Əsas Səhifə > Gündəm, Manşet > "Bilmirəm necə edim..."

"Bilmirəm necə edim..."


1-08-2019, 09:39
"Bilmirəm necə edim..."
DİA.AZ: - Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 27 “E” (köhnə mənzil 5)-də müvəqqəti yaşayan Hüseynova Şəhla Xanbuta qızı (1 yaşlı tək uşaq anası) tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə və habelə Türkiyənmin Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Pul tələbi”nə dair iddia ərizəsi üzrə Nərimanov Rayon Məhkəməsinə cəlb olunmuşamdum. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrinə əsasən işə baxaraq iş üzrə 10 may 2017-ci il tarixli əsassız qətnamə çıxarmış və iddianın təmin edilməsi qət edilmişdir. Sonra isə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə birinci instansiya məhkəmə qətnaməsini kor-koranə qüvvəsində saxladı. İndi iş icraata yönəlmişdir Və hazırda Nərimanov rayon İcra Şöbəsində icra məmuru Babək Qarayevin icraatına verilmişdir. Son 4 ayda bu icra məmurunun mənə - öhdəsində 1 yaşlı uşaq olan tənha naya qarşı ən qəddar zorakılıq, nifrət, aqresiya sərgiləməklə məşğuldur. Belə ki, hazırda ailəm dağıldıqdan sonra 1 yaşlı körpəmlə birlikdə xəstə ( hazırda reanimasiyada müalicə alan) atamın himayəsinə sığınmışam. Əlacsız olduğumdan atamın təqaüdüilə dolanırıq. Hər hansı əmlakım, işim, maaşım olmadığından icra məmuru məni vadar edir ki, borcunu dərhal qaytarmasan sənə cinayət işi açıb həbsə atdıracağam. Bu bəs etmirmiş kimi, bu gün də atamgilə bizim sığındığımız evə gəlib ev əşyalarını siyahıya almağı və məhkəmə qaydasında satmağı planlaşdırır. İcra məmuru Babəkin bu özbaşnalığı məni intihar həddinə çatdırıb. Bilmirəm necə edim.
Bir daha xatırladım ki, iddiaçı olmuş və qonşuluğumuzda yaşayan Cəmilə oğlu Eldarın firmada işlərkən mənimsədiyi külli-miqdarda pulları geri qaytarmaq və Abşeron polisində cinayət işini ört-basdır etmək üçün tələb olunan pulu düzüb-qoşmaq üçün bizə gəlib yaşadıqları evin əvəzinə ona təcili olaraq 12000 manat pul verməyi ağlaya ağlaya xahiş etmişdir. Rəhmətlik anam Validə xanım da pulu vermiş, qalan pulları da hissə -hissə evimizin içində vermişdir.Aradan 7 il ötdükdən sonra Heydər adlı birisi ona nümayəndəlik etmiş və “sübutu olmayan pulların” onlara verilmədiyi tələbilə iki dəfə bizə qarşı vicdansızcasına iddia qaldırmışdır. “Evdən çıxarılma” barədə iddiası təmin edilməyən indiki eyni iddiaçının yenidən həmin evlə bağlı olan “Pul tələbinə dair” iddiası da əsassız olmuşdur. Anam Validə xanım həqiqətən iddiaçı Cəmiləyə hissə hissə qalan pulları (müqaviləyə əsasən qeyd edilən 25000 manat pulun) 2011-ci ilin payızınadək ödəyib qurtardıqdan sonra cavabdeh tərəf evdən çıxması üçün bizdən möhlət istəmiş və 2012-ci ilin may ayından könüllü olaraq evi tərk etmişlər. Bu zaman onlara qarşı heç bir zorakılıq olmamışdır. Və bu məsələyə Ali Məhkəmənin 03 noyabr 2016-cı il tarixli Qərarı ilə yekun vurulmuşdur. Belə olan halda iddiaçının yenidən aradan keçən 2011-2017-ci illər 6 ildən sonra özlərinin uydurduğu pul məbləğni yenidən məhkəmədə mübahisələndirməsi qanunsuzdur. İşin faktiki halları da onu deməyə əsas verir ki, iddiaçı tərəf ailə üzvlərilə birlikdə evin bizə verilməsinə dair notarial təsdiq edilmiş razılıq ərizəsi də təqdim etmişlər. Əgər bu adamlar pullarını sonadək almasaydılar heç vaxt evi öz xoşlarılə tərk etməzdilər. Və bizim də qarşılıqlı müqavilə üzrə öhdəliklərimizi yerinə yetirmək məcburiyyətində olardıq. Hətta evin nəzərdə tutulmuş pulu hissə hissə ödənilib qurtardıqdan sonra da cavcbdehin ailəsi digər yaşayış yeri tapanadək mübahisələndirilən evdə qalmalarını xahiş etmişlər. Biz də xahişi nəzərər almışıq. Heç kim onları zorla evdən qovmamışdır. Belə olan halda 6 ildən sonra cavbdeh tərəfin şəxsən mənə qarşı pul iddiasıilə məhkəməyə müraciət etməsi qanunvericiliyə ziddir. Çünki pul tələbilə bağlı iddia verilərkən iddia müddətinin 3 il olduğu Mülki Məcəllədə qeyd olunmuşdur. Və iddia müddəti çox təəssüflər olsun ki, sifariş yerinə yetirən Nərimanov Rayon Məhkəməsinin hakimi K.Əmirxanova tərəfindən qəsdən nəzərə alınmamışdır.

Hazırda Nərimanov İcra şöbəsinin müdiri və icra məmuru mənə qarşı sifariş əsasında çox qəddar münasibət sərgiləyir, sıxma-boğmaya alır, hədə-qorxu gəlir, barəmdə cinayət işi açacaqlarıilə hədləyir və s. yaramaz hərəkətlər. İndi də bu gün gəlib atamın ev əşyalarını siyahılaşdırıb sonra satmağı planlaşdırırlar. Bu binəvalar hələ də bilmirlər və ya bilmək istəmirlər ki, ata övlada görə hər hansı məsləyə görə cavabdeh deyil. Niyə mənə görə Nərimanov İcra şöbəsi başqasının əmlaklarını yağmalamalı və özbaşına satmalıdırlar? Kim verib bunlara bu səlahiyyəti?

Çoxhörmətli, Mehriban xanım! Sizə bir qadın və ana olaraq müraciət edirəm. Mənə qarşı əvvəlcədən planlaşdırılmış məhkəmə oyunbazlığını və icra özbaşnalığının son həddə çatmasının əsil səbəblərinin araşdırılması barədə göstəriş verəsiniz.

Hörmətli, nazir Fikrət müəllim, yaxşı bilirsiniz ki, cənab Prezident məhkəmə sistemində islahatların aparılmasını Sizə həvalə etmişdir. Budur, tənha qadına qarşı Nərimanov İcra şöbəsi tərəfindən törədilən bu özbaşnalıqlara nə ad vermək olar? Yaxşı olardı ki, Sizin İCRAÇILAR vaxtilə Beynəlxalq Bankdan 800 milyon (“Xəzər adaları” layihəsi adı altında) manat kredit götürüb mənimsəmiş İbrahim İbrahimovdan, BB-Moskva filialından 10 milyon dollar kredit götürmüş diplomatımız Qüdsi Osmanovdan, 50 milyon kredit götürmüş Bəyalı Mürsəlovdan və adları hələ də KİV və ictimaiyyətdən gizli saxlanılan general qohumlarından dövlətə məxsus pulların geri qaytarılmasını təmin etsinlər. Əgər Nərimanov İcra Şöbəsinin icra məmurları atamgilin qapısını sındırmağa çalışsalar onda özümü eyvandan körpəmlə birlikdə atıb intihar edəcəyəm. Bütün məsuliyyət də Nərimanov İcra Şöbəsinin və onun imansız məmurlarının üstünə düşür.

Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsindən xahiş edirəm ki, məhkəmə oyunbazlığıilə düşdüyüm şərdən və böhtanlardan qurtulmaq üçün mənə max köməklik göstərilsin.

Hörmətli, Türkiyə Səfirindən də xahiş edirəm ki, Nərimanov İcra Şöbəsi məni həbs edəcəyi təqdirdə yetim qalan kiçik körpəmi Səfirlik himayəyə götürüsün və həddi-bulluğa çatanda Türkiyə dövlətinə təhvil versinlər.

Geri qayıt