Bu gün dollar neçəyə olacaq? .....                     Buraxılış imtahanlarının nəticələri elan olunub .....                     Buraxılış imtahanlarının nəticələri elan olunub .....                     “Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər” .....                     “8-ci kilometr” bazarında ilginc mənzərə: .....                     Gürcüstandakı iğtişaşda .....                     Qırıcı və bombardmançılar .....                     Sakinlərlə maarifləndirici söhbətlər aparılıb .....                     Konstitusiya Məhkəməsi əmanətlərin sığortalanması ilə bağlı qərar verdi .....                     "Azərbaycan bayrağını öpməsən, məni səni yerə göməcəm..." .....                     “Nəticə bir həftəyə bilinəcək” .....                     Türkiyədə bayrağa həqarət edən bu abıra düşür... .....                     Ermənilər Gürcüstanda da təxribata əl atdı: .....                     Erməni xisləti və Azərbaycan diasporu: ermənilər üçün yeni sürprizlər .....                     Komandalarımızın rəqibləri bəlli oldu .....                     I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı .....                     Metropolitendə dağıdılan milyonlar .....                     Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxdu, 278 nəfər sağaldı .....                     Ağacları zədələyən şəxs cəzalanıb .....                     Bu şirkətlərə nəzarət edən yoxdur? .....                     Tələbələrə sırınan LAZIMSIZ İXTİSASLAR: .....                     “Ramiz Mehdiyevin indi tez-tez danışması özünümüdafiə instinktinin təsiridir” .....                     Deputatlar Mirşahinə cavab verdi .....                     “Xərclərimiz yaranıb, bunu Səhiyyə Nazirliyi və TƏBİB aparmalıdır, amma...” .....                     Anar Kərimov Əbülfəs Qarayevin yaxın adamını işdən çıxardı .....                     BP Azərbaycandan gedərsə... .....                     "AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı" .....                     "“Şahdəniz” bizim üçün əsas mənbədir" .....                     “Manatın kursunu müəyyənləşdirən əsas amil neftin qiymətidir” .....                     Gürcüstanda azərbaycanlı ailəyə hücum olub .....                     "Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir" .....                     "Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaq" .....                     "Ancaq mən tam əminəm ki..." .....                     "Məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır" .....                     "Əminəm ki, növbəti illərdə ölkəmizə böyük fayda verəcək" .....                     Lerikin başçısı tam təhlükəzislikdədir... .....                     Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib .....                     Lerikə qeyri-qanuni yollarla istirahətə gələn daha 24 nəfər cərimələndi .....                     Rüşvət alan məmurlar hakim qarşısına çıxarılır .....                     Tullantı sularının təkrar emalı sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçiriləcək .....                 

Eldar Quliyevin elmi fəaliyyətində “qaranlıq” məqamlar… - O, müxtəlif sahələrə aid bir belə kitabı necə yazıb?
Tarix: 4-02-2020, 09:23 | Çap et
Eldar Quliyevin elmi fəaliyyətində “qaranlıq” məqamlar…
Neçə illərdir ki, Azərbaycanda bəzi tanınmış şəxslərin eyni vaxtda bir neçə yüksək vəzifəyə sahib olması sanki adət halını alıb. Ötən illərin təcrübəsi göstərir ki, bu praktika heç də özünü doğrultmur və əgər islahatdan, inkişafdan danışırıqsa,belə hallara birdəfəlik son qoymalıyıq.Axı, biz kifayət qədər savadlı, istedadlı və bacarıqlı xalqıq. Hər bir yüksək vəzifəni icra etmək üçün istənilən sayda peşəkar mütəxəssislərimiz, layiqli kadrlarımız var. Belə olan təqdirdə nəyə görə, kimlərsə 3-4, bəzən də daha çox vəzifə kreslosunu zəbt etməli, savadına, qabiliyyətinə görə heç də onlardan geri qalmayan digər şəxslər isə kənardan baxmalıdır?
Məlum məsələ ilə bağlı adı daha çox hallanan şəxslərdən biri də iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir. Gəlin, onun tutduğu vəzifələrə diqqət yetirək:Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini (bir müddət əvvəl parlamentin buraxılmasına və fevralın 9-da növbədənkənar seçkilər təyin edilməsinə baxmayaraq, onun yenidən həmin vəzifəni tutacağı gözlənilir- Faktinfo.az), “Azərittifaq”ın idarə heyətinin sədri,Azərbaycan Kooperasiya Universitetinin rektoru və şair və ilaxır...

Soruşmaq lazımdır ki, ay hörmətli Eldar müəllim siz bu qədər işin öhdəsindən necə gəlirsiniz? Savad, istedad bir yana, axı, bütün bu işlərə vaxt çatdırmaq heç fiziki cəhətdən də mümkün deyil, axı. Adam gərək bunun üçün sutkanın 24 saatının hamısını iş başında ola. Bu isə təbii ki, mümkün deyil.

Tabeçiliyində olan digər bir sıra qurumlara nəzarət də Eldar Quliyevin üzərinə düşdükdə bunu təsəvvür etmək bir o qədər də çətin deyil.Eldar müəllim bu qədər işin əlindən necə vaxt tapır ki, ayrıca olaraq həm də Milli Məclisə təkrar seçilmək istəyir.Məgər 28 saylı Sabunçu Birinci Seçki Dairəsində ona olan münasibəti görmür? Nə isə...

Son vaxtlar gündəmi zəbt edən məsələlərdən biri də Azərbaycan elmindəki biabırçılıqlar, bu sahədə neqativ halların gündən-günə artmasıdır. Az qala hər gün KİV-lərdə elm sahəsində plagiatçılığın kütləvi hal almasından, plagiatçı alimlərin çoxalmasından bəhs edilir, hətta yeni-yeni konkret adlar da çəkilir.

Bir vaxtlar dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dediyi aşağıdakı sözlər də artıq dəyərini itirməkdədir:

Qüdrət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

İndi vəziyyət tamam başqadır. Artıq dissertasiya müdafiə etmək, elmi dərəcə almaq üçün uzun illər ərzində elmi axtarışlar aparmaq, yuxusuz gecələr keçirmək, çoxsaylı prosedurlardan keçmək və sonda ortaya samballı elmi əsər qoymaq o qədər də vacib deyil. Elə buna görədir ki, son bir neçə on ildə iri çinli məmurların, millət vəkillərinin, iş adamlarının, hətta şou-biznes nümayəndələrinin elmi dərəcələrə sahiblənərək , özlərini cəmiyyətə alim kimi sırımaları adi hala çevrilib. Təbii ki, belələri “müdafiə” etdikləri elmi işlərin mahiyyətini dərindən anlamırlar. “Namizədlik” və ya “doktorluq” dissertasiyaları onlara hazır şəkildə təqdim edilir, elmi şuralar, aidiyyatı səlahiyyət sahibləri isə tapşırıq və ya rüşvət müqabilində məsələni asanlıqla “yoluna qoyurlar”.

Acınacaqlı haldır ki, həqiqi elm adamları təkcə mövzunun adını təsdiqlətmək üçün illərlə get-gələ salınır, “plagiat alimlər” isə cəmi 5-6 ilə hətta professor adına layiq görülürlər. Ən pisi də odur ki, bu cür hallar nəinki azalmır, əksinə getdikcə daha da çoxalır.

Hər zaman həqiqət sorağında olan Faktinfo.az saytı Azərbaycan elmini uçuruma aparan plagiatçılıqla bağlı dəfələrlə tənqidi yazılar verib, saxta yollarla elmi dərəcə alan “alim”lərin adlarını gündəmə gətirib.

Bu qəbildən saytın əldə etdiyi növbəti faktlar “Azərittifaq”ın idarə heyətinin sədri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sabiq,həm də böyük ehtimalla gələcək sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevin elmi fəaliyyəti ilə bağlıdır. Əvvəlcə onu qeyd edək ki, E.Quliyevin elmi işlərinə, elmi dərəcələrinə şübhə ilə yanaşılması məsələsi yeni məlumat deyil. Bu barədə dəfələrlə qəzetlərdə, saytlarda müzakirələr aparılıb, tənqidi fikirlər səsləndirilib, hətta çıxışlarındakı məntiqsiz, savadsız ifadələr lağa qoyulub. Məsələn,Eldar Quliyev haqqında mətbuatda gedən yazıların birində göstərilir ki, o, məqalə ilə tezisin fərqini bilmir, anlamır ki,bir məqalənin içərisində 50-100 tezis də ola bilər.Belə bir şəxsin elmlər doktoru,professor adını daşıması necə şübhə doğurmasın? Həmçinin,KİV-in qeyd etdiyinə görə,E.Quliyev elmi-konfrans anlayışından da xəbərsizdi.

Biz isə hər şeydən əvvəl Eldar Quliyevin həyat və fəaliyyəti ilə bağlı bəzi məqamları xatırlatmağı məqsədəuyğun sayırıq:

“1951-ci il təvəllüdlü Eldar Quliyev 1973-74-cü illərdə Elmi-Tədqiqat İnstitutunda işləyib. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliıyi sistemində məsul vəzifələrdə çalışıb, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olub. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İttifaqın İdarə Heyətinin sədri seçilib və indiyə qədər həmin vəzifəni icra edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektorudur.

2009-cu ildə namizədlik, 2013-cü ildə doktorluq dissertasiyası müdafiə edib. II,III,IV,V çağırış (hətta gözlənilir ki, VI çağırışda da bu "uğur" təkirarlansın) Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

Göründüyü kimi, E.Quliyev namizədlik dissertasiyasını 58, doktorluq dissertasiyasını isə 62 yaşında müdafiə edib. Maraqlıdır ki, E.Quliyevin müəllifi olduğu digər elmi əsərlər, dərs vəsaitləri də son illərdə yazılıb:

1. Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri”. Ali məktəblər üçün dərs vəsaiti, Bakı, “Kooperasiya” 2011.

2. “Gömrük işinin təşkili”. Ali məktəblər üçün dərs vəsəaiti. Bakı, “Kooperasiya”, 2012.

3. “Etibarlı ərzaq təminatı sistemi: Kooperasiya və İnteqrasiya problemləri”. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, “Elm” nəşriyyatı, 2013.

4. Aqrar iqtisadiyyat. Ali məktəblər üçün dərs vəsaiti. Bakı, “Kooperasiya” 2015.

5. Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər. Monoqrafiya, Almaniya, Cologne, 2017.

Göründüyü kimi, bu əsərlərin hər biri ayrı-ayrı sahələri əhatə edir. Təəccüblənməmək olmur – az qala 60 yaşına qədər ciddi bir elmi əsəri olmayan E.Quliyev bu yaşdan sonra müxtəlif sahələrə aid bir belə kitabı necə yazıb? Belə çıxır ki, E.Quliyevə Allah tərəfindən birdən-birə qeyri-adi vergi verilib.

Adam bimir E.Quliyevi kiminlə müqayisə etsin: 40 yaşdan sonra yaradıcılığa başlayıb, dünya şöhrəti qazanmağı bacaran dahi fransız yazıçısı Balzakla,yoxsa 60 yaşdan sonra Azərbaycan mətbuatına gəlib, adına bir neçə məqalə dərc etdirdikdən sonra 50-100 manat müqabilində “Qızıl qələm” mükafatı alan bəzi “jurnalist”lərlə? Yəqin ki, bu sualın cavabını Eldar müəllim özü hamıdan yaxşı bilir.

Bir məqamı da qeyd edək ki, mətbuatda E.Quliyev həm də elmə dəyər verə bilməyən şəxs kimi xarakterizə olunub,onun rəhbəri olduğu universitetin adı saxta diplom qalmaqallarında dəfələrlə hallanıb.

Belə olmasaydı,o vaxtilə bəzi yaxınlarının heç olmasa rəhbəri olduğu Azərbaycan Kooperasiya Universitetində oxumasına razılıq verər, bir zamanlar “məşhur” olan Azərbaycan Beynəlxalq Universitetində təhsil almasını rəva bilməzdi.
Faktinfo.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün dollar neçəyə olacaq?
Bu gün, 06:10
Buraxılış imtahanlarının nəticələri elan olunub - Diqqət!
Bu gün, 06:07
Buraxılış imtahanlarının nəticələri elan olunub - Diqqət!
Bu gün, 06:05
“Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər”
Dünən, 18:34
Damla koronavirusa yoluxubmuş
Dünən, 18:32
“8-ci kilometr” bazarında ilginc mənzərə: - dükanlar açılıb, insanların çoxu isə maskasızdır
Dünən, 18:24
Gürcüstandakı iğtişaşda RUSİYA “İZ”İ...
Dünən, 18:22
Qırıcı və bombardmançılar YENİDƏN QARŞI-QARŞIYA
Dünən, 18:13
Sakinlərlə maarifləndirici söhbətlər aparılıb
Dünən, 18:02
"Noyabra 80 toy yazmışam"
Dünən, 17:55
Konstitusiya Məhkəməsi əmanətlərin sığortalanması ilə bağlı qərar verdi
Dünən, 17:49
"Azərbaycan bayrağını öpməsən, məni səni yerə göməcəm..." - Türkiyədə möhtəşəm eksperiment
Dünən, 17:44
“Nəticə bir həftəyə bilinəcək” – Yoluxma artacaq?
Dünən, 17:41
Türkiyədə bayrağa həqarət edən bu abıra düşür... - VİDEO
Dünən, 17:32
Ermənilər Gürcüstanda da təxribata əl atdı: - şəhərə xüsusi təyinatlı qüvvələr cəlb edilir
Dünən, 17:23
Erməni xisləti və Azərbaycan diasporu: ermənilər üçün yeni sürprizlər - TƏHLİL
Dünən, 17:21
Komandalarımızın rəqibləri bəlli oldu - SİYAHI
Dünən, 17:19
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlandı - Diqqət!
Dünən, 17:18
“Ayrıseçkiliklər məni hər şeydən uzaqlaşdırdı”
Dünən, 17:17
"Toylar açılsa, qonaqların çoxu gəlməyəcək"
Dünən, 17:13
Metropolitendə dağıdılan milyonlar - ŞOK DETALLAR
Dünən, 17:08
Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxdu, 278 nəfər sağaldı - 2 nəfər vəfat edib
Dünən, 17:04
Ağacları zədələyən şəxs cəzalanıb
Dünən, 17:03
Bu şirkətlərə nəzarət edən yoxdur? - GİLEY
Dünən, 17:02
Tələbələrə sırınan LAZIMSIZ İXTİSASLAR: - “Universitetlərdə və texnikumlarda bu problem qalmaqdadır”
Dünən, 16:49
“Ramiz Mehdiyevin indi tez-tez danışması özünümüdafiə instinktinin təsiridir” – Partiya sədri
Dünən, 16:48
Toyların keçirilməsinə icazə veriləcək? - Deputatdan AÇIQLAMA
Dünən, 16:42
Deputatlar Mirşahinə cavab verdi – Uşaq pulu mübahisəsi böyüyür
Dünən, 16:38
“Xərclərimiz yaranıb, bunu Səhiyyə Nazirliyi və TƏBİB aparmalıdır, amma...” - “E-TƏBİB”in layihə rəhbəri
Dünən, 16:36
Tanınmış aparıcı ARB-dən getdi
Dünən, 16:35
Anar Kərimov Əbülfəs Qarayevin yaxın adamını işdən çıxardı
Dünən, 16:34
BP Azərbaycandan gedərsə... - Yerini SOCAR, yoxsa 3-cü şirkət tutacaq?
Dünən, 16:31
"AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı" - Dövlət başçısı
Dünən, 16:28
"“Şahdəniz” bizim üçün əsas mənbədir" - Prezident İlham Əliyev
Dünən, 16:27
“Bizim yerimizdə olsalar, neyləyərlər?!" - Qarabağ qazisindən şou əhlinə...
Dünən, 16:26
“Manatın kursunu müəyyənləşdirən əsas amil neftin qiymətidir” - GƏLİŞMƏ
Dünən, 16:24
Gürcüstanda azərbaycanlı ailəyə hücum olub
Dünən, 16:23
"Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir" - Prezident İlham Əliyev
Dünən, 16:22
"Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaq" - İlham Əliyev
Dünən, 16:21
"Ancaq mən tam əminəm ki..." - Azərbaycan Prezidenti
Dünən, 16:20
"Məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır" - Dövlət başçısı
Dünən, 16:19
"Əminəm ki, növbəti illərdə ölkəmizə böyük fayda verəcək" - Prezident İlham Əliyev
Dünən, 16:18
Lerikin başçısı tam təhlükəzislikdədir... - İLGİNC
Dünən, 16:16
Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib - FOTO
Dünən, 16:09
Lerikə qeyri-qanuni yollarla istirahətə gələn daha 24 nəfər cərimələndi
Dünən, 16:07
Rüşvət alan məmurlar hakim qarşısına çıxarılır - GƏLİŞMƏ
Dünən, 16:04
Tullantı sularının təkrar emalı sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçiriləcək
Dünən, 16:03
Gömrüklə bağlı bu həftə qərar veriləcək... - İDDİA
Dünən, 16:01
Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb
Dünən, 15:55
Azərbaycanda yoxlama oyunları qapalı olacaq
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru