bu həqiqəti də yaxşı bilirik: Bu məhsullara nə qədər tez-tez baş müraciət etsək, o qədər həyatdan qopuruq; Eynilə nə qədər Cola içərsək içək, o qədər susacayacağıq həqiqəti kimi.

Həqiqətlər labüddür. Ancaq kim o həqiqətin içərisində nə qədər gedə bilir.

Beləliklə, cəmiyyətdə televiziyadan və televiziya reklam çarxlarından ən çox təsirlənən qrupun uşaqlar olduğu müəyyən edilib artıq. Yeri geldikcə, uşaqlar böyüklərinə qarşı təqlidlərini cəmiyyətə əks etdirirlər. Əslinde, reklam agentlikləri, aktyor uşaqlar yolu ilə, bunu izləyən uşaqlara mesaj göndərən bir qrup ortaya çıxarıblar. Böyükləri kimi davranış nümayiş etdirən bu uşaqlar günümüzdə böyümüş də kiçilmiş uşaqlar adına layiq görülüblər. Televiziya, belə uşaqları cəmiyyət dəyərləri üzərindən kodlayaraq böyüklərin əks olunmaları tərzinə gətirmişdir. Uşaqların reklamların arzuolunmaz təsirlərindən qorunması üçün təklif olunan; Ailələrə və məktəbdəki müəllimlərə mühüm vəzifələr düşür. Xüsusən məktəblərə seçməli olaraq media dərslərini tətbiq etmək lazımdır və şüurlu şəkildə ana və ataların yardımları ile qarşılıqlı şəkildə uşaqların maarifləndirilməsi lazımdır. Belə tərbiyə edilən uşaqlarla aparılan tədqiqatlardan da aydın olduğu kimi televiziyaların xoşagəlməz təsirlərini minimuma endirmek olur.

Reklamların hər nə qədər faydadan çox zərərli hesab edilsə də onların biz böyüklər və uşaqlar üzərində nə dərəcədə və hansı istiqamətdə təsirli olacağı yenə bizlərin əlindədir. Bunun üçün şüurlu olmaq, üzərimizə düşənləri bilmək və tətbiq etmək, tədbirli davranmaq və qoruyucu olmaq vacibdir..

Geri qayıt