Bakıda qadın dərmandan zəhərlənərək ölüb .....                     “Palmali”nin Bakıdakı ofisi satışa çıxarıldı .....                     Auditorlar Palatasının mənfəəti 7 dəfə azalıb .....                     Ermənistanda acınacaqlı vəziyyət: .....                     "Ərimi o qədər döymüşəm, qardaşları, əmisi dəfələrlə üstümə gəlib" .....                     Rəşad Məciddən Rasim Qaracaya CAVAB: .....                     Polis Göyçayda suda boğulan azyaşlını xilas edib .....                     Psixiatriya xəstəxanasında müalicə olunan şəxs vəfat edib .....                     “İran Parlamentindəki Türk fraksiyası milli hərəkata ziyan vurur” .....                     Ramiz Mehdiyevin bankında vəziyyət qarışdı .....                     Daşkəsəndə qardaş bacısını qətlə yetirib .....                     Metro bağlanır? .....                     Ermənistanın sərhədlərini on gün müddətinə bağlayacağı gözlənilir .....                     Azərbaycanda yeni “ABAD Food Hall” açıldı .....                     Rusiya hərbçiləri Bəşər Əsədin kortejinə atəş açdı, polkovnik onları döydü .....                     Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəkidə əməliyyat keçirib .....                     Daşkəsəndə qadın müəmmalı şəkildə qətlə yetirilib .....                     Sosial şəbəkə mərəzliləri: .....                     Qusarın icra başçısı peyda oldu və pandemiya qadağalarını pozdu .....                     Azərbaycanda növbədə gözləmə qaydaları .....                     Şamaxının bir kəndinin adı dəyişdirilir .....                     Həftə sonları yalnız bu şəxslərin işləməsinə icazə veriləcək .....                     Azərbaycan neft kvotasını pozub? .....                     DSX generalı və Hərbi prokurorun müavini Ermənistanla sərhəddə olublar .....                     Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçib .....                     Dərs ili sentyabrda başlamayacaq? .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub .....                     "Səndən də yaxşı kişilər məni istəyir deyib, çantasından bıçaq çıxartdı" .....                     ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun iclası təxirə salınıb .....                     Qanunlar Səfər Mehdiyevin xeyrinə necə işləyir?.. .....                     Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu .....                     Səfər Mehdiyevin işçisi də koronavirusa yoluxdu .....                     Həbs edilən gənc şirkət rəhəbrinin işi .....                     "Artım davam edərsə insanlar küçədə yıxılıb ölə bilər" .....                     Əziz Əzizov xanım direktora yüksək vəzifə verdi .....                     Ermənistanın Baş Qərargah rəisi Lələtəpə istiqamətinə gəldi .....                     Zaqatalada 2,5 tondan artıq çətənə kolu məhv edilib .....                     Kimlərin vaxtı yetişib? .....                     Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqinin məhkəməsi başlayıb .....                     Xaçmazda məktəb sahəsi 380 manata satılıb? .....                 

Fazil Məmmədovun 1 milyon 250 min manatlıq dələduzluğu üzə çıxdı - şok faktlar
Tarix: 16-01-2020, 09:07 | Çap et
Fazil Məmmədovun 1 milyon 250 min manatlıq dələduzluğu üzə çıxdı
“2014-cü ilin oktyabr ayının əvvəllərində tanımadığım bir neçə şəxs mənimlə görüşərək vergilər naziri Fazil Məmmədovun adamları olduqlarını bildirdilər. Dedilər ki, Fazil Məmmədov mənə məxsus ”Şəmkir" futbol klubunu ona təhvil verməyimi istəyir" - Şəmkirin Zəyəm-Çırdaxan kəndində yaşayan Dilqəm İsmayılov müxtəlif dövlət qurumlarına yazdığı şikayət ərizəsində təsisçisi olduğu futbol klubunun əlindən alınmasından bəhs edir.

Dilqəm İsmayılov “Yeni Müsavat”a deyib ki, məsələ ilə bağlı Fazil Məmmədovla görüşmək istəsə də, ona imkan verməyiblər: “Vəzifədən çıxarılandan sonra Şəmkirdəki hoteldə yaşayırdı. Ora da getmişdim, yenə də görüşməyə imkan vermədilər. Hazırda harada yaşadığını bilmirəm. Bakıda onun ”Synergi Group"un inzibati binasına da dəvət edilmişəm, amma yenə də mənim haqqımı vermədilər, klubu da qaytarmadılar".

Dilqəm İsmayılov məktubunda yazır ki, 29 noyabr 2001-ci il tarixdə yaranmış “Şəmkir” peşəkar futbol klubunun təsisçisidir: ““Şəmkir Peşəkar Futbol Klubu” ölkənin idman sahəsində kifayət qədər uğurlara imza atıb və öz adını yalnız müsbət mənada doğruldub. Lakin 2014-cü ildən başlayaraq müxtəlif vəzifəli şəxslər tərəfindən “Şəmkir” peşəkar futbol klubuna təzyiqlər başladı ki, bu təzyiqlərin başlıca səbəbi klubun mənim əlimdən alınması idi. İlk öncə bir müddət sözügedən vəzifəli şəxslərlə mübarizə aparmağa nail olsam da, sonradan bunun mənə mənfi nəticələrlə başa gələcəyinə əmin oldum.

2014-cü ilin oktyabr ayının əvvəllərində tanımadığım bir neçə şəxs mənimlə görüşərək vergilər naziri Fazil Məmmədovun adamları olduqlarını bildirdilər. Mən onlardan görüşmələrinin səbəbini soruşduqda dedilər ki, Fazil Məmmədov mənə məxsus “Şəmkir” peşəkar futbol klubunu ona təhvil verməyimi istəyir. Klubun verilməsi üçün mənə hər hansı bir məbləğin verilməsini soruşduqda isə narahat olmamağımı, bunun Fazil Məmmədova aid olmasını və tezliklə kifayət qədər pulun veriləcəyini dedilər".

Məktub müəllifi yazır ki, saysız-hesabsız təzyiqlər nəticəsində 22 oktyabr 2014-cü ildə Şəmkir rayon Notariat Kontorunda klubda ona məxsus olan payı Fazil Məmmədovun adamının adına keçirib: “Adını və özünü sonradan tanıdığım, Fazil Məmmədovun işlərini görən Rövşən Kərim oğlu Mustafayevə 1 milyon 250 min manata satdım. Alqı-satqı zamanı mən məbləğin Fazil Məmmədov tərəfindən qəbul edilib-edilməyəcəyini soruşduqda, mənə narahat olmamağımı, istənilən məbləğin Fazil Məmmədov tərəfindən veriləcəyini bildirdilər. Alqı-satqıdan bir həftə sonra Rövşən Mustafayevlə əlaqə saxlayaraq pulumun hələ də verilmədiyini ona bildirdim. O isə öz növbəsində heç nədən xəbərinin olmamasını, klubun yalnız onun adına olmasını və pulu Fazil Məmmədovdan tələb etməyimi bildirdi. Qeyd edim ki, həmin zaman Fazil Məmmədov vergilər naziri idi və mənim ondan pul tələb etməyim tamamilə imkansız idi. Amma mən onun vicdanına arxayın olaraq pulumu gözləyirdim. Lakin zaman keçdikcə əmin oldum ki, Fazil Məmmədov mənə hər hansı bir məbləğdə pul verməyəcək. Bununla bağlı müxtəlif qurumlara şikayət etmək niyyətində oldum. Bundan sonra Fazil Məmmədovun adamları məni tapdılar və bunun üçün mənim başımın ağrıyacağını və sakit durmağımı bildirdilər. Beləcə, mən özümdən çox, ailəmi düşünərək sakit qalmağa məcbur oldum”.

Məktub müəllifi yazır ki, Fazil Məmmədov vəzifəsindən uzaqlaşdırılandan sonra onu “Synergi Group” ASC-yə dəvət ediblər: “Fazil Məmmədov nazir vəzifəsindən kənarlaşdırılandan sonra tanımadığım şəxslər tərəfindən ”Synergi Group" ASC-nin inzibati binasına dəvət edildim. Orada pulun qısa zamanda ödənilməsi ilə bağlı söz verdilər. Lakin bir müddətdən sonra məni aldatdıqlarının şahidi oldum. Beləliklə, mənə qarşı edilmiş dələduzluq faktı ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim, lakin bunun da hər hansı bir müsbət nəticəsi olmadı. Belə ki, 31 avqust 2019-cu il tarixdə Ağstafa rayonu, Xətai kənd sakini Rövşən Kərim oğlu Mustafayevin məni aldatması, onun və başqa şəxslərin məni hədələməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişəm. Müraciətimin başlıca səbəbi ondan ibarət olub ki, 22 oktyabr 2014-cü il tarixdə mənə məxsus “Şəmkir” peşəkar futbol klubunda olan 100 faiz payı 1 milyon 250 min manata Rövşən Mustafayevə satmışam. Bununla bağlı Şəmkir Rayon Notariat Kontorunda 22 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqavilə reyestrdə 3M-02-475 nömrə ilə qeyd olunub. Həmin zaman Rövşən Mustafayev müqavilə ilə nəzərdə tutulmuş 1 milyon 250 min manatı mənə verməyib. Sonradan verəcəyini bildirib. Lakin uzun müddət keçməsinə və dəfələrlə xəbərdar etməyimə baxmayaraq, Rövşən Mustafayev sözügedən məbləği mənə verməkdən müxtəlif bəhanələrlə yayınıb. Sonuncu dəfə ondan pulu istədikdə mənə tanımadığım nömrədən zəng gəlib və Rövşən Mustafayevdən əl çəkməyimi, sözügedən məbləği bir də istəməməyimlə bağlı kəskin irad bildirilib.

Şikayət ərizəm üzrə araşdırma aparan Şəmkir Rayon Polis Şöbəsinin təhqiqatçısı Rəşad Xəlilov “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 10 sentyabr 2019-cu il tarixli qərar qəbul edib. Qeyd edim ki, hələ təhqiqatçı araşdırma apararkən bir neçə dəfə Rövşən Mustafayevlə görüşüb mənə verilməli olan məbləği ondan tələb etmişəm. Hər dəfə Rövşən Mustafayev mənə bildirib ki, bu işdən onun xəbəri yoxdur, əksinə, bütün işlərin arxasında keçmiş nazir Fazil Məmmədov dayanır. Sözügedən pulu da o, verməlidir. Belə olan halda, mən ondan həqiqətin müəyyən olunmasını sübut etməsini xahiş etdim və qarşılıq olaraq Rövşən Mustafayev notarial qaydasında ərizə verdi ki, 1 milyon 250 min manat məbləği o, mənə heç zaman verməyib.

Qeyd edim ki, bu hadisədən bir neçə gün sonra tanımadığım adamlar tərəfindən mənə zəng olunub və müxtəlif hədələr edilib. Bütün bu hadisələr barəsində, mənim və ailəmin həyatının təhlükədə olması ilə bağlı müvafiq qurumlara müraciətimin hələ ki nəticəsi yoxdur".
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qadın dərmandan zəhərlənərək ölüb
Bu gün, 13:04
“Palmali”nin Bakıdakı ofisi satışa çıxarıldı - FOTO
Bu gün, 13:03
Auditorlar Palatasının mənfəəti 7 dəfə azalıb
Bu gün, 12:59
Ermənistanda acınacaqlı vəziyyət: - Xəstəxanalarda boş yer yoxdur
Bu gün, 12:58
"Ərimi o qədər döymüşəm, qardaşları, əmisi dəfələrlə üstümə gəlib" - Azərbaycanlı idmançı
Bu gün, 12:56
Rəşad Məciddən Rasim Qaracaya CAVAB: - “O, AYB biletinin xiffətini çox çəkib”
Bu gün, 12:50
Polis Göyçayda suda boğulan azyaşlını xilas edib - FOTO
Bu gün, 12:45
Psixiatriya xəstəxanasında müalicə olunan şəxs vəfat edib
Bu gün, 12:44
“İran Parlamentindəki Türk fraksiyası milli hərəkata ziyan vurur” - İTTİHAM
Bu gün, 12:42
Ramiz Mehdiyevin bankında vəziyyət qarışdı — Səhmdarlar narahatdır
Bu gün, 12:40
Daşkəsəndə qardaş bacısını qətlə yetirib - RƏSMİ
Bu gün, 12:39
Metro bağlanır? - AÇIQLAMA
Bu gün, 12:37
Ermənistanın sərhədlərini on gün müddətinə bağlayacağı gözlənilir
Bu gün, 12:36
“Koronavirusa görə bir çox ailələr boşandı, amma...”
Bu gün, 12:33
Azərbaycanda yeni “ABAD Food Hall” açıldı - FOTO
Bu gün, 12:27
“Elə bildim, nəfəsim geri qayıtmayacaq”
Bu gün, 12:22
Rusiya hərbçiləri Bəşər Əsədin kortejinə atəş açdı, polkovnik onları döydü
Bu gün, 12:19
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəkidə əməliyyat keçirib
Bu gün, 12:16
"Mənə niyə Elşad Xose ilə bağlı sual verirsiniz?"
Bu gün, 12:12
Daşkəsəndə qadın müəmmalı şəkildə qətlə yetirilib
Bu gün, 12:09
Sosial şəbəkə mərəzliləri: - onlar xalqa və dövlətə qənim kəsiliblər
Bu gün, 12:08
Qusarın icra başçısı peyda oldu və pandemiya qadağalarını pozdu - FOTOFAKT
Bu gün, 12:06
Azərbaycanda növbədə gözləmə qaydaları AÇIQLANDI
Bu gün, 11:58
Şamaxının bir kəndinin adı dəyişdirilir
Bu gün, 11:57
Həftə sonları yalnız bu şəxslərin işləməsinə icazə veriləcək - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycan neft kvotasını pozub? – Moskva və Ər-Riyad OPEK+ ölkələrindən narazılıq edir
Bu gün, 11:52
İTV bu dəfə Səməd Seyidovun "300 il" sözünə ilişdi
Bu gün, 11:48
DSX generalı və Hərbi prokurorun müavini Ermənistanla sərhəddə olublar - FOTO
Bu gün, 11:45
Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçib
Bu gün, 11:43
Dərs ili sentyabrda başlamayacaq? – Nazirlikdən açıqlama
Bu gün, 11:42
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub
Bu gün, 11:39
"Səndən də yaxşı kişilər məni istəyir deyib, çantasından bıçaq çıxartdı" — Bakıda 7 il sonra üstü açılan DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI
Bu gün, 11:38
"Hətta rəfiqəmi də qısqanıram"
Bu gün, 11:36
ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun iclası təxirə salınıb
Bu gün, 11:30
Qanunlar Səfər Mehdiyevin xeyrinə necə işləyir?.. - İLGİNC
Bu gün, 11:30
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu - AÇIQLAMA
Bu gün, 11:17
Arif Məlikovun heykəlinin ucaldılacağı yer məlum olub
Bu gün, 11:14
Səfər Mehdiyevin işçisi də koronavirusa yoluxdu - FOTO
Bu gün, 11:12
“Asəf Zeynallı”nın məşhur məzunları: - “Kollecin adı özünə qaytarılmalıdır”
Bu gün, 11:06
Həbs edilən gənc şirkət rəhəbrinin işi - yüz minləri kim ələ keçirib?
Bu gün, 11:04
"Artım davam edərsə insanlar küçədə yıxılıb ölə bilər" - Adil Qeybulladan HƏYƏCAN TƏBİLİ
Bu gün, 11:02
Əziz Əzizov xanım direktora yüksək vəzifə verdi
Bu gün, 11:00
“Space” TV-nin yayımı dayandırılıb
Bu gün, 10:57
Ermənistanın Baş Qərargah rəisi Lələtəpə istiqamətinə gəldi - FOTO
Bu gün, 10:56
Zaqatalada 2,5 tondan artıq çətənə kolu məhv edilib
Bu gün, 10:54
“Bu hörmətsizlik bir də təkrarlanmasın” - Mərhum bəstəkarın xanımı
Bu gün, 10:53
Kimlərin vaxtı yetişib? - SİYAHI
Bu gün, 10:51
Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqinin məhkəməsi başlayıb
Bu gün, 10:33
"İlhamə deyirdi ki, Floranın heç vaxt uşağı olmayıb"
Bu gün, 10:30
Xaçmazda məktəb sahəsi 380 manata satılıb? - AÇIQLAMA
Bu gün, 10:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru