Vətəndaşlar dövlətin tətbiq etdiyi qaydalara riayət etməsələr, ölkədə qorxulu vəziyyət yaranacaq .....                     Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? .....                     TƏBİB koronavirusla əlaqədar səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir .....                     "Pandemiya dövründə ikiqat məsuliyyətli olmalıyıq" .....                     MTRŞ-ya yeni üzv təyin olunub .....                     Naxçıvanda artilleriya bölmələri gecə şəraitində taktiki təlim keçirib .....                     KİVDF-yə yeni icraçı direktor təyin olundu .....                     Partiya sədrinin müavini “Eurohome”a səsləndi: .....                     Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb .....                     "Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər" .....                     Bakıda onlayn narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb .....                     Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ü keçib .....                     Tərtərdə dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir .....                     Azərbaycan çempionu 2 oğlu ilə birlikdə karantinə alındı .....                     Milli Məclisin deputatları xidməti vəsiqə ilə hərəkət edəcək .....                     Rusiyadan qayıdan Azərbaycan vətəndaşları karantinə yerləşdiriliblər .....                     Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü .....                     Milli Məclisin iclasının vaxtı .....                     “OPEC+” ölkələrinin danışıqları aprelin 9-da keçirilə bilər .....                     "Araz" supermarketində ENDİRİM FIRILDAĞI .....                     Güneydə virus tüğyan edir: .....                     MSK-nın maşını oğurlandı .....                     Rusiyada tanınmış azərbaycanlı iş adamı və diaspor üzvü dünyasını dəyişdi .....                     “Azeri Light” 3,90 dollar .....                     Bakıda erməni qadın məhkəməyə müraciət etdi .....                     ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib .....                     Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin görüşünə qatılacaq .....                     Gürcüstanda koronavirusdan ilk ölüm qeydə alınıb .....                     Koronavirusa yoluxan Neftçala sakini: .....                     Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib .....                     15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə... .....                     Akademik Hüseyn Əhmədov vəfat etdi .....                     Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı ölkələrə dəstək verir .....                     Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir .....                     Avtomobillə sərnişindaşıma qadağan olunacaq .....                     Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq .....                     Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır .....                     ATV də Prezidentin çağırışına qoşuldu .....                     Qazaxda 25 yaşlı gənc bıçaq xəsarəti aldı .....                     “Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” .....                 

TƏBİB buraları da "müalicə etməlidir"... - 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında BİABIRÇI MƏNZƏRƏ
Tarix: 19-03-2020, 09:54 | Çap et
TƏBİB buraları da "müalicə etməlidir"...
Son bir neçə ildir ki, səhiyyəmizdə baş verənlərə, edilən qanunsuzluqlara və vətəndaşların incidilməsi xəbərlərini alarkən, heç də təəccüblənmirik desək, yəqin ki, yanılmarıq.

Əslində, son bir neçə il ərzində səhiyyəmiz irəliləməli, yeni nailiyyətlər qazanmalı idi. Çünki bu son bir neçə il ərzində səhiyyə sahəsinə ayrılan vəsaitlər, yeni xəstəxanaların tikilməsi, köhnə binaların yenisilə əvəzlənməsi, ən son avadanlıqların səhiyyə ocaqlarında istifadəyə verilməsi buna əyani sübutdur.

Lakin bütün bunlara rəğmən, səhiyyəmiz irəliləmək əvəzinə, daha da geriləyir. Səbəbini isə bir neçə cür izah edirlər. Bəzi ekspertlər hesab edir ki, səhiyyəmizdə irəliləyişin olmaması, bu sahədə çalışan həkimlərin əksəriyyətinin savadsız olması ilə bağlıdır.

Məsələn, elə həkim var ki, ixtisasca uroloqdur, lakin digər xəstələrə də məsləhətlər verir, onlara hansısa dərmanları yazır. Bəzi ekspertlər isə, düşünürlər ki, səhiyyəmizdəki əskiklərin olması, əksər xəstəxanalara təyin edilən baş həkimlərin səhlənkarlığı ucbatındandır.

Bildiyimiz kimi, bu gün paytaxtda dövlət xəstəxanaları ilə müqayisədə özəl tibb ocaqları daha üstünlük təşkil edir. Burada vətəndaşlar arasında ad-san, inam qazanmışları da var və əksinə cəmiyyət arasında inamsızlıq yaradanları da. Əslində bu gün, özəl xəstəxanalarda xərc daha az çıxır, nəinki, dövlət xəstəxanasında.

Bunu əminliklə qeyd etməyimiz də, əsassız deyil. Çünki səhiyyə ilə bağlı daxil olan şikayətlər, həmin şikayətlərdə dövlət xəstəxanalarının əksəriyyətindəki durum, vətəndaşların incidilməsi, xəstə müraciət edərkən, dərmanların xəstə yaxınlarına aldırılması, hətta qapıda dayanan gözətçinin belə, nəsə umaraq vətəndaşların xəstəxanaya daxil olmasına icazə verməsi daxil olan şikayətlər sırasındadır. Və durumlar belə davam etsə, görünən odur ki, vəziyyət daha da pisləşəcək.

Təxminən bir neçə il öncə paytaxtın bir sıra tibb müəsissisələrində yoxlamalar həyata keçirildi və bir neçə xəstəxanada ciddi nöqsanların olduğu aşkarlandı. Həmin tibb müəssisələrinin məsul şəxsləri barədə qanunda nəzərdə tutulmuş qaydada ölçülər götürüldü, bir sıra məsul şəxslər məsuliyyətə cəlb olundular.

Lakin bu yaşananlardan sonra da, vəziyyət dəyişmədi. Hətta deyərdik ki, həmin ərəfədə səhiyyə ocaqlarında vəziyyət azacıq da olsa, normal olur. Lakin bir müddət sonra həmin hadisələr unudulur və əksər dövlət xəstəxanaları əvvəlki prinsipləri ilə işləməyə davam edirlər.

Səhiyyə naziri Oqtay Şirəliyev hər zaman müsahibələri zamanı dövlət xəstəxanalarında müayinə və müalicə prosedurlarının pulsuz olduğunu deyir. Lakin görünür bir çox səhiyyə ocaqlarının rəhbərləri nazirin bu fikri ilə razı deyillər. Bu gün yenidən səhiyyə mövzusunda danışmaqda məqsəd, redaksiyamıza daxil olan şikayətlə bağlıdır.

Redaksiyamıza daxil olan şikayət Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 6 ünvanında yerləşən 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasındandır. Onu da diqqətinizə çatdıraq ki, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında baş həkim vəzifəsini 2019-cu ildən Əhmədova Güllü müvəqqəti icra edir.

5 saylı poliklinikada yaşananlar barədə redaksiyamıza daxil olan şikayətlər, vətəndaşların səhiyyə ocağından narazı olması Güllü Əhmədovanı heç də narahat etmir. Çox güman ki, narahat etsə idi, iki ay sonra yenidən həmin tibb müəssisəsindən şikayət daxil olmazdı.

Şikayətçi pasiyentlərin sözlərinə görə, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında bəzi həkimlər öz şəxsi maraqlarını güdürlər. Əgər həkimi “görə” bilmirsənsə, o zaman hər hansısa bir müayinə də olmayacaq.

Qeyd edək ki, Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minən qərara əsasən 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası da TƏBİB-in tabeliyinə keçib. Bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Bununla belə TƏBİB-in tabeliyinə keçən dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz olmasına dair xüsusi qanun maddəsi olduğu halda, bu gün istisnasız olaraq bütün xəstələr 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədovadan tutmuş, tibb bacılarına qədər, hamısını görməli olurlar. Belə olan halda isə, təbii ki, həmin tibb ocağında həkimlərə olan hansısa inamdan, xəstələrin düzgün müayinə və müalicəsindən söhbət belə gedə bilməz.

Digər tərəfdən isə, 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında yaranmış vəziyyətdən şikayətlənən xəstələr, həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edirlər. Belə ki, baş həkim daxil olmaqla, digər həkimlər də poliklinikadan öz mülkləri kimi istifadə edir. Xəstələrə qarşı soyuq münasibət nümayiş etdirirlər.

Sanki xəstələr onlar üçün gəlir mənbəyidir. Bu azmış kimi, poliklinikada həkim belə tapmaq, müşkül məsələyə çevrilib. Səhər saat 9 radələrində poliklinikaya getsən, həkim tapmaq olmur. Eşidəcəyimiz isə iki cavab var. Həkim ya məzuniyyətdədir, ya da, hələ gəlməyib.

O zaman belə çıxır ki, təcili olaraq poliklinikaya yollanmış xəstə həkim gələnə kimi ən yaxşı halda gözləməli və yaxud da, ölməlidir. Hələ səhiyyə ocağındakı tibbi avadanlıqları demirik. Sözügedən ünvanda tibbi avadanlıqları ya işləmir, ya da ümumiyyətlə yoxdur. Sadəcə olaraq, həkimlər günlərini keçirmək üçün evdən çıxıb, 5 saylı poliklinikaya yollanırlar.

Bir sözlə, daxil olan şikayətlər Güllü Əhmədovanın icra etməli olduğu işləri unutduğunu və dövlət xəstəxanasını, əməlli başlı özəl səhiyyə ocağına çevirdiyini göstərir. Bu isə ilk növbədə qanunlara qarşı çıxmaq və vəzifədən sui istifadə etmək deməkdir.

5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası ilə bağlı araşdırmamızı davam edirəcəyik.

Gələn yazılarımızda 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının 3 sot torpaq ərazisinin kim tərəfindən və necə satılmasını,

5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının rəsmi 248 nəfər işçisi olduğu deyilsə də, cəmi neçə nəfərin işlədiyi və burada "ölü canların" hesabına nə qədər maaş kartının kimlərin cibində olmasından,

5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında nə üçün işçilərin gündəlik işə gədiyi halda onların iş stajını 0.25-lə işə götürüb, maaşlarının kəsilməsindən,

5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədova Bakı şəhər Baş Səhiyyə İdarəsində kimə arxayın olub, istədiyi işçini çıxarmasından və digər faktları işıqlandıracayıq.

Bizi izləyin.

P.S. Məsələ ilə bağlı 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədovaya zəng etdik, jurnalist olduğumuzu bildirsək də, bizə zəng edib cavab verəcəyin dedi. Ancaq hələ də qarşı tərəf kimi baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədovanın münasibət bildirəcəyini gözləyirik.
Millətinsəsi.info





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşlar dövlətin tətbiq etdiyi qaydalara riayət etməsələr, ölkədə qorxulu vəziyyət yaranacaq
Dünən, 18:03
Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? - DOSYE
Dünən, 18:01
TƏBİB koronavirusla əlaqədar səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
Dünən, 17:58
"Pandemiya dövründə ikiqat məsuliyyətli olmalıyıq"
Dünən, 17:57
MTRŞ-ya yeni üzv təyin olunub
Dünən, 17:53
Naxçıvanda artilleriya bölmələri gecə şəraitində taktiki təlim keçirib - VİDEO
Dünən, 17:51
KİVDF-yə yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM
Dünən, 17:49
Partiya sədrinin müavini “Eurohome”a səsləndi: - “Vətəndaşları dövlətdən narazı salmayın”
Dünən, 15:09
Xalq artisti insanları evdə qalmağa səslədi - VİDEO
Dünən, 15:06
Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb - FOTO
Dünən, 15:04
"Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər" - Allahşükür Paşazadədən önəmli açıqlama
Dünən, 14:59
Bakıda onlayn narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb - FOTO
Dünən, 14:57
Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ü keçib
Dünən, 14:48
Tərtərdə dezinfeksiya işləri mütamadi olaraq davam etdirilir - FOTO
Dünən, 14:47
Azərbaycan çempionu 2 oğlu ilə birlikdə karantinə alındı
Dünən, 14:34
Milli Məclisin deputatları xidməti vəsiqə ilə hərəkət edəcək
Dünən, 14:31
Rusiyadan qayıdan Azərbaycan vətəndaşları karantinə yerləşdiriliblər
Dünən, 14:31
Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü
Dünən, 14:29
Milli Məclisin iclasının vaxtı DƏYİŞDİRİLDİ
Dünən, 13:51
"İki corabı cütləyə bilməyən arvadlar var"
Dünən, 13:45
“OPEC+” ölkələrinin danışıqları aprelin 9-da keçirilə bilər
Dünən, 13:41
"Araz" supermarketində ENDİRİM FIRILDAĞI - FAKT
Dünən, 13:39
Güneydə virus tüğyan edir: - Qəzvində 149 nəfər ölüb
Dünən, 13:35
MSK-nın maşını oğurlandı
Dünən, 13:34
Rusiyada tanınmış azərbaycanlı iş adamı və diaspor üzvü dünyasını dəyişdi
Dünən, 13:31
“Azeri Light” 3,90 dollar - BAHALAŞDI
Dünən, 13:30
Bakıda erməni qadın məhkəməyə müraciət etdi - FOTO
Dünən, 13:28
ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib
Dünən, 13:26
Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin görüşünə qatılacaq
Dünən, 13:25
Gürcüstanda koronavirusdan ilk ölüm qeydə alınıb
Dünən, 13:04
Koronavirusa yoluxan Neftçala sakini: - “Nəfəs almaq mənim üçün çətin idi...”
Dünən, 13:03
Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib
Dünən, 12:59
15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə... - Azərbaycanda müəllimdən şok əməl
Dünən, 12:58
Akademik Hüseyn Əhmədov vəfat etdi
Dünən, 12:57
Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı ölkələrə dəstək verir
Dünən, 12:54
Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO
Dünən, 12:53
Avtomobillə sərnişindaşıma qadağan olunacaq - AÇIQLAMA
Dünən, 12:48
Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq - Belə deyirlər...
Dünən, 12:41
Abşeron rayonunda mütəmadi olaraq dezinfeksiya işləri aparılır
Dünən, 12:37
ATV də Prezidentin çağırışına qoşuldu – 50 min manat ianə
Dünən, 12:35
Qazaxda 25 yaşlı gənc bıçaq xəsarəti aldı
Dünən, 12:30
“Bakının mərkəzindən kənarda olan rayonlarda belə internet problemi var” - Distant təhsilə əngəl
Dünən, 12:28
"Yaşım 65-i keçib, buna görə evdən çölə çıxmıram" - Xalq artisti
Dünən, 12:25
DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi - Diqqət!
Dünən, 12:10
Karantin rejimini pozan şəxsin narkotacir olduğu ortaya çıxdı
Dünən, 12:03
Bakıda kişi özünü səkkizinci mərtəbədən atdı
Dünən, 12:02
Təhsil eksperti universitetləri tənqid etdi: - “Bina və partadan ibarətdirlər”
Dünən, 11:58
"Ac qalan insanlara və ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməlidir" - deputat
Dünən, 11:55
9 nəfər inzibati qaydada həbs edilib, 5073 nəfər inzibati cərimə olunub
Dünən, 11:52
Ukraynada 28 nəfər koronavirusdan ölüb
Dünən, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru