İki çənəsi, üç dili olan buzov doğulub .....                     Ucuzlaşan dərmanları baha satanlara 50 min cərimə .....                     Aşağı mərtəbələrdə yaşayanlar daha gec qocalır .....                     Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib .....                     Rusiya ABŞ-ı hədələdi .....                     “Yeni Azərbaycan Partiyasını qurultayımıza dəvət etməkdə düz etmişik” .....                     "Bir-birinin acığına Türkiyəyə gedirlər" .....                     Kəlbəcər sakini olan qadın özünü bıçaqlayıb .....                     Gəncədə əsəb xəstələri dövlətin qayğısını niyə hiss etmirlər... .....                     Azərbaycanda əlifba islahatçıları .....                     “Qarabağı almağa 3-4 saat bəs edər” .....                     KXCP-nin qurultayı .....                     Səfirlik azərbaycanlıların Türkiyədə silahlıların hücumuna məruz qalması xəbərini araşdırır .....                     "İŞİD yer üzündən tam silinənə qədər birgə mübarizə aparacağıq" .....                     İyul ayında erməni silahlı bölmələri cəbhədə atəşkəsi 819 dəfə pozub .....                     Azərbaycanda ən çox cərimələnən özəl klinikalar .....                     2 yaşlı qız elektrik cərəyanı vurması nəticəsində ölüb .....                     Suriyadakı siyasi böhranın həlli mərhələsi başlayır .....                     Sərkisyan konstitusiya dəyişiklikləri fikrindən daşınmalıdır .....                     Ağstafada qrunt suları təhlükə mənbəyinə çevrilib .....                     Azərbaycanda daha bir nəfər dənizdə boğulub .....                     Bakıda 30 sərxoş sürücü saxlanıldı .....                     DİN Tacir Şahmalıoğlunun qardaşının dənizdə batması faktı ilə bağlı .....                     Halal, amma qanunsuz... .....                     Uşaqlara qarpız verməyin! .....                     İsraildə gey paradı qana boyadılar .....                     PKK 30 azərbaycanlını saxladı .....                     50 ildə ermənilərin sayı 1 milyon azalacaq .....                     Rusiya daha bu təyyarədən buraxa bilmir .....                     “Onlar Rauf Arifoğlunun kabinetinə gizlicə girirlər” .....                     Təyyarədən qorxan və heç vaxt xaricə getməyən müğənni .....                     Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək .....                     Komputer ustaları xanım müştəriləri necə şantaj edir? .....                     Binəqədidən yığılan pullar belə bölünür... .....                     Aydın Bəşirovun başıı yenidən qalmaqalda .....                     Emin Ağalarov "Səni unutmaq"ı təqdim etdi .....                     Azərbaycan 14 insan alverçisini beynəlxalq axtarışa verib .....                     Ey kövrək xəzan çağı .....                     Müştərinin xətrinə dəyməmək... .....                     Günün fotosu: Əsl centlmen... .....                 

KƏMALƏ RƏHİMLİ UZUN FASİLƏDƏN SONRA DANIŞDI
Tarix: 21-09-2012, 15:42 | Çap et
KƏMALƏ RƏHİMLİ UZUN FASİLƏDƏN SONRA DANIŞDI

Həyat bir filmdir. Kiminin qismətinə qısametrajlı səhnə əsəri düşür, kimi serialda rol alır. Bəziləri komik filmlərdə qayğısız, problemsiz obrazları canlandırsalar da, bir başqaları dramaturji yükü ağır olan filmlərdə baş rola həyat verir. Qismətdir. Ssenarisi mələklər tərəfindən yazılmış filmdə əsas məsələ odur ki, oynadığın rolu, yəni həyat missiyanı düzgün icra edəsən. Gərək düşünməyəsən ki, kadr arxasındasan, diqqətdən kənardasan. İnsan heç zaman kadr arxasında ola bilməz, çünki onu yaradan, ona daim nəzarət edən ilahi bir qüvvə var. Şükür məsləhətinə!

“Kadr arxası” rubrikasının bugünkü qonağı uzun müddətdir kadr arxasında qalsa da, yaddaşlarımızdan kadrlarını sevə-sevə izlədiyimiz Kəmalə Rəhimlidir.

- Özünüz haqda məlumat verərdiniz?

- 1952-ci ildə 5 oktyabrda anadan olmuşam. Anam Bakının Qala kəndindən, atam İsmayıllının Lahıc kəndindəndi. Müəllim ailəsində dünyaya göz açmışam. Ailədə dörd bacı, bir qardaş olmuşuq. Bu sənəti yalnız mən seçdim. Qırx bir ildir bu sənətdəyəm. 2006-cı ildə, nəhayət ki, “Əməkdar artisti” adına layiq görüldüm. Ailəliyəm, bir oğlum var.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Sənətimi sevirəm. Peşəmi sevib gəldim bu sənətə. Düzdü, ailədə atamgil razı deyildilər ki, bu sənəti seçim. Allahın qisməti də. Günlərin bir günü eşitdim ki, rəhmətlik Şəmsi Bədəlbəyli bütün rayonlar üzrə səs sahibləri üçün müsabiqə keçirir. Vokal opera ifaçısı axtarışında olan Şəmsi müəllim səsimə qulaq asdı və bəyəndi. Elə bu məsləhətlə də 1971-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinin muğam və xalq mahnıları şöbəsinə daxil oldum. Burada Əhməd Bakıxanov, Şəmsi Kərimov, Hacıbaba Hüseynov və başqa sənətkarlardan dərs aldım. Musiqi məktəbində oxuya-oxuya peşəkar səhnəyə can atdım. Artıq II kursda oxusam da, elə bir mahnı yox idi ki, onu bilməyim. Bir gün bütün utancaqlığımı geri qoyub bizim məktəbdə tar sinfində dərs deyən Ceyran Haşımovanın yanına getdim. Ondan səsimə qulaq asmasını xahiş etdim. Ceyran xanım da səsimi bəyənərək, məni ansambla qəbul etdi. İlk səfərimiz də Şəmkir rayonuna oldu. Rayon zəhmətkeşləri qarşısındakı ifam bəyənildi, “Lalə”nin solisti oldum. Sonrakı illər Azərbaycan Dövlət Filarmoniyasının solisti oldum, Ağası Məşədibəyovun ansamblında da çalışdım. 1980-ci ildən korifey sənətkarımız Rəşid Behbudovun dəvəti ilə onunla birgə səhnə fəaliyyətinə başladım. Çoxlu xarici ölkələrdə səfərlərdə oldum.

- Uşaqlıq xatirələrinizdən danışardınız...

- Evdə beş uşaq olsaq da, məni əziz-xələf kimi bəsləyiblər. Şüvəlanda yaşayırdıq. Qonşu uşaqları yığırdım həyətə. Konsert verirdim. Bir çox sənətkarlar kimi oxuyurdum. Sənətkarları yamsılayırdım. Həyətdə də uşaqlara deyirdim ki, mən oxuyub qurtarandan sonra əl çalın.

- Bəs gənclik illərinizi necə xatırlayırsınız?

- Yazıq canım, gəncliyim heç oldu ki, çox ağır keçib gəncliyim. 1965-ci ildə atam dünyasını dəyişdi, ardınca anam ağır xəstəliyə tutuldu. Və ailənin böyük övladı kimi məsuliyyət mənim üzərimdə qaldı. Təzəcə ansambla üzv yazılmışdım, artıq hər şeyin istədiyim kimi getdiyini düşünürdüm ki, gözlənilmədən anamın vəziyyəti ağırlaşdı. Son nəfəsində qardaş-bacılarımı mənə tapşırdı. Böyük bir ailənin məsuliyyətini mənim üzərimə qoyub getdi. Təsəvvür edin, iyirmi bir yaşında qız və ata-ana qayğısından məhrum bacı-qardaşlar. Mən başladım işləməyə. Konsertdən çıxıb toylara gedirdim, fasilə vermədən. Əvvəlki toylar indiki kimi deyildi. Dörd-beş saat canlı oxumalıydın. Beləcə, səhnə fəaliyyətimi davam etdirirdim, ailəmizə baxdım.

- Özünüzə hansı sualı verərdiniz?

- Bu xəstəlik niyə mənə sirdaş oldu? Bir il altı aydır xəstəyəm, çox ağır vəziyyətdə idim. Azərbaycanımız günü-gündən gözəlləşir. Mən də konsertlər vermək istəyirəm. İndiki dövrdə sənət göstərmək üçün hər cür şərait var. Hər gələn oxuyur. Biz səhnəyə gələndə toy haqda fikirləşmirdik. Bəstəkar mahnıları ifa edirdik. Bizim mahnılara bəstəkar baxmamış icazə vermirdilər oxumağa. Çünki əsl Azərbaycan mahnıları olmalı idi. İranski, Hindistanski, Fransuzski mahnıları qoymurdular oxumağa. Maşallah, indi kim nə istəyir, oxuyur. O vaxt sənətə qiymət var idi, indi sənətə qiymət yoxdu. Mən məktəbdə oxuyanda fikirləşirdim ki, müğənni olmaq üçün heç olmasa Asəf Zeynallıya daxil olmaq lazımdır. İndikilərin heç təhsili yoxdur.

- İlk müəlliminiz kim olub?

- III sinifdən mən əksər tədbirlərdə çıxış edirdim. Hamı məni balaca müğənni kimi tanıyırdı. Məktəbdə rəhmətlik tar müəllimim Cəfər müəllim səsimi sevirdi və oxumağa həvəsləndirirdi. Bu minvalla məktəb, rayon və kənd tədbirlərində oxuyurdum. Mərdəkandakı Mədəniyyət sarayında da musiqi dərsləri alırdım. Müəllimim Nəriman müəllim olub və bir çox sənətkarlar məndən imtahan götürüblər.

- Nəfsə, nəzərə inanırsınız?

- Məni bu günə elə nəfs-nəzər qoydu. Çox inanıram.

- Nəyin peşmançılığını çəkirsiniz?

- Atam, anam müəllim olublar. Anam rəhmətlik qabaqgörən insan olub. Deyirdi: “Qızım, səhnə cavanlığı sevir”. Necə deyirdi, elə də çıxdı. Yaşlı nəslə bir yer yoxdu ki, gedib işləyəsən. Dəfələrlə müraciət etmişəm, nə xeyri? Bu günə şükür edib, dövlətimizdən diqqət gözləyirəm. Amma artıq xəstəyəm. Bundan sonra gedib işləyə bilmərəm.

- Hazırda səhhətiniz necədir?

- Hər şey gözəl idi. Sənətim göz qabağındadır. Allah bu dərdə düçar elədi məni, iflic oldum. Hər şeyə əsəbiləşirəm, gücüm çatmır. Amma həmişə mübarizə aparıram ki, hər şeyə qalib gəlim. Heç kimdən heç nə istəmirəm, dövlətimdən kömək istəyirəm. Yaxınlarımın da hərəsinin öz dərdi var. Hərənin öz ailəsinə başı qarışıb. Ömür boyu konsertlər vermişəm, səhhətimlə maraqlanmamışam. Elə olub ki, əməliyyat olmuşam, səhnəyə çıxıb oxumuşam, tamaşaçıya hiss etdirməmişəm ki, mən xəstəyəm, səhnəyə çıxanda mən hər şeyi unutmuşam, yalnız sənətimi fikirləşmişəm. Sonra isə əzab-əziyyətin ağrılarını çəkmişəm. Ömür boyu zallar dolurdu, anşlaq olurdu. Bir də görürdük ki, pəncərələri sındırırlar. Nə oldu bəs? Axı canımı qoymuşam bu sənətə. Bir iş də yoxdu ki, gedəsən, işləyəsən. Evdə darıxıram. Xəstəyə nə lazımdı, stimul lazımdı ki, başı qarışsın. Mən deyirəm bu cümləni, mütləq qeyd elə. Əgər bir sənətkarı öldürmək istəyirsənsə, əvvəlcə onun sənətini əlindən al, mütləq öləcək. Mənim sənətim əlimdən alındı. İstəyirik ki, orta nəsil üçün bir iş təşkil olunsun, biz də bildiklərimizi gənclərə öyrədək. Mənim şəxsi tələbəm yoxdur. Amma vaxtında dəstək olduqlarım var ki, indi əməkdar, xalq artistləridir. Qonum-qonşu, yaxınlarım deyirlər ki, vaxt var idi Kəmalə xanım bir maşın gül çələngi ilə gəlirdi (kövrəlir). Sənətim üçün çox darıxıram. Pinəçi pinəçiliyi ilə sənəti üçün darıxır, mən də müğənniliyimlə.

- Həyatda ən böyük səhviniz nə olub?

- Səhvsiz insan olmur, səhvlərimizi düzəldirik. Canımın qədrini bilməmişəm, cavan olanda fikirləşməmişəm. Bütün sənətdə olan cavanlara məsləhətim budur ki, qədrinizi bilin. Özlərini qorusunlar. Mən fikir vermədim. Ana yanında olmayanda belədir də. Maraqlananım olmadı. Yemək yedim, yemədim, hara getdim? Sağlamlığımın qədrini bilmədim ki, bunlar gəldi başıma.

- Utancaqlığınızdan hansı şansları əldən buraxmısınız?

- Qısa zamanda populyarlaşdım. Kinorejissorların diqqətini çəkirdim. Həsən Seyidbəyli və Hüseyn Seyidzadənin filmlərinə dəvət aldım. Utancaqlığım buna mane oldu. Çox təəssüf keçirirəm ki, niyə vaxtında dəvət alanda bu şansı əldən verdim? Amma ümumilikdə bir məqamı deyim ki, bu sənət özü çox ağırdı. Gərək tamam başqa xarakterli bir adam olasan. Dözümlü və bir az sərt olmalısan ki, nələri isə deyib çıxa biləsən. Yəni öz haqqını istəməyi bacarasan. Mənə görə bu sənət çox ağır oldu. Bu ağırlığı hələ də çiyinlərimdə daşıyıram.

- Bu sənət sizə nələri verdi?

- Dövlətim tərəfindən 2006-cı ildə “Əməkdar artist” adına layiq görüldüm. Amma sənətimdə sağlamlığımı itirdim. İndi əziyyət çəkirəm.

- Göz yaşlarının əsirisiniz?

- Atamı, anamı, əzizlərimi itirəndə göz yaşlarımı saxlaya bilmirdim. Mən ölümdən çox qorxuram. Ona görə də özüm-özümə ayaqda qalıram ki, heç nə olmasın. Anasız böyümüşəm, istəmirəm övladım anasız qalsın. Anasız qalmaq çox çətindir. Ananın yerini heç nə vermir. Allahıma gecə-gündüz yalvarıram ki, bir övladımı yerbəyer edim.

- Bəs oğlunuzu evləndirmirsiniz?

- İnşallah, fikirləşirəm evləndirim, amma gərək maddi imkan olsun.

- Sevib ailə qurmusunuz?

- Düzü, gec ailə qurdum, iyirmi doqquz yaşında. Bu, mənim üçün gecdir. Sevməmişdim ailə quranda. Ailə qurandan sonra övlada da, həyat yoldaşına da sevgi olur. Hamı bilir ki, gözəl sənətkar Rəhilə xanım Həsənovanın gəlini olmuşam. Allah rəhmət eləsin ona. Ona görə onun oğlu ilə ailə qurdum ki, sənət adamıdır, sənətimi başa düşər. Məni istəyənlər çox olub. Amma mən sənətimi üstün tutdum.

- Qorxu hər birimizə müəyyən qədər tanış olan hissdir. Siz kimdən qorxursunuz?

- Mən Allahdan qorxuram. Başqa heç kimdən qorxmuram. Populyar kişi müğənniləri var idi ki, məndən qorxurdular. Sənətimə görə çəkinirdilər. Mən Rübabə Muradova, Fidan, Xuraman bacıları, Fərhad Bədəlbəyli ilə konsertlərdə bir səhnəni bölüşmüşəm, öz yaşıdlarım arasında ilk dəfə xaricə mən getmişəm. Qismət, nə bilərdim belə olacaq?

- El şənliklərinə gedirsinizmi?

- Mən hamıya minnətdarlığımı bildirirəm, sayırlar, çağırırlar. Jurnalistlər məni çox axtarır. Sağ olsun jurnalistlərimiz. Mənə qarşı çox diqqətlidirlər. Kim məni istəyir, mən də onları çox istəyirəm. İndi xəstəyəm deyə çox efirlərə gedə bilmirəm. Efir, işıq ziyandı mənə.

- Hər bir insanın xoşbəxt olmağa haqqı var. Siz necə, xoşbəxtsinizmi?

- Oğlum xoşbəxt olsun, elə bilərəm ki, mən xoşbəxtəm. Mən övladımın birini itirmişəm. Oğlum tək övladımdır. İstəyirəm xalqım, millətim xoşbəxt olsun.

- Bu yaxınlarda müsahibim Nail Naiboğlu bildirdi ki, Kəmalə Rəhimlini sevib bu sənətə gəlmişəm. Fəxr edirsinizmi ki, sizi sevib sənətə gələnlər çoxdur?

- Əlbəttə sevinirəm, o qədər mənə zənglər edirlər, sevgilərini bildirirlər ki. Nail gəncdi, sevilir öz yaşıdları arasında, mən də onun xətrini çox istəyirəm. Ona uğurlar arzu edirəm. Çox istəyirəm Nailin xətrini. Kim ki məni sevir, mən də onu sevirəm. Sevməyənə isə mənə sevgi arzu edirəm.

- Gənc, gözəl xanım olmusunuz. Kişilər Kəmalə Rəhimlinin ürəyini oğurlamaq üçün nə edirdilər?

- İnanın, məni istəyənlərə əhəmiyyət verməmişəm. Sənətimə vurulmuşam. Bütün sevgimi mahnılarıma bəxş etmişəm.

- Sizcə hər kəs öz taleyini özü müəyyən edir?

- Çox şükür, ürəkdən nə istəyirəm, Allah onu mənə verir. Allahın yazısıdı da. Bir də hərə öz hərəkətləri ilə öz taleyini müəyyən edir.

- Kəmalə xanım bu günə kimi rahat yaşayıb, yoxsa çətinlikləri çox olub?

- İnanın, qızım, həddindən çox çətinliklərim olub, özü də həmişə. Mən özümü həmişə yuxarıdan tutmuşam ki, heç kimə əyilməyim. Həm də adımı qoruyub saxlamışam ki, ləkə gəlməsin. Otuz ildir ailəliyəm, sənətdə ailəni qoruyub saxlamaq çox çətindir.

- Həyat sizin üçün hansı rəngdədir?

- Həyatda nikbin adamam. On altı ildi özüm-özümü saxlamışam, iynə-dərmanla. Heç vaxt bədbin olmamışam, hər şeydən zövq alıram. Ala-ala da yaşayıram. Bədbinə baxa bilmərəm.

- Təcrübəli müğənni kimi hazırkı şou-biznesə münasibətiniz necədir?

- Bizim dövrdə şou-biznes yox idi. Qatılmıram, nə də halım yoxdu. Böyük sənətkarlar var, qoy onlar desinlər. Hamı istəyir ki, efirdə olsun, gündəmdə qalsın. Hamısına uğurlar arzu edirəm. Muğam müsabiqələrində gənclərimizi izləyirəm, çox bəyənirəm. Bu sənətə axın çoxdu bu dəqiqə. Sənətdi, nəsildən-nəslə ötürülür.

- Hansı yerləri və kimləri ziyarət edərdiniz?

- Rəhmətlik babam 1905-ci ildə Məkkədə yeddi dəfə olub. O vaxt dəvə üstündə gedirdilər Məkkəyə. Yeddinci dəfə namazını qılıb, elə oradaca da rəhmətə gedib, orada da basdırıblar. Mənim babamın babası da Hacı olub. Bizim nəsildə hamı Hacı və namaz qılandı. İstəyirəm Məkkə ziyarətinə gedim. Allah qismət eləsin mənə. Mən özüm dini kitablar, “Quran” oxuyuram. “Quran”ın surələrini əzbərdən bilirəm. Namaz qılırdım, xəstəlikdən sonra qıla bilmirəm.

- Unudulmaqdan qorxmursunuz ki?

- Hazırda yüz əllidən çox lent yazılarım var, sənət tərcümeyi-halım zəngindir. Heç nədən də qorxmuram, unudulum da.

- Bəs sizin dərdinizə kim yanır?


- Ailəm, bir də özüm yanıram.

- Qənaətcil, simic, bədxərc, yoxsa pulun qədrini bilməyənsiniz?

- Mən həddən artıq pulu qənaətlə xərcləmişəm. Xəsis də deyiləm, pulu da xərcləməyin yolları var. Deməzdim simicəm.

- Kəmalə xanım, sizi nə qıcıqlandıra bilər?

- Haqsızlıq görəndə qıcıqlanıram. Nəsə özüm haqqında pis fikir eşidəndə o adamdan əl çəkmərəm.

- Həyatda bütün arzularınıza çatmısınız?

- Arzudan arzu doğur.

- Qısqanc insansınız?

- Deməzdim qısqanc olmuşam.

- Elə olubmu ki, bu sənətdən getmək istəmisiniz?

- Qətiyyən yox, həmişə mübarizə aparmağa çalışmışam.

- Kadr arxasında, ya önündə olmaq yaxşıdır?

- Fərqi yoxdur, ya öndə, ya kadr arxasında.

- Bu illər ərzində nələri qoruyub saxlamağa can atdınız?


- Kəmalə Rəhimli adını və soyadını.

- Özünə ad verən sənətçilərə münasibətiniz necədir?


- Beş günlük dünyadı, qoy versinlər, ürəkləri necə istəyir, qoy etsinlər. Həmişə deyirəm öz-özümə, dizi üstə sürünməkdənsə, ayaq üstə ölmək yaxşıdı. Qoy bütün bu sənətdə olanlar sağlamlığının qeydinə qalsınlar. İnanın, xəstə olsam da, günü bu gün seriallara dəvət etsələr, kimsə klip çəkmək istəsə mənə, razı olaram.








 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki çənəsi, üç dili olan buzov doğulub - FOTO
Bu gün, 16:22
Ucuzlaşan dərmanları baha satanlara 50 min cərimə - VİDEO
Bu gün, 16:19
Aşağı mərtəbələrdə yaşayanlar daha gec qocalır
Bu gün, 16:03
Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib
Bu gün, 16:00
Rusiya ABŞ-ı hədələdi
Bu gün, 15:37
“Yeni Azərbaycan Partiyasını qurultayımıza dəvət etməkdə düz etmişik” - Mirmahmud Mirəlioğlu
Bu gün, 15:36
"Bir-birinin acığına Türkiyəyə gedirlər" - Nisə Qasımova həmkarları haqda
Bu gün, 15:25
Kəlbəcər sakini olan qadın özünü bıçaqlayıb
Bu gün, 15:24
Gəncədə əsəb xəstələri dövlətin qayğısını niyə hiss etmirlər... - Pulsuz verilməli dərmanlar satışa çıxarılır
Bu gün, 15:23
Azərbaycanda əlifba islahatçıları - TARİX
Bu gün, 15:19
“Qarabağı almağa 3-4 saat bəs edər” - Polkovnik
Bu gün, 15:18
KXCP-nin qurultayı - Mirmahmud Mirəlioğlu yenə sədr seçildi
Bu gün, 15:16
Səfirlik azərbaycanlıların Türkiyədə silahlıların hücumuna məruz qalması xəbərini araşdırır
Bu gün, 15:13
"İŞİD yer üzündən tam silinənə qədər birgə mübarizə aparacağıq"
Bu gün, 15:12
İyul ayında erməni silahlı bölmələri cəbhədə atəşkəsi 819 dəfə pozub
Bu gün, 15:10
Azərbaycanda ən çox cərimələnən özəl klinikalar – ŞOK SİYAHI
Bu gün, 13:14
2 yaşlı qız elektrik cərəyanı vurması nəticəsində ölüb - Azərbaycanda
Bu gün, 13:12
Suriyadakı siyasi böhranın həlli mərhələsi başlayır
Bu gün, 13:12
Sərkisyan konstitusiya dəyişiklikləri fikrindən daşınmalıdır - Erməni politoloq
Bu gün, 13:09
Ağstafada qrunt suları təhlükə mənbəyinə çevrilib
Bu gün, 13:04
Azərbaycanda daha bir nəfər dənizdə boğulub
Bu gün, 13:02
Bakıda 30 sərxoş sürücü saxlanıldı
Bu gün, 13:02
DİN Tacir Şahmalıoğlunun qardaşının dənizdə batması faktı ilə bağlı məlumat yayıb
Bu gün, 13:00
Halal, amma qanunsuz... - Ekspert rəyləri...
Bu gün, 12:59
Uşaqlara qarpız verməyin! - ÇAĞIRIŞ
Bu gün, 12:50
İsraildə gey paradı qana boyadılar - VİDEO
Bu gün, 12:49
PKK 30 azərbaycanlını saxladı - VİDEO
Bu gün, 12:47
50 ildə ermənilərin sayı 1 milyon azalacaq – BMT
Bu gün, 12:43
Rusiya daha bu təyyarədən buraxa bilmir – Səbəb
Bu gün, 12:41
“Onlar Rauf Arifoğlunun kabinetinə gizlicə girirlər” – Tural Abbaslı
Bu gün, 12:40
Təyyarədən qorxan və heç vaxt xaricə getməyən müğənni
Bu gün, 12:31
Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək
Bu gün, 12:30
Komputer ustaları xanım müştəriləri necə şantaj edir? - Belə də olurmuş...
Bu gün, 12:29
Binəqədidən yığılan pullar belə bölünür... - başçının oğlundan “konvert” alanların SİYAHISI
Bu gün, 12:28
Aydın Bəşirovun başıı yenidən qalmaqalda - Həbsi gözlənilir...
Bu gün, 12:26
Emin Ağalarov "Səni unutmaq"ı təqdim etdi - VİDEO
Bu gün, 12:23
Azərbaycan 14 insan alverçisini beynəlxalq axtarışa verib
Bu gün, 12:17
Ey kövrək xəzan çağı - Leyla Əliyeva
Bu gün, 12:13
Müştərinin xətrinə dəyməmək... - Bakıda skuter faciəsi artır
Bu gün, 12:11
Günün fotosu: Əsl centlmen...
Bu gün, 12:04
Kürdlər PKK-nı qınayan bəyanat yaydı
Bu gün, 12:02
Sabirabad sakini Fikrət Məmmədovdan imdad dilədi... - "...ömrümün ağsaqqal yaşında evimdə dinc oturmağa belə qoymurlar"
Bu gün, 12:01
Çinlilərdən daha bir “Copy–paste” – ucuz “Gelandewagen”lər SATIŞA ÇIXIR
Bu gün, 11:57
«Haqqani şəbəkəsi»nin lideri ölüb
Bu gün, 11:51
Rusiya-Cənubi Osetiya sazişi qüvvəyə mindi
Bu gün, 11:48
“Qohumlar toydan qız şəkilləri göstərir ki, bəyənim..”
Bu gün, 11:46
"Meşəbəyi" restoranı hansı nazirə məxsusdur? - İDDİA
Bu gün, 11:45
Bakıda toydan çıxan ailə dəhşət yaşadı, - 5 ölü
Bu gün, 11:44
Hüseynqulu Bağırov vəzifədən alınır - Hakimiyyət dəyişikliklərə start verir - Daha bir neçə mühüm post sahibi yola salınır
Bu gün, 11:42
Gəncə Apelyasiya Məhkəməsinin sədri vəfat edib
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru