“Avrasiya” klinikasında gənc xanımı şikəst etdilər: .....                     Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb .....                     Türkiyədə çimərlik mövsümü açılır, yeni qadağalar açıqlandı .....                     Ağcabədi Xəstəxanasında biabırçılıq .....                     Tərtər rayon İcra Hakimiyyətinin başçısı imtahan keçiriləcək məktəblərdə olub .....                     Bakıda arvadını öldürən kişi həbs olundu .....                     Görəsən, o da pullarını dəstələyib, qutulara doldurub?.. .....                     “Səhlənkarlıq davam etsə, bizi Avropanın taleyi gözləyə bilər” .....                     “Bu qərarı Ali baş komandanımızı ən doğru anda qəbul edəcəyinə heç kəsin şübhəsi yoxdur” .....                     Xaçmazda kütləvi yoluxma var? .....                     Sabah güclü külək əsəcək .....                     ADAU rektorunun daha bir villası tapıldı .....                     Paşinyan hökumətində kimlərinsə başı “üzüləcək” .....                     Ermənistanda “Sorosçular” diplomatik korpusu ələ keçirir .....                     Xaçaturov Sadıqovla nə razılaşıb? .....                     Ermənistanda hərbi polisə yeni əməkdaşlar rüşvətlə götürülür .....                     Azərbaycanın bu rayonunda koronavirusa kütləvi yoluxma VAR .....                     Daha bir nazirin gedəcəyi deyilir... .....                     "Bu niyyət pandemiya səbəbindən təxirə salınıb, lakin gündəmdədir" .....                     Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı .....                     Müəllimlərin iş yerini dəyişməsi üçün sənəd qəbulunun vaxtı açıqlandı .....                     "Rəsulzadə, Nuru Paşa və Əhməd bəy Ağaoğluna xüsusi status verilsin" .....                     MİDA güzəştli mənzillərin satışına başlayır .....                     “Doğma dilini bilməyən o məmurlar etimadı doğrulda bilməz” .....                     "Koronavirus testlərinin səhv çıxma ehtimalı var" .....                     "Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik" .....                     Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq .....                     Trump Çinlə bağlı mətbuat konfransı keçirəcək .....                     “İcra Hakimiyyətinə nə qədər getmək, yazmaq olar?” .....                     Azərbaycanda qablaşdırılan dərman vasitələri 5 il yerli mal sayılacaq .....                     Başçısı həbs olunmuş rayonda tenderləri KİMLƏR UDURMUŞ? .....                     DİM-də dövlət qulluğuna dair onlayn təlimlər başlayıb .....                     Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini saxlanılıb .....                     İsmayıllıda evə oğurluğa girdi, ancaq... .....                     "Mədəniyyət nazirliyinin o işi də yarımçıq qaldı" .....                     Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı .....                     Şəmkirdə Əbülfəs Qarayev ab-havası... .....                     Erməni arxitektordan etiraf: İrəvan bizim deyil! .....                     Ermənistanda koronavirusdan ölənlərin sayı 120-yə çatıb .....                     Bakı Baş Gömrük İdarəsində nə baş verir? .....                 

Həbsdəki generalların “şikayət oyunu” - Çovdarovun bu dəfə planı nə?
Tarix: 8-11-2019, 09:04 | Çap et
Həbsdəki generalların “şikayət oyunu”
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları - Akif Çovdarov, Teymur Quliyev, Elçin Quliyev və Sübahir Qurbanov yenidən Ali Məhkəməyə müraciət ediblər.

Generallar ayrı-ayrılıqda kasasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Çovdarovun şikayəti hakim Əziz Seyidovun icraatına verilib və məhkəmə iclası noyabrın 21-nə təyin edilib.

Quliyev və S. Qurbanovun şikayətləri hakim İlqar Qılıcovun icraatına verilib. Hələlik onların məhkəməsinin vaxtı təyin edilməyib.

Digər general E. Quliyevin şikayəti hakim Fərhad Əliyevin icraatına verilib. Onun məhkəməsinin də vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, sentyabrın 26-da Ali Məhkəmədə həbsdə olan MTN generalı Akif Çovdarovun məhkəməsi keçirilib. Hakim Əziz Seyidovun icraatında olan prosesdə elan olunub ki, Akif Çovdarov kasasiya şikayətini geri götürüb.

Keçmiş MTN generalı bu addımı birinci dəfə ötən ilin dekabrında atmışdı. O zaman da Ali Məhkəməyə ərizə göndərmişdi ki, şikayətindən imtina edir. Lakin sonra - aprel ayında fikrini dəyişib yenidən kasasiya şikayəti vermişdi.

A.Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32 milyon 256 min 900 manat təşkil edib. Akif Çovdarov isə məhkəmə ifadəsində deyib ki, ittihamda göstərilən əmlakların əksəriyyəti ona məxsusdur: “Əmlaklarımın hamısının sənədi var. Həmin əmlakların bəzisi övladlarım və kürəkənlərimə məxsusdur. Yaşadığım evin torpağını 2000-ci ildə almışam. Həmin vaxt MTN-də işləmirdim. Novxanıda yerləşən bağımın torpağını da 2000-ci ildə almışam. Çünki o dövrdə Mərdəkanda olan torpağımı satıb onu almışam. Nazirlikdə işləyən dövrdə xidmətimlə əlaqədar dövlət tərəfindən bir ev verilib. O da icra hakimiyyətinin sərəncamına əsasən verilib. Kürəkənlərim isə əmlakları özləri alıb”.

Hökm elan ediləndən sonra A.Çovdarovun neçə milyonluq əmlakının müsadirə edilməsi barədə müzakirələr başlayıb. A.Çovdarovun vəkili məsələyə bu cür aydınlıq gətirib: “Əmlakın böyük bir hissəsi, hansı ki, qızının və oğlunun ailəsinə, Akif Çovdarovun özünə məxsusdur, elə özlərinə də qaldı. Həmin əmlaka qoyulan həbs də götürüləcək. Orada müəyyən məsələlər var. Məsələn, Kürdəmirdə balıqçılıq təsərrüfatı ilə bağlı torpaq sahəsi var ki, o da mülkiyyətdə deyil, dövlətlə neçə illik icarə müqaviləsi bağlanılıb. Əsasən torpaqlardır ki, onlar dövlətlə icarə müqaviləsi əsasındadır”.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri - MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apelyasiya Məhkəm əsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib.

Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub.

Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova ile ilgili görsel sonucu

Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib.

Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova ile ilgili görsel sonucu

A.Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, digər üç nəfərə isə 4 ildən 11 ilə qədər həbs cəzası verilmişdi.

Bakı Hərbi Məhkəməsinin bu hökmündən A.Çovdarovun özü ilə yanaşı, ailə üzvləri - həyat yoldaşı, iki qızı və oğlu Ruslan Çovdarov da apelyasiya şikayəti vermişdi. Onlar əmlaklarının müsadirəsinə görə hökmdən narazı qalmışdılar. Amma Bakı Apelyasiya Məhkəməsi şikayətləri təmin etməyib.

Bakı Hərbi Məhkəməsinin hökmündə MTN-çilərin rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlardan təxminən iki il sonra - 2017-ci ilin noyabrında sabiq nazir Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi də qeyri-müəyyən müddətə təxirə salınıb.

2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Bu əməliyyatdan az sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kütləvi həbslər həyata keçirildi. 10-a yaxın vəzifəli şəxs həbs edildi. Məlum oldu ki, 2 nazirliyin vəzifəliləri qarşılıqlı maraq zəminində təmir-tikinti, əməliyyat tədbirləri adı altında milyonlarla büdcə vəsaitinin mənimsəyiblər. Adamların qanunsuz dinlənməsi və izlənməsi, hədələnib pullarının, əmlaklarının əllərindən alınması, rüşvət və başqa əməllərə əl atıblar. Mətbuatda “MTN işi” “Rabitə işi” kimi keçən işlər üzrə artıq məhkəmələrin hökmləri də var, həmin hökmlər üzrə suçlanan vəzifəlilərə 4 ildən 14 ilə qədər həbs cəzası verilib. “Rabitə işi”ndə isə tutulan 11 vəzifə daşıyıcısına 13 ilə qədər həbs cəzası verilmişdi. Bu gün həmin şəxslərdən heç biri həbsdə deyil.

Akif Çovdarov və digər generalların niyə yenidən Ali Məhkəməyə üz tutmaları barədə dəqiq fikir yürütmək çətindir. Əcəba, Çovdarovun planı nə?
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Avrasiya” klinikasında gənc xanımı şikəst etdilər: - daha bir estetik əməliyyat qurbanı
Bu gün, 14:33
"Təkcə Silvesterin bağında deyil, Madonnanın da bağında olmuşam" - Xalq artisti
Bu gün, 14:25
Buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb
Bu gün, 14:23
Türkiyədə çimərlik mövsümü açılır, yeni qadağalar açıqlandı
Bu gün, 13:58
Ağcabədi Xəstəxanasında biabırçılıq - VİDEO
Bu gün, 13:56
Tərtər rayon İcra Hakimiyyətinin başçısı imtahan keçiriləcək məktəblərdə olub
Bu gün, 13:50
"Müasir Azərbaycan televiziyasının dinozavrlarıyıq"
Bu gün, 13:47
Bakıda arvadını öldürən kişi həbs olundu - RƏSMİ
Bu gün, 13:39
Görəsən, o da pullarını dəstələyib, qutulara doldurub?.. - İDDİA
Bu gün, 13:36
“Səhlənkarlıq davam etsə, bizi Avropanın taleyi gözləyə bilər” - Baş infeksionist
Bu gün, 13:34
“Bu qərarı Ali baş komandanımızı ən doğru anda qəbul edəcəyinə heç kəsin şübhəsi yoxdur” - deputat
Bu gün, 13:30
“Hər hansı vəzifə tutsam, özümü bədbəxt hiss edərəm” - Daha bir tanınmış nazir olmaqdan imtina etdi
Bu gün, 13:20
Xaçmazda kütləvi yoluxma var? - TƏBİB-dən AÇIQLAMA
Bu gün, 13:17
Sabah güclü külək əsəcək - Belə deyirlər...
Bu gün, 13:11
Nadir Qafarzadə onu övladlığa götürmək istədi, amma o, ailəsini üstün tutdu
Bu gün, 13:10
ADAU rektorunun daha bir villası tapıldı - Pullar hardandı?
Bu gün, 13:05
Paşinyan hökumətində kimlərinsə başı “üzüləcək” - Xaçatryan
Bu gün, 13:00
Ermənistanda “Sorosçular” diplomatik korpusu ələ keçirir
Bu gün, 12:59
Xaçaturov Sadıqovla nə razılaşıb? – İrəvan araşdırır
Bu gün, 12:58
Ermənistanda hərbi polisə yeni əməkdaşlar rüşvətlə götürülür
Bu gün, 12:55
Azərbaycanın bu rayonunda koronavirusa kütləvi yoluxma VAR - İDDİA
Bu gün, 12:50
Daha bir nazirin gedəcəyi deyilir... - KİMDİR?
Bu gün, 12:48
"Bu niyyət pandemiya səbəbindən təxirə salınıb, lakin gündəmdədir" - Şeyxülislam
Bu gün, 12:43
"Namiq Məna dedi ki, kostyum alma, pulunu ver"
Bu gün, 12:36
Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı
Bu gün, 12:35
Müəllimlərin iş yerini dəyişməsi üçün sənəd qəbulunun vaxtı açıqlandı
Bu gün, 12:26
"Rəsulzadə, Nuru Paşa və Əhməd bəy Ağaoğluna xüsusi status verilsin" - deputat
Bu gün, 12:25
“Ermənilər toparlanıb ümumi qiymətlərini desinlər, pullarını verib axırlarına çıxaq...” - Şeyx Əbdül
Bu gün, 12:23
MİDA güzəştli mənzillərin satışına başlayır
Bu gün, 12:20
“Doğma dilini bilməyən o məmurlar etimadı doğrulda bilməz” - TƏHLİL
Bu gün, 12:12
"Koronavirus testlərinin səhv çıxma ehtimalı var" - TƏBİB-dən AÇIQLAMA
Bu gün, 12:09
"Biz dağıdılmış qəbristanlıqlarımızı, tarixi, mədəni və dini abidələrimizi bərpa edəcəyik" - İcma sədri
Bu gün, 12:03
AZTV-nin cazibədar aparıcısı görün kimin qızı imiş
Bu gün, 12:01
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - Diqqət!
Bu gün, 11:58
Trump Çinlə bağlı mətbuat konfransı keçirəcək
Bu gün, 11:49
“İcra Hakimiyyətinə nə qədər getmək, yazmaq olar?” - GİLEY
Bu gün, 11:48
Azərbaycanda qablaşdırılan dərman vasitələri 5 il yerli mal sayılacaq - QƏRAR
Bu gün, 11:44
Başçısı həbs olunmuş rayonda tenderləri KİMLƏR UDURMUŞ? - İLGİNC SİYAHI
Bu gün, 11:43
DİM-də dövlət qulluğuna dair onlayn təlimlər başlayıb - Diqqət!
Bu gün, 11:31
“Yaradıcılığımı nazir vəzifəsinə qurban vermək istəmirəm”
Bu gün, 11:30
Qonşusunun evindən qızıl oğurlayan Zaqatala sakini saxlanılıb
Bu gün, 11:21
İsmayıllıda evə oğurluğa girdi, ancaq... yeməli şeyləri götürdü
Bu gün, 11:17
"Mədəniyyət nazirliyinin o işi də yarımçıq qaldı" - deputat
Bu gün, 11:15
Baş redaktorun anası koronavirusdan vəfat etdi - Azərbaycanda
Bu gün, 11:13
Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
Bu gün, 11:11
Şəmkirdə Əbülfəs Qarayev ab-havası... - Hələ də davam edir...
Bu gün, 11:10
Erməni arxitektordan etiraf: İrəvan bizim deyil! - VİDEO
Bu gün, 11:08
Ermənistanda koronavirusdan ölənlərin sayı 120-yə çatıb
Bu gün, 11:06
Bakı Baş Gömrük İdarəsində nə baş verir? - KƏNAN MƏMMƏDOV SAHİBKARLARI MÜFLİS EDİR
Bu gün, 11:05
Bərdədə birinci qrup əlil nazirliyin adından istifadə etdi və... - tanışlarına qarşı cinayət törətdi
Bu gün, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru