Saxta miqrasiya sənədlərini kim düzəldir? .....                     “Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır .....                     ABŞ-ın daha bir senatoru qondarma soyqırımı haqqında qətnaməyə veto qoyub .....                     Bakıda evdən 3000 manat oğurlayan qardaşlar saxlanılıb .....                     Milli Məclisin plenar iclasının vaxtı dəyişdirilib .....                     BDU-nun ölən tələbəsinin fotosu yayıldı .....                     "Qız qaçırana 10 il, adam öldürənə 15 il?" .....                     Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir .....                     Hicran Hüseynova Aliment Fondunun yaradılmasını təklif edib .....                     Vahid Mustafayev bu nazirliyə 50 min manatlıq qiymətli saatlar .....                     Komitə sədri rayon sakinləri ilə görüşə hərbi helikopterlə gedib .....                     Bakıda 25 yaşlı oğlan spirtli içkidən zəhərlənərək ölüb .....                     Bakıda yolu bağlayan “Porsche Cayenne”yə nə qədər cərimə kəsildi? .....                     Havanı çirkləndirən şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyulub .....                     Azərbaycanda yeni BOKT yaradılıb .....                     Tələbələrin vəziyyəti normaldır, onlar oxumaq üçün kitab istəyiblər .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     Madər Musayev nəvəsinə toy edir .....                     Bakı küçələrində təhlükə saçan avtomobil idarə olunur .....                     Ali Məhkəmə vəkil İradə Cavadovın şikayətini təmin edib .....                     BDU-da zəhərlənib ölən qızın yayda toyu olacaqmış: .....                     Nazirlik faktiki hava durumu ilə bağlı .....                     Xəstəxanaya yerləşdirilən deputatın VƏZİYYƏTİ .....                     Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlandı .....                     Böyük savaşdan qaçmaq üçün İrəvanın tək bir yolu qalır .....                     Rus döyüşçülərdən dəhşət: əsirin başını kəsib... .....                     "AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi" .....                     “Razin dağı”dan kişi yıxılaraq ölüb .....                     "Düzünü deyin, əvvəl evimizə gəldiniz, sonra məni bağa aparıb qorxutdunuz" .....                     Neft və Sənaye Universitetinin kafedra müdirinə İTTİHAM .....                     Bakıda 4 ay əvvəl işə getmək adı ilə evdən çıxan qadın itkin düşüb .....                     "Mənim sahibi olduğum torpaq sahəsi razılığım olmadan 3000 manata satılıb..." .....                     Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi? .....                     Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir .....                     "Ata Abdullayevin Mətbuat Şurası ilə, şəxsən mənimlə heç bir bağlılığı yoxdur" .....                     Tovuz Rayon İcra Hakimiyyəti məsələni bildiyi halda, bu saxtakarlığa göz yumur... .....                     Bakıda işlədiyi fermadan çıxan gənc itkin düşüb .....                     Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... .....                     Şahdağ milli parkında atla yürüş keçirilib .....                     Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... .....                 

Sahil Babayevin zəif düşürdüyü SOSİAL MÜDAFİƏ ÇƏTİRİ... - İTTİHAM
Tarix: 6-11-2019, 08:44 | Çap et
Sahil Babayevin zəif düşürdüyü SOSİAL MÜDAFİƏ ÇƏTİRİ...
DİA.AZ: - Redaksiyamıza Rauf Camalov adlı oxucumuz bu gün sosial müdafiə sistemində cərəyan edən neqativləri araşdıran yazısını yollayıb. Bu yazını DİA.AZ olaraq olduğu kimi oxucularımıza təqdim edirik:

"1 il 6 aydır Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziridir. Bu müddət ərzində sosial müdafiə sahəsində müsbət dəyişikliklər baş veribmi? Bu suala qətiyyətlə yox cavabını vermək mümkündür, çünki nə baş veribsə ya mənfiyə olub, ya da imitasiya xarakteri daşıyıb. İndi isə ötən dövr ərzində ayrı-ayrı istiqamətlər üzrə Nazirliyin fəaliyyətini nəzərdən keçirək.

1. Ünvanlı sosial yardım. Bu sahədə vəziyyət əvvəlki dövrlərdən də pis olub. Əgər əvvəllər kasıb insanlar bu yardımı ala bilirdilərsə, Sahil Babayevin dövründə bu faktiki olaraq mümkünsüz bir işə çevrilib. Güya elektron müraciətin tətbiqi şəffaflıq yaradıb. Əslində isə qeyd olunan mexanizmlə bu sahədəki rüşvət mərkəzləşdirilib. Yenə əvvəlki kimi yardımın 6 ayı insanlar mənimsənilir. Proses necə baş verir? Vətəndaş min bir çətinliklə sənədlərini elektron müraciətin qaydalarına uyğunlaşdırdıqdan sonra elektron qaydada müraciət edir, sənədləri sistemdən keçir. Hər şey bundan sonra başlayır. Sahil Babayev işçilərini həmin vətəndaşın evinə göndərir. Zamanında Səlim Müslümov 5 il pafosla elan edirdi ki, bəs elektronlaşma olandan sonra məmur vətəndaş əlaqəsi kəsiləcək. Əksinə oldu. Əgər əvvəllər işçilər vətəndaşlarla rüşvət məsələlərini çəkiliş kameralarının olduğu idarələrdə danışırdılarsa, indi gedib evində, küçədə daha rahatlıqla danışır. Sahil Babayev də bu mexanizmi var gücü ilə öz xeyrinə davam etdirir.

İşçi vətəndaşın evinə gedib, yardımın təyin olunmaması üçün mütləq bir qondarma bəhanə tapır və vətəndaşa imtina verilir. Bundan sonra vətəndaşa təklif olunur ki, bəs yardım almaq istəyirsənsə, sənədləri ver biz sənin adından elektron müraciət edək, buna görə yardımın 6 ayını bizə verərsən. Naəlac qalan vətəndaşın bununla razılaşmaqdan savayı bir yolu qalmır. Əvvəllər olduğu kimi Sahil Babayev hər ay bu pulları işçilərdən toplamır. Məhz buna görə güya Sahil Babayev DSMF-nin rayon şöbələrindən rüşvət toplamır fikiri səsləndirilir. Əslində isə bu belə deyil. Həmin yığılan pullar Sahil Babayevin nazirliyində daxili nəzarət şöbəsinin müdiri, rüşvət toplama işində asi olan, topdağıtmaz, baş rüşvəttoplayan Heybət İmanov tərəfindən rayonlara göndərilən yoxlamalar zamanı artıqlaması ilə toplanır. Ad olur güya korrupsiya aradan qaldırılıb, amma əksinə daha da artıb.

2. Əlilliyin təyinatı sahəsində. Bu sahədə də vəziyyət əvvəlki dövrlərdən daha da pisləşib. Faktiki olaraq insanlar əlil olduğu halda onu rəsmiləşdirə bilmirlər. Sahil Babayev süni şəkildə insanların bu hüquqlarını əllərindən alıb. Bununla özünə yuxarıların yanında xal toplamaqla məşğuldur. Əlilliyin təyinatını 40-50% aşağı salmaqla büdcədən bu sahəyə ayrılan vəsaitə qənaət etdiyini hər vəclə bildirməklə hakimiyyətə özünü bomba oğlan kimi sırıyır. Əslində isə bununla hakimiyyətə bir nömrəli təhlükə mənbəyi rolunu oynayır. Bu qədər insanı hakimiyyətdən narazı salmağının mənfi fəsadları yəqin ki, zamanı gələndə bomba kimi partlayacaq. Bax onda Sahil Babayevin hakimiyyətə ayı xidməti göstərdiyi məlum olacaq.

3. Özünəməşğulluq sahəsində. Bu sahədəki vəziyyətin nə qədər bərbad olmasından bütün insanlar xəbərdardır. Sahil Babayevin qotur inək siyasətinin iyi bütün ölkəni bürüyüb. Təsadüfi deyil ki, Səlim Müslümov ölü canlar, 6 ay, Sahil Babayev isə qotur inək ayamaları ilə xatırlanır. Yazının sonunda təqdim olunan şəkillər Nazirliyin rəsmi feys səhifəsindən götürülüb. Bunlar hələ ən yaxşıları sayılır ki, onları öz səhifələrində yerləşdiriblər. Daha bərbad olanlar barədə isə internetdə kifayət qədər informasiya və video var. Dövlətin hər bir inəyə görə ayırdığı 2500 manatın 500-600 manatını xərcləyən Sahil Babayev qotur inəklərlə insanların başını qatır. Qalan 2 min manatı isə rahatca cibinə qoyur. Beləcə təkcə bu sahədən hər ay milyonlarla manat qazanır. Yaxşı olar hakimiyyət bu sahəni müstəqil qrumlara yoxlatdırsın, onda çox şeylər ortaya çıxar.

4. İşə qəbul sahəsində. Bu sahədən bəlkə danışmağa belə dəyməz. Əgər əvvəlki nazirlərin dövründə mövcud vakansiyalar barədə Dövlət İmtahan Mərkəzinə məlumat verilib, işçilər imtahan yolu ilə işə qəbul olunurdularsa, Sahil Babayev bu sahədə də “yeniliyə” imza atıb. Əvvəlcə qohum əqrəbasını, tanışlarını, köhnə nazirlərin dövründə rüşvət işində xüsusi ad çıxaranları müqavilə ilə işə götürür, sonra isə onlar daxili müsahibə yolu ilə işə rəsmiləşdirilir. İnsaf naminə deyək ki, mini ətəkli qızların Nazirliyə işə qəbulunda Sahil Babayev böyük irəliləyişlər əldə edib.

5. Vətəndaşların qəbulu sahəsində. Bu sahədə vəziyyət daha acınacaqlıdır. İstər Fizuli Ələkbərovun, istərsə də, Səlim Müslümovun dövründə ən asan iş rəhbər şəxslərin qəbuluna düşüb, problemləri onlara danışmaq olub. O vaxt dinləyirdilər, amma problemləri həll etmirdilər. İndi isə heç dinləməyə belə lüzüm görmürlər. İndi Sahil Babayevin və nazirliyin digər vəzifəli şəxslərinin qəbuluna düşmək mümkünsüz bir işə çevrilib. İnsanlar qəbula yazılıb, aylarla onların qəbuluna düşə bilmirlər.

6. Struktur islahatları sahəsində. Bu sahədə vətəndaşların xeyrinə ola biləcək heç bir ciddi iş aparılmayıb. Yaradılan DOST mərkəzi isə Sahil Babayevin xidməti deyil, hərçənd ki, heç o da kasıb insanların yaralarını sağalda bilmir. Sahil Babayev isə hər vəclə cəmiyyətə onu öz uğuru kimi sırımağa çalışır. Bunun üçün 2019-cu ilin 6 aylıq yekunları ilə bağlı ölkə Prezidenti yanındakı müşavirədə də dəridən qabıqdan çıxdı. DOST mərkəzlərini Asan Xidmət səviyyəsində bir qurum kimi təqdim etmək istəyir. Halbuki DOST mərkəzləri olsa olsa Asan Xidmət modelinin sosial sahədəki qoludur. Burada əlavə heç bir yenilik yoxdur ki, onu da Sahil Babayevin adına yazmaq olsun. Yaxşı olar Sahil Babayev bunu anlayıb, özünün korrupsiya əməllərini DOST adı altında gizlətməyə çalışmasın. Nə vaxtsa yəqin ki, özü də bunun altını möhkəm çəkməli olacaq".

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Şou adamından mənə gəlin olmaz” - Xalq artisti
Bu gün, 12:46
Saxta miqrasiya sənədlərini kim düzəldir? - Əsas məsələ budur
Bu gün, 12:44
“Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır - Sekuta
Bu gün, 12:38
ABŞ-ın daha bir senatoru qondarma soyqırımı haqqında qətnaməyə veto qoyub
Bu gün, 12:34
Bakıda evdən 3000 manat oğurlayan qardaşlar saxlanılıb
Bu gün, 12:30
Milli Məclisin plenar iclasının vaxtı dəyişdirilib
Bu gün, 12:29
BDU-nun ölən tələbəsinin fotosu yayıldı
Bu gün, 12:28
Dadaşlinskinin oxşarı bəlli oldu: - nazir müavini
Bu gün, 12:25
"Qız qaçırana 10 il, adam öldürənə 15 il?" - Qısqanc ərinin bıçaqladığı Gülnar 12 gün sonra ölüb
Bu gün, 12:23
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir - NARAZILIQ...
Bu gün, 12:20
Hicran Hüseynova Aliment Fondunun yaradılmasını təklif edib
Bu gün, 12:15
Vahid Mustafayev bu nazirliyə 50 min manatlıq qiymətli saatlar SATDI
Bu gün, 12:02
Aygün Kazımovanın həbsdə olan qardaşı azadlığa çıxdı - "Qapıları açan Allahdır"
Bu gün, 11:54
Komitə sədri rayon sakinləri ilə görüşə hərbi helikopterlə gedib - SƏBƏBİ açıqladı
Bu gün, 11:48
Bakıda 25 yaşlı oğlan spirtli içkidən zəhərlənərək ölüb
Bu gün, 11:45
Bakıda yolu bağlayan “Porsche Cayenne”yə nə qədər cərimə kəsildi?
Bu gün, 11:37
Havanı çirkləndirən şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyulub
Bu gün, 11:31
Azərbaycanda yeni BOKT yaradılıb
Bu gün, 11:30
Səni təkcə Azərbaycan yox, bütün dünya tanımalıydı... - ANIM
Bu gün, 11:29
Tələbələrin vəziyyəti normaldır, onlar oxumaq üçün kitab istəyiblər - BDU
Bu gün, 11:25
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Bu gün, 11:22
Madər Musayev nəvəsinə toy edir – yalnız kişilər iştirak edəcək...
Bu gün, 11:21
Bakı küçələrində təhlükə saçan avtomobil idarə olunur - VİDEO
Bu gün, 11:18
Nadir xalq artistini lağa qoydu: - “Afaq Aslan yanında toya getməlidir”
Bu gün, 11:17
Ali Məhkəmə vəkil İradə Cavadovın şikayətini təmin edib
Bu gün, 11:14
BDU-da zəhərlənib ölən qızın yayda toyu olacaqmış: - atası isə...
Bu gün, 11:13
Nazirlik faktiki hava durumu ilə bağlı MƏLUMAT YAYDI
Bu gün, 11:12
Xəstəxanaya yerləşdirilən deputatın VƏZİYYƏTİ - qızı AÇIQLADI
Bu gün, 11:10
Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlandı
Bu gün, 11:07
"Get Qarabağda öl, dala qayıtsan bizimkilər vuracaq səni"
Bu gün, 11:06
Böyük savaşdan qaçmaq üçün İrəvanın tək bir yolu qalır - TƏHLİL
Bu gün, 10:59
Rus döyüşçülərdən dəhşət: əsirin başını kəsib... – Video/23+
Bu gün, 10:56
Yaşar Nurinin anım günüdür
Bu gün, 10:54
"AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi" - YAP-çı deputat
Bu gün, 10:46
“Bu, millətə xəyanətdir, xainlikdir” – Xalq artisti kimləri hədəfə aldı?
Bu gün, 10:45
“Razin dağı”dan kişi yıxılaraq ölüb
Bu gün, 10:42
"Düzünü deyin, əvvəl evimizə gəldiniz, sonra məni bağa aparıb qorxutdunuz" - VİDEO
Bu gün, 10:40
Neft və Sənaye Universitetinin kafedra müdirinə İTTİHAM - Müharibə veteranının haqqına girib...
Bu gün, 10:37
Bakıda 4 ay əvvəl işə getmək adı ilə evdən çıxan qadın itkin düşüb
Bu gün, 10:31
"Mənim sahibi olduğum torpaq sahəsi razılığım olmadan 3000 manata satılıb..." - VİDEOGİLEY
Bu gün, 10:31
Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi? - GƏLİŞMƏ
Bu gün, 10:28
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir
Bu gün, 10:25
"Ata Abdullayevin Mətbuat Şurası ilə, şəxsən mənimlə heç bir bağlılığı yoxdur" - Əflatun Amaşov
Bu gün, 10:25
Tovuz Rayon İcra Hakimiyyəti məsələni bildiyi halda, bu saxtakarlığa göz yumur... - QALMAQAL
Bu gün, 10:21
Bakıda işlədiyi fermadan çıxan gənc itkin düşüb
Bu gün, 10:18
Oğuzun bu kəndi ibtidai şərtlərlə yaşayır... - GİLEY
Bu gün, 10:16
Şahdağ milli parkında atla yürüş keçirilib - FOTO
Bu gün, 10:05
Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA
Bu gün, 10:04
Biləsuvarda yanacaq daşıyan maşın aşıb alovlandı, sürücü öldü - YENİLƏNİB
Bu gün, 09:58
Bakıda hər gün sürücülərdən reketsayağı 25-30 min manat pul yığılır - Özbaşınalıq
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru