ABŞ müttəfiq və tərəfdaşı Azərbaycanın yanındadır .....                     Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır .....                     10 ildir şəhid ailəsinə rədd cavabı verilir... .....                     Neft yenidən ucuzlaşıb .....                     DSMF-nin pensiya özbaşınalğı... .....                     Azərbaycanda seçici deputatlığa namizədə pul verdi: .....                     Kürdəmirin başçısı da seçkilərə müdaxilə edir .....                     "Can Azərbaycan" Rusiyada bəyənildi .....                     Seçkidə bu qalmışdı... BUNU DA GÖRDÜK... .....                     Seçkilərdə VİLYAM HACYEV ÇALARI... .....                     Mahir Emrelinin ferması .....                     "Kontakt Home" şefinin deputatlıq arzusu .....                     Rusiya Türkiyəyə 120-dən artıq S-400 üçün raket satıb .....                     Bakıda ər arvadını döyərək ona xəsarət yetirib .....                     İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yayıb .....                     Bu gün dollar neçəyədir? .....                     Dünya İqtisadi Forumu çərçivəsində "Caspian Week" forumu başlayır .....                     Tramp bu qadınlara viza verilməsi qaydalarını sərtləşdirmək niyyətindədir .....                     Mövlud Çavuşoğlu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı ver .....                     "İşğalçı Ermənistanla fars hakimiyyətinin bu günkü qardaşlaşması nədir..?" .....                     Bakıda restoranın parkinqində insident: .....                     Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb .....                     Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb .....                     Deputatın nazirlə şərikli offşor şirkətinin Azərbaycanda da filialı varmış .....                     Səhiyyə Nazirliyi ləğv olunub! .....                     Bu gün Dünya İqtisadi Forumu başlayır .....                     ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yaydı .....                     Nəriman Əliyev “Embawood” şefinin qabağına kimi çıxardı? .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı komissiyanın ikinci iclasının tarixi dəqiqləşdirilir” .....                     Mərhum jurnalistin həyat yoldaşı vəfat edib .....                     Rusiya Dumasının sədri Tehrana rəsmi səfərə gedəcək .....                     Azərbaycan Prezidentinin köməkçisi Nobel Sülh Mükafatının Qorbaçovdan alınması üçün ictimai təşkilatları .....                     Şimal küləyi əsəcək .....                     “Onlar dedilər: Ser, onlar bir yerdədir. Ser, onların 2 dəqiqə 11 saniyəsi qalır…” .....                     "Doğrudanmı, mən bu ordunun tərkibində Əfqanıstanda xidmət etmişəm?" .....                     Azərbaycanın tanınmış jurnalisti vəfat edib .....                     Analitik qrup 20 Yanvar faciəsinə az qalmış nələri proqnozlaşdırmışdı? .....                     Təbrizi bir gecədə “Azadlıq” şüarları bəzədi .....                     Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib .....                     Qaradağda məskunlaşan seçicilər Vüqar Bayramovu böyük çoşğu ilə qarşılayıb .....                 

Hakim partiyanın “qara siyahı”sına düşən Əli Abbasov haradadır? - ilginc iddialar
Tarix: 10-09-2019, 09:07 | Çap et
Hakim partiyanın “qara siyahı”sına düşən Əli Abbasov haradadır?
Bir neçə gündür ölkə mətbuatında müzakirə mövzusu YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamalardır.

Hakim partiyanın funksioneri sensasion sayılacaq açqılamasında bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkiliblər.

S.Novruzov deyib ki, keçmiş nazirlər 10-20 il vəzifədə qalıblar, hərəsi özünə milyardlar qazanıb, amma son zamanlar müxalifətin hökumətə qarşı hücumlarına heç bir reaksiya vermir, mövqelərini bildirmirlər.

Eks-nazirlərə xəbərdarlıq edən S.Novruzov həmin nazirlərin bəzilərinin xaricdə oturanları maliyələşdirdiyini də açıqlayıb. Əlavə edib ki, həmin sabiq nazirlərlə bağlı dosyelər masa üzərindədir və onların kimlərə maliyyə ayırdığı aydındır.

Siyavuş Novruzovun haqqında danışdığı sabiq nazirlər kimlərdir? Onlar heç şübhəsiz ki, rabitə naziri Əli Abbasov, nəqliyyat naziri Ziya Məmmədov, təhsil naziri Misir Mərdanov, MTN naziri olmuş Eldar Mahmudovdur.

Bu və növbəti yazılarımızda sabiq nazirlərin vəzifədən uzaqlaşdırılma səbəbləri və onların azadlıqda qalmaq yolunda çəkdikləri “əziyyətləri” diqqətə çatdıracağıq.

Əvvəlcə sabiq rabitə naziri Əli Abbasovdan başlayaq.

Əli Abbasovun vəzifədən uzaqlaşdırılması “MTN işi”nin bir parçası idi. Əli Abbasov da Eldar Mahmudovun əlaltılarından idi və sonda o da “qurbana” çevrildi.

Abbasov rəhbəri olduğu nazirliyin onlarla vəzifəli şəxsi həbs edildiyi halda, özünü necə xilas etdi? Əlbəttə ki, milyonlar ödəyərək. Çünki “Rabitə işi”nə görə davam edən məhkəmə işlərində sabiq nazir adının çəkilməsini istəmirdi. Bunun qarşılığında isə o, keçmiş işçilərinin dövlətə vurduğu milyonları ödəyirdi.

Əli Abbasov canını həbsdən qurtarıb özünə yeni kreslo tapsa da, onun işçilərinin bəziləri həbsdədir, bəziləri 5 ilə yaxın aldıqları cəzalarını çəkib və azadlığa çıxıblar, bəziləri isə uzun illər çalışdıqları rabitə sahəsindən qovulublar.

Həmin məhkəmə işlərindən xatırlatma:

Azərbaycanda baş tutan ən səs-küylü məhkəmə işlərindən biri olan “Rabitə işi” yekunlaşana qədər hər kəs Əli Abbasov barəsində veriləcək qərarı maraqla gözləyirdi. Ona görə ki, həm cinayət işi materiallarında, həm də sabiq nazirin həbs edilən işçilərinin dediklərindən məlum olurdu ki, Əli Abbasov heç də azadlıqda qalmağı haqq etmirmiş. Çünki həbs edilən rabitə işçilərinə qarşı elan olunmuş ittihamlar onu deməyə əsas verirdi ki, Əli Abbasov baş verənlərdən xəbərsiz olmayıb.

Xatırladaq ki, həmin məhkəmə prosesləri, cinayət işi materiallarında yer alan faktlar “Yeni Müsavat” qəzetində də geniş şəkildə çap edilmişdi.

Həmin məlumatlardan aydın olurdu ki, dövlət büdcəsindən ayrılmış milyonların oğurlanması Əli Abbasovun rəhbərliyi altında həyata keçirilib. Bunu nazirliyin aparat rəhbəri olmuş, daha sonra həbs edilmiş Vidadi Zeynalov dəfələrlə məhkəmə iclaslarında açıqlamışdı.

Həmçinin bu iş üzrə həbs edilən 11 nəfərin əksəriyyəti onlara qarşı elan olunmuş ittihamların niyə Əli Abbasovdan yan keçdiyinə etiraz edir, haqlı olaraq da dilə gətirirdilər. Axı necə mümkün ola bilərdi ki, 100 milyon manata yaxın dövlət əmlakının mənimsənilməsindən Əli Abbasov xəbərsiz olsun? Əgər işçiləri Əli Abbasovdan xəbəsiz bu əməlləri törətmişdilərsə, belə olan halda da sabiq nazir də məsuliyyət daşımalı idi...

Lakin Əli Abbasov “ağıllı” tərpəndi. Bütün günahı “kassiri” olmuş Vidadi Zeynalovun boynuna “yükləyə” bildi.

Daha sonra Əli Abbasov adının hallanmaması üçün müəyyən yollara əl atmağa başladı. Məhkəmə iclaslarında onun adını çəkən işçilərinin dövlətə vurduğu zərərləri ödəməyi də öz öhdəsinə götürdü.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri olan Əli Abbasov nə az, nə çox 10 milyon manatı elə “Rabitə işi” başlayanda dəymiş zərər kimi ödəmişdi.

“Rabitə işi”nin sonunda, gözlənildiyi kimi, Əli Abbasov azadlıqda qaldı...

11 il nazir postunda oturan Əli Abbasov bu milyonları necə qazanmışdı? “Rabitə işi” ilə bağlı çap edilən məhkəmə yazılarını xatırlayanlar bilər ki, nazirlikdəki “pul yumaq sistemi” necə işləyib. Bu sistem sabiq nazirə hər ay milyonlar qazandırıb.

Heç şübhəsiz ki, Siyavuş Novruzovun xəbərdarlıq etdiyi eks-nazirlərdən biri də Əli Abbasovdur.

Əli Abbasovun Bakıda və bölgələrdə olan mülklərinin, ailə üzvlərinin adına xarici ölkələrdə olan əmlaklarının dəyəri milyonlarla ölçülür. Yəqin ki, hakim partiya da bundan xəbərdardır və Siyavuş Novruzov “dosye masanın üzərindədir” deyərkən bunu nəzərdə tutur.

Siyavuş Novruzovun nazirlərlə bağlı “heç bir mövqe bildirmirlər” deyərək irad tutmasını Əli Abbasova da şamil etmək olar. Çünki sabiq nazir hökumətlə müxalifət arasında gedən virtual savaşda heç vaxt mövqe bildirməyib. Abbasov bununla da hakim partiyanın “qara siyahı”sına düşüb.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılmışdı.

Növbəti yazılarda digər sabiq nazirlərin işdən çıxarılma səbəbləri və xərclədikləri milyonlar haqda da məlumat verəcəyik.
“Yeni Müsavat”