Azərbaycanda ət niyə bahalaşıb? .....                     Azərbaycan prezidentinin Münhen mesajları .....                     Əli Abbasovla İltimas Məmmədov niyə həbs olunmur? .....                     İŞİD Suriyanın cənub-qərbində genişmiqyaslı hücuma başlayıb .....                     Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib .....                     İğdırdakı ağır yol qəzasında ölən Azərbaycan vətəndaşlarından 2-nin şəxsiyyəti müəyyənləşdi .....                     Akif Çovdarovun səhhəti pisləşdiyi üçün məhkəmə təxirə salınıb .....                     Banklar dolları birdən ucuzlaşdırıb... .....                     Türkiyənin ilk uzaqmənzilli raketi nümayiş olunub .....                     Fermerə böyük ziyan .....                     Dolların sabaha olan məzənnəsi açıqlanıb .....                     Hacıqabullu şair Xeybər Zəfər oğlu İgidəliyevin 80 illiyi qeyd olunub .....                     Prosineçki Azərbaycan millisinə kimin vasitəsiylə gətirilib? .....                     Şəfiqə Məmmədova “Bizim Cəbiş müəllim”dəki səhnədən danışdı .....                     “Holcim (Azerbaijan)”ın səhm paketi satılıb .....                     Cəbiş müəllimin arvadının xəyanət görüntüləri .....                     Amerikadan Fətullah Gülənlə bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA: .....                     İstanbulda partlayış: .....                     “Azərbaycanın Rusiyadan silah alması xoşumuza gəlmir” .....                     Suriyada 4 Rusiya hərbçisi öldürülüb .....                     Bakıda yeni doğulan körpə ölüb .....                     Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb .....                     İraq ordusu Mosul yaxınlığında 14 kəndi İŞİD-dən azad edib .....                     Reket baş redaktorların qəzetləri də qapadılacaq? .....                     Ərəblərlə ruslar dünyanın ən güclü qırıcısını yaradır .....                     Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksi almaq istəyir .....                     Bolqarıstan SOCAR-ı özünün neft məhsulları bazarında görmək istəyir .....                     Əflatun Amaşov bəzi qanunlara təklif olunan dəyişiklikləri şərh edib .....                     Artir Rəsizadənin MM-də illik hesabatının vaxtı məlum olub .....                     Qondarma referendum danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyil .....                     Tələbələrin təqaüdü niyə kəsilib? .....                     Beynəlxalq təşkilatlar ermənilərə təzyiq göstərməlidir .....                     “Gələcəkdə övladlarımın heç bir işinə qarışmayacağam” .....                     Saxta veteran vəsiqəsi gəzdirən generallar... .....                     "Manatın bu günə düşməsinin əsas baiskarları...." .....                     Direktorun öldüyü qəzanın görüntüləri yayıldı .....                     “İsrail və Səudiyyə Ərəbistanı bizi...” .....                     4 saylı Vərəm Dispanserində sabahın əsgərlərindən pul alınır .....                     “Avropadakı mitinqləri Fərhad Əliyev təşkil edir” .....                     İqdırda avtobus qəzasında ölənlərdən beşi azərbaycanlıdır .....                 

Bəxtiyar HACIYEV
Tarix: 6-09-2016, 12:27 | Çap et
Bəxtiyar HACIYEV
Azərbaycanda yeni turizm erası başlayır

Azərbaycanda yaxın gələcəkdə turizm sektorunun daha da inkişaf edəcəyi şübhə doğurmur. Xüsusən, cari yay mövsümündə ölkəmizə turist axınının artması artıq bu sahədə canlanma yarandığını deməyə əsas verir. Heç şübhəsiz ki, bunun əsas səbəblərindən biri ölkəmizə səfər edən əcnəbilər üçün viza rejiminin sadələşdirilməsi oldu.

Prezident İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında 1 sentyabr 2016-cı il tarixli sərəncamı bu sahənin inkişafına əlavə təkan verəcək.

Sərəncamda da qeyd olunduğu kimi, ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, habelə rəqabətə davamlı qiymət təklifinin təmin edilməsini zəruri edir.

Yaradılacaq Turizm Şurasının əsas işi isə Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasını əlaqələndirmək olacaq. Şura fəaliyyətinə müstəqil ekspertləri, mütəxəssisləri cəlb edə və işçi qrupları yarada bilər.

Yeniliklərdən biri hər il Bakıda beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) keçirilməsi olacaq. Festivallarda pərakəndə satış zamanı güzəştlərin, o cümlədən vergi güzəştlərinin təqdim olunması nəzərdə tutulur.

Turizm sahəsinə artırılan diqqət sayəsində çimərlik problemləri də tədricən həllini tapacaq. Azərbaycanda çimərlik turizminin inkişafı üçün böyük potensial var. Ölkənin sahil boyu uzanan şərq hissəsində bu turizm növünün inkişafı bəzi çimərliklərdəki baxımsız, natəmiz vəziyyətə son qoyacaq. Bundan başqa, çimərlik turizmi sahəsində sahibkarlar arasında rəqabət yaranacaq ki, bu da sahil boyu istirahət yerlərində rast gəlinən süni qiymət artımının aradan qaldırılmasına imkan verəcək.

Artıq Mədəniyyət və Turizm Nazirliyinə İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xəzər dənizinin Azərbaycana aid bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadə etməklə çimərlik turizminin inkişafına dair təkliflərini hazırlayaraq Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Məlum olduğu klimi, turizm sahibkarlar üçün əlverişli sahədir. Bu sahədə sahibkarlara əlavə güzəştlərin verilməsi isə yaxın gələcəkdə bölgələrdə yeni iş yerlərinin açılacağı deməkdir. Qarşıya qoyulan tapşırıqlardan biri də Azərbaycanın turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılmasıdır. Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının baş inkişaf planları hazırlanacaq, həmin zonalarda vergi və gömrük güzəştləri və imtiyazları təqdim olunacaq. Əlavə olaraq İqtisadiyyat Nazirliyi turizm sahəsinin inkişafına dair yerli sahibkarlar tərəfindən təqdim olunan investisiya layihələrinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi üçün fəaliyyət planı hazırlayacaq.

Həmin turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması, bu məqsədlə müvafiq torpaq sahəsi və əmlakın ayrılması da planlaşdırılır ki, bu da bölgədə yaxın gələcəkdə turizm sektorunda xidmət səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

Bundan əlavə, Azərbaycanın Rusiya, Türkiyə, İran və Gürcüstanla sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidi təmin olunacaq. Bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.

Həmçinin prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən Azərbaycan diplomatik nümayəndəliklərində turizm nümayəndələri təyin ediləcək. Məqsəd ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılmasıdır.

Ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq aviareyslərin təşkili də görüləcək tədbirlər sırasındadır.

Cari yay mövsümündə qonşu ölkələr - Rusiya və İran daxil olmaqla, ərəb ölkələrindən turist axınında təqribən 25-30 faiz artım qeydə alındı. Təbii ki, burada viza rejiminin sadələşdirilməsi ilə yanaşı, ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlər, o cümlədən idman yarışları böyük rol oynadı. Yuxarıda sadalanan tədbirlərin həyata keçirilməsindən sonra isə Azərbaycana daha uzaq xarici ölkələrdən də turist axını artacaq.

Ümumilikdə turizm sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanması üçün müvafiq qurumlara iki aydan altı ayadək vaxt verilməsi və bütün bunların dövlət başçısının tam nəzarətində olması onu deməyə əsas verir ki, növbəti bir ildə Azərbaycan turizimində nəzərəçarpacaq canlanma müşahidə olunacaq.

Turizmin inkişafı, həmçinin tarixi abidələrimizin, maddi-mədəniyyət nümunələrimizin dünyada daha geniş tanınmasında da mühüm rol oynayacaq. Belə ki, əcnəbi turistlər daha çox tarixi yerlərə həvəs göstərir, yerli sakinlərin adət-ənənəsi, məişət həyatı ilə və s. maraqlanırlar.

Qədim tarixi, zəngin mədəniyyəti olan millətimiz hər zaman qonaqpərvərliyi ilə seçilib. Azərbaycanda yaxın gələcəkdə turizmin sıçrayışlı inkişafı isə ölkəmizdə turizm mədəniyyətinin yüksək səviyyədə təşəkkül tapmasına da töhfələr verəcək.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda ət niyə bahalaşıb? - NAZİRLİK SƏBƏBİ TAPIB
Dünən, 18:00
Azərbaycan prezidentinin Münhen mesajları - ŞƏRH
Dünən, 17:32
Əli Abbasovla İltimas Məmmədov niyə həbs olunmur? - ŞOK AÇIQLAMA, FAKTLAR
Dünən, 17:31
İŞİD Suriyanın cənub-qərbində genişmiqyaslı hücuma başlayıb
Dünən, 17:25
Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib
Dünən, 17:22
İğdırdakı ağır yol qəzasında ölən Azərbaycan vətəndaşlarından 2-nin şəxsiyyəti müəyyənləşdi
Dünən, 17:18
Akif Çovdarovun səhhəti pisləşdiyi üçün məhkəmə təxirə salınıb
Dünən, 17:16
Banklar dolları birdən ucuzlaşdırıb... - Yavaş-yavaş bahalaşdırır...
Dünən, 17:05
Türkiyənin ilk uzaqmənzilli raketi nümayiş olunub
Dünən, 17:03
Fermerə böyük ziyan - 20 ton ot yandı
Dünən, 17:01
Dolların sabaha olan məzənnəsi açıqlanıb - 1,7352 manat
Dünən, 16:56
Hacıqabullu şair Xeybər Zəfər oğlu İgidəliyevin 80 illiyi qeyd olunub
Dünən, 16:53
Prosineçki Azərbaycan millisinə kimin vasitəsiylə gətirilib?
Dünən, 16:44
Şəfiqə Məmmədova “Bizim Cəbiş müəllim”dəki səhnədən danışdı
Dünən, 16:40
“Holcim (Azerbaijan)”ın səhm paketi satılıb
Dünən, 16:36
Cəbiş müəllimin arvadının xəyanət görüntüləri - Filmdən kəsilən yer var
Dünən, 16:34
Amerikadan Fətullah Gülənlə bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA: - "Tramp onu..."
Dünən, 16:31
İstanbulda partlayış: - yaralılar var
Dünən, 16:26
“Azərbaycanın Rusiyadan silah alması xoşumuza gəlmir” - Nalbandyan
Dünən, 16:25
Suriyada 4 Rusiya hərbçisi öldürülüb
Dünən, 16:24
Bakıda yeni doğulan körpə ölüb
Dünən, 16:13
Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb
Dünən, 16:00
İraq ordusu Mosul yaxınlığında 14 kəndi İŞİD-dən azad edib
Dünən, 15:51
Reket baş redaktorların qəzetləri də qapadılacaq? - Mətbuat Şurasından AÇIQLAMA
Dünən, 15:50
Ərəblərlə ruslar dünyanın ən güclü qırıcısını yaradır
Dünən, 15:47
Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksi almaq istəyir
Dünən, 15:46
Bolqarıstan SOCAR-ı özünün neft məhsulları bazarında görmək istəyir - Nazir
Dünən, 15:44
Əflatun Amaşov bəzi qanunlara təklif olunan dəyişiklikləri şərh edib
Dünən, 15:42
Artir Rəsizadənin MM-də illik hesabatının vaxtı məlum olub
Dünən, 15:41
Qondarma referendum danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyil - Azərbaycan XİN
Dünən, 15:40
Tələbələrin təqaüdü niyə kəsilib?
Dünən, 15:38
Beynəlxalq təşkilatlar ermənilərə təzyiq göstərməlidir - deputat
Dünən, 15:35
“Gələcəkdə övladlarımın heç bir işinə qarışmayacağam” - Fərda
Dünən, 15:34
Saxta veteran vəsiqəsi gəzdirən generallar... - “Onlar arasında nazir müavinləri də var”
Dünən, 15:32
"Manatın bu günə düşməsinin əsas baiskarları...." - Elman Rüstəmovla Samir Şərifova ittiham
Dünən, 15:28
Direktorun öldüyü qəzanın görüntüləri yayıldı - Video
Dünən, 15:27
“İsrail və Səudiyyə Ərəbistanı bizi...” - İran
Dünən, 15:25
4 saylı Vərəm Dispanserində sabahın əsgərlərindən pul alınır – 2 manat
Dünən, 15:21
“Avropadakı mitinqləri Fərhad Əliyev təşkil edir”
Dünən, 15:17
İqdırda avtobus qəzasında ölənlərdən beşi azərbaycanlıdır - İqdır qubernatoru
Dünən, 15:14
AİF-in bu il emissiya etdiyi istiqrazların ümumi həcmi 50 mln. manata çatıb
Dünən, 15:12
On səkkiz yaşlı qız küçədə zorlanıb - Bakıda
Dünən, 15:11
“Bu din cahil sürüsü yaradır... qorxmaq lazımdır” - Deputatdan sensasion açıqlamalar
Dünən, 15:09
“Putin Donbasda ikinci Hələb yaratmaq istəyir”
Dünən, 15:05
İpoteka Fondunun istiqrazlarının buraxılışı qeydiyyata alınıb
Dünən, 15:04
Ermənistanda məktəbdə 7 nəfər qazdan zəhərlənib
Dünən, 15:03
Akif Çovdarovun vəkilləri jurnalistlərə açıqlama verməkdən imtina ediblər - MƏHKƏMƏDƏN
Dünən, 15:02
Azyaşlı məktəblilərin qorxulu "röya"sı... – Sahibsiz küçə itləri
Dünən, 14:59
"ABŞ xüsusi xidmət orqanları Rusiya səfirini dinləyir" - Lavrov
Dünən, 14:57
"ABŞ xüsusi xidmət orqanları Rusiya səfirini dinləyir" - Lavrov
Dünən, 14:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru