"Şimşək” MTK .....                     Ermənistan Azərbaycana qarşı səhvlərini təkrarlayır .....                     İran Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə TƏMİNAT VERƏ BİLMİR... .....                     Bakıdakı tıxacların səbəblərindən biri də UBER taksi şirkətidir... .....                     Astana Ticarət Nümayəndəliyini qapadır .....                     İRAN..: TURAN YOLUNDA BİR KƏSƏKDİR... .....                     Hara gedir eee belə qalxa-qalxa?! .....                     İrana qarşı koalisiya: Azərbaycan qoşulanlar siyahısında olacaq? .....                     MTN generalı və onunla birlikdə ittiham olunan şəxslər barəsində olan hökm dəyişdirilib .....                     İsrail müdafiə nazirinin Həsənov və Quliyevə telefon zəngindəki sirlər .....                     Azərbaycanlı doğulub, əqidəsinə görə fars olanlar .....                     Od tutub yanan "qaraj" qiymətləri: .....                     İrəvanda daha bir ETİRAZ .....                     "Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır" .....                     Ukraynada Rusiya ordusunun 2 mayoru öldürülüb .....                     YTP məhkəmə qərarını icra etmir .....                     Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib .....                     Gənclər üçün Prezident mükafatları verilib .....                     Vasif Talıbov və Natiq Sadıqov arasında nələr baş verir… .....                     İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: .....                     "Əli Həsənovun oğlu işçilərin gözü önündə "Xəzər TV"nin kafesində qəlyan çəkirdi" .....                     GÜNÜN BAXIŞ BUCAĞI... .....                     Ermənistanda bu dəfə nazir unitaz mövzusu ilə .....                     “Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə .....                     "Sem-Az" şirkəti .....                     Zeynəb Dostəliyeva .....                     Erməni "Telegram" kanallarının növbəti "fake"i .....                     Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB... .....                     Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə .....                     Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub .....                     Gültəkin Hacıbəyliyə bəraət verildi .....                     Sabah dollar neçəyə olacaq? .....                     Taksilərin də QİYMƏTİ QALXIR? .....                     Azərbaycanda banklar bağlanır? .....                     DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ .....                     Dərman qıtlığı daha da DƏRİNLƏŞİB .....                     İranın PSİXİ PROBLEMİ... .....                     Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə .....                     Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, .....                     İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... .....                 

Mətləb SALAHOV
Tarix: 7-01-2023, 10:40 | Çap et
Mətləb SALAHOV
Ərdoğana qarşı əzik “6-lıq”

Qardaş Türkiyədə keçiriləcək Prezident seçkiləri artıq indidən böyük müzakirə
predmetinə çevrilib. Son on il ərzində dünya siyasətində mühüm fiqurlardan birinə,
regionda isə əsas söz sahibinə çevrilən Türkiyə dövləti, dostlu-düşmənli hər kəsin
diqqətindədir. Sevənləri və sevməyənləri ilə birlikdə.
Hazırkı Prezident, 2003-cü ildən iqtidarda olan Rəcəb Tayyib Ərdoğan
əleyhdarları var gücləri ilə onu çıxdaş etmək üçün ağıl və məntiq çərçivəsindən
tutmuş ta ağlagəlməz hər şeyə qədər bütün yolları “dənəsələr” də, sonda görünən
odur ki, hakimiyyət sükanını R.T.Ərdoğan idarə edir. Türkiyə cəmiyyətində də
hazırkı iqtidara qarşı kəskin əks münasibətin olmaması, üstəlik, xarizma olaraq
Ərdoğanın Türkiyənin çağdaş tarixində mühüm siyasi qüvvə kimi özünə möhkəm
yer etməsi, Türkiyəni daha müstəqil siyasət aparan və sözü eşidilən dünya
güclərinin siyahısına çıxara bilməsi ona olan ictimai dəstəyi də gücləndirib.
Türkiyədəki müxalifət qüvvələri isə, bu vaxta qədər bütün seçkilərdə hələ ki,
İstanbul və Ankara Bələdiyyə sədrliyini qazanmaqdan başqa heç bir uğura imza ata
bilməyiblər. Həm ana müxalifət adlandırılan Cümhuriyyət Xalq Partiyası, həm də
digər siyasi qruplaşmalar son 10 il ərzində keçirilən heç bir seçkidə mütləq
qələbəyə sevinməyiblər. Xüsusilə, milliyyətçi siyasi düşərgənin əsas yuvası sayılan
MHP-nin hazırkı prezident Ərdoğanı dəstəkləməsi həm parlamentdəki yerlərin,
həm də ictimai rəyin AKP iqtidarının xeyrinə dəyişməsinə səbəb olub. MHP-nin
Ərdoğan iqtidarını dəstəkləməsi, həm də birbaşa müxalifətin səslərinin
parçalanmasına və təsir dairəsinin daralmasına gətirib çıxarıb. CHP lideri Kamal
Kılıcdaroğlunun hər seçkidə lider olaraq önə keçmək əvəzinə, özünə olan
inamsızlıqdan və seçkinin nəticələrindən qorxub arxa planda dayanması, son
prezident seçkilərində namizədliyini irəli sürməməsi müxalifətə olan ictimai
dəstəyi və siyasi inamı da yerlə bir edib.
Bu adamın liderlik qabiliyyətinin olmaması, seçkilərdə məsuliyyəti öz üzərinə
götürməməsi, Ərdoğana qarşı tribunalardan boş hay-küy salmaqdan başqa heç
nəyə yaramaması CHP-nin hazırkı iqtidara qarşı güc göstərməsini də acı xəyala
çevirir. Günü bu gün Türkiyə ictimai rəyində əsas fikir ondan ibarətdir ki, hazırkı
müxalifət cəbhəsində Ərdoğana qarşı meydana çıxa biləcək xarizmatik lider
yoxdur. Bu məsələdə ictimai rəy tam haqlıdır. Çünki hazırda anti-Ərdoğan
cəbhəsində altı siyasi partiyanın birləşdiyi “6-lı masa” adlanan ittifaq, onların
liderləri türklərin təbirincə desək, “rəisə” qarşı siyasi mübarizə aparmaq gücündə
deyillər. “6-lı masa”da yer alan siyasi qüvvələrin öz aralarında da fikir müxtəlifliyi
var.
Əvvəla ondan başlayaq ki, altı siyasi partiyadan ikisinin rəhbəri Ərdoğanın keçmiş
nazirləridir. Əhməd Davudoğlu və Əli Babacan Ərdoğan hökumətində önəmli
siyasi karyera sahibi olublar, sonradan AKP iqtidarını tərk edərək ona qarşı
müxalifət mövqeyinə keçiblər. Amma maraqlısı odur ki, bu iki siyasi fiqurun
sürətlə təşkilatlanması, böyük və dəbdəbəli ofisə, güclü mühafizə xidmətinə, bahalı
maşınlara sahib olması qətiyyən təsadüf sayıla bilməz. Ərdoğanın keçmiş
kadrlarının bu şəkildə siyasi səhnəyə ATILMALARI, güclü media dəstəyi istər-
istəməz “Davudoğlu və Babacan yenə Ərdoğanın “əlinə çalışır” fikrini gündəmə
gətirir. Çünki hər iki adıçəkilən keçmiş nazirlərin zərrəcə də olsun Türkiyə
cəmiyyətində sıfır səviyyəsində belə siyasi çəkisi yoxdur.
O ittifaqdakı əsas siyasi fiqur sayılan İYİ partiya lideri Meral Akşener də keçmiş
MHP-çidir, Türkiyə parlamentində vitse-spiker olub. CHP lideri
K.Kılıcdaroğlundan fərqli olaraq bu xanım siyasətçi daha kəskin çıxışları,
qətiyyətli mövqeyi ilə öndədir. Amma CHP-nin PKK terror təşkilatına yaxınlığı ilə
seçilən HDP-yə, həbsdə olan Səlahəddin Dəmirtaşa loyal münasibəti M.Akşenerlə
CHP arasında ciddi fikir ayrılıqlarına yol açıb. Üstəlik, Ərdoğan ilə açıq
düşmənçilik aparan qərbdəki qüvvələrin hazırkı iqtidarı devirmək üçün məhz
M.Akşenerə dəstək göstərdikləri də hiss olunur. Xüsusilə, mediada Ərdoğana qarşı
açıq düşmənçilik edən Fətullah Gülən qruplaşmasının da xanım Akşenərə dəstək
göstərdiyi deyilir. Lakin açıq şəkildə görünən odur ki, M.Akşenerin də “Rəisi”
üstələmək şansı yoxdur. Həm də unutmaq olmaz ki, əgər Türkiyə siyasətində
Ərdoğanı əzib keçəcək bir xarizmatik siyasətçi olsaydı, çoxdan qərbdəkilər onun
imicini bəzəyib-düzəyib Ərdoğanla siyasi mübarizəyə atmışdılar.
Son vaxtlar İstanbul Bələdiyyəsinin hazırkı sədri, CHP-çi Əkrəm İmamoğlu
müxalifətin vahid namizədi kimi daha çox gündəmə gəlir. Bir çoxları İstanbul
Bələdiyyəsinə keçirilən son seçkilərdə Ərdoğanın ən yaxın adamı, keçmiş Baş
nazir Binəli Yıldırımı üstələyərək böyük səs çoxluğu ilə qələbə qazanan
Ə.İmamoğlunun Ərdoğanla seçki yarışında daha şanslı namizəd olduğunu
düşünsələr də, "6-lı masa" bu məsələdə də vahid qərarda deyil. Ə.İmamoğlunun öz
partiyası onu bu seçkilərdə müxalifətin vahid namizədi kimi Ərdoğanla "döyüşə"
atmaq istəmir. Əvəzində İYİ partiya sədri M.Akşener onun namizədliyində israr
edir. Görünən odur ki, CHP Ə.İmamoğlunu hazırkı seçkilərdə Ərdoğanla
mübarizəyə atmayacaq. Sanki Türkiyə müxalifətində Ərdoğan üzərində qələbə
üçün hələ şəraitin yetişmədiyini düşünürlər. Deməli müxalifətin özü bu seçkilərdə
qələbəsinə o qədər şübhə ilə yanaşır ki, əsas "silahını" açıq döyüşə atmır, sanki
AKP iqtidarının məğlub olması üçün münasib şəraiti gözləyir. Bir sözlə, bu il
keçiriləcək seçkilərdə əzik “6-lı masa”nın Ərdoğanı üstələyəcəyi mümkünsüz
görünür.
Həm də unutmaq lazım deyil ki, Ərdoğanın bu seçkilərdə məğlubiyyəti bütün
bölgədəki prosesləri də kökündən dəyişməli olacaq. Vladimir Putinin şəxsi
hakimiyyətindən başlamış Ukrayna böhranına qədər, yaxın Şərqdəki proseslərdən
başlamış elə bizim Qafqaz bölgəsindəki hazırkı proseslərə qədər HƏR ŞEY
DƏYİŞMƏLİ OLACAQ. Ərdoğan həm də hazırkı situasiyada Qərb üçün də
önəmli siyasi aktordur. V.Putinlə şəxsi təmasları, Ukraynadakı proseslərə Vladimir
Zelenskinin rəğbətini və etibarını qazanan lider kimi müdaxiləsi, taxıl böhranını
aradan qaldırması onu bütün tərəflər üçün vacib oyunçuya çevirib. Türkiyə
cəmiyyəti də hazırkı hökumətin bəzi nazirlərinin, siyasi mənsublarının adlarının
korrupsiya və digər məsələlərdə hallanmasına baxmayaraq, Ərdoğan kursunu
dəstəkləyir. Hazırkı ictimai rəy tablosu ən azından indilik belə görünür. Ərdoğanı
üstələmək üçün Türkiyə müxalifəti hələ neçə seçki gözləyəcək, artıq onu zaman
göstərəcək...





 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Şimşək” MTK - MƏHKƏMƏYƏ VERİLİB
Bu gün, 20:00
Ermənistan Azərbaycana qarşı səhvlərini təkrarlayır - FAKT BUDUR!
Bu gün, 19:55
İran Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə TƏMİNAT VERƏ BİLMİR... - BELƏ ÇIXIR...
Bu gün, 19:48
Bakıdakı tıxacların səbəblərindən biri də UBER taksi şirkətidir... - GİLEY
Bu gün, 19:44
Astana Ticarət Nümayəndəliyini qapadır - NƏ BAŞ VERİR?
Bu gün, 19:32
İRAN..: TURAN YOLUNDA BİR KƏSƏKDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:23
Hara gedir eee belə qalxa-qalxa?! - SORĞU
Bu gün, 19:14
İrana qarşı koalisiya: Azərbaycan qoşulanlar siyahısında olacaq? - GƏLİŞMƏ
Bu gün, 19:00
MTN generalı və onunla birlikdə ittiham olunan şəxslər barəsində olan hökm dəyişdirilib
Bu gün, 18:34
İsrail müdafiə nazirinin Həsənov və Quliyevə telefon zəngindəki sirlər - İNCƏLƏMƏ...
Bu gün, 18:10
Azərbaycanlı doğulub, əqidəsinə görə fars olanlar - DƏRD BUDUR EEE...
Bu gün, 18:08
Od tutub yanan "qaraj" qiymətləri: - 1 maşın yeri üçün nə qədər istəyirlər?
Bu gün, 18:06
İrəvanda daha bir ETİRAZ - "Çörək məsələsidir, sonadək gedəcəyik"
Bu gün, 18:01
"Hökumət əhaliyə ödədiyi 190 milyon manatı geri alır" - BU NƏDİ BELƏ?
Bu gün, 17:58
Ukraynada Rusiya ordusunun 2 mayoru öldürülüb
Bu gün, 17:56
YTP məhkəmə qərarını icra etmir - Rezidentlə texnopark arasında qalmaqal davam edir
Bu gün, 17:49
Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:47
Gənclər üçün Prezident mükafatları verilib - SİYAHI
Bu gün, 17:45
Vasif Talıbov və Natiq Sadıqov arasında nələr baş verir… - İKİNCİNİN ÖLKƏDƏN QAÇDIĞI BİLDİRİLİR…
Bu gün, 17:43
İtə meyxana qoşan Ağamirzədən AÇIQLAMA: - “Xoruza, keçiyə olar, itə olmaz?”
Bu gün, 17:41
"Əli Həsənovun oğlu işçilərin gözü önündə "Xəzər TV"nin kafesində qəlyan çəkirdi"
Bu gün, 17:37
GÜNÜN BAXIŞ BUCAĞI... - HƏ... BELƏDİR...
Bu gün, 17:35
Ermənistanda bu dəfə nazir unitaz mövzusu ilə gündəmə çevrildi
Bu gün, 17:30
“Vosmoy bazar”ının keçmiş sahibi Ali Məhkəməyə - ŞİKAYƏT EDİB
Bu gün, 17:25
"Sem-Az" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 17:21
Zeynəb Dostəliyeva ÖLÜM AYAĞINDADIR
Bu gün, 17:18
Erməni "Telegram" kanallarının növbəti "fake"i - Gəncədə hərbi hissədə yanğın məlumatı yalandır
Bu gün, 17:12
Kərəm Mustafayevin yadına QAYDA-QANUN DÜŞÜB... - İDDİA
Bu gün, 17:11
Azərbaycan-Macarıstan əlaqələri yeni mərhələdə - GƏLİŞMƏ
Bu gün, 17:03
Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub - DETALLAR
Bu gün, 17:02
Gültəkin Hacıbəyliyə bəraət verildi
Bu gün, 17:01
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:00
Taksilərin də QİYMƏTİ QALXIR? - AÇIQLAMA
Bu gün, 16:58
Azərbaycanda banklar bağlanır? - “Bu gündən qoyulan yeni qayda...”
Bu gün, 16:57
DİN-dən İranın Azərbaycandakı NARKOŞƏBƏKƏSİNƏ QƏFİL ZƏRBƏ - KÜTLƏVİ HƏBS VƏ...
Bu gün, 16:55
Dərman qıtlığı daha da DƏRİNLƏŞİB – Məsələ niyə həll OLUNMUR?
Bu gün, 16:47
İranın PSİXİ PROBLEMİ... - NƏ ETMƏLİ?
Bu gün, 16:38
Naxçıvan həkimləri ayağa qalxdı: Tibbi sığortaya görə - NARAZILIQ VAR!
Bu gün, 16:37
Azərbaycanda 39 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib
Bu gün, 16:33
İranın bir dövlət kimi beynəlxalq arenadakı nüfuzu da HEÇ OLUB... - Ekspert danışır
Bu gün, 16:30
Çevik Polis Alayına komandir təyin edilib - AÇIQLAMA
Bu gün, 16:26
Belə şərait(sizlik)də İNSAN YAŞAYAR?.. - 21-ci əsrdir eee...
Bu gün, 16:24
2,6 milyard kapitalı olan "Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir... - BU DA FAKT!!!
Bu gün, 16:22
Erməni politoloqdan gülməli iddia: - “Səfirlikdəki terroru Britaniya Turan layihəsinə görə törədib”
Bu gün, 16:20
Erməni saytı İrəvanı ifşa etdi: - "Xankəndidə naringi də satılır, yerkökü də"
Bu gün, 16:17
Xoya yardım edən futbolçunun hesabı bloklandı - Bu da onların MÜSƏLMANÇILIĞI...
Bu gün, 16:15
İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis TƏYİN OLUNDU
Bu gün, 16:13
Abşerona polis rəisi təyin edilib - ƏMR
Bu gün, 16:12
MOLLA MEYMUNLUĞU: Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi - Məzələnirlər?..
Bu gün, 16:01
“PSG Finans” BOKT - MƏHKƏMƏYƏ VERİLDİ
Bu gün, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru