Azərbaycan beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb .....                     Sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxs təltif edilib .....                     I rübdə ARDNF-nin valyuta satışları 65% artıb .....                     İlham Əliyevdən 4,6 milyon manatlıq .....                     Prezidentin əfv etdiyi əcnəbilər kimlərdir? .....                     Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb, .....                     Donald Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib .....                     Mədəniyyət Nazirliyi Rüstəm İbrahimbəyovun filmi ilə bağlı məlumat yaydı .....                     Türkiyədə barıt fabrikində PARTLAYIŞ .....                     Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib .....                     Ukraynanın sanksiya tətbiq etdiyi Rusiya mətbu orqanlarının adları açıqlanıb .....                     İlham Əliyev 634 nəfəri ƏFV ETDİ .....                     “İlqar Məmmədovun adı siyahıda yoxdur” .....                     Dolların sabaha olan məzənnəsi .....                     Paşinyan uduzdu: .....                     Neftin qiyməti 100 dollara çatmayacaq .....                     Prezidentin əfv etdiyi siyasi dustaqlar bunlardır .....                     Yollardakı təhlükəsizliyin başlandığı ilk ünvan… .....                     Rəqqasə Zaradan yeni klip .....                     Tanınmışlardan əfvə kim düşüb? .....                     FHN Xəzərdə iki nəfərin meyitinin tapılması barədə məlumat yayıb .....                     Fazil Məmmədovun tuttdurduğu şair .....                     İbrahimbəyov fəxri adlarından məhrum edilə bilər .....                     Bələdiyyə sədrinin oğlu arvadını bıçaqlayıb başını kəsmək istədi .....                     Səhiyyə Nazirliyinin bölməsi Vergilər Nazirliyinin departamentini məhkəməyə verib .....                     Polisə çağırılan müəllim: .....                     Prezident əfv sərəncamı imzaldı .....                     “Azərbaycan xalqı əmindir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik” .....                     Şagirdlər üçün dəyişiklik .....                     İmkanlılar ehtiyacı olanlara şərait yaratsın .....                     Xəzərdə içərisində meyitlər olan qayıq aşkarlandı .....                     Rüstəm İbrahimbəyov... - Rusun bəyi bizə xidmət eliyəsi idi? .....                     Nazirlik tikinti şirkətinin ağacları kökündən çıxarması faktını aşkarlayıb .....                     Rüstəm İbrahimbəyov azərbaycanlı ad və soyadı daşısa da, əslində onun bütün mahiyyəti ermənidir .....                     Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında .....                     Durğun hava diskomfort hissi yaradacaq .....                     DİN-in idarəsi işçi axtarır .....                     “İndi təkcə varlı ailələrin “debil” uşaqları...” .....                     Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı .....                     Prezident və xanımı açılışda .....                 

Kamran ƏLİYEV
Tarix: 6-10-2016, 17:50 | Çap et
Kamran ƏLİYEV
Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə tövsiyə

Dövlət Yol Polisi tərəfindən müntəzəm olaraq yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbirlərin keçirilməsinə baxmayaraq, hələ də müəyyən olunmuş sürət həddini aşan, ötmə və manevr etmə qaydalarını pozan, hətta sərxoş vəziyyətə avtomobili idarə edən sürücülərə tez-tez rast gəlmək olur. Sözsüz ki, bu qayda pozmaları hər dəfə qəza ilə nəticələnmir. Amma qəzaların təhlilindən məlum olur ki, qəzanı törədən şəxs hadisəni törədənədək həmin qaydaları pozduğuna görə artıq bir neçə dəfə məsuliyyətə cəlb edilib. Lakin çox vaxt qəza nəticəsində zərərçəkən təkcə təqsirkar tərəf olmur. Əfsuslar olsun ki, bəzən qəza zamanı heç bir qayda pozuntusuna yol verməyən hərəkət iştirakçısı daha çox zərər görür. Belə qəzaların qarşısını almaq çətin olsa da onun nəticələrini yüngülləşdirmək, insanları ciddi zədələrdən qorumaq üçün müəyyən tədbirlər görmək mümkündür.
Adətən toqquşma, insan reaksiyasının qəzanın qarşısını almağa yetərli olmaması və ya nəqliyyat vasitəsinin idarəolunmaz vəziyyətə düşməsi səbəbindən baş verir. Çox vaxt sürücülər düşdükləri qəza vəziyyətləri haqqında danışarkən deyirlər: "Nə lazımdırsa etdim, amma qəzadan qaça bilmədim". Bəli, qəza vəziyyətində əvvəlcə sürücünün diqqəti yalnız ona yönəlir ki, toqquşmadan yayınsın. Bu alınmadıqda isə o, özünü taleyin ixtiyarına buraxır. Halbuki həmin anda, qəzaya bir neçə saniyə qalanda vəziyyətdən minimum itkilərlə çıxmaq və insanları xilas etmək olar.
Əgər avtomobilin hər hansı maneəyə çarpması qarşısıalınmazdırsa, sürücü nə etməli, özünü necə aparmalıdır?
Mütəxəssislərin çoxillik təcrübəyə əsaslanan ümumi rəyi belədir ki, qəza obyektiv reallıqdır. Təbii ki, bu barədə fikirlər adamda qorxu hissi yaradır. Lakin təkcə qorxu hissi qəzanın qarşısını almağa yetərli deyil. Axı qəzanın başqa adamın günahı üzündən baş verməsi də mümkündür. Qorxu əslində vəziyyəti daha da ağırlaşdırır. Çünki sürücü qorxu içində olduqda, lazımi tədbirləri görə bilmir və düzgün qərar vermək qabiliyyətini itirir.
Bəzən "qorxu anı" anlayışından çox yazır və çox danışırlar. Bu zaman insan beynində bir növ "qısa qapanma" nəzərdə tutulur. Əlbəttə, hərəkət şəraiti qəflətən dəyişdikdə, insan qorxa bilər. Amma söhbət reaksiya müddətindən, yəni təhlükəni duyan andan tədbir görülənədək keçən vaxtdan, yəni təxminən 0,2-0,5 saniyədən gedir. Reaksiya müddəti böyük olanlar diqqətsiz və hazırlıqsız sürücülərdir. Bu kateqoriyadan olan sürücülərə alkoqol və narkotik maddələrin qəbulu nəticəsində sərxoş vəziyyətdə olan şəxslər də aiddir. Onlar hərəkət şəraitinə lazımi səviyyədə fikir vermir, ətraflarında cərəyan edən hadisələri nəzarətdə saxlamırlar. Yaxşı sürücünün reaksiya cəldliyi isə hər şeydən əvvəl onun diqqətinin, istənilən təsadüfə hər an hazır olmasının nəticəsidir. Əsas məsələ isə düzgün reaksiyadır. Bu, cəldlikdən daha vacib şərtdir.
Adətən gənclərdə reaksiyanın yaşlılara nisbətən daha yaxşı olmasını deyirlər. Amma 80 km/saat sürətlə gedərkən, yolda şüşə qırıntılarını görərək, dərhal qarşıdan gələn avtomobillərin hərəkət zolağına çıxan gənc sürücünün cəldliyi təqdir edilə bilməz. O, cəld hərəkət etsə də, səhv qərar verir. Çünki ən yaxşı halda zəif toqquşmadan sonra maşının təmirinə xərclənən pula heç olmasa 10-12 şin almaq olardı. Gənc sürücü isə təhlükəsizliyi deyil, məhz təkərlərinin deşiləcəyindən qorxduğu üçün yanlış qərar verir.
Qəzanın qarşısını almaq üçün çox şey etmək olar. Qaçılmaz qəzanı da "yüngülləşdirmək mümkündür. Axı avtomobilin hərəkəti tətbiqi fizikanın qanunlarına əsaslanır. Tormozu basanda da, əyri xətt üzrə hərəkət edəndə də, təkərin yol örtüyü ilə sürtünmə qüvvəsini nəzərə alanda da həmin qanunları bilmək lazımdır.
Qəzaların ən ağır növü avtomobillərin frontal, yəni qarşı-qarşıya toqquşmasıdır. Çünki bu zaman hər iki avtomobilin sürəti və kinetik enerjisi cəmlənir. Belə hadisələr çox vaxt sürücülərin və sərnişinlərin ölümü ilə nəticələnir. Ona görə də qarşı-qarşıya toqquşmadan mümkün qədər qaçmaq məsləhətdir. Əgər toqquşmadan qaçmaq mümkün deyilsə, heç olmasa frontal zərbəni yan zərbə ilə əvəz etmək lazımdır. Amma bir məsələni də unutmaq olmaz ki, sürətli avtomobil yan hissəsi ilə ağaca dəydikdə, frontal toqquşmada olduğu kimi ciddi zədələr alır. Zərbə ortadan tutduqda, maşın bir növ ağacı "qucaqlayır", sərnişinlər sıxılır. Ona görə də ağaca qabaq və ya arxa qanadlarla dəymək daha təhlükəsizdir. Bu halda avtomobil fırlanır, lakin adətən ölüm halı olmur.
Əlbəttə, ən yaxşısı, ümumiyyətlə, toqquşmasız ötüşmək, yəni maşını yoldan çıxararaq, çöllüyə, boş sahəyə yönəltməkdir, sözsüz ki, buna şərait varsa. Bu halda avtomobildəki insanların həyatını xilas etmək mümkündür. Odur ki, çıxılmaz vəziyyətdə bütün iradəni toplayaraq yoldan boş sahəyə çıxmaq daha doğru qərar hesab edilə bilər.
Yol-nəqliyyat hadisələrində alınan xəsarətlərin xarakterini və potensial təhlükə istiqamətlərini təhlil edərkən statistik məlumatlar göstərib ki, toqquşmaların 75 faizi frontal, 12,5 faizi yandan və bir o qədər də arxadan dəyən zərbələrlə müşayiət olunur. Qeyd etdiyimiz kimi, ən təhlükəlisi frontal toqquşmadır. Araşdırmalara görə, avtomobillərin sürəti saatda 26 km-ə qədər olduqda, hadisə yalnız avtomobillərin zədələnməsi ilə nəticələnir. Sürət saatda 40 km-i keçəndə isə həm avtomobillər əzilir, həm də içərisindəki adamlar sükan çarxına, ön panelə, qabaq şüşəyə, salon detallarına dəyərək yaralanırlar. Unutmayın ki, saatda 50 km sürətlə gedən maşında əyləşmiş adamın kinetik enerjisi 3-cü mərtəbədən yıxılanla demək olar ki, eyni olur.
Ötən il ərzində respublikada baş vermiş yol-nəqliyyat qəzalarının 33,6 %-i, daha doğrusu 748-i nəqliyyat vasitələrinin toqquşması ilə nəticəsələnib. Bu qəzalarda 296 nəfər həlak olub, 1032 nəfər isə xəsarət alıb. Alınan xəsarətlərin xarakterinə gəldikdə isə, zədələrin 72 %-ni baş, 47 %-ni ayaq, 29 %-ni əl, 36 %-ni döş nahiyəsi və onurğa, 15 %-ni isə qarın və çanaq zədələri təşkil edib. Odur ki, əgər zərbə qaçılmazdırsa ilk növbədə başı qorumaq lazımdır. Çünki əl, ayaq, qabırğa sınıqlarının sağalması mümkündür, lakin boyun fəqərələrinin sınığı və ya başa dəyən güclü zərbə bəzən ölümcül ola bilir. Ona görə də hava yastığı olmayan avtomobildə sürücünün yanındakı sərnişin təhlükəsizlik kəmərini bağlayıbsa ayaqlarını möhkəmcə yerə dayamalı, sifətini isə əlləri ilə örtməlidir ki, zərbə zamanı qopan əşyalar onun sifətinə, yaxud gözlərinə xəsarət yetirməsin. Kəməri bağlamamış sərnişinin vəziyyəti isə daha ağır ola bilər. Çünki zərbə zamanı kəməri bağlı olan sərnişini kəmər saxladığı üçün o üzünü tuta bilir və qabaq şüşəyə çırpılmaması üçün onu kəmər saxlayır. lakin kəmərsiz sərnişin üzünü tutduğu halda əlləri ilə qabaq panelə dayaq verə bilmədiyinə görə daha ağır xəsarət almağa məhkum olur.
Təəssüf ki, arxada oturan və kəməri bağlamayan sərnişinlər heç nəyə dayaq verə bilmirlər. Qabaq oturacaqların söykənəcəkləri etibarsız dayaq olduğundan, onlar üçün ən uyğun vəziyyət böyrü üstə uzanaraq ayaqları qarına tərəf yığmaq və başı qolları arasına almaqdır.
Təhlükəli qəzalardan biri də arxadan gözlənilməz zərbədir. Belə zərbə zamanı hazırlıqsız adamın başı geriyə kəskin hərəkət edir ki, bu da yenə boyun fəqərələrinin sınmasına gətirib çıxara bilər. Təbii ki, arxadan zərbəni proqnozlaşdırmaq çətin məsələdir. Lakin buna imkan varsa və ya arxadan kəskin tormazlama səsi eşidilərsə başı və boyunu söykənəcəyə möhkəm sıxmaq, ayaqları döşəməyə və ya irəlidəki söykənəcəyə dirəmək, mümkündürsə, peysəri əllə bərk tutmaq lazımdır.
Qeyd olunan bütün hallarda bədəni boşaltmaq olmaz. Əksinə, əzələləri gəriltmək və bütün qüvvələri səfərbər etmək zəruridir.
Bəzən təhlükəli vəziyyətdə adamlar maşının qapısını açaraq, tullanmağa cəhd göstərirlər. Belə də etmək lazım deyil. Çünki faciə baş verə bilər. Adətən tullanan adam ya təkərin altına düşür, ya da çevrilən avtomobil onu əzir. Ən yaxşısı, düzgün vəziyyət alaraq yerində qalmaqdır.
Bir məsələni də qeyd edək ki, uzun müddət istismarda olan köhnə modelli "VAZ" markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisələri baş verdikdə qəzalarda insanların xəsarət alma ehtimalı daha böyükdür. Belə ki, istismar müddətini keçmiş belə avtomobillərin banı və digər texniki detalları qəzalar zamanı insanları xəsarət almaqdan qorumaq əvəzinə, əksinə insan üçün əməlli-başlı təhlükəyə çevrilir. Bunun səbəbi odur ki, möhkəmliyini itirmiş detallar zərbədən asanlıqla deformasiyaya uğraryır və insanlara xəsarət yetirir. Belə qəzalara xeyli misallar gətirmək olar.
Odur ki, gəlin hamılıqla yol hərəkəti qaydalarına həmişə riayət edək ki, nə qazaya düşmək kimsəyə qismət olsun, nə də qəza zamanı özünü müdafiə etmək.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb - Nursultan Nazarbayev
Bu gün, 18:07
Sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SİYAHI
Bu gün, 18:04
I rübdə ARDNF-nin valyuta satışları 65% artıb
Bu gün, 18:02
İlham Əliyevdən 4,6 milyon manatlıq SƏRƏNCAM
Bu gün, 17:59
Prezidentin əfv etdiyi əcnəbilər kimlərdir? - SİYAHI
Bu gün, 17:51
Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb, avro ilə azalıb
Bu gün, 17:45
Donald Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib
Bu gün, 17:44
Mədəniyyət Nazirliyi Rüstəm İbrahimbəyovun filmi ilə bağlı məlumat yaydı
Bu gün, 17:36
Türkiyədə barıt fabrikində PARTLAYIŞ - Yaralılar var
Bu gün, 17:33
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Bu gün, 17:31
Ukraynanın sanksiya tətbiq etdiyi Rusiya mətbu orqanlarının adları açıqlanıb
Bu gün, 17:14
İlham Əliyev 634 nəfəri ƏFV ETDİ - TAM SİYAHI
Bu gün, 17:08
“İlqar Məmmədovun adı siyahıda yoxdur” – Natiq Cəfərli
Bu gün, 17:03
Dolların sabaha olan məzənnəsi
Bu gün, 16:57
Şəfiqə Nağıyeva Xoşqədəmdən küsüb verilişi tərk etdi - QALMAQAL
Bu gün, 16:54
Paşinyan uduzdu: - Sərkisyanın 31 gündən sonra ilk qələbəsi
Bu gün, 16:50
Neftin qiyməti 100 dollara çatmayacaq - BP-nin rəhbəri
Bu gün, 16:43
Prezidentin əfv etdiyi siyasi dustaqlar bunlardır – ADLAR
Bu gün, 16:40
Yollardakı təhlükəsizliyin başlandığı ilk ünvan… - REPORTAJ
Bu gün, 16:39
Rəqqasə Zaradan yeni klip
Bu gün, 16:32
Tanınmışlardan əfvə kim düşüb?
Bu gün, 16:30
FHN Xəzərdə iki nəfərin meyitinin tapılması barədə məlumat yayıb
Bu gün, 16:28
Fazil Məmmədovun tuttdurduğu şair AZADLIĞA ÇIXDI
Bu gün, 16:25
İbrahimbəyov fəxri adlarından məhrum edilə bilər - İTTİFAQDAN PREZİDENTƏ MÜRACİƏT...
Bu gün, 16:23
Bələdiyyə sədrinin oğlu arvadını bıçaqlayıb başını kəsmək istədi — ŞOK TƏFƏRRÜAT
Bu gün, 16:18
Səhiyyə Nazirliyinin bölməsi Vergilər Nazirliyinin departamentini məhkəməyə verib
Bu gün, 16:15
“Muğam oxuyacam, Səməd diz çökər” – Cavanşir Məmmədov
Bu gün, 16:12
Polisə çağırılan müəllim: - "Hər hansı ciddi problem yoxdur"
Bu gün, 16:07
Prezident əfv sərəncamı imzaldı - 634 nəfərə şamil olunacaq
Bu gün, 16:06
“Azərbaycan xalqı əmindir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik” - İlham Əliyev
Bu gün, 16:01
Şagirdlər üçün dəyişiklik - Nazir açıqladı
Bu gün, 15:52
İmkanlılar ehtiyacı olanlara şərait yaratsın - Prezident
Bu gün, 15:51
Xəzərdə içərisində meyitlər olan qayıq aşkarlandı
Bu gün, 15:50
Aytən Səfərova onu söyənlərə cavab verdi: - “Mənə İnək deyənlərə...”
Bu gün, 15:49
Rüstəm İbrahimbəyov... - Rusun bəyi bizə xidmət eliyəsi idi? - Gülümsəyin, cənablar, gülümsəyin...
Bu gün, 15:43
Elçin Əlibəylidən Rüstəm İbrahimbəyova AĞIR SÖZLƏR: - “İçi çirkabla dolu, murdar...”
Bu gün, 15:25
Nazirlik tikinti şirkətinin ağacları kökündən çıxarması faktını aşkarlayıb
Bu gün, 15:14
Azərbaycanın hansı müğənnilərinin biznesi var - SİYAHI
Bu gün, 15:13
Lətafət Ələkbərova və Vüqar Muradovun səmimi rəqsi
Bu gün, 15:05
Rüstəm İbrahimbəyov azərbaycanlı ad və soyadı daşısa da, əslində onun bütün mahiyyəti ermənidir - deputat
Bu gün, 15:01
Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib
Bu gün, 14:57
Durğun hava diskomfort hissi yaradacaq - Belə deyirlər...
Bu gün, 13:00
DİN-in idarəsi işçi axtarır - Diqqət!
Bu gün, 12:58
“İndi təkcə varlı ailələrin “debil” uşaqları...” - Deputatdan universitetlərə qəbulla bağlı ETİRAZ
Bu gün, 12:55
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olunub
Bu gün, 12:53
Prezident və xanımı açılışda - məcburi köçkünlər üçün yeni “Qobu Park” yaşayış kompleksi
Bu gün, 12:50
Azərbaycanda məktəb direktorunu həbs etdirmək üçün MÜDHİŞ PLAN - TƏFƏRRÜAT
Bu gün, 12:48
İcra başçısının oğlu dövlət siyasətinə qarşı - alternativ Mətbuat Şurası...
Bu gün, 12:46
"Sayt rəhbərini yerə yıxıb, üstünə oturdum..." - Qadın məktəb direktoru
Bu gün, 12:42
Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
Bu gün, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru